MahirəNərimanqızı



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə46/50
tarix03.10.2017
ölçüsü2,94 Kb.
#3017
1   ...   42   43   44   45   46   47   48   49   50

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                   “Duyğu yağıĢları” 
198 
 
məhv eləyəndə də amansızdır.Onunla oynamaq, 
zarafat etmək olmaz.Ax, o bu ağılsız,dəhşətli, 
amansız nəhrə necə də nifrət eləyirdi! 
 
Özü öz hökmünü vermişdi.Heç vaxt 
bitməyəcək, sonsuz əzabların, işgəncələrin önündə 
aciz, əlacsiz, sakit idi.Beyni, ağlı, düşüncəsi, hissiyatı 
heç vaxt,heç zaman bu qədər tezliklə,dəqiqliklə, 
amansizliqla işləməmişdi.O başqalarının 
bilmədiklərini bilirdi, görmədiklərini görürdü.Onun 
itkisi təkcə bu günlə, indiki ömrü ilə, oğlu ilə bağlı 
deyildi.O, gələcəyini, sonrakı ömrünü, ən vacibi, ən 
ümdəsi ölümünü, öz gözəl ölümünü uduzmuşdu.O 
ölümünü ki,sonrakı, şanlı, müqəddəs həyatının 
başlanğıcı olmalı idi. 
 
Aman Allah!Oğlu necə də xoşbəxt idi! Niyə, 
niyə,niyə ona belə xoşbəxt, günahsız ölüm qismət 
olmadı?O niyə başqasına qurban ola 
bilmədi?Qurban olmaq, günahsız olmaq,şəhid 
olmaq!Bədbəxt, bədbəxt...Hər şeyi görürdü.Günlərin 
birində iztirablar içində canı çıxacaq, başqa 
əzabları, başqa ağrıları çəkmək üçün bir vaxta 
çevriləcək.Arvadı onun haqqında yazdığı xatirələri, 
kitabları qapılar döyə-döyə çap elətdirəcək, nəvələri 
dünyanın axırına qarışıb az sonra onu unudacaq, 
xatirələrində daşa dönmüş günahsız bir abidə 
daşıyacaqlar. 
 
Gəlini hər gün oğlunun üstünə üzülə-üzülə 
çiçək dəstələri aparacaq, saatlarla başdaşına yapışıb 
qalacaq, bir gün də qəbiristanlıqdan qayıtmayacaq. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                    “Duyğu yağıĢları” 
 
199 
 
 
Təkcə oğlu ona nifrət eləmirdi, sakit-sakit ona 
baxaraq gülümsəyirdi.Təkcə oğlunun ona yazığı 
gəlirdi.Çünkü oğlu günahsız idi. 
 
 
OYUNUN  ƏN  VACĠB  ġƏRTLƏRĠNDƏN 
BĠRĠ  DƏ  NAXIġDIR 
 
                            “Gərək adamın naxışı ola!” 
 
NaxıĢ son sözdür, 
Taleyin sözü, 
Dövranın, zamanın, 
Fələyin sözü. 
O vaxtın sözüdür, 
O baxtın gözü, 
Onun üzündədir, 
Hamının gözü. 
Əgər sözün varsa, 
De, öz sözünü, 
Hünərin var isə, 
Göstər özünü. 
NaxıĢ üzə gülər, 
Gözü aldadar, 
Dilini yağlayar, 
Sözü bal dadar. 
NaxıĢ tük bitirər 
Keçəl baĢında, 
Ağardar üzünü 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                   “Duyğu yağıĢları” 
200 
 
Qara daĢın da. 
NaxıĢ yox yerdən də 
Ruzi gətirər, 
Çıngılın üstündə 
Çəmən bitirər. 
Uğurla açılar 
Gələn səhərlər, 
Uğurla keçilər 
Bütün səfərlər. 
Sən əkib-tökərsən 
NaxıĢlı biçər. 
Həyatın suyunu 
NaxıĢlı içər. 
Zəhmətin bəhrini 
NaxıĢ götürər. 
Onun hər oyunda 
Əli gətirər. 
NaxıĢ son sözüdür 
Taleyin, baxtın. 
ġıltaq övladıdır 
Zamanın, vaxtın. 
 
KÜTLƏVĠ  OYUN 
 
                                                     Hər bir dərdin 
dərmanı, 
                                                  Hər bir vaxtın 
fərmanı. 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                    “Duyğu yağıĢları” 
 
201 
 
 
Hökm verilmişdi.Bu gün bir şairi meydanda 
dar ağacından asacaqdılar.Bu məmləkətdə doğulub 
ömür sürən, çalışan əhalinin hər cür təbəqəsindən: 
dilənçisindən, süpürgəçisindən, tələbəsindən, 
qaçqınından tutmuş ali mənsəb sahiblərinə qədər, 
kimi desən, burada tapmaq mümkün idi.Kimi şairin 
dostu idi, kimi düşməni, kimi elə-belə, maraq 
xatirinə, tamaşaya baxmaq üçün, kimi də belə kütləvi 
tədbirlərdə özünün iştirakını vətəndaşlıq borcu 
saydığı üçün gəlmişdi.Bir də ki, zarafat deyil, dar 
ağacından şair asılacaq idi.Belə hadisə hər gün baş 
vermir, hər nəslin qismətinə belə fövqəladə tamaşa 
düşmür.Hər yüzilliyin, minilliyin payına belə edam 
düşə, ya düşməyə.Nə vaxtsa, hansı məmləkətdəsə 
birini tonqalda yandırıblar, birini padşahın və 
Allahın üzünə ağ olduğu üçün diri-diri dərisini 
soyublar, birinin gözlərini çıxarıb, dilini 
kəsiblər.Olub, əvvəllər belə şeylər olub.Bir də ki 
onlar cadugər kimi bir şey olublar.Dar ağacları, 
edam kötükləri, ilgəklər, tonqallar tarixə bəzək kimi 
bir şeydir, nədən desən daha çox yadda qalır və 
sonrakı nəsillər: tədqiqatçılar, alimlər, filosoflar, 
şairlər, rəssamlar, hətta bəstəkarlar üçün mövzu 
obyekti olaraq bəşəriyyətə xidmət edir.Hər halda, 
fürsəti əldən vermək olmaz, elə şair harda idi ki, 
gündə meydana çəkib asalar, başqalarına görk 
olsun. 
 
Işarə verildi. Şairi gətirdilər. Meydan 
həyəcanla dalğalandı. Adamlar bir-birinin 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə