MahirəNərimanqızı



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə41/50
tarix03.10.2017
ölçüsü2,94 Kb.
#3017
1   ...   37   38   39   40   41   42   43   44   ...   50

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                    “Duyğu yağıĢları” 
 
177 
 
havasız oynayanlar belə ondan xoşbəxt və azad 
idilər. 
 
O isə əzabkeş və cəfakeş idi.Arvadı və uşaqları 
onun yazdıqlarını bir yerə yığır, araşdırır, üzünü 
köçürür, onunla birlikdə əzab cəkirdilər.Bəlkə də, 
heç əzab çəkmirdilər, bu, ona belə gəlidi.O hər şeyi 
əzab pərdəsi arxasından görməyə adət 
eləməmişdi.Hərə özünə lazım olanı götürür, hərə 
ondan öz istədiyi kimi istifadə edirdi.Bütün bunları 
bildiyi üçün daha çox əsəbiləşir, hirslənir, üzülür, 
get-gedə əldən düşürdü. 
 
Bir gün ağlına gəldi ki, o hər şeyi ata da bilər, 
hər şeyi dəyişdirə də bilər, bu sonsuz əziyyətlərdən 
qurtula da bilər.Bu fikir ağlından  heç keçıb 
qurtarmamış, heç bitməmiş düşündü ki, bundan 
sonra nə gəlsə, nə olsa,o da başqa bir oyun 
olacaq.Nə fərqi, bu oyun olmasın, o biri olsun, 
hamısı birdir,hamısı oyundur.Həyat onun üçün yalnız 
oyunlardan ibarətdir.Müdrik bir kədərlə düşünürdü 
ki, bütün bunları bilə-bilə yaşamaq nə qədər ağır, nə 
qədər darıxdırıcı, nə qədər mənasızdır. 
 
 
 
               *** 
 
Oyun oyun doğur öz oyununda, 
Oyun oyun doğur, oyun gətirir. 
Köhnə oyunların kötüyü üstə 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                   “Duyğu yağıĢları” 
178 
 
Oyun yeni-yeni oyun bitirir. 
Təptəzə oyunlar qol-budaq atır, 
Oyunlar böyüyür min bir çeĢiddə. 
Gizli oyunları ötürmək üçün 
Oyunlar dayanır indi keçiddə. 
Qapı arxasında gedən oyunlar
Qapalı oyunlar, gizli oyunlar, 
Özünə yol cızır, yol hazırlayır, 
Fitnəkar oyunlar, nazlı oyunlar. 
Siyasət oyunu, millət oyunu, 
Rəyasət oyunu, sərvət oyunu, 
Nifaq toxumunu səpir torpağa, 
Xəyanət oyunu, qəflət oyunu. 
Gedir aralıqda Ģöhrət oyunu, 
Fəlakət, rəzalət, töhmət oyunu, 
ġəhid duyğuların üstündən keçir, 
Cinayət oyunu, nifrət oyunu. 
Vaxtla oynanılır Ģahmat oyunu, 
Piyada oyunu, atlı oyunu. 
Nə udan bəllidir, nə də uduzan, 
BaĢlayan bitirir matla oyunu. 
Ordu da uduzur, Ģah da uduzur, 
Vəzir də uduzur, at da uduzur. 
Bu oyun oyundur, oyuna girən 
Haqsız da uduzur, haqq da uduzur. 
 
                          OYUNDA  BĠRĠNCĠ “O” DUR 
 
O – nə mənəm, nə də sən, 
O – odur, 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                    “Duyğu yağıĢları” 
 
179 
 
oyunçudur. 
O, oyuna baĢlayan, 
O, oyuna girəndir. 
O-  uduzan, 
O -udan, 
O – oyunu görəndir. 
O – odur, 
Oyunçudur. 
O, oyunu aparan, 
O, oyunu qurandır. 
O, oyunu yaradan, 
O, oyunu yorandır. 
Onsuz  nə bir iĢ yapan, 
Onsuz nə iĢ görən var. 
Onsuz nə toy, nə də yas, 
Onsuz nə bir törən var. 
O, könüllər fatehi, 
O, qəlb xiridarıdır. 
O, ürəklər məhrəmi, 
O, eĢq tacidarıdır. 
O, məclislər qaymağı, 
O, qeybətlər qaynağı. 
O – səni qarĢılayan, 
O – səni yola salan, 
O – hər kəsin qonağı. 
O-  fitnəkar, 
O -fəndgir, 
O -tamahkar,  
O- pulgir. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                   “Duyğu yağıĢları” 
180 
 
O - fədakar,  
o- cibgir, 
O- yoldan çıxarandır. 
O -hər sirrin sirdaĢı, 
O -hər dərdin qardaĢı, 
O -hər yolun yoldaĢı, 
O-qaldan çıxarandır. 
O, hiyləgər, o, zərgər, 
O, çilingər, o, misgər. 
O, sərkərdə, o, əsgər, 
O- qanaqda  gedəndir. 
Oyun Ģəkər, oyun bal, 
Oyun dilsiz, oyun lal, 
Oyun yaltaq, oyun yal, 
Oyun yala yalmanan, 
Oyun sözə inanan, 
Oyun sözə aldanan, 
Oyun zəhərli ilan. 
O, oyunbaz, o, iĢbaz, 
O, arvadbaz, o, aĢbaz, 
O, nağılbaz, o, sözbaz, 
Oyun ələ yatandır. 
O axtaran, o tapan, 
O yox yerdən var yapan, 
O, daĢdan iĢ çıxaran, 
Hər iĢdən baĢ çıxaran, 
Oyun dilə yatandır. 
O, ümiddir, o, arzu, 
O, xəyaldır, o, yuxu, 
O, röyalar, o, ilğım, 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                    “Duyğu yağıĢları” 
 
181 
 
O, sevgidir, o, duyğu. 
O nə mənəm, 
Nə də sən. 
O odur, 
O, oyundur, 
o odur, 
oyunçudur. 
 
 
MƏHKUM  OYUN 
 
Arxadan gələn duyğu onu itələdi. Şüurunda bir anlıq 
qığılcım oyandı və yenə də soruşdu: “Ölən kimdir?” 
Səsi çıxmadığındanmı və ya onu eşitmədiklərindənmi 
heç kəs cavab vermədi.Adamlar get-gedə çoxalıb 
sıxlaşırdı. O da özündən asılı olmayaraq, key-key bu 
axına qoşulub gedirdi.Qaranlıq idi.Amma hara 
baxırdısa, ora işıq düşürdü, ona görə də elə bilirdi 
ki, hər şeyi aydın görür. 
Yenə həmin yer idi.Boz-qaranlıq boşluqda qeyri-təbii 
biçimli təpəlik, qara-sarıya çalan torpaq, baş 
daşları...Gələcəkləri yer bura idi.Zəndlə ətrafa 
baxdı.İndi hər şey yaxında idi.Elə bil hara isə 
dağılan qara-sarı işıq da bir yerə yığılmışdı və yerini 
dəyişə-dəyişə adamların üzünə düşürdü.Heç kəs 
nəfəs almırdı, deyəsən, heç burda nəfəs yox 
idi.İçindəki darlıqdan və gərginlikdən 
darıxdı.Başından, gözlərindən,əllərindən asılan 
ağırlığı yox eləmək, nəyi isə anlamaq, dərk eləmək, 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə