www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
7
***
Tablo...
Dayana bilməzsən
Sən bu tabloda...
Səni rahat qoymaz vaxtın sancısı...
Yağmağa bir ovuc yağıĢın olmaz...
Çıxmaz ürəyindən ülgüc acısı...
Gözləri qupquru yaĢsız ağlayar,
Buludlar gurlayar boĢu-boĢuna...
Gecənin getməyə bir yeri olmaz...
Atılar dərd kimi baĢlı-baĢına...
Sənin də sifətin boz asvalt kimi...
Üstündən laqeyd addımlar keçər...
Siqaret iyinə qarıĢmıĢ payız...
Yarpaq tək tökülmüĢ adamlar keçər...
Dayana bilməzsən sən bu tabloda...
Səni itələyər küləyin əli...
Sən indi növbəsiz...biletsiz küçə...
Yolçuluq səhərdən baĢlayar...hər gün..
Hər gün də içində qətl olar gecə...
Ağlın öz kölgənə qapanıb qalar...
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
8
DüĢməz xatirinə kimsənin adı..
Tanıya bilməzsən sən bu tablonu,
Baxarsan önündə uzun-uzadı...
Asılar özündən buz baxıĢların,
Harda itdiyini xatırlamazsan...
PeĢman əllərin də dadına yetməz,
Nə vaxt bitdiyini xatırlamazsan...
Kiminsə ürəyi gəlməz atmağa,
Bir divar küncündə düĢüb qalarsan...
Üstünü toz basar gözdən uzaqda,
Sən elə tabloda unudularsan...
***
Bəxt ulduzu...
Səpilib göy üzünə
Bəxtimiz ulduz-ulduz...
Məni görürmü, görən,
O uzaq, qərib ulduz..?
Yerimi bilirmi heç,
Adımı tanıyırmı?
ĠĢığı əllərimə
Toxunanda yanırmı..?
Ġnciyib ağlayırmı,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
9
Küsürmü əvəzimə?
Tökülən göz yaĢları
Bənzəyirmi özümə?
Götürsəm göy tağından,
Yeri boĢ qalacaqmı?
Qapatsam əllərimlə
Ovcumda solacaqmı?
O da mənim ömrümü
Ulduz tək qopararmı?
Bu dünyadan gedərsə,
Məni də apararmı?
***
***
Bu gün...
Üç dəfə unuduldum...
Birincidə ,səbəb axtarmadım...
BaĢ qarıĢıqdır- dedim...
Ġkincidə...hər Ģeyi
Vaxtın üstünə yıxdım...
Vaxta haqsızlıq etdiyim üçün utandım...
Üçüncüdə -
Bəhanə tapılmadı...
ġübhə gözünü açdı,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
10
Sözlər Ģahid olmaqdan,
Əqrəblər müqəssir olmaqdan qaçdı...
Bu gün üç dəfə aldandım...
Birincidə, səbəbkar özüm oldum...
Inamım məni satdı...
Ġkincidə...
Vaxtla baxt savaĢdı...
Günahı bir- birinin üstə atdı...
Açıq –aĢkar meydan...hər Ģey ortada...
Gizlənə bilmədim açıqlıqdan –
Üzümə duran sözdən-
Gizlənən baxıĢdan tutuldum...
Üçüncüdə...
gerçəklər gözümün içinə güldü...
Vədələr əriyib üzüldü...
Sonuncu ümidim də belə öldü...
Bu gün üç dəfə yaralandım...
Birincidə ...ehtiyatsızlığı danladım...
Ikincidə
NiĢangah olduğumu anladım...
Üçüncüdə...
Daha heç kim yox idi...
99 faiz günahkar mən idim...
Bir faiz də - bədbəxtlik...
***
Dua...