MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə24/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   20   21   22   23   24   25   26   27   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

75 


Sadalanan  elmi  mülahizələri  nəzərə  alaraq,  belə  qənaətə  gəlmək 

olar  ki,  professor  Əli  Həsənovun  ―Azərbaycanın  geosiyasəti‖ 

adlanan    fundamental  elmi  əsəri  öz  bitkin  fəlsəfi  və 

ümumiləşdirilmiş elmi əsaslarına görə, eyni zamanda Azərbaycanın 

geosiyasət tarixini özündə əks etdirən dəyərli elmi əsər olduğundan  

Azərbaycan dövlətinin mükafatına layiq görülə bilər. 

 

Azərbaycan  xalqı  artıq  12  ilə  yaxındır  ki,  ulu  öndərin  cismani 



yoxluğunu  onun  siyasi  xətti  ətrafında  daha  sıx  və  monolit  birlik 

nümayiş  etdirərək  yad  edir.  Xalqımız  Heydər  Əliyevin  fiziki 

itkisindən nə qədər çox kədərlənsə də, təskinliyini onda tapır ki, bu 

gün  ulu  öndərin  şah  əsəri  olan  müstəqil  Azərbaycan  etibarlı 

əllərdədir,  davamlı  və  dinamik  inkişaf  tempinə  malikdir. 

Zəmanəmizin dühasından ―Ona özüm qədər inanıram və gələcəyinə 

böyük  ümidlər  bəsləyirəm‖,  –  qiymətini  alan  Prezident  İlham 

Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. 

O,  Azərbaycanın  çağdaş  tarixinə  yeni  missiya  ilə  daxil  olmuşdur. 

Cənab  İlham  Əliyevin  rəhbərliyi  altında  Azərbaycan  son  12  il 

ərzində  özünün  milli  dövlət  quruculuğu  və  idarəçiliyinin  növbəti 

şərəfli mərhələsini yaşayır. Dövlət başçısı tərəfindən iqtisadiyyatın 

şaxələndirilməsi,  siyasi  islahatlar,  modernləşmə,  enerji  sektorunda 

asılılığın azaldılması, təhsil və güclü sosial siyasət ölkəmizin strateji 

xətti  olaraq  irəli  sürülmüşdür.  Optimal  məqsəd  və  vəzifələrin 

müəyyən  edilməsi  və  onların  yerinə  yetirilməsi  yollarının  düzgün 

tapılması  nəticəsində  Azərbaycan  hətta  dünya  iqtisadi-maliyyə 

böhranı illərində belə analoqu olmayan iqtisadi inkişaf tempinə nail 

ola  bilmişdir.  Bu  dövrdə  ölkəmiz  öz  müstəqilliyini  daha  da 

möhkəmləndirmiş,  sosial-iqtisadi,  siyasi-diplomatik  və  hərbi 

quruculuq sahələrində çox böyük uğurlara imza atmışdır. 

 

Əsərdə  yuxarıda  qeyd  olunan  reallıqlar,  o  cümlədən  Azərbaycan 



Respublikasının Prezidenti İlham Əliyevin ümummilli lider Heydər 

Əliyevin  müəllifi  olduğu  çoxvektorlu  və  balanslı  xarici  siyasət 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

76 



kursunu sürətlə dəyişən dünyanın geosiyasi gerçəkliklərinə adekvat 

olaraq  çevik,  innovativ  və  hücum  taktikasına  əsaslanmaqla  davam 

etdirdiyi  həqiqəti  konkret  faktlar  və  arqumentlərlə  əsaslandırılmış, 

bu məsələlər ətrafında dərin elmi-analitik təhlillər aparılmışdır. 

 

Fundamental  tədqiqat  əsərinin  ―Azərbaycanın  beynəlxalq  aləmlə 



geosiyasi  münasibətləri‖  adlanan  II  bölməsinin  I,  II,  III  və  IV 

fəsillərində  müəllif  müvafiq  olaraq  Avrasiyanın  ümumi  geosiyasi 

xarakteristikası  və  müasir vəziyyəti,  postsovet  məkanında  regional 

geosiyasi  fəaliyətin  əsas  xüsusiyyətləri,  Orta  Asiya  və  Xəzər 

hövzəsinin  ümumi  geosiyasi  parametrləri,  habelə  Qara  dəniz 

hövzəsi  və  Cənubi  Qafqazın  beynəlxalq  və  regional  maraqlar 

sistemində  yeri  və  rolu  ilə  bağlı  məsələləri  elmi  təhlillər 

süzgəcindən keçirmişdir. 

 

―Avrasiya  özünün  beynəlxalq  dəyəri,  zəngin  və  əhəmiyyətli 



geosiyasi,  geoiqtisadi  və  geostrateji  resursları  ilə  yanaşı,  həm  də 

region  xalqlarının  yaşadığı,  region  ölkələrinin  mövcud  olduğu 

konkret  bir  sivilizasiya  meydanı,  milli-etnik  yaşayış  məskəni  və 

coğrafi  məkandır‖,  –  deyən  Əli  Həsənov  konseptual  xarakterli 

təhlillər  aparmaqla  müasir  dövrdə  Avrasiya  regionunda 

dövlətlərarası  və  milli  maraqlar  uğrunda  mübarizənin  əsas 

istiqamətlərini üzə çıxara bilmişdir. Onlar aşağıdakılardan ibarətdir: 

 

–  Regionun  böyük  dövlətlərinin  (Rusiya,  İran,  Türkiyə,  Çin  və  s.) 



ayrı-ayrılıqda təzahür edən maraqları; 

 

– dünyanın digər böyük dövlətləri və dövlət birliklərinin maraqları. 



Bura  ABŞ,  Avropa  İttifaqı  və  onun  bəzi  üzv  dövlətlərini  (Böyük 

Britaniya,  Fransa,  Almaniya),  Yaponiya  və  Çini  aid  etmək 

mümkündür; 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

77 


–  regionun  mühüm  geosiyasi  və  geostrateji  maraq  kəsb  edən 

dövlətlərinin  milli  maraqları.  Bu  sıraya  Azərbaycan,  Ukrayna, 

Qazaxıstan,  Gürcüstan,  Özbəkistan,  Türkmənistan  və  digər  region 

dövlətlərini aid etmək olar. 

Professor  Əli  Həsənovun  dərin  elmi  və  siyasi  yüklü  təhlilləri 

Azərbaycanın lokal, regional və beynəlxalq səviyyədə cərəyan edən 

mürəkkəb geosiyasi prosesləri düzgün qiymətləndirməsi və adekvat 

addımlar  atması  üçün  əlverişli  və  münbit  elmi-siyasi  platforma 

formalaşdırır. 

Əsərdə  Rusiyanı  Avrasiyanın  əsas  dövlətlərindən  biri  kimi 

xarakterizə  edən  müəllif  rəsmi  Moskvanın  bu  arealda  yeritdiyi 

siyasətin  kökündə  duran  əsas  məqsədlərdən  biri  kimi  ABŞ-ın 

arxitektoru  olduğu  ―yeni  təkqütblü  dünya‖  nizamına  postsovet 

regionunun  buraxılmaması  kursunun  dayandığını  elmi  dəlillərlə 

əsaslandırmışdır.  Müəllif  bu  yanaşması  kontekstində  fikirlərini 

davam  etdirərək  qeyd  edir  ki,  hazırda  Avrasiyada  Rusiyanın  əsas 

geosiyasi, geoiqtisadi və hərbi- geostrateji rəqibi qismində Avropa 

Birliyi  və  ABŞ  çıxış  edir.  Bu  reallıqlar  kontekstində  hörmətli  Əli 

müəllimin 

növbəti 


elmi-siyasi 

qənaəti 


kifayət 

qədər 


düşündürücüdür:  ―...Keçmiş  SSRİ-dən  ayrılmış  və  müstəqilliyinə 

qovuşmuş  Ukrayna,  Belarus,  Azərbaycan,  Gürcüstan,  Moldova  və 

Ermənistanın gələcəkdə daha çox kimin geosiyasi təsirində qalacağı 

və kiminlə tərəfdaş koalisiyasına daxil olacağı məsələsində tərəflər 

arasında  kompromissiz  mübarizə  müşahidə  olunur." Əsərdə  həmin 

mübarizənin məzmun və mahiyyətini açıb göstərən çoxsaylı faktlar 

və arqumentlər elmi dövriyyəyə çıxarılmışdır. 

Əli  Həsənovun  əsaslandırılmış  elmi  qənaətinə  görə,  ABŞ  özünün 

NATO  üzrə  müttəfiqləri  ilə  birlikdə  Avrasiyanın,  xüsusən  də 

Cənubi  Qafqaz  bölgəsi  və  Xəzər-Qara  dəniz  hövzəsinin  regional 

təhlükəsizliyi  ilə  bağlı  Rusiyadan  fərqli  olaraq  ikinci  əsas 

beynəlxalq  mövqenin  daşıyıcısıdır.  Əsərdə  bu  düşərgənin  Xəzər-

Qara  dəniz  hövzəsi  və  Cənubi  Qafqazdakı  təhlükəsizlik  siyasəti  4 

mərhələdə  nəzərdən  keçirilmişdir.  I  mərhələ-1990-1993-cü  illəri 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə