MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə21/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   17   18   19   20   21   22   23   24   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

66 



―maarifçilik  siyasəti‖ni  öz  müstəmləkəçilik  fəaliyyəti  ilə 

çətinləşdirərək,  nə  qədər  azərbaycanlılar  arasında  ruslaşdırma 

siyasətini  həyata  keçirsə  də,  tam  fərqli  etnik  və  dini  mənsubiyyətə 

malik  azərbaycanlıları  imperiya  içərisində  assimilyasiya  etdirə 

bilmədi... 

 

Cənubi  Azərbaycanı  öz  tərkibində  saxlayan  İranda  və  Qərbi 



Azərbaycanın  bir  hissəsini  özünə  birləşdirən  Osmanlıda  isə 

Azərbaycan  xalqının  milli  inkişafı  ayrıca  bir  xətt  üzrə  davam 

etdirilmədi.  İranda  bu  proses  şiə  məzhəbli  ümumislam,  Osmanlı 

ərazisində  dil  birliyinə  söykənən  ümumtürk  çərçivəsinə  salınaraq 

dayandırıldı. Bu ölkələrin heç birində azərbaycanlılar üçün məxsusi 

milli  tədris  müəssisələri,  mətbuat,  dini  ibadət  və  mədəniyyət 

ocaqları  yaradılmadı,  əksinə,  onlara  qarşı  güclü  assimilyasiya 

siyasəti həyata keçirilməyə başlandı‖. 

 

Əsərdə  çarizmin  yuxarıda  qeyd  edilən  müsbət  cəhətləri  ilə  yanaşı, 



azərbaycanlılar  üçün  yaratdığı  ciddi  siyasi  problemlərlə  də  bağlı 

analizlər aparılmışdır. Müəllif haqlı olaraq qeyd edir ki, işğal etdiyi 

əraziləri  imperiya  ilə  daha  sıx  bağlamaq  üçün  Cənubi  Qafqazın 

―daha  etibarlı  ünsürləri‖  ilə  Azərbaycanın  demoqrafik  vəziyyətini 

dəyişməyə  başladı.  Regiona  ruslar,  almanlar,  polyaklar,  xüsusən, 

ermənilər köçürülməyə başlandı. Bu məsələyə toxunan müəllif qeyd 

edir  ki,  ermənilərin  Azərbaycan  torpaqlarında  yerləşdirilməsi 

regiona  özü  ilə  bərabər  çoxlu,  o  cümlədən  gələcəkdə  baş  verə 

biləcək  geosiyasi  dəyişikliklərə  zəmin  yaradan  problemlər  də 

gətirdi. 

 

Yuxarıda haqqında bəhs olunan konkret tədqiqat predmeti ilə bağlı 



araşdırmalarının yekunu olaraq müəllifin gəldiyi nəticə böyük siyasi 

çəkiyə,  aktuallığa  malikdir  və  olduqca  ibrətamizdir:  ―İşğalçı 

müharibələr  nəticəsində  həyata  keçirilən  bölüşdürülmə  və 

ermənilərin  yerləşdirilməsi  XIX  əsrdə  Azərbaycanın  geosiyasi 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

67 


vəziyyətində  baş  verən  ən  ciddi  mənfi  dəyişiklik  olub,  bütün 

Azərbaycan  xalqının  taleyinə  və  gələcək  dövlətinin  ərazi 

quruluşuna təsir edən amil oldu. Çarizmin regionda həyata keçirdiyi 

―parçala  və  hökm  sür‖  siyasəti  sonralar  bütün  Cənubi  Qafqaz 

regionunda qan və müharibələr ilə müşayiət olunan əsaslı geosiyasi 

dəyişikliklər üçün şərait yaratdı‖. 

 

Bu, bir həqiqətdir ki, I Dünya müharibəsinin başlanması ilə Qara və 



Xəzər  dənizləri,  Cənubi  Qafqaz  və  Anadolu  torpaqları  uğrunda 

mübarizənin  yeni  mərhələsi  başlanmış  oldu.  Əli  müəllim  haqlı 

olaraq qeyd edir ki, Türkiyə istisna olmaqla, I Dünya müharibəsində 

iştirak  edən  tərəfləri,  əlbəttə,  yerli  azərbaycanlıların  taleyi  deyil, 

daha  çox  Bakı  və  onun  nefti  maraqlandırırdı.  Odur  ki,  indiyədək 

Yaxın  və  Orta  Şərqdə  —  Mosul  nefti  uğrunda  müharibədə  iştirak 

edən tərəflər arasında geostrateji döyüşlərə 1918-ci ilin ortalarından 

etibarən zəngin neft yataqları olan Bakı və Cənubi Qafqazın digər 

müvafiq  əraziləri  (məsələn,  Bakı-Batum  dəmir  yolunun  keçdiyi 

rayonlar  və  s.)  uğrunda  amansız  döyüşlər  əlavə  edildi.  Müəllif  bu 

döyüşləri  şərtləndirən  amillərə  diqqəti  cəlb  edərək  qeyd  edir  ki, 

bunlar ilk növbədə Bakının geosiyasi mövqeyi ilə bağlı idi. Başqa 

sözlə,  Bakıya  sahib  olan  ölkə  Xəzər  üzərində  nəzarəti  əldə  edirdi. 

İkincisi,  Xəzər  üzərində  nəzarəti  həyata  keçirən  ölkə  isə  həm 

Cənubi  Qafqaz,  Orta  Asiya,  həm  də  Türküstana  gedən  yollara 

açılmış olurdu. Bir sözlə, bütün bu amillərin məcmusu müharibənin 

gedişində Cənubi Qafqazda yeni geosiyasi vəziyyətin yaranmasına 

gətirib çıxardı. 

 

Tədqiqat  işində  həmin  tarixi  şəraitdə  Cənubi  Qafqazda  geosiyasi 



vəziyyəti  müəyyən  edən  əsas  dövlətlərə  toxunan  müəllif,  ilk 

növbədə, Osmanlı, Almaniya, Avstriya-Macarıstan və düşdüyü ağır 

vəziyyətdə  çarəsiz  qalaraq  qeyd  edilən  dövlətlərlə  könülsüz 

razılaşan bolşevik Rusiyasına diqqəti cəlb edir. 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

68 



Bu  reallıqlar  fonunda  Cənubi  Qafqaz  dövlətlərinin  demokratik 

federativ respublikada birləşmək siyasəti onu regionda formalaşmış 

olduqca  mürəkkəb  proseslərin  qalibi  statusuna  yüksəldə  bilmədi. 

Cənubi  Qafqaz  anarxiya,  xaos  və  millətlərarası  qarşıdurma 

məngənəsində  sıxılırdı.  Bu  vəziyyətdə  Transqafqaz  seyminin 

buraxılması və regionda yeni müstəqil dövlətlərin yaranması tarixi 

zərurətə  çevrilmişdi.  Əli  müəllim  bu  tarixi  zərurətin  mahiyyət  və 

məzmununu,  onun  reallaşdırılması  müxanizmlərini  fundamental 

əsərində  olduqca  dolgun  şəkildə  ifadə  edə  bilmişdir.  Burada  ilk 

növbədə,  yuxarıda  qeyd  olunan  məlum  siyasi  proseslərin  məntiqi 

nəticəsi olaraq Azərbaycanın müstəqilliyinin elan edilməsi və onun 

Cənubi  Qafqazın  geosiyasi  vəziyyətinə  təsiri  ilə  bağlı  məsələlər 

elmi  təhlillər  müstəvisinə  çıxarılmışdır.  Apardığı  dərin  analitik 

təhlillərə  istinad  edərək  müəllif  bu  dövrün  unikal  dövlətçilik 

tariximiz  ilə  bağlı  bir  sıra  mühüm  elmi  və  siyasi  nəticələrini  irəli 

sürmüşdür: 

 

–  Azərbaycanın  şimalı  XIX  əsrdə  Rusiya  tərəfindən  xanlıqlar 



formasında  işğal  edilmişdirsə,  azərbaycanlılar  isə  şirvanlı,  gəncəli, 

bakılı,  lənkəranlı,  naxçıvanlı  və  başqa  adlar  altında  bu  ölkəyə 

birləşdirilmişdirsə,  1918-ci  ildə  Azərbaycan  vahid  bir  dövlət, 

azərbaycanlılar  isə  vahid  bir  xalq  kimi  imperiyanın  tərkibindən 

ayrıldı. 

 

–  Azərbaycan  xalqının  uzun  illər  pozulmuş  vahid  dövlətçilik 



ənənələrinin  bərpa  edilməsi  ilə  Cənubi  Qafqazda  yeni  geosiyasi 

vəziyyət formalaşdı. 

 

–  Azərbaycan  təkcə  Qafqaza  deyil,  bütün  Yaxın  və  Orta  Şərq 



regionuna təsir edən ciddi bir faktora çevrildi. 

 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə