MahirəNərimanqızı



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə42/50
tarix03.10.2017
ölçüsü2,94 Kb.
#3017
1   ...   38   39   40   41   42   43   44   45   ...   50

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                   “Duyğu yağıĢları” 
182 
 
yada salmaq istəyir, amma get-gedə özündən daha 
çox uzaqlaşırdı.Ağrıyan gözlərini özündən zorla 
qopartdı, yan-yörəsinə baxdı.İndi burda çoxlu boş 
qəbirlər var idi.Yenə də soruşdu: “Ölən kimdir?” 
Adamın ucu-bucağı yox idi.İndi onlar ayrı-ayrı adam 
kimi yox, bütöv bir şəkil kimi görünürdü.Üstünə 
qara-sarı işıq düşən lövhə. Gördüyünü axıra qədər 
dərk eləməyə macal tapmamış, möhkəm bir uğultu 
qopdu. 
Haradansa, uzaqlardan bir yığın adam sürətlə 
təpənin üstünə gəldi, özləri ilə gətirdikləri uca bir 
adamı ehmalca yerə qoydular. Bu adam o 
birilərindən fərqlənirdi və yəqin ki, fərqləndiyi üçün 
də danışmağa başladı. Onun üstünə qara-sarı işıq 
daha çox düşdüyündən və bu rənglərin çalarlarının 
itən yerini müəyyənləşdirə bilmədiyindən üzünü yaxşı 
görə bilmirdi.Diqqətini çox çətinliklə cəmləşdirib 
ona qulaq asmağa çalışdı.Fəhmlə hiss elədi ki, bu, 
çox vacib andır, eşidəcəyi sözlərdən çox şey 
asılıdır.Birdən anladı ki, bu adam danışsa da, səsi 
ayrı yerdən gəlir və o bu adama yox, o səsə qulaq 
asmalıdır.Səs isə reproduktordan qopurmuş kimi 
bərkdən əks-səda verir və dalğa-dalğa onu 
itələyirdi.O, qulaqlarında və beynində əmələ gələn 
titrəmə və ağrıdan gözlərini yumdu.Bu an başının, 
beyninin, huşunun qopuq-qopuq olub harasa 
dağıldığını hiss elədi.Daha dağılmaq mümkün 
olmadıqda gözlərini açdı.Hamı ağlayırdı. “Kimdir 
ölən?”,- ixtiyarsız soruşdu.Qara-sarı şəkil ağlayırdı 
və ağladıqca onların qara-sarı işığı artırdı.Bu qatı 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                    “Duyğu yağıĢları” 
 
183 
 
iniltinin,hönkürtünün, hıçqırtının içində tək-tənha 
qalmışdı. 
Uca adam da ağlayırdı, təkcə o ağlamırdı. 
Qəbirlər boş idi.O, boş qəbirlərin arası ilə gəzib, 
diqqətlə adamlara baxmağa başladı.Birdən gördü ki, 
baş daşlarının üzərində yazılar var.Qara-sarı işıqda 
bu yazıları oxumağa çalışdı, amma hərflər ona 
qətiyyən tanış gəlmirdi.Hərflər gözünün qabağında 
böyüsə də,o bu yazıları oxuya bilmədi.Əllərinə baxa-
baxa qaldı. 
Qara-sarı lövhə ağlayıb-ağlayıb yoruldu. Adamlar 
uzun iztirabdan sonra diriləşmişdilər. O da başındakı 
darlığın az da olsun, genəldiyini duydu. Yenə də 
möhkəm uğultu qopdu. İndi bu, qara-sarı şəklin 
uğultusu idi: ehsan verirdilər. 
Süfrə hər kəsin qarşısında peyda olur, adamlar 
istədiyini götürəndən sonra qeyb olur, yoxa 
çıxırdı.Adamlar itiləşmişdilər. Əvvəlki ağırlıq və 
süstlük yoxa çıxmışdı.Birdən onu hər tərəfdən 
dürtmələdilər.Onun növbəsi idi.Qabağında  peyda  
olan süfrənin itiliyindən diksindi.Adamlar çığırışır, 
onu itələyir, tələsdirirdilər.O bu səs-küydən qorxdu 
və çaşdı.İstəməsə də, əyilib bir tikə çörək  
götürdü.Adamlar daha bərkdən çığırışıb, onu hər 
tərəfdən itələməyə, vurmağa başladılar.O, ətrafında 
minlərlə bərələ göz, çığıran ağız gördü.Səs-küydən 
əlləri ilə qulaqlarını qapadı,gözlərini yumub 
çömbəldi.Qara-sarı şəkil qışqırırdı: “Çox götür!Hər 
şey götür!”Özünə çəkilib lap yumuldu və yazıq-yazıq 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                   “Duyğu yağıĢları” 
184 
 
zarıdı.Uca adam sütun kimi qarşısında dayanmışdı, 
ona zillədiyi gözləri qaranlıq uçurum kimi dəhşətli 
idi. 
Yenə də vaxt tarımlanmış kimi gizildədi.Sonra 
gizildəyən uğultu da,ağrıyan vaxt da ondan qopdu, 
uçuruma düşürmüş kimi özündən asılı qaldı.Nə qədər 
vaxt keçdi?Anmı?Əbədiyyətmi? 
Hər şeyin sakitləşdiyini duyub gözlərini açdı,  boş 
qəbirlərə baxdı, yorğun-yorğun: “Ölən kimdir?” – 
soruşdu. 
Daha burda qalmaq istəmirdi.Adamlar nəyləsə 
məşğul idi.Uca adam da yox idi.”O nə deyirdi?Nə 
istəyirdi?Bu adamlar onu eşitdilərmi?Niyə onun ağlı 
heç nə kəsmir?Gördüyünü,eşitdiyini dərk 
eləmir?Bəlkə, ölən özüdür?Yox, əgər ölsəydi,qəbirlər 
boş qalmazdı.Bəlkə, ölən bu qara-sarı şəkildir?” 
Dönüb qara-sarı şəklə baxdı.Adamlar topa-topa 
durub qızğın mübahisə edirdilər.Ürəyində onlara 
qarşı bir yadlıq, laqeydlik duydu.Gözləri uca adamı 
axtardı, tapa bilmədi. 
Çıxıb getmək, buradan uzaqlaşmaq, açılıb qurtulmaq 
istəyirdi.Qarışıq hay-küyün içindən bir səs aydınca 
eşidilməyə başladı.Çalırdılar.”Bu nədir?Yoxsa,indi 
oynayacaqlar? Axı, ölən kimdir? Uca adam 
hanı?Bəlkə ölən odur?” 
Çalğıçılar aydınca göründü. Zurnaçılar, dəfçilər, 
sazəndələr dəstə-dəstə düzülmüşdülər, adamlar da 
dəstə-dəstə oynayırdılar. Kimsə içdən oynaya-oynaya 
gəlib onun qarşısında dayandı.Birdən onu tanıdı. 
Uca adam idi. Diksinib heyrətlə geri çəkildi, ayaqları 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə