MahirəNərimanqızı



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə50/50
tarix03.10.2017
ölçüsü2,94 Kb.
#3017
1   ...   42   43   44   45   46   47   48   49   50

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                    “Duyğu yağıĢları” 
 
217 
 
 
Sahilə gəlmiĢdi yenə bu gecə, 
Gördüm öz əksini onun gözündə. 
Əsən küləklərdən soruĢdu məni, 
Kədər oxunurdu qəmli üzündə.” 
 
“Ağılsız qızcığaz, aldanma əbəs, 
Səni məhv edəcək inadkarlığın. 
Dənizdən ayrılsan ikicə addım, 
Köpüyə dönəcək bütün varlığın. 
 
Gözəlim, çətindir ikinci sınaq, 
Hər Ģeyə dözüb tab gətirməlisən. 
Razı salmaq üçün göy qubbəsini, 
Bu dəfə səsini itirməlisən. 
 
Qız qəbul elədi bu qurbanı da, 
Anladı, bu dəfə canından keçır. 
Sehrini itirir səsiylə birgə, 
Taleyin sonuncu camını içir. 
 
Saray baĢdan-baĢa çıraqban idi, 
Pulcuq paltarında pəri yanırdı. 
Saray adətincə Ģahzadə oğlan 
BaĢqa Ģahzadəyə niĢanlanırdı. 
 
Cah-cəlal içində Ģənlənirdilər, 
Gənc oğlan nədənsə nigaran idi. 
O, xoĢ arzulara, bol təbriklərə 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                   “Duyğu yağıĢları” 
218 
 
Hərdən soyuq-soyuq gülümsəyirdi. 
 
Görüb yaxınlaĢdı Ģahzadə qıza, 
Rəqsə dəvət etdi tutub əlindən. 
Gənc sorğu-suala çəkdi pərini, 
Qıfıl açılmadı qızın dilindən. 
 
BaxıĢı dəniz tək dərindən-dərin, 
Gözündən duyğular aĢıb-daĢırdı. 
Titrək dodaqları bir-biri ilə 
Gizli bir sirr ilə pıçıldaĢırdı. 
 
“Niyə daniĢmırsan, ey sirli qonaq, 
Niyə gizlədirsən kim olduğunu? 
Mənə bir gözəli xatırladırsan, 
Nə vaxtsa yuxuda görmüĢəm onu. 
 
O sanki mələkdi, incə vücudlu, 
ġəlalə saçları nur tək axırdı. 
Elə oxuyurdu dalğalar üstə, 
Səsindən hər yana ulduz yağırdı. 
 
Əfsus ki, tapmadım onu dünyada, 
Bəlkə də, o yuxu bir xəyal imiĢ. 
Mənim ürəyimi alan gözəlin 
Sevgisi ömrümə bir zaval imiĢ. 
 
ĠĢıq tək saçların olsaydı əgər, 
Elə bilərdim ki, o mələk sənsən. 
Ulduzlar yağsaydı nəğmələrindən, 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                    “Duyğu yağıĢları” 
 
219 
 
Deyərdim o arzu, o dilək sənsən.” 
 
Ağrıdan pərinin pozuldu halı, 
Ürəyi min yerdən iynələnirdi. 
Onun qulağına uzaqdan hərdən
Təkcə Ģahzadənin səsi gəlirdi.  
 
                     *** 
Qarı çox gözlədi, qiz görünmədi, 
Bildi ki, baĢına bir qəza gəlmiĢ. 
Sözünə baxmadı axmaq qızcığaz, 
Bəlkə də, əzablar içində ölmüĢ. 
 
Pəri yıxılmıĢdı sahildə hissiz, 
Alıb qollarına götürdü onu. 
Dəniz məlhəminin möcüzəsindən 
Ġçirib özünə gətirdi onu. 
 
Açdı gözlərini o gözəl varlıq, 
Susuz ciyərləri sanki yanırdı. 
Onun gözlərinin lal sükutunda 
Bir dəniz itkisi dalğalanırdı. 
 
Dinib-danıĢmırdı, susurdu pəri, 
Həyatı donmuĢdu vaxt güzgüsündə. 
Məhv olmuĢ eĢqini, arzularını, 
Qaranlıq görürdü baxt güzgüsündə. 
 
“Əlvida” – söylədi bir gün qarıya 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                   “Duyğu yağıĢları” 
220 
 
Dedi bağıĢlasın onu cadugər. 
Həyata qaytardı yenidən onu, 
Keçsin günahından, mümkünsə əgər. 
 
Qarı bilirdi ki, bu zərif xilqət 
EĢqin atəĢində yanıb solacaq. 
Yosun saçlarını qaytarıb ona, 
Dedi, bunlar sənə lazım olacaq. 
 
Baxdı soyuq-soyuq sönük saçına, 
Ah çəkib ürəkdən, üzdü sahilə. 
GümüĢ vücudunu öpən ləpələr 
Onun kədərini gətirdi dilə. 
 
Qayalar dalından boylandı  qəsrə, 
Gördü pəncərələr sükuta dalmıĢ. 
Bir vaxtlar sevinclə coĢan sarayı 
Qəm-qüssə bürmüĢ, çən-duman almıĢ. 
 
TəlaĢla çırpındı sevən ürəyi, 
Aman, Ģahzadəyə bir Ģeymi olmüĢ? 
Hanı bu sarayın təmtəraqları, 
Köhnə dəyirman tək suyu sovulmuĢ? 
 
Həyəcan içində durub gözlədi, 
Ġntizar duyğusu üzdü qəlbini, 
Sanki ĢimĢək kimi bölündü dünya, 
Qəflətən görəndə o Ģahzadəni. 
 
Oturdu sahildə qəmli, kədərli, 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                    “Duyğu yağıĢları” 
 
221 
 
Baxdı ləpələrə uzun-uzadı. 
Çöhrəsi solğundu düĢüncələrdən, 
Baxıb axtardı gözü uzağı. 
 
Gecənin yaralı səssizliyində 
Dalğalar gizlincə pıçıldaĢırdı. 
Onun dodağından qopan nəğmədə 
Qəlbinin fəryadı aĢıb-daĢırdı. 
 
Pəri qulaq verdi bu həzin səsə, 
Sanki axıb gələn öz nəfəsiydi. 
Çırpındı vücudu, titrədi ruhu, 
Heyhat! EĢitdiyi öz nəğməsiydi. 
 
Unutdu bir anda əzablarını, 
Sehri səsini gətirdi dilə. 
Yanan ulduzların əhatəsində 
Üz-üzə dayandı Ģahzadə ilə. 
 
Yenə nurlu halə bürüdü onu
Köksünə sığmadı iĢıq ürəyi. 
Onu dalğaların qoynundan alıb, 
Sahilə apardı dəniz küləyi. 
 
Bir heyrət nidası tutdu hər yanı , 
ġahzadə görərkən tanıdı onu. 
Xəyaldan xəyala qanadlanaraq, 
Sandı yuxusunun çın olduğunu. 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                   “Duyğu yağıĢları” 
222 
 
Tutdu əllərindən gözəl pərinin, 
Sevgi yağıĢında çimdi dalğalar. 
DanıĢıb bir eĢqin macərasını, 
Nəğməylə oynayıb-dindi dalğalar. 
 
Vaxt dondu o anın baxıĢlarında, 
EĢqin lövhəsində zaman dayandı. 
Dünya yaranıĢdan olduğu kimi 
Yenə tilsimlənib sehrə boyandı. 
 
Sular həyəcanla qulaq kəsildi, 
Bir gəncin eĢginin pıçıltısına. 
Torpaq da, dəniz də, göy də qovuĢdu, 
Dünyanın əbədi sevgi anına. 
 
GünəĢin oyanan  Ģəfəqlərindən 
Xəbəri yox idi dəniz qızının. 
IĢiği tutmuĢdu dənizi, göyü, 
Səhər müjdəçisi dan ulduzunun. 
 
Hiss etdi vücudu əriyib gedir, 
Ürəyi oynadı, qəlbi doyündü. 
Son dəfə baxaraq sevgilisinə, 
Bir anın içində köpüyə döndü. 
 
Axıb dalğalara qarıĢdı pəri, 
Dəniz köpüyünə döndü sevərək. 
Bərq vurdu günəĢin Ģəfəqlərində 
Baxdı göy üzünə gülümsəyərək. 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                    “Duyğu yağıĢları” 
 
223 
 
O gənc itirilmiĢ yuxularını 
Dənizdən soruĢdu,göydən soruĢdu. 
Tale də bilmədi onun xəyalı 
Dəniz sevgisinə  nə vaxt qovuĢdu. 
 
Onun sevgisinin sirri nə idi, 
Gözünü tutan eĢq günah idimi? 
Nakam sevgilər yaĢatmaq üçün 
Bu, göz yaĢlarının ahı idimi? 
 
Bəlkə,heç bu nağıl belə deyildi, 
Mənim xəyalımda beləcə qalmıĢ. 
Etdiyim ilk və son tərcümə idi, 
Köhnə kamodumda solub-saralmıĢ. 
 
“Oyunu” yazanda yadıma düĢdü, 
Qəfil xatırladım bu rəvayəti. 
Könlümdən bir sevgi nəğməsi keçdi, 
Yenidən göynətdim bu hekayəti. 
 
                         *** 
“Ulduz səslərini” yarımçıq qoyub, 
Mükafat dalınca getdim Bakiya. 
ġerimin ilk rəsmi, fəxri adıydı, 
“Ulduz səslərində” çıxdı ortaya. 
 
Dünyanın əbədi həqiqətləri 
Məni təkrar-təkrar heyran eyləmiĢ. 
Haqqın yaratdığı dünya da haqdır, 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                   “Duyğu yağıĢları” 
224 
 
Bunu haqq dünyası əyan eyləmiĢ. 
 
Bütün sevgilərdən daha ucadır, 
Haqqın dərgahında Ģairin adı. 
Haqqın sevgisinə qovuĢanlara 
Haqq verir dünyada hər mükafatı. 
 
Ġsa Ġsmayılzadə... gözəl Ģairdi, 
TutmuĢdu Sözümün iĢığı onu. 
Həssas ürəyilə duyurdu, yəqin, 
ġerimin nə qədər pak olduğunu. 
 
ġəhid kitabımın misralarına 
Bir abidə yapdım doxsan yeddidə. 
Adı “Yerə, Göyə, Tanrıya” idi, 
Ulduzu ruhumda yanır indi də. 
 
Onun ölümündən bircə gün əvvəl
Dənizdə rastlaĢdıq gözlənilmədən. 
Mənə mükafat tək verilən adı 
Mən o vaxt almıĢam onun əlindən. 
 
Təzə kitabımı alıb əlinə, 
UĢaq sevinciylə varaqladı o. 
Hansısa Ģerimdə  iliĢdi gözü, 
Əlini alnında daraqladı o. 
 
“XoĢbəxt ol”, - söylədi qəfildən mənə, 
Mavi gözlərindən harasa itdi. 
Mənə təkrar-təkrar uğur diləyib, 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                    “Duyğu yağıĢları” 
 
225 
 
Ruhunun dalınca özü də getdi. 
 
DüĢündüm, nə yaman solğundu Ģair, 
Nədən pəriĢandı halı bu qədər? 
Özünü nə qədər Ģux göstərsə də, 
BürümüĢ ruhunu dərin bir kədər. 
 
 
Qəzetdən oxudum bu bəd xəbəri, 
Oxudum... qəflətən vəfat eyləmiĢ... 
Könlü havalanmıĢ durna səsinə, 
ġair bu dünyaya vida söyləmiĢ. 
 
Gözümün önündə dindi xəyalı, 
Qəzeti islatdım göz yaĢlarıyla. 
Adını ölümün adından yudum, 
Aprel buludunun yağıĢlarıyla. 
 
“XoĢbəxt ol” sədası yağdı göylərdən, 
SayrıĢan ulduzlar söz yuvasıydı. 
Bu sözlər dünyadan gedən Ģairin 
Bəlkə, bu dünyaya  son duasıydı. 
 
“XoĢbəxtlik”,”bədbəxtlik” – tale sirridir, 
Mən bu anlamlarda gücsüzəm düzü, 
Lüğəti mənada, leksik mənada 
DaĢıya bilmirəm bu iki sözü. 
 
Ömrüm taleyimin keçidlərində 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                   “Duyğu yağıĢları” 
226 
 
Nə sərhəd tanımıĢ, nə hədd tanımıĢ. 
Məni vaxtdan vaxta atanda bəxtim 
Sevinc də sınamıĢ, dərd də sınamıĢ. 
 
Gələn uğuru da, göz yaĢını da, 
AlmıĢam tanrıdan mükafat kimi. 
Dünyanın çəkilməz ağrılarını 
Bəzən götürmüĢəm zarafat kimi. 
 
Nankor olmamıĢam öz qismətimə, 
Göylərin eĢqini duyub yanmıĢam. 
Ürəyim alanda haqq sevgisini, 
Özümü hamıdan xoĢbəxt sanmıĢam. 
 
Bəzən kədərə də möhtac olmuĢam, 
Bəzən ümidim tək dərdimə qalıb. 
Bəzən adi söz də, adi baxıĢ da, 
Adi təbəssüm də dayağım olub. 
 
Bu ad da gözəldir, əzizdir mənə, 
Sevinci, fərəhi sarır qəlbimi. 
Bütün dostlarımın məhəbbətilə 
Alıram tanrının sevgisi kimi. 
 
 
                                               *** 
 
Aman, sevgili gözlər! 
Aman ver mənə. 
Nəfəsimi dərməyə, 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                    “Duyğu yağıĢları” 
 
227 
 
üzümü döndərməyə, 
ölüb,təzədən dirilməyə  
aman ver mənə. 
Süngər kağızı kimi  
hopdurma məni baxıĢlarına, 
Gözlərini yum bir anlıq 
Allahdan imdad diləyim  
dözmək üçün  
ulduz yağıĢlarına. 
Məndən əsirgəmə dualarını, 
Axsın iĢıq səsin yuxularıma, 
Nitqimdə  
qupquru quruyan adın  
yağsın yaz seli tək duyğularıma. 
Mənə kömək ol, 
sübhün ala-toranında, 
günəĢin qürubunda, 
ulduzlar dənizə yağanda
Ay yerə dolananda. 
Sən  
     mənim arzularımın  
               möcüzə qatında, 
Vaxt vaxta qovuĢanda  
və yalnız bu anda  
yalnız sənin üçün 
varam dünyada. 
 
                 *** 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                   “Duyğu yağıĢları” 
228 
 
Bizim aramızda kimlər var hələ, 
Divlər, əjdahalar, cinlər var hələ, 
Sən hələ kölgənlə vuruĢmalısan, 
Mən hələ özümlə döyüĢməliyəm. 
Gözə görünməyən, ağla gəlməyəm. 
Sirli düyünləri dəf etməliyəm. 
Vaxtın halqaları tamam olmayıb, 
Tilsimlər, sehrlər tam açılmayıb. 
Sənin gözlərində yuxu var hələ, 
Mənim ürəyimdə qorxu var hələ, 
Sən hələ yarana duz basmalısan, 
Sən hələ yuxunu dağıtmalısan. 
Qırx qapı aĢmalı, qırx yol keçməli, 
Qara-qorxuları yox etməlisən, 
Bütün sınaqlarından üzüağ çıxıb, 
Özünü, eĢqini doğrultmalısan. 
Mən hələ saçımdan asılmalıyam, 
Səsimdən, ahımdan asılmalıyam, 
Küləkdən, ĢimĢəkdən, oddan adlayıb, 
Ruhumdan qorxunu götürməliyəm. 
Həsrətdən, xiffətdən, möhnətdən keçib, 
Sənə ürəyimi gətirməliyəm. 
Mənim nağılımı pozma, sən Allah! 
Bu gözəl arzunu, gözəl xəyalı 
Gülüb, zarafata yozma, sən Allah! 
Adamın ağlını alan dünyada 
Mənim son ümidim nağıla qalıb, 
Ən gözəl niyyətlər, ən gözəl sözlər, 
Ən gözəl sevgilər nağılda qalıb. 
Bəlkə bu son ümiddir... 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                    “Duyğu yağıĢları” 
 
229 
 
dayan... 
son ümid... 
Niyə bu “son” sözü gözəl səslənir, 
Qulağa xoĢ gəlir,gözə xoĢ gəlir? 
Sönən bir ocağın son iĢartısı, 
Solan  bir yarpağın son yaĢantısı... 
Son döyüĢ, son görüĢ, son vida, son eĢq, 
Son dəfə, son dua, son səs, son iĢıq... 
Niyə bu “son” sözü cazibəlidir? 
Elə bil ilanın əfsun dilidir. 
Bu əfsun aldadır, yoldan çıxarır, 
Bu əfsun al dillə səni çağırır. 
Bu “son”un dilləri xəyal tək Ģirin, 
Bu “son”un əlləri yuxu tək dərin, 
Bu ilğım “son” eĢqin “son” əcəlidir, 
Bu “son” ölüm qədər möcüzəlidir. 
Yox, dayan,”son” demə, qurbanın olum, 
Mənim nağılımı korlama belə, 
Ölümü-itimi gətirmə dilə. 
Mən sonsuz arzular sorağındayam, 
Mən sonsuz sevgilər zolağındayam. 
Ruhum sonsuzluğun qanadlarında, 
EĢqim  sonsuzluğun vaxt axarında. 
Küləkdən-küləyə axıb gedərəm, 
Buluddan-buluda yağıb gedərəm. 
Taledən-taleyə keçər ürəyim
Ümiddən-ümidə köçər ürəyim. 
Gecə ulduzlarla yanıb-sönərəm, 
GünəĢlə gedərəm, Ayla dönərəm. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                   “Duyğu yağıĢları” 
230 
 
 
                   *** 
 
Onsuz da dünya dardır, 
Uçmayıb neyləyəydim? 
Ürəyimi küləklərə 
Açmayıb neyləyəydim? 
 
Nə yaman oxĢayır sənə, 
Göy yanır ulduz-ulduz. 
Niyə belə uzaqdasan, 
Mən sənsiz belə yalqız. 
 
Soraq göndərdim sənə, 
Səsim sənə çatdımı? 
Göylər niyə tutuldu, 
Cavabın bir ahdımı? 
 
                    *** 
 
Get, səhər açıldı daha, 
Nağıl da bitdi burda. 
Get, özünçün dolan indi 
YaĢadığın dünyada. 
Küçələrdə asudə gəz, 
ġəhərdə azad dolan 
Gecələri rahat yat, 
Səhər ağrısız oyan. 
Pillələri yüngül qalx, 
Dostlarınla ərklə danıĢ. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                    “Duyğu yağıĢları” 
 
231 
 
Gündəlik qəzetlərə bax, 
Bir az da özün çalıĢ. 
Bir də... 
Məni xatırla, 
Özünlə tək qalanda. 
Dərdini dərdimlə böl, 
Tamam tənha olanda. 
Məni bu yad dünyada 
Təkcə sənsən duyanım, 
Məni itirməkdən qorxma, 
Tapmaqdan da qorxma, canım! 
 
                     *** 
 
Nə gördük, nə götürdük 
Tale nağıllarından? 
Nə itirdik, nə gətirdik 
Bu ömür yollarından? 
Hər nağılın arxasında 
Kiminsə bəxti yatmıĢ, 
UĢaqlara vermək üçün 
Onu böyüklər yapmıĢ. 
Hər kəs öz nağılını 
Bir vaxt kimdənsə almıĢ, 
Kiminsə qulağına 
Kim isə pıçıldamıĢ. 
Bu nağıl nağıl deyil, 
Açardı ömrümüzə. 
Yuxuya gedən anda 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                   “Duyğu yağıĢları” 
232 
 
Kimsə söyləmiĢ bizə. 
Hər nağıldan nə isə 
Miras qalıbdır bizə, 
Hər nağıldan bir yol var 
Bizim taleyimizə. 
 
                *** 
 
Nağılda görüĢdük ayla gün kimi, 
Nağılda ayrıldı talelərimiz. 
Gedək, o yolları bir də axtaraq, 
Bəlkə, rastımıza çıxdı izimiz. 
 
Gedən sıxıntılar,gələn ağrılar 
Bizim aramızda bölünəcəkmi? 
Uzaq zamanların ayrılığından 
Dönən hansımızıq, bilinəcəkmi? 
 
Kədər də, həsrət də, duman də çökər, 
Nağıllar içində ötən ömrümüz. 
Yağan ulduzların sevgi qoxusu 
Bəs edər,  
            bəs edər,  
                         bəs edər mənə.  
 
                   
                     Aprel 2001 
 
 

Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə