MahirəNərimanqızı



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə38/50
tarix03.10.2017
ölçüsü2,94 Kb.
#3017
1   ...   34   35   36   37   38   39   40   41   ...   50

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                    “Duyğu yağıĢları” 
 
159 
 
Ürəyimdən asıldı. 
Gizli sövdələĢmənin 
Sərlövhəsi yazıldi. 
 
Nə dedin, nə demədin, 
Heç fərqi duyulurmu? 
Artıq verilmiĢ hökmün 
Bir mənası olurmu? 
 
            *** 
 
RastlaĢdıq səninlə gözlənilmədən, 
Vaxt ilə üz-üzə, göz-gözə durduq. 
Bir an tamlığının möcüzəsilə, 
Bütün tilsimlərin sirrini qırdıq. 
 
Nə üz gizləməyə bir daldanacaq, 
Nə dönüb getməyə döngə olmadı. 
Fələyin hökmünə, baxtın əmrinə 
Baxmaqdan savayı çarə qalmadı. 
 
Gözlərim diksindi doğmalığından, 
DüĢdü aralığa qəlbin sədası. 
ĠĢıq qanadında apardı məni, 
Gələn günlərimin sirli  vidası. 
 
Ruhum da çirpınıb ayrıldı məndən, 
Bilməm, kimlər idi keçdi yanımdan. 
Üstündən nə qədər zaman ötsə də, 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                   “Duyğu yağıĢları” 
160 
 
Ürəyim asılı qalıb o andan. 
 
 
Nə varsa, çəkilib getdi dünyadan, 
Artıq yalan oldu bütün zamanlar. 
Artıq nə gecə var, nə gündüz, nə sədd, 
Mən varam, sən varsan, bir də... 
                                               tale var. 
                
                       *** 
 
Ürəyim açılmır vaxtın üzünə, 
Ruhun gicəllənir qəm qoxusundan. 
Ömrümün nə qədər qizli dərdləri 
Hələ oyanmayıb dərd yuxusundan. 
 
Çox da ki, yaĢımdan böyükdü dərdin, 
Sən mənim dərdimə düĢən düyünsən. 
Səni qoruyuram sirr tək hamıdan, 
Çox da ki, heç kimə sən sirr deyilsən. 
 
Gəzdirə bilməzdim səni özümlə
Dərdini dərdim tək doğma bilməsəm. 
Dərddən ölməməyin əlacını da, 
Sənə söyləyərəm sonra...ölməsəm. 
 
                 *** 
Bu gecədən nə ümid, 
Nə də bir söz oyanır. 
Aramızda keçilməz 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                    “Duyğu yağıĢları” 
 
161 
 
Sədd kimi vaxt dayanır. 
 
Divardakı saat da 
Asılandan iĢləmir. 
Əqrəblər bir-birinə 
Çatıb vaxtı diĢləmir. 
 
Hər anın ağrısını 
Xoruz banı bildirir. 
Məni bir yandan yağıĢ, 
Bir yandan vaxt öldürür. 
 
                
                  *** 
 
Ġndi çıx qarĢıma,qarĢıla məni, 
QarĢıla səsimi, duyğularımı. 
Ġndi yığ ovcuna özunünkü tək
Əlimdən aldığın yuxularımı. 
 
Məni oğurladın vaxt ayrıcından, 
Ayırdın dərdimin doğmalığından. 
Bəlkə ,bilərəkdən, bilməyərəkdən, 
Ayırdın dünyanın ayrılığından. 
 
Üstündə əsdiyim sonuncu sözdən, 
Sonuncu ümiddən, sonuncu közdən, 
Könüllü-könülsüz getdiyim izdən, 
Gecədən-gündüzdən ayırdın məni. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                   “Duyğu yağıĢları” 
162 
 
 
Keçdiyim keçiddən, çaĢdığım andan, 
Döndüyüm döngədən, yoldan, dalandan, 
Çıxa bilmədiyim vaxtdan, zamandan, 
Canımdan-qanımdan ayırdın məni. 
 
Məni gözləyirdın, ya gözləmirdin, 
Bəlkə, gözləyirdin ömrün sonu tək. 
Məni də özünlə birgə ayırdın, 
Taleyin sonuncu fərmanınadək. 
 
Ruhumun çökməyə duman yeri yox, 
Könlümün kimsədən uman yeri yox, 
Geriyə dönməyə güman yeri yox
Sonuncu iĢıq tək qarĢıla məni. 
 
As baĢın üstündən tələm-tələsik, 
Səninçün yağacaq yağıĢlarımı. 
Ġndi yığ dünyadan özününkü tək, 
Əlimdən aldığın  baxıĢlarımı. 
 
               *** 
 
Allah!Məni çevir dərdin baĢına, 
Məni göz yaĢının baĢına çevir. 
Adi çöl otunun, çöl çiçəyinin, 
Adi çay daĢının baĢına çevir. 
 
Məni qoy qayıdım tənhalığıma, 
Məni öz sözümün gücünə qaytar. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                    “Duyğu yağıĢları” 
 
163 
 
Al məni gözümün yorğunluğundan, 
Dünyanın ən uzaq küncünə qaytar. 
 
Al məni səsimin həyəcanından, 
Gələndən-gedəndən göz gizləməyim. 
Kiminsə yanında soyuq danıĢıb, 
Dərdini gizlində əzizləməyim. 
 
Bürünüm dərdimin bürüncəyinə, 
Doğulum,boyüyüm öz köynəyimdə. 
Məni necə varam, eləcə qalım, 
ġerimin doğulan ilkinliyində. 
 
Allah, məni qaytar tənhalığıma, 
Məni qöy üzünün baĢına çevir. 
Kimi qarğısan da, qarğımasan da, 
Məni öz səsimin baĢına çevir. 
 
                   *** 
 
YüklənmiĢ çiyinlərin 
Ağır-ağır əyilir. 
Üstündə ayrılığın  
Son ağısı deyilir. 
 
Çalın-çarpaz yollarda 
Gözlərin itib, bəlkə? 
Ya heç nə gözləmirsən
Ümidin bitib, bəlkə? 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                   “Duyğu yağıĢları” 
164 
 
 
BaĢın üstə dolanan 
Tale buludlarıdır. 
Ürəyinin çəkisi 
Göz yaĢınla  yarıdır. 
 
Kimi görsən, üzünə 
Giley ilə baxırsan. 
YağıĢlar çoxdan kəsib, 
Sən elə hey yağırsan. 
 
                *** 
 
Əllərim qapamasa 
Gözlərimi indicə, 
Gözlərim 
bir daha yumulmayacaq. 
Ürəyim kor olacaq, 
Səsim kar olacaq. 
Quruyacaq bu yer, göy, 
Sular məni bilməyəcək. 
Əriyəcək, 
əriyəcək dünyanın yağıĢları, 
Ġslanıb 
xoĢbəxtliyin göz yaĢlarında 
çiçəklər bir daha 
sevilməyəcək. 
QuĢlar ölməyəcək 
sevib-sevilərəkdən. 
Adamlar aldanmayacaq bir daha 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə