MahirəNərimanqızı



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə47/50
tarix03.10.2017
ölçüsü2,94 Kb.
#3017
1   ...   42   43   44   45   46   47   48   49   50

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                   “Duyğu yağıĢları” 
202 
 
kürəyindən, başından boylanıb baxırdılar.Şair cavan 
idi.Arxa cərgədən kimsə yanındakına pıçıldadı: 
 
-Yazıq!Heç belə bir ərə qıyarlar? 
 
Bu  pıçıltını icra hakimiyyətinin başçısının 
qulağı aldı və hikkəylə: 
 
-Lap atasını da yandırarlar! - dedi. 
 
Boynunun buğum-buğum ətinin qızarmağından 
onun necə möhkəm hirsləndiyi bilindi və daldakılar 
bir-birinə göz basıb susdular. 
 
Hakim hökmü bir də elan etdi.Sükut çökdü, 
humanitar şöbənin müdiri üzündə məsum bir 
təbəssümlə şairə yaxınlaşdı: 
 
-Töbvə edin, - dedi. 
 
Səs gəlmədiyindən çaşqınlıqla ətrafa baxdı və 
kameraların obyektivlərinin ona tuşlandığını 
görüb,yenidən gülümsədi: 
 
-Bir şey istəyirsinizmi? 
 
Cavab olmadı.Hökmdar: 
 
-Uzatmayın, - dedi. 
Kəndiri dartdılar.Hamı diksindi.Və...sonra gördülər 
ki, şair ölməyib, sağdır.İşarə alan hərb naziri əlini 
qaldırdı və endirəndə yüzlərlə avtomat və pulemyot 
birdən açıldı.Güllələr şairin bədəninə dəyib qığılcım 
verir və ətrafa səpələnirdi.Şair heç nə olmamış kimi 
onlara baxıb sinədolusu bir ah çəkdi. 
 
-Adamları dağıdın ! – deyə hökmdar sürətlə 
meydanı tərk etdi. Əsgərlər dubinka və gözyaşardıcı 
qazla camaata cumdu.Meydanda elə bil tufan qopdu, 
aləm bir-birinə qarışdı.Qaçan, yıxılan, 
qışqıran,yalvaran, söyən, vuran, vurulan, güllə 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                    “Duyğu yağıĢları” 
 
203 
 
səsləri...bu ağlasığmaz mənzərəyə təkcə bir nəfər 
sakit-sakit  baxır və ağlayırdı.Bu, şair idi. 
 
Meydanı ölənlərdən və yaralananlardan 
təmizləyəndən sonra, onu dar ağacından açmaq 
istədilər.Amma şairə toxunmaq 
olmurdu.Yanğınsöndürən maşınlar gəldi, hər 
tərəfdən meydanı dövrəyə aldılar.Sabunlu su ilə 
meydanı qandan təmizlədilər.Bütün günü 
əlləşdilər.Dar ağacı da, kəndirdən sağ-salamat 
sallanan şair də bütün dünyaya meydan oxuyurmuş 
kimi saymazyana yellənirdi. 
 
Təcili komissiya təşkil olundu.Komissiyanın 
tərkibinə məşhur xalq yazıçıları, sevimli millət 
vəkilləri, iqtisadçılar, hüquqşünaslar, cəsur 
hərbçilər, klan başçıları və sair...hörmətli şəxslər 
daxil edildi.Təcili surətdə baş verən hadisənin 
mahiyyətini araşdırmaq, ona hüquqi və siyasi qiymət 
vermək lazım idi.Komissiya işini qurtarana qədər 
ölkədə fövqəladə rejim tətbiq olundu. 
 
Nəhayət, komissiya işini yekunlaşdırdı, ekspert 
rəyi hazır oldu...və komissiyanın sədri məlumat 
verdi: 
 
Sən demə, şair hələ meydana gətirilməzdən 
əvvəl, kamerada ikən, verilən işgəncələrdən 
keçinibmiş... 
 
-Bəs, orda, dar ağacından sağ-salamat 
sallanan kimdir? – deyə hökmdar qəzəblə soruşdu. 
 
-Onun nə olduğunu biz bilmirik, amma şair 
çoxdan ölüb, -dedilər. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                   “Duyğu yağıĢları” 
204 
 
 
Müşavirə çağırıldı.Necə olursa olsun, dar 
ağacını meydandan götürmək lazım idi.Hamı 
ürəyində şairi söyüb, dar ağacına lənətlər 
yağdırırdı.Bircə bu ütüdən salamat 
qurtarsaydılar!Bir dılğır şairdən ötrü heç kəs 
vəzifəsini itirmək istəmirdi, hətta bəziləri bu 
hadisədən bir şans kimi istifadə etməyə çalışırdı. 
 
Əvvəlcə güc nazirləri danışdılar.Baş vermiş 
hadisədə marağı olan xarıcı və daxili, açıq və gizli 
düşmənlər suçlandırıldı.Sonra müşavirlər,yazıçılar, 
millət vəkilləri,hətta xalqın zəhmətkeş təbəqəsini 
təmsil edən nümayəndələr – sadə peşə adamları da 
çıxış etdilər.Nə uzun-uzadı mədhlər, nə də 
düşünülmüş incə taktiki gedişlər bir nəticə 
vermədi.Dar ağacı meydanda dim-dik ucalır, şair də 
küləklərin belə gizləndiyi bir şəhərdə arxayın-
arxayın, özü üçün yellənirdi. 
 
Hökmdar yorulmuşdu.Üç gün davam edən 
müşavirə acı bağırsaq kimi uzanır, boş, mənasız 
nitqlər bir-birini əvəz edirdi. 
 
-Bunun bir əlacı var, ya yox? – Hökmdar 
təmkinini pozub qışqırdı.Əyanlar qorxularından 
başlarını aşağı dikdilər, gözlərini gizlədilər.Hamı 
özünü məşğul kimi göstərsə də, heç kimin ağlı bir şey 
kəsmirdi.Kimsə canını qurtarmaq üçün 
yavaşca,qorxa-qorxa dedi: 
 
-Bəlkə ruhi məsələlər üzrə müşaviri dinləyək? 
 
-Hanı, hardadır o? – səbri tükənmiş hökmdar 
soruşdu. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                    “Duyğu yağıĢları” 
 
205 
 
 
Uzun stolun ayağında, qapıya yaxın yerdə 
büzüşüb oturmuş cılız bir adam ayağa qalxdı.Bu, 
ruhi məsələlər üzrə dövlət müşaviri idi. 
 
-Gəl, keç bu tərəfə görək, bu məsələ ən çox 
sizin sahəyə aiddir, sənsə susursan. 
 
Müşavir tribunaya tərəf gedə-gedə: 
 
-Mən gözləyirdim ki, mənə nə vaxt söz 
verəcəksiniz, cənab... 
 
-Yaxşı, yaxşı, danış görək bu nə məsələdir 
belə? 
 
Bu müşavirə heç vaxt söz verilmədiyindən, ilk 
dəfə idi çıxış edirdi, ona görə də məclis onu 
tutdu,kəkələyə-kəkələyə: 
 
_Bilirsiniz, şair ölüb... 
 
-Bunu biz bilirik, bəs o nədir orda, qalıb 
sallana-sallana,götürmək də olmur, heç nə kar 
eləmir, - hökmdar  lap  boğuldu. 
 
-Bu onun dərdidir. 
 
-Nə?Nə dərd? – hökmdar ayağa durub, 
yenidən oturdu. – İndi deyirsən bu boyda ölkənin 
dərdi bir axmaq şairə qalıb?Bu qədər adlı-sanlı, 
istedadlı, böyük-böyük insanlar qalıb burda, hansısa 
bir tanınmaz-bilinməz, xalq qarşısında heç bir 
xidməti olmayan,şəxsiyyəti də şübhəli olan birisi 
gəlib dərd çəkəcək?Kimdir o?Nəçidir o?Şair 
idi,gedib arağını içəydi, şerini yazaydı.Bəs, 
buradakılar nədir, şair deyil?Nədən kasıb olsaq da, 
maşallah,şairdən boluq.Bilirsən, nə var, bu 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə