MahirəNərimanqızı



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə44/50
tarix03.10.2017
ölçüsü2,94 Kb.
#3017
1   ...   40   41   42   43   44   45   46   47   ...   50

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                    “Duyğu yağıĢları” 
 
189 
 
 
-Bu gün ikinci dəfədir gəlirlər.Bayaq bir qızı 
apardılar. 
 
-Bəs bu qoca? 
 
-Filosofdur, o öz əksi ilə heç kəsin bilmədiyi 
dildə danışırdı. 
 
-Nə olsun?Siz ki, bir-birinizi 
eşitmirsiniz!Eşitsəniz də heç nə başa düşmürsünüz! 
 
-Onlar başa düşdülər. Filosofun dilini 
anlamadıqları üçün apardılar. 
 
-Hara? 
 
-Başqa zonaya.Biz orada nə olduğunu bilmirik. 
 
Onu xof basdı. 
 
-Orada onlara neyləyəcəklər?Cəza verəcəklər? 
 
-Orada nə olduğunu biz bilmirik.Oradan hələ 
heç kim qayıdıb gəlməyib.Hamı ora düşməkdən 
qorxur. 
 
-Hamı qorxursa, deməli, ora doğrudan da, 
qorxuludur, -deyə öz-özünə düşündü. 
 
-Mən elə bilirdim, burada qayda-qanun 
yaxşıdır.Bilsəydim, heç gəlməzdim. 
 
-Sən bura özün gəlmisən?- ətrafdakı cütlər 
heyrətləndilər. 
 
O təkəbbür və lovğalıqla: 
 
-Özüm gəlmişəm, -deyə cavab verdi. 
 
-Ola bilməz! 
 
-Axmaq! Sən, doğrudan da, səfehsən! 
O bu qorxulu təəccübdən duruxdu: 
 
-Nə olsun ki! Ya özün gəldin, ya gətirdilər, nə 
fərqi var?Əvvəl-axır hamı bura gəlməli deyil? 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                   “Duyğu yağıĢları” 
190 
 
 
-Fərqi böyükdür, axmaq!Sən qaydanı 
pozmusan, buna görə də cavab verəcəksən. 
 
Ətrafındakıların narahatlığı ona da sirayət 
etdi. 
 
-Bura bax, əvvəl-axır sən bizi bəlaya 
salacaqsan, nə qədər gec deyil, özünü xilas elə, nə 
gözünü döyürsən, biz daha sənə kömək etməyəcəyik. 
 
-İndi mən neyləyim ki? 
 
-Öz əksini yarat.Sənin daha fikirləşməyə vaxtın 
yoxdu. 
 
-Mən bacarmaram.Heç bilmirəm bu nə 
deməkdir... 
 
-Bəs deyirdin ağıllıyam? – cütlər 
gülüşdülər.Burda hamının öz əksi var, sənin də 
olmalıdır. 
 
-Mən bacarmaram, axı, bu necə olur, bu 
haqda heç fikirləşməmişəm də! 
 
-Biz hamımız sənin kimi idik, amma bunu 
etməyə məcburuq, sən də məcbursan! Heç kəsdən 
kömək gözləmə, sən bunu özün eləmılisən! 
 
-Dayanın! Mən hələ buna hazır deyiləm. 
 
Cütlər yerbəyerdən onun üstünə düşdülər.Get-
gedə başına daha çox adam toplaşırdı.O artan səs-
küydən narahat oldu.Deyəsən, bunlar özlərini 
unutmuşdular.Qaydanı pozduqlarından xəbərləri yox 
idi. 
 
-Yaxşı, yaxşı, qızışmayın, mən razıyam.Bunun 
üçün mən nə etməliyəm? 
 
-Hər şey öz-özünə baş verəcək! 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                    “Duyğu yağıĢları” 
 
191 
 
 
Onu fərəhlə və böyük işguzarlıqla iri bir 
güzgünün qarşısına gətirdılər.Güzgü hamar, 
çərçivəli, cazibəli idi.Hamı kənara çəkildi.Güzgünün 
qarşısında tənha qalaraq özünə baxmağa 
başladı.Güzgüdəki əksi daha tünd, daha boyalı, daha 
parlaq idi.Maraqla özünə tamaşa etməyə başladı: 
gözləri ciddiləşdi, baxışları duruxdu.Gözünün hamar 
üzü qəfildən elə bil canlanıb dalğalandı, güzgü 
əriməyə, ağır-ağır  axmağa başladı.Başı gicələndi, 
ürəyi bulandı.İçindən güclü bir burulğanın burula-
burula, qarsa-qarsa, göynəyə-göynəyə yuxarı – 
boğazına,başına doğru qalxdığını hiss elədi.Dəhşətli 
ağrıdan ürəyinin, beyninin, nəhayət, özünün də 
durduğu yerdə sürətlə fırlandığını duydu.Hissiyyatını 
tamam itirərək, içindəki ağrıya tabe oldu.Nəhayət, 
bütün varlığından nəyinsə qopduğunu, nəyinsə ağrı 
ilə ondan aralandığını hiss edərək gözlərini 
açdı.Qarışıq rənglər durulanda gözünün önündəcə 
bir kölgənin sıxlaşıb yumrulanıb adama çevrildiyini 
görəndə azqaldı ki, ürəyi getsin.Dili topuq vura-
vura: 
 
-Bu nədir, ilahi? 
 
Toplaşanlar sevinclə hay-küy saldılar: 
 
-Ura! Ura! Alındı, afərin! Bəs deyirdin 
bacarmaram? 
 
Diqqətlə qarşısında duran adama baxa-baxa: 
 
-Bu kimdir belə? – soruşdu. 
 
Ətrafdakılar: 
 
-Sənin əksindir də!İndi sən tək deyilsən. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                   “Duyğu yağıĢları” 
192 
 
 
O heyrətlə: 
 
-Bu? Mənim əksim? Bu necə oldu axı? 
 
Qarşısındakı eybəcər, şikəst məxluqa baxa-
baxa dəhşətləndi, nə baş verdiyini indi anlayaraq: 
 
-Yox...yox...ola bilməz! Mən istəmirəm! Mənə 
lazım deyil! 
 
Ətrafdakılar çaşqınlıqla bir-birinə baxdılar, 
təəcüblə: 
 
-Niyə istəmirsən? Bu ki sənin əksindir! 
 
O az qala huşunu itirərək: 
 
-Aman Allah! Bu ki şikəstdir! 
 
-Nə olsun? Beləsi də olur, bu heç də pis 
deyil.Şikəst olanda nə olar? 
 
-Siz... siz elədiniz... siz məni məcbur elədiniz, - 
əlacsız-əlacsız hönkürüb ağlamağa başladı. 
 
-Bu lap dəlidir ki! 
 
Bəziləri yaxına gəlib təsəlli verdilər: 
 
-Niyə özünü öldürürsən? İnan, bundan betəri 
də olur.Elə bizi götür! Bizim hamımız 
necəyik?Yaşamırıq bəyəm? 
 
O isə toxtamırdı.İçi tökülə-tökülə ağlayır, baş-
gözünə döyürdü.Əksi də çaşqınlıqla gözünü döyür 
pərt halda ortalıqda dayanıb gah ona,gah da 
ətrafdakılara baxırdı.Birdən o yazıq-yazıq, qorxa-
qorxa diləndi: 
 
-Mən sən düşündüyün qədər də pis deyiləm
görərsən, sən razı qalacaqsan. 
 
-Rədd ol! Cəhənnəm ol! Sən mənə lazım 
deyilsən! İtill!!! 
 
Yenə yerbəyerdən: 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə