MahirəNərimanqızı



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə43/50
tarix03.10.2017
ölçüsü2,94 Kb.
#3017
1   ...   39   40   41   42   43   44   45   46   ...   50

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                    “Duyğu yağıĢları” 
 
185 
 
dolaşa-dolaşa, yıxıla-yıxıla qaçmağa başladı. 
Burdan uzaqlaşa bilmirdi, qaçmaq istədikcə daha 
çox yıxılırdı. 
Boş qəbirlərin yanında idi: ağlayırdı. Göz yaşları 
əllərinə, ayaqlarına tökülürdü. Ağladıqca daha 
içdən, daha bərkdən hönkürürdü. Göz yaşları torpağı 
isladırdı, iz qoya-qoya axıb boş qəbirlərə tökülürdü. 
Get-gedə bütün səslər ondan uzaqlaşdı.Gərginlik, 
darlıq azaldıqca sakitləşirdi, içi boşalırdı.Əllərinin, 
ayaqlarının böyüdüyünü hiss elədi, elə bil bədəni 
iriləşdi, uzandı.O, yazığı gələ-gələ boş qəbirlərə, göz 
yaşlarına,işığı azalan qara-sarı şəklə baxdı, 
baxdı...sonra da ayağa durub boşalmış içi, böyüyüb-
iriləşmiş bədəni ilə qara-sarı şəklin arxasınca getdi.  
 
 
                      
                                   OYUN  
                                   YA  DA... 
                                   OYUNDA “YA” DA VAR 
 
Ya mən varam dünyada, 
Ya...dünya var yalandan. 
Ya mən varam, dünya var, 
Ya oyun var, yalan var. 
Ya mən, 
ya o. 
Seç götür, 
Ya dünyanı yalan ye, 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                   “Duyğu yağıĢları” 
186 
 
Ya yağlı, ya yavan ye, 
ÇeynənmiĢ oyunları, 
ÇeynənmiĢ yalanları, 
Ya ye, ya dala ötür. 
Ya hakim ol, ya məhkum, 
Ya asi ol, ya məsum, 
Ya aqil ol, ya cahil, 
Ya nadan ol, ya kamil. 
Oyunun gözlərində 
Fərqi yox, sən yalansan. 
Sən həqiqətə zəncir, 
Sən özünə palansan. 
Nədir yalan? 
Nədir, nə? 
Sənin arzuladığın, 
Ömrünə yamadığın, 
Özünə, özgəsinə 
uydurduğun həqiqət. 
Fikrində tamlanmayan, 
Əməlində çatmayan
Xəyalından getməyən, 
Bu dünyaya yetməyən 
Gözlədiyin həqiqət. 
Sənin haqdan umduğun, 
Ġçində göz yumduğun, 
Andıqca inandığın, 
Vədinə aldandığın 
Gözlədiyin həqiqət. 
Ürəyində çat olan
Çəkilməyən ah olan, 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                    “Duyğu yağıĢları” 
 
187 
 
Ya cəfəng,ya haqq olan
Mat qaldığı həqiqət. 
Yalan yoxdur dünyada, 
Yalnız qavranılmayan, 
Sözlə dərk olunmayan, 
Ġdrakla anılmayan 
Həqiqət var dünyada. 
ġübhəsi günah olan, 
Gümanlardan haqq olan, 
Varlıqlarda yox olan
Ürəklərdə ah olan, 
Göylərdə Allah olan, 
Həqiqət var dünyada. 
 
  QAYDASIZ  OYUN 
 
 
Gördü ki, hamının öz əksi var və hamı öz əksi 
ilə o qədər bərkdən danışır ki, başqasının nə dediyini 
eşitmir.Əslində, onların hamısı eyni bir şeyi deyir, 
sözləri uzadıb-qısaltmaqla bir-birini yamsılayırdılar. 
 
“Bunların başı nə yaman qarışıqdır?”- deyə 
ah çəkdi.”Heç ona fikir verən də yoxdur”. 
Darıxdığından ayaqarını havada yellədi.”Yəni burda 
maraqlı bir adam yoxdur?Bəs mənim əksim hanı? 
Madam ki, hamının əksi var, deməli, mənim də 
olmalıdır.Ey, bəs mənim əksim hanı?” 
 
Bir o yaxşıdır ki, ona  heç kim  mane olmur.Bu 
əkizlərin biri o birinə heç oxşamır da! Sonra başa 
düşdü ki, iş onlarda deyil, o dayandığı yerdən asılı 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                   “Duyğu yağıĢları” 
188 
 
olaraq, bu üzləri başqa-başqa ölçüdə görür.Gah 
yuxarı qalxdı, gah aşağı düşdü.Hər şey yuxarıdan 
başqa cür, aşagıdan isə tamam başqa cür görünürdü. 
 
-Ey, axmaqcığaz, əl-ayağa dolaşma, nə 
veyillənirsən? –kimsə onun ətəyindən dartdı. 
 
-Mən axmaq deyiləm, - o incidi, - mən 
ağıllıyam, sənədimdə də belə yazılır, budur, bax! 
 
-Sənə necə ağıllı olduğunu göstərərlər!Ağıllıya 
bir bax! – yaxınlıqdakı cütlər gülüşüb onu məsxərəyə 
qoydular. 
 
-Ss...s, nəzarətçilər! 
 
Özünü toplamağa macal tapmamış, əli uzun 
nizəli, başi şiş papaqlı, dəmir geyimli bir neçə adam 
yanından yel kimi ötüb keçdi.Qarışıq səslərin içindən 
kiminsə fəryadı aydınca eşidildi.Onun əti gizildədi, 
tükləri biz-biz oldu.Sonra bir qocanı sürüyüb 
apardılar. 
 
-Bu yazıq kimdir belə? – qorxa-qorxa, pıçıltı 
ilə soruşdu. 
 
Böyrünə dəyən dürtmədən nəfəsi içində 
tıxandı, qıc olub qaldı. 
 
-Yavaş, yaramaz, sən bizi qana salacaqsan, 
yanındakı cütlər hirsləndi.Onlar getməyincə heç 
kəslə danışma. 
 
-Mən nə bilim?Onlar kimdir axı? – tamam 
ehtiyatlandı. 
 
-Havaya qulaq as, hava gərginləşəndə bil 
ki,onlar zonadadırlar. Onların gəlməyi heç bir saniyə 
də çəkmir. 
 
O biri cütlər söhbətə qarışdılar: 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə