MahirəNərimanqızı



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə39/50
tarix03.10.2017
ölçüsü2,94 Kb.
#3017
1   ...   35   36   37   38   39   40   41   42   ...   50

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                    “Duyğu yağıĢları” 
 
165 
 
bir daha bilərəkdən. 
Məni bağıĢlamayacaq heç kəs, 
Günahım  
bir daha yuyulmayacaq, 
Əllərim qapamasa 
Gözlərimi indicə. 
 
                   *** 
 
Kimi səni tale kimi, 
Kimi var kimi sevdi. 
Kimi səni Ģair kimi, 
Kimi yar kimi sevdi. 
Kimi səni mələk kimi, 
Kimi sirr kimi sevdi. 
Sən bunların heç birində 
Özün ola bilmədin. 
 
Dedilər, taleyin kordu, 
Baxa-baxa göz də oldun. 
Ucu sənin əlindəydi, 
Yığa-yığa iz də oldun. 
YağıĢ idin göy üzündə 
Yağa-yağa söz də oldun
Sən bunların heç birində 
Özün ola bilmədin. 
 
Dərd də  sənə möhtac oldu, 
Dərd kimi bölünmədin. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                   “Duyğu yağıĢları” 
166 
 
Gizləyib göz yaĢlarını, 
Vaxt kimi bilinmədin. 
Göyə çıxdın, yerə batdın, 
Ruhuna bələnmədin. 
Ah da oldun, ruh da oldun, 
Haqq da oldun dünyada. 
Sən bunların heç birində  
Özün ola bilmədin. 
 
                  *** 
Ayrılığa  qalan günlər, 
Gedin, məni unutmayın. 
Keçdiyiniz yuxuların 
Yarasını qanatmayın. 
 
Yığsanız göz yaĢlarını, 
Elə yığın, tökülməsin. 
Biçsəniz bəxt köynəyini, 
Kəfən kimi tikilməsin. 
 
Görsəniz ki, kimsəsizdir, 
Acığa düĢüb döyməyin. 
Əgər rastınıza çıxsa, 
Mənim  ruhuma  dəyməyin. 
 
               *** 
Görüb-eĢitdiyimi 
Bölürəm  vaxtla  yarı. 
Ölüb, qalıb, bilmirəm, 
Baxtın macəraları. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                    “Duyğu yağıĢları” 
 
167 
 
 
Yadımda da qalmayıb, 
Bir dərdim var idimi? 
Dərdi  tanımamıĢdan 
Hövsələm dar idimi? 
 
Gedirəm, qayıdıram, 
DüĢdüyüm çuxuradək, 
Heç kim görməyib məni, 
Əvvəldən – axıraradək… 
 *** 
 
 
                   *** 
 Ġndi qar yağır, əzizim, 
Az qalıb çıxa dizə. 
Ayrılıq ağrısıyla 
Yağan qar dərddi bizə. 
 
Kiminsə taleyində 
Sevgi tək birincidi, 
Od-ocaq olan yerdə 
Qar uĢaq sevincidi. 
 
Eh, çoxdan keçib bizim 
Qar gözləyən vaxtımız, 
Ötənlərdə əriyib, 
Suya dönüb baxtımız. 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                   “Duyğu yağıĢları” 
168 
 
DəyiĢib bizim üçün 
Bu dünyanın axarı. 
Ötüb gedən bir ömrün 
Nə yüngülü, ağırı? 
 
Ġndi qar ağlığından 
Ürəyimiz ağrıyır. 
Qar altda adda-budda 
Xatirələr ağlayır. 
 
Yəqin, yenə kədərlisən, 
Soyuqdan da üĢüyürsən. 
Yəqin, qara baxa-baxa 
Yenə məni düĢünürsən. 
 
                 
         
 
                      *** 
Təcnis 
Bu üz yaman Ģeydir, üzdədir yeri, 
Ha gizlə dərində tez üzə çıxır. 
Mayası sümükdə, ilikdə olan 
Həya altda qalır, üz üzə çıxır. 
 
Üzü üzdə olan üzə iriĢir, 
Qapıdan qovursan, bacadan düĢür. 
Gedirsən kölgəsi sənə iliĢir, 
DanıĢdır, sözündən biz üzə çıxır. 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                    “Duyğu yağıĢları” 
 
169 
 
Hər yerə yetməyə vaxtı tez tapır, 
Fələyin əlindən baxtı tez qapır, 
Nə görür, götürür, özünə yapır, 
Qaynayır içindən buz üzə çıxır. 
 
                    *** 
 
Ümiddən qorxmasaydım, 
Dönərdim sənə sarı. 
Keçərdim bir andaca, 
Ġçimdəki hasarı. 
 
DanıĢardım qorxmadan, 
Səninlə öz səsimlə. 
Necə danıĢıramsa, 
Yuxuda öz-özümlə. 
 
Qorxunun bu hökmünə  
Nə vaxtadək dözüm ki? 
Ġndiyədək əlini 
Kim ümiddən üzüb ki! 
 
Getdiyim yerdən məni 
Yarıyoldan döndərir, 
BaĢtutmaz sevdaların 
Dalısıyca göndərir. 
 
Mən özümdən qorxmuram, 
Heç səndən də qorxmuram. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                   “Duyğu yağıĢları” 
170 
 
Qorxduğum tək ümiddir, 
Ümid məni aldadır. 
 
                *** 
 
Sizin üzünüzə ulduz doğmadı, 
Günlər də boylanıb baxmadı sizə. 
Nə güllər açıldi, nə də güllələr
Nə yaylım atəĢi Ģərəfinizə. 
Ruhunuz almadı yurd qoxusunu, 
Torpaq qoxusunu, qan qoxusunu. 
AĢa bilmədiniz “mən” hasarını, 
Keçə bilmədiniz can qorxusunu, 
Və sizlər heç zaman bilmədiniz ki, 
Vətən hansı adda daha əzizdir. 
 
Ötənə-yetənə “yar” söylədiniz, 
Ġtənə-bitənə “bir” söylədiniz, 
Qürbətə-Vətənə “yer” söylədiniz, 
Hər əl uzadana “ver” söylədiniz, 
Hər gəlib-gedənə “sirr” söylədiniz, 
Hər qəbrə, məzara “qor” söylədiniz, 
Və sizlər heç zaman anlamadınız, 
Vətən hansı adda daha əzizdir. 
 
Siz də qulaq asın, Ģəhid ruhları, 
Sizin gözləriniz, dodaqlarınız, 
Sizin əlləriniz, ayaqlarınız 
Duman tək sürünüb öpdü torpağı, 
Dua tək üzünə sürtdü torpağı. 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə