MahirəNərimanqızı



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə45/50
tarix03.10.2017
ölçüsü2,94 Kb.
#3017
1   ...   42   43   44   45   46   47   48   49   50

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                    “Duyğu yağıĢları” 
 
193 
 
 
-Vallah, düz deyir, yavaş-yavaş öyrənəcəksən, 
bəlkə, hələ xoşuna da gələcək. 
 
O isə daha dözməyərək, ətrafdakıları da, əksini 
də vurmağa, təpikləməyə, qışqırıb söyməyə başladı. 
 
Adamlar əlacsız dağılmağa başladı.Onlar 
indiyədək belə şey görməmişdilər.Heç kəsin ağlına 
da gəlməzdi ki, qaydanı pozmaq olar.İndi nə baş 
verəcəkdi? 
 
Onu bir daha sakitləşdirməyə cəhd elədilər: 
 
-Bu işin axırı yaxşı olmayacaq. 
 
-Məhv olmaq istəyirsən? 
 
-Xəbər tutsalar sən gedəcəksən! 
 
O sakitləşmək bilmirdi.Lap havalanmışdı.Əksi 
kənara çəkilib büzüşmüş halda ona baxırdı, 
neyləyəcəyini bilmirdi. 
 
-Qoy gəlsinlər!Mən heç kəsdən qorxmuram! 
Ey, hardasınız, gəlin,gəlin görüm mənə 
neyləyəcəksiniz! 
 
Adamlar heyrətdən donub qaldılar. Bu nə iş idi 
düşdülər! Onunsa heç kəsə yazığı gəlmirdi. 
 
-Ey, əclaflar, hardasınız, eşitmirsiz? Gəlin! 
Gəlin görüm! Ha...ha...ha... Hamı gərginliklə qulaq 
asır, havanın titrəməsini gözləyirdilər. Bu 
gərginlikdə təkcə onun qışqırmaqdan kallaşmış və 
boğulmuş səsi eşidilirdi. Qalan hər şey sakit idi. 
 
                   UDUB-UDUZMAQ  DA BĠR ġEY 
DEYĠL, 
                           HƏTTA... OYUN OLSA BELƏ... 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                   “Duyğu yağıĢları” 
194 
 
 
Oyun oynanıldi... 
Udan uddu, getdi. 
Həyəcanı, qorxusu, 
Udulmaq duyğusu  
bir andaca itdi. 
Onun udduğu nəydi? 
Bu uduĢ o yazığın 
Nəyinə gərək idi? 
Udan buxov uddu, 
Bilmədi heyhat. 
Saldı öz ömrünü 
boyunduruğa, 
Uduzan uduzdu  
buxovlarını, 
Çıxdı azadlığa 
Qırıb nəfsini, 
Oldu taleyinən, 
özünə ağa. 
“Azadlıq” qıĢqıran, 
“Haqq” soraqlayan, 
Azadlıq hardadır, 
düĢünmüsənmi? 
Azadlıq içində, 
ya çölündəmi? 
Bətnində, fikrində, 
əməlindəmi? 
Nəfsində, duyğunda, 
özgə əlində, 
Sənin azadlığın 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                    “Duyğu yağıĢları” 
 
195 
 
öz  əlindəmi? 
“Azadlıq” Ģirin söz, 
ġirin bir ilğım, 
TəĢnədir gözünə, 
dodaqlarına. 
Aldadır, tor qurur, 
Daim zəncir vurur 
ayaqlarına. 
Udmaq istəyirsən 
bu dünyanı sən, 
Dünyanın ən böyük 
əsirisən sən, 
Dünyanın  ən böyük  
əsiri ikən, 
Azadlıq umursan 
əsirliyindən. 
Azad olan kəsə  
nə sərhəd, nə hədd, 
Azad olan kəsə 
nə qanun, nə sədd, 
Nə oyun, məzhəkə,  
nə müstəmləkə? 
Ən böyük məhbəssən 
özün-özünə, 
Ən böyük zəncirsən 
sən öz sözünə. 
Özündən azad ol, 
onda azadsan, 
Nəfsindən azad ol,  


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                   “Duyğu yağıĢları” 
196 
 
onda azadsan! 
 
QAPALI  OYUN 
 
 
Hamı ona əl çalırdı.Yaşlılar-cavanlar, kişilər-
qadınlar, qocalar-uşaqlar, anlayanlar-
anlamayanlar, görənlər-görməyənlər, daha kimlər, 
daha nələr.Kütlə onun qarşısında uğuldayırdı, 
ulayırdı, qışqırırdı, fit çalırdı, yumruq qaldırırdı... və 
ilahı, o necə bədbəxt idi!Bir nəfər, bircə nəfər, heç 
kəs, heç kim onun öz otağına, yorğanının altına 
çəkilib bir zaman qıvrım olan, indi isə tökülüb 
ağaran, codlaşıb-pırpızlaşan saçlarını yolmasını, az 
qala hədəqəsindən  çıxıb göz  yaşlarını itirən, 
qupquru işiqli parildayan gözlərini didməsini, ətini 
qoparmasını bilmirdi, görmürdü. 
 
Hətta otuz ildən çox bir yerdə yaşadığı, bütün 
xasiyyətinə, adət və vərdişlərinə güclü və zəif, 
görünən və görünməyən cəhətlərinə bələd olan 
arvadı da onun əzab və işgəncələrindən xəbərsiz idi. 
 
Hərdən düşünürdü ki, bəlkə də, arvadının onu 
içindən yeyən o dəhşətli gəmiricidən, o iyrənc 
qurddan xəbəri var.Ola bilməzdi, ola bilməzdi ki,onu 
özündən yaxşı tanıyan,şüurunun, dərisinin altında da 
nələr gizləndiyini bilən, hətta onun xəstələnəcəyini də 
əvvəldən duyan arvadının bu boyda həngamədən 
xəbəri olmasın.Düşünürdü, düşünürdü...arvadı 
ağıllıdır, uzaqgörəndir, tədbirlidir.O bilir, amma onu 
sındırmaq, məhv etmək, biabır eləmək istəmir.Arvadı 
ona ömrünü ləyaqətlə başa vurmağa, ucaldığı 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                    “Duyğu yağıĢları” 
 
197 
 
zirvədə qalmağı, özünə ikinci ömür, şanlı ad 
qazanmağa kömək edir.Onun bütün ömrü boyu, əzab-
əziyyətlə qazandıqları təkcə özünün deyil, arvadının, 
nəvələrinin, nəslinin, daha kimlərin, daha 
nələrindir.Amma nə olur-olsun, bu dağ onun gücünü 
əlindən alır, heysizləşir, onu sevən, alqışlayan, həsəd 
aparan qalib, qəhrəman sayan insanlara key-key 
baxır, özünə, özünün kütlüyünə, aldanışına, 
məğlubiyyətinə dözə bilmirdi. 
 
O uduzmuşdu.Özünə də, onu oyuna çəkənlərə 
də, işritakçışı olduğu oyuna da nifrət eləyirdi.Ondan 
istifadə etmişdilər, onun səsindən, sevgisindən, 
sözündən, məsləkindən, əqidəsindən, gücündən 
yarınmışdılar, sonra da lazımsız əşya kimi, murdar 
əski kimi tullamışdılar. 
 
Yeganə oğlunu itirmişdi.İyirmi dörd yaşlı 
gəlini heysiz yumruqları ilə onun sinəsini döyürdü, 
nəvələri dizlərinə sarmaşıb çığırışırdılar, arvadı 
səssiz-səssiz oğlunu oxşayırdı.Bütün bu dəhşətləri, 
işgəncələri, ağrıları görməmək, duymamaq üçün 
necə də ölmək, yox olmaq, itmək, ərimək 
istəyirdi.Allaha yalvara bilmirdi,Allaha yalvarmağa 
üzü yox idi.Allah ona “dur” deyəndə durmamışdı, 
“dayan” deyəndə dayanmamışdı.O,Allahı 
eşitməmişdi, Allahın üzünə ağ olmuşdu.Bilirdi, bilirdi 
ki, Allah onu bağışlamayacaq.Çünki o özünü 
bağışlaya bilmirdi. 
 
Kütlə.Ah,amansız kütlə.Beyinsiz, şüursuz, 
duyğusuz, küt kütlə.O, adamı ucaldanda da amansız, 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə