MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə23/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   19   20   21   22   23   24   25   26   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

72 



o  cümlədən  Yaxın  və  Orta  Şərqdə,  müsəlman  dünyasında  yeni 

geosiyasi  vəziyyətin  yaranmasına  ciddi  təsir  edən  faktorlardan  biri 

oldu. 

 

Məlum olduğu kimi, sonrakı 70 illik tarixi dövrdə Azərbaycan Xalq 



Cümhuriyyətinin  yerində  yaradılmış  Azərbaycan  SSR  Sovet 

İttifaqının tərkibində mövcud oldu. Bu dövrə qiymət verən müəllif 

çox  düzgün  olaraq  vurğulayır  ki,  Azərbaycan  SSRİ-nin  tərkibində 

olsa  da,  müstəqilliyini  yenidən  bərpa  etmək  üçün  tarixi  məqamı 

gözlədi  və  1991-ci  ildə  Sovet  İttifaqının  dağılması  ilə  həmin  şans 

yaranmış oldu. Bunun nəticəsində dünyada yaranmış yeni geosiyasi 

şərait  Azərbaycanın  dövlət  müstəqilliyinin  bərpa  edilməsini 

gündəmə  gətirdi  və  xalqımız  bu  imkandan  istifadə  etdi.  Müstəqil 

Azərbaycan  Respublikası  özünü  Xalq  Cümhuriyyətinin  varisi  elan 

etdi. 


 

Əsərin  ―Azərbaycan  Respublikasının  müasir  milli  inkişaf  siyasəti: 

xarakteristikası,  əsas  vəzifələri  və  tələbləri‖  başlıqlı  II  fəslində  və 

―Azərbaycan 

Respublikasının 

müasir 


geosiyasi 

inkişaf 


xüsusiyyətləri:  geosiyasi  statusu,  vəzifələri  və  perspektivləri‖ 

adlanan  III  fəslində  müvafiq  olaraq  ölkəmizin  milli  inkişaf 

siyasətinin 

formalaşması, 

əsas 

mərhələləri, 



xarakterik 

xüsusiyyətləri,  əsas  prinsipləri,  vəzifələri,  tələbləri,  habelə  müasir 

geosiyasi  fəaliyyət  kodeksi  və  XXI  əsrdə  Azərbaycanın  qarşısında 

duran  əsas  geosiyasi  vəzifələr  və  perspektivlərlə  bağlı  elmi-nəzəri 

məsələlər tədqiq olunmuşdur. 

 

Əsərdə  müəllif  ilk  növbədə,  geosiyasət  elmində  ən  mühüm 



kateqoriyalardan  biri  olan  Milli  İnkişaf  Strategiyasını  mahiyyətini 

açır.  O,  qeyd  edir  ki,  hər  bir  dövlətin  daxili  və  xarici  vəziyyətini, 

milli  maraq  dairələrini  və  onların  təminatını,  beynəlxalq  aləm  və 

region  ölkələri  ilə  münasibətlərinin  taktikasını,  vəzifələrini, 

yollarını,  vasitələrini  və  ehtiyatlarını,  onu  əhatə  edən  geosiyasi 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

73 


subyektlərin  hərəkətlərini  və  buna  müvafiq  olaraq  geosiyasi 

davranışını  müəyyən  edən  məhz  Milli  İnkişaf  Strategiyasıdır.  Bu 

baxımdan  Azərbaycan  da  istisna  təşkil  etmir.  Bu  məntiqdən  çıxış 

edərək Əli müəllim dünya təcrübəsinin və Azərbaycanın dövlətçilik 

tarixinin 

öyrənilməsi 

əsasında 

gəldiyi 


elmi 

qənaətini 

ümumiləşdirərək qeyd edir ki, müstəqilliyə qovuşmaq, milli dövlət 

yaratmaq və onu yaşatmaq üçün 3 əsas şərtin olması vacibdir: 

 

1) Müstəqillik üçün mövcud daxili və xarici şəraitin yetişməsi



 

2)  müstəqillik  qazanmaq,  onu  qorumaq  və  yaşatmaq  üçün  xalqın 

milli  iradəsinin  ortaya  qoyulması  və  vahid  milli  məqsəd  ətrafında 

birləşməsi; 

 

3)  həmin  dövr  üçün  millətin  vahid  milli  ideyasının  və  iradəsinin 



daşıyıcısı  rolunu  oynayan,  insanları  səfərbər  edərək  öz  arxasınca 

aparmaq  gücünə  və  qabiliyyətinə  malik,  cəmiyyətin  əksər 

təbəqələrinin qəbul etdiyi milli liderin olması. 

 

Əsərdə  hər  üç  şərt  daxilində  Azərbaycanın  müstəqillik  əldə  etnəsi 



və onu qoruyub saxlaması üçün unikal şəraitin yarandığı gerçəkliyi 

təkzibedilməz faktlar və arqumentlərlə əsaslandırılmışdır. Xüsusilə 

bu məsələdə şəxsiyyət-lider fenomeninin rolu müstəsna əhəmiyyətə 

malikdir.  Bu,  bir  həqiqətdir  ki,  tarix  şəxsiyyətləri  yetişdirir.  Bu, 

aksiomdur.  İsbata  ehtiyacı  olmayan  digər  həqiqət  isə  ondan 

ibarətdir  ki,  şəxsiyyətlər  də  öz  növbəsində  tarix  yaradır.  Burada 

qarşılıqlı asılılıq mövcudur. Bu asılılığın unikallığı ondadır ki, tarix 

özünün mürəkkəb çağlarını yaşayarkən daha səxavətli olur. Dühalar 

doğulur.  Onlar  da  tarixə  borclu  qalmırlar.  Missiyaları  xilaskarlıq 

olur.  Tarixin,  dövlətin  və  millətin  xilaskarı  misiyası.  Həmin 

missiyanı müasir Azərbaycan dövlətçiliyi tarixində ümummilli lider 

Heydər  Əliyev  yerinə  yetirmişdir.  Dahi  lider  ilk  növbədə, 

Azərbaycanın  itirilmiş  dövlətçiliyini  bərpa  etdi,  ölkəni  permanent 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

74 



xaos  vəziyyətindən  çıxardı,  vətəndaş  müharibəsinin  qarşısını  aldı, 

ölkədə  milli  barışığa  nail  oldu,  bütün  sahələrdə  dinamik  inkişaf 

tendensiyalarının  əsasını  qoydu.  Azərbaycanda  siyasi  sabitlik  və 

inkişaf dövrü başlandı. 

 

Bu  baxımdan  müasir  Azərbaycan  dövlətçiliyinin  banisi  Heydər 



Əliyevin millət və dövlət qarşısındakı müstəsna xidmətləri ilə bağlı 

müəllifin  tədqiqatları  xüsusi  maraq  doğurur.  Professor  Əli 

Həsənovun ümummilli lider Heydər Əliyevin idarəçilik məktəbinin 

ən  istedadlı  yetirmələrindən  biri  olması  və  bu  gün  də  ulu  öndərin 

banisi olduğu müstəqil Azərbaycanın dövlət quruculuğu prosesində 

fəal iştirak etməsi zəmanəmizin dühasının atdığı strateji addımların 

forma və məzmun mündəricəsini tam dolğunluğu ilə ifadə etməsinə 

imkan vermişdir. Müəllif haqlı olaraq göstərir ki, Heydər Əliyevin 

Azərbaycanın  gələcək  müstəqil  milli  inkişafı  ilə  bağlı  siyasi 

dünyagörüşü  və  konseptual  yanaşması  ilk  dəfə  hələ  SSRİ 

dağılmamışdan  qabaq  –  1991-ci  ilin  əvəllərində  Azərbaycan 

parlamentinin  tribunasından  səsləndirdiyi  fikirlərində  öz  əksini 

tapmışdır.  Fikirlərini  davam  etdirən  Əli  müəllim  qeyd  edir  ki, 

Heydər  Əliyevin  müstəqil  Azərbaycan  dövlətinin  milli  inkişafı  ilə 

bağlı praktiki addımları da SSRİ-nin dağılmasından bir qədər əvvəl, 

1991-ci  ilin  sentyabr  ayında  Naxçıvan  MR  Ali  Məclisinin  sədri 

seçilməsi  ilə  başlanmış  və  1993-cü  ildən  Azərbaycan 

Respublikasının  Prezidenti  kimi  davam  etdirilmişdir.  Bu  siyasətin 

təməlində  dayanan  platforma  ulu  öndərin  banisi  olduğu  bütöv  bir 

xalqın  –  ölkəmizdə  və  bütün  dünyada  yaşayan  azərbaycanlıların, 

Azərbaycanla  bağlılığı  olan  soydaşlarımızın  və  həmvətənlərimizin 

birləşdirici  ideologiyası  olan  müasir  azərbaycançılıqdır.  Əgər 

Heydər  Əliyevə  qədər  bu  ideya  əsasən  etnolinqvistlik,  etnoqrafik, 

ədəbi,  mədəni-estetik,  fəlsəfi  və  mənəvi  dəyər  kimi  mövcud  idisə, 

onun  dövründə  ciddi  sosial-siyasi  məzmun  kəsb  edərək  ümumi  və 

birləşdirici  ideyalar  sisteminə  –  dövlət  quruculuğunun  ayrılmaz 

tərkib hissəsinə çevrildi. 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə