MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə22/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   18   19   20   21   22   23   24   25   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

69 


–  Azərbaycan  Cümhuriyyəti  bütün  müsəlman  xalqlarına 

müstəmləkə 

zülmündən 

azad 


olmanın, 

müstəqil 

dövlət 

yaranmasının nümunəsini göstərdi. 



 

–  Müstəqil  dövlətin  yaradılması  üçün  əlverişlı  beynəlxalq  şərait 

mövcud  idi.  Osmanlı  imperatorluğunun  yardımları  dövlətin 

yaradılması üçün mühüm xarici faktor rolunu oynadı. 

 

– Nəhayət, müstəqil dövlətin yaradılması obyektiv tarixi proseslərin 



və  Azərbaycan  xalqının  uzun  illər  boyu  apardığı  istiqlal 

mübarizəsinin konkret nəticəsi idi. 

 

Kitabda  hörmətli  Əli  müəllim  Ararat  respublikalarından  bəhs 



edərkən  haqlı  olaraq  qeyd  edir  ki,  Cənubi  Qafqazda  heç  zaman 

Ermənistan  adlı  inzibati-siyasi  vahid  olmamışdır.  Müəllif  fikrini 

davam  etdirərək  xüsusi  vurğulayır  ki,  Ermənistan  adlı  dövlət  ilk 

dəfə  olaraq  məhz  qədim  İrəvan  şəhəri  mərkəz  seçilməklə 

Azərbaycan  torpaqlarında  yaradılmışdır.Yaradılarkən  Ermənistan 

ərazisi təxminən 9 min kvadratmetr elan edilmişdi. Yeni yaradılmış 

dövlətin  hətta  paytaxtı  yox  idi.  Ermənilər  bu  zaman  İrəvana  iddia 

etmirdilər.  Onlar  dövlət  yaratmaq  üçün  indiki  Türkiyənin  bəzi 

vilayətlərini  və  paytaxt  olaraq  Gümrünü  istəyirdilər.  Həmin 

torpaqlar  və  Gümrü  o  zaman  türk  ordusunun  nəzarəti  altında  idi. 

Əsərdə  Azərbaycan  Milli  Şurasının  paytaxt  olaraq  İrəvanı 

Ermənistana güzəşt etməsinin səbəblərinə də aydınlıq gətirilmişdir. 

Müəllifin  bu  məsələ  ilə  bağlı  kifayət  qədər  əsaslandırılmış 

arqumentləri belədir: 

 

–  Birincisi,  Milli  Şura  İrəvanı  Ermənistana  verməklə  erməni  və 



Azərbaycan xalqları arasında milli sülhün yaranacağına, ermənilərin 

ondan sonra guya ərazi iddiaları irəli sürməyəcəyinə ümid edirdi. 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

70 



–  İkincisi,  ermənilər  artıq  İrəvanı  işğal  etmişdilər  və  onun  azad 

edilməsi qanlı müharibə vasitəsilə mümkün idi. 

 

– Üçüncüsü, bu məsələdə xarici amilin də rolu danılmaz idi. Türklər 



də  həmin  vaxtda  bütün  dünyada  antitürk  fəaliyyət  sərgiləyən  və 

Anadolunun  bir  çox  strateji  məntəqələrini  tələb  edən  erməniləri 

sakitləşdirmək,  bu  ərazilərdə  sabitlik  yaradılmasını  təmin  etmək, 

müttəfiqlərin  ermənilərlə  bağlı  ərazi  və  digər  təzminat  tələblərini 

önləmək  məqsədilə  Azərbaycan  hökumətinə  İrəvanı  ermənilərə 

güzəştə getməyi tövsiyə edirdilər. 

 

Heç  şübhəsiz,  Türkiyə  bu  addımın  atılmasının  vacibliyini 



Azərbaycanın  müstəqilliyinin  qorunub  saxlanılmasına  ciddi 

təhlükələrin olması ilə əsaslandırdı. 

 

Əsərdə  Azərbaycan  Xalq  Cümhuriyyətinin  yaranmasına  dünyanın 



böyük  dövlətlərinin  birmənalı  olmayan  münasibəti  ilə  bağlı 

məsələlər  də  xüsusi  tədqiqat  predmeti  olaraq  araşdırılmış,  bu 

məsələdə hər bir dövlətin tutduğu mövqeyi şərtləndirən amillər, bu 

prosesdə  səbəb-nəticə  əlaqəsi  kifayət  qədər  dolğun  və 

əsaslandırılmış təqdim olunmuşdur. Məsələn, əsərdə qeyd olunur ki

bolşevik Rusiyası sona qədər Azərbaycanın müstəqilliyini tanımadı. 

Bolşevik hökuməti Bakı neftinin digər bir ölkənin əlinə keçməsinə 

imkan  vermək  istəmirdi.  Məlum  reallıqlar  fonunda  Osmanlı 

imperatorluğunun  mövqeləri  regionda  möhkəmlənirdi.  Osmanlı 

regionda  çoxluq  təşkil  edən  türk-müsəlman  əhaliyə  arxalanırdı. 

Almaniya  regionda  müəyyən  rol  oynamaq  istəyirdi.  Onun 

siyasətində arxalandığı qüvvə çarizm tərəfindən müxtəlif dövrlərdə 

bu  yerlərə  yerləşdirilən  alman  koloniyaları  və  gürcülər  idi. 

Almaniyanın  Azərbaycanda  neft  və  digər  təbii  sərvətlərə 

yiyələnmək  maraqları  da  var  idi.  Müəllifin  elmi  qənaətinə  görə, 

Antanta ölkələri regionun nə Osmanlının təsiri altına düşməsini, nə 

də  Sovet  Rusiyasının  nəzarətində  qalmasını  istəyirdilər.  İngilislər 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

71 


Bakı  neftinə  sahib  olmağa,  Xəzər  üzərində  nəzarəti  ələ  keçirməyə 

və Orta Asiyaya gedən yollara yiyələnməyə, Şimali Qafqazda gedən 

antisovet  hərəkatını  gücləndirməklə  Rusiyada  devrilmiş  rejimi 

bərpa etməyə çalışırdılar. 

 

Əsərdə  regionda  formalaşmış  belə  olduqca  mürəkkəb  geosiyasi 



amillər 

və 


proseslər 

kontekstində 

Azərbaycan 

Xalq 


Cümhuriyyətinin  geosiyasi  fəaliyyəti,  habelə  xarici  dövlətlərin 

Cənubi Qafqaz siyasətinin forma-məzmun xüsusiyyətləri, xarakteri 

və reallaşdırılması mexanizmləri araşdırılmış, böyük elmi və siyasi 

əhəmiyyəti  olan  elmi  qənaətlər  və  nəticələr  irəli  sürülmüşdür. 

Azərbaycan  Xalq  Cümhuriyyətin  beynəlxalq  legitimlik  əldə  etmək 

istiqamətində  atdığı  israrlı  və  məqsədyönlü  addımlar,  bu 

istiqamətdə  ayrı-ayrı  böyük  dövlətlərin  kəsişən  və  toqquşan 

mənafeləri,  xüsusən  bolşevik  Rusiyasının  hər  vəchlə  zəngin  Bakı 

neftinə  sahib  olmaq  niyyəti  və  bu  məqsədlə  Azərbaycana  qarşı 

ardıcıl  təzyiqlər  göstərməsi  nəticəsində  formalaşmış  olduqca 

mürəkkəb  geosiyasi  vəziyyətlə  bağlı  məsələlər  dürüst  və  obyektiv 

təhlillər  predmetinə  çevrilmişdir.  Əsərdə  Sovet  Rusiyasının  işğal 

siyasətinin  nəticəsi  olaraq  Azərbaycanın  dövlət  müstəqilliyinə  son 

qoyulması prosesinin geosiyasi nəticələrinin şərhini verən professor 

Əli  Həsənov  qeyd  edir  ki,  bu,  həm  də  Azərbaycan  və  Cənubi 

Qafqazın  yeni  geostrateji  vəziyyətinin  başlanğıcı  idi.  Artıq  Rusiya 

və İran arasında bufer dövləti rolunu oynayan müstəqil Azərbaycan 

dövləti  mövcud  deyildi  və  həmin  ölkələrlə  sərhədlərə  Rusiya 

bilavasitə  nəzarət  etmək  imkanı  qazandı.  Fikrini  davam  etdirərək, 

müəllif haqlı olaraq qeyd edir ki, artıq İran və Türkiyə zəif və kiçik 

Azərbaycan,  Gürcüstan  və  Ermənistan  ilə  deyil,  agır  vəziyyətdə 

olmasına  baxmayaraq,  güclənməkdə  olan  Rusiya  ilə  qonşuya 

çevrildilər.Türkiyə  bu  reallıqlar  fonunda  Rusiyanın  timsalında 

özünə  müttəfiq  tapdı.  Digər  tərəfdən  də  elə  həmin  Antantanın  və 

Rusiyanın  dəstəyi  ilə  Türkiyə  ərazisində  dövlət  yaratmaq  istəyən 

―erməni məsələsi‖ni həll etdi. Bu isə təkcə Cənubi Qafqazda deyil, 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə