MahirəNərimanqızı



Yüklə 2,96 Kb.
Pdf görüntüsü
səhifə32/35
tarix26.10.2017
ölçüsü2,96 Kb.
#6706
1   ...   27   28   29   30   31   32   33   34   35

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
100 
Hər  şey  birinci  cinayətdən  başlanırdı.  Ona  görə  də 
işimi elə qurmalıydım ki, kimsə məndən şübhələnməsin. Təbii 
ki, ilk öncə qurbanımı hansı yolla qətlə yetirəcəyimi müəyyən 
etdim. Bunun üçün cinayətdən bir neçə gün qabaq Bahadurla 
atası  Kərimin  “Təzə  bazar”  yaxınlığında  yerləşən 
qəssabxanasının  qapısının  kilidini  sındıraraq  içəri  daxil 
oldum.  Hər  şey  təbii  olsun  deyə  içərini  bir  az  qarışdırdım. 
Amma  gedərkən  içəridəki  baltalardan  birini  götürməyi  də 
unutmadım.  Bilirdim  ki,  bir  baltanın  oğurlanmasına  və 
qapının  kilidinin  sındırılmasına  görə  heç  kim  polisə  şikayət 
etməyəcək.  Amma  bir  xeyli  çalışmağıma  baxmayaraq 
Bahaduru  ələ  keçirə  bilmirdim.  Hər  dəfə  onu  ələ  keçirmək 
üçün müxtəlif planlar qursam da ətrafda kənar adamların çox 
olması səbəbindən planlarımın heç biri baş tutmurdu. 
Nəhayət  ki,  lazımi  bir  plan  qurdum.  Fikirləşdim  ki, 
oğlanı  yalnız  evlərinə  çox  gec  gəldiyi  zaman,  gecənin 
qaranlığında ələ keçirə bilərəm. Bunun üçün təbii ki, onun nə 
vaxt  evə  gec  gəlməsini  dəqiq  bilmək  lazım  idi.    Təsadüfən 
onun  yaxınlıq  etdiyi şəxslərdən birinin  ad  gününün olacağını 
və  Bahadurun  da  həmin  ad  günündə  iştirak  edəcəyini 
öyrəndim. 
Bahadur digər şəxslərlə birlikdə ad gününün keçirildiyi 
restorandan  çıxdıqda  mən  onu  çoxdan  çöldə  gözləyirdim. 
Hava  artıq  çoxdan  qaralmışdı.  Lakin  bu  zaman  qulağıma 
“bulvar”, “dənizkənarı” sözləri gəldi. Təxmin etdim ki, bunlar 
gecə  yarısına  qədər  dəniz  kənarında  olacaqlar.  Ona  görə  də 
qayıtdım  gəldim  Bahadurun  evinin  yaxınlığına  və  başladım 
Bahaduru orada gözləməyə. 
Əvvəlcədən, Bahadurun öz maşınını harada saxladığını 
öyrənmişdim.  Nəhəyət,  gecə  yarı  olduqda  gördüm  ki, 
Bahadurun  maşını  gəlir.  Dayandım  kənarda  və  ətrafa  göz 
gəzdirdim. Heç kim gözə dəymirdi. Bahadur mənim yanımdan 
keçəndə  özümü  yalandan  yerə  yıxdım.  O,  yıxıldığımı  görüb 
mənə  yaxınlaşanda  isə  əlimdə  saxladığım  çəkiclə  onun 
gicgahına  möhkəm  bir  zərbə  endirdim.  O,  dərhal  özündən 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
101 
getdi. Sonra onu sürüyərək tez idarə etdiyim avtomobilin yük 
yerinə  saldım  və  təhlükəsizlik  üçün  əlini,  ayağını,  ağzını 
bağlayaraq evimə apardım. 
Oğlanın ələ keçirilməsindən ailəsi şübhələnməsin deyə 
onun  telefonundan  atasına  bir  mesaj  göndərdim  ki,  daha  heç 
kim  onu  axtarıb  aramasın.  Onu  əvvəlcə  kəndirlə  boğdum, 
sonra  qəssabxanasından  oğurladığım  və  özünün  də  istifadə 
etdiyi balta ilə bədənini hissələrə ayırdım. 
Həmin gün mən telefonumu bilərəkdən evdə saxladım 
ki,  hara  getdiyimi  bilməyəsiniz.  Bilirdim  ki,  hər  hansı  bir 
cinayət  aktının  açılmasında  daha  çox  istifadə  etdiyiniz 
metodlardan  biri  cinayət  baş  verən  vaxtda  və  yerdə  hansı 
nömrənin şəbəkə dalğalarına düşməsidir. 
Cəsədi  maşınımın  arxasına  yerləşdirdikdən  sonra 
maşını  ara  yollarla  əvvəlcədən  müəyyənləşdirdiyim  yerə  - 
Bayıl  yamacına  sürdüm.  Şəhər  daxilində  ara  yollarla  hərəkət 
etdikcə  bir  neçə  prospektdən  bir  idarə  etdiyim  avtomobilin 
nömrələrini dəyişdirirdim. Beləcə, həmin gecə heç bir kamera 
mənim  idarə  etdiyim  avtomobilin  əsl  nömrəsini  qeydə  ala 
bilmədi.  Cinayətdən  sonra  baltadan  və  cəsədin  hissələrini 
yığdığım polietilen salafanlardan başqa istifadə etdiyim hər nə 
var idisə dənizə tulladım ki, ortalıqda məni ələ verəcək heç bir 
şey saxlamayım. 
Ən əsas sübutu - baltanı isə elə cəsədin yaxınlığındakı  
torpaq çalaya ataraq üstünü torpaqla örtdüm. Əlbəttə ki, bunu 
bilərəkdən  etdim.  Bilirdim  ki,  baltanı  həmin  yerə  atmağım 
törədilən cinayət aktına marağı daha da artıracaq. 
II  cinayəti  –  idmançı  Rəvan  Məmmədovu  isə  lap  çox 
asanlıqla  öldürdüm.  Bayaq  yazdığım  kimi  onu  digərlərindən 
əvvəl  öldürəcəkdim.  Amma  onun  hansısa  idman  yarışı  ilə 
əlaqədar  Avropaya  getməsi  buna  imkan  vermədi.  Mən  lap 
əvvəldən  Rəvanın  gecələr  şəxsi  trenajor  salonuna  gedərək 
məşq  elədiyini  müşahidə  etmişdim.  Amma  əksər  vaxtlarda 
yanında kimsə və ya kimlərsə olurdu və onlar bir yerdə məşq 
edirdilər.  Mənə  elə  bir  vaxt  lazım  idi  ki,  Rəvan  trenajor 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
102 
zalında tək qalsın. Belə bir fürsət də “EUROVİSİON”-un final 
mərhələsinin keçirildiyi gün əlimə düşdü. 
I  cinayətimi  törətdikdən  sonra  mən  yenə  də  bütün 
günümü həmin trenajor zalının qarşısında keçirirdim. Təbii ki, 
hərə dəfə müxtəlif qiyafələrdə.  Amma onu da  etiraf edim ki, 
ilk  cinayətdən  sonra  dəhşətli  depressiyaya  düşmüşdüm.  Hər 
hansı bir insanı öldürmək, sonra da heç nə olmamış kimi əlini-
qolunu  sallaya-sallaya  gəzmək  məncə  mümkün  olan  bir  şey 
deyil. 
Adətən bu tipli cinayətlərə daha çox “HOLLYWOOD” 
filmlərində  rast  gəlmək  mümkündü.  Hansısa  bir  şəxs  soyuq 
silahı və ya avtomatı alır əlinə və qarşısına çıxanları bir-bir o 
biri dünyaya göndərməyə başlayır. Cinayəti yerinə yetirdikdən 
sonra isə heç nə olmamış kimi gedib kafedə, restoranda kofe 
içməyə başlayır. Əslində elə buna ancaq filmlərdə rast gəlmək 
olar. 
Mən  də  qətlə  yetirmişdim  .  Özü  də  vəhşicəsinə  qətlə 
yetirmişdim  və  bu  mənim  şəxsi  durumumda,  səhhətimdə  bir 
müddət öz təsirini göstərdi. Amma sonradan heç nə olmamış 
kimi öz işimə davam etməyə başladım. 
“EUROVİSİON”-un  final  mərhələsinin  keçirildiyi 
gecə Rəvanın  təkbaşına  trenajor zalına  gəlməsi  və heç kimin 
zalda  olmaması  mənim  üçün  əlverişli  fürsət  yaratdı.  Mən 
“qaraçı”  simasında  trenajor  zalına  daxil  oldum  və  ona 
yaxınlaşaraq  dilənməyə  başladım.  Ona  yaxınlaşana  kimi 
üzümü o yan, bu yana çevirirdim ki, o məni tanımasın. O, isə 
mən içəri girən kimi dəfələrlə “Rədd ol!”, “Rədd ol!” deyərək 
məni  çölə  çıxarmaq  istədi.  Ancaq  bu  sözlərdən  sonra  da 
mənim  ona  tərəf  gəldiyimi  görəndə  arxasında  oturduğu 
trenajor alətinin arxasından qalxaraq əsəbi şəkildə mənə tərəf 
gəlməyə  başladı.  Mən  isə  o  yaxınlaşdıqca  gözucu 
pənəcərələrdən  çölə  baxmağa  başladım.  Bununla  bizi  çöldən 
heç kimin görmədiyinə tamamilə əmin oldum. 
Rəvan  mənə  yaxınlaşan  kimi  I  cinayətimdə  olduğu 
kimi  paltarımın  arasında  gizlədiyim  çəkiclə  onun  gicgah 


Yüklə 2,96 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə