MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə25/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   21   22   23   24   25   26   27   28   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

78 



əhatə edir. Bu mərhələdə ABŞ regionu müxtəlif strateji parametrlər 

üzrə öyrənmək və qiymətləndirmək funksiyasını yerinə yetirmişdir. 

II  mərhələ-1993-2000-ci  illər.  Bu  mərhələdə  Xəzər-Qara  dəniz 

hövzəsinin,  Cənubi  Qafqazın  geosiyasi,  hərbi-geostrateji  və 

geoiqtisadi  əhəmiyyətini  nəzərə  alan  ABŞ  və  NATO  üzrə 

müttəfiqləri  regionda  fəal  geosiyasət  yürütməyə  başlayırlar.  Bu 

mərhələdə ABŞ artıq NATO, Avropa Birliyi və Türkiyə ilə yanaşı, 

ortaq  maraqlar  əsasında  bölgədə  bəzi  yerli  tərəfdaşlarla  – 

Azərbaycan,  Gürcüstan,  Moldova,  Özbəkistan,  Qırğızıstan  və  s. 

kimi qərbyönümlü siyasət yürüdən ölkələrlə birlikdə hərəkət etməyə 

başlayır. III mərhələ-2001-2008-ci illəri əhatə edir, yəni ABŞ-da 11 

Sentyabr  hadisələrindən  başlayır  və  Barak  Obamanın  prezident 

seçilməsinə  qədər  davam  edir.  Bu  mərhələdə  ABŞ  və  NATO 

Cənubi  Qafqazda,  Xəzər  dənizi  hövzəsi  və  Mərkəzi  Asiyada  fəal 

hərbi-geostrateji  fəaliyyətə  və  təhlükəsizlik  siyasətinə  başlayır.  IV 

mərhələ  ABŞ-ın  milli  təhlükəsizlik  siyasətində  müasir  dövr  kimi 

xarakterizə  olunur.  Bu  dövrdə  ölkənin  dünya  və  regional 

siyasətində,  milli  təhlükəsizlik  siyasətində  əsaslı  dəyişikliklər 

edilmiş və onun çoxstandartlılığı bir qədər də gücləndirilmişdir. 

Dərslikdə  qlobal  güc  mərkəzləri  olan  Rusiya  və  ABŞ  ilə  yanaşı, 

Avropa  İttifaqının,  Türkiyənin,  İranın  və  digər  aparıcı  dünya 

dövlətlərinin  də  Avrasiya  siyasəti  və  Azərbaycanla  geosiyasi 

münasibətlərinin 

xarakteristikası 

öyrənilmiş 

və 


müvafiq 

qiymətləndirmələr aparılmışdır. 

Məlum  olduğu  kimi,  enerji  təhlükəsizliyi  dünyanın  aparıcı 

dövlətlərinin  milli  təhlükəsizlik  strategiyasının  həlledici  elementi 

statusunda  çıxış  edir.  Bu  baxımdan  bir  sıra  nüfuzlu  ekspertlərin 

―müasir  dünyanın  siyasi  mənzərəsi  daha  hərbi  bloklara 

mənsubiyyətlə yox, enerji ehtiyatlarına maliklik və malik olmamaq 

üzrə bölgü ilə müəyyən ediləcək‖,- fikri təsadüfi sayılmamalıdır. 

Bu,  bir  həqiqətdir  ki,  yüksək  inkişaf  etmiş  ölkələrin  enerji 

təhlükəsizliyi  sahəsində  ciddi  problemləri  mövcuddur.  Onlarin  bir 

çoxunun ümumiyyətlə karbohidrogen resursları yoxdur (Yaponiya, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

79 


Cənubi  Koreya,  Tayvan,  bəzi  Avropa  ölkələri  və  s.),  digərlərinin 

malik  olduqları  köhnə  yataqlar  isə  tükənmək  üzrədir  (Böyük 

Britaniya,  Norveç,  Niderland).  ABŞ  isə  dünya  neft  hasilatında    8 

faizlik paya malik olmasına baxmayaraq, istehlakda payı 24 faizdən 

artıqdır. Bu fikirlərin təsdiqi kimi onu da qeyd edək ki, ABŞ Neft 

Şurasının statistik məlumatlarında qeyd olunur ki, 1996-cı ildə neftə 

olan sutkalıq təlabat 71  milyon  barrel  təşkil  edirdisə, 2030-cu  ildə 

bu göstəricinin 138 milyon barrelə yüksələcəyi proqnozlaşdırılır ki, 

onun da 30 milyon barreli təkcə ABŞ-ın payına düşəcəkdir. 

Dünya  neft-qaz  bazarı  istehlakçılarının  strukturunda  da  dəyişiklik 

baş vermişdir. Əvvəllər 3 yüksək inkişaf etmiş region neft və qazın 

əsas  istehlakçıları  hesab  olunurdu:  Şimali  Amerika  (ilk  növbədə 

ABŞ),  Avropa  İttifaqı  (  ilk  növbədə  Almaniya,  Böyük  Britaniya, 

Fransa,  İtaliya)  və  Şimal-Şərqi  Asiya  (Yaponiya,  Cənubi  Koreya, 

Tayvan).  Hazırda  dinamik  iqtisadi  inkişaf  tempi  ilə  bağlı  olaraq 

Çin,  Hindistan,  Braziliya,  Tailand  və  bir  sıra  digər  dövlətlərin 

karbohidrogen  ehtiyatlarına  olan  tələbatı  xeyli  dərəcədə  artmışdır. 

Çin,  hətta  Yaponiyanı  bu  sahədə  ötərək  dünya  neft  istehlakında  9 

faizlik göstəriciyə malik olmuşdur və yalnız ABŞ-dan geri qalır. 

Başqa bir məlumata əsasən, dünyada sənaye məhsulları istehsalında 

80  faizlik  paya  malik  olan  böyük  dövlətlər  təxminən  20  faizə 

bərabər enerji ehtiyatlarına malikdirlər. Bir çox hallarda onlar bunu 

tarixi  ədalətsizlik  kimi  dəyərləndirir  və  belə  bölgünün  aradan 

qaldırılmasının vacibliyini vurğulayırlar. 

Bir  sıra  mütəxəssislərin  fikrincə,  gələcəkdə  bu  tələbə  etiraz  edən 

neft-qaz  ölkələrinin  ―enerji  millətçiliyi‖ndə  və  hətta  ―enerji 

terrorizmi‖ndə ittiham ediləcəkləri istisna deyildir. 

Dünyanın  müasir  enerji  xəritəsində  mövcud  vəziyyətin  natamam 

təqdimatı  belə  təsdiqləyir  ki,  dünyada  enerji  resurslarına  olan 

tələbat  ilbəil  artmaqdadır  və  bu  strateji  məhsulların  təkrar 

istehsalının olmaması reallığı fonunda tələb və təklif arasında qeyri-

mütənasibliyin  dinamik  olaraq  artacağını  proqnozlaşdırmaq 

mümkündür.  Bu  reallıq  əsas  enerji  istehlakçılarını,  o  cümlədən 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

80 



Avropa ölkələrini alternativ enerji hasilatçıları axtarmağa sövq edir. 

Belə  enerji  mənbələri  içərisində  Xəzər  regionu  dövlətlərinin, 

xüsusilə də Azərbaycanın müstəsna rolu vardır. 

Təsadüfi  deyildir  ki,  dərsliyin  ―Azərbaycanın  beynəlxalq  aləmlə 

geoiqtisadi  münasibətləri‖  adlanan  III  bölməsində  yuxarıda  qeyd 

olunan  reallıqlardan  çıxış  edərək,  ilk  növbədə,  Xəzər  hövzəsi  və 

Cənubi Qafqazın geoiqtisadi xarakteristikası araşdırılmış, onun əsas 

parametrləri  beynəlxalq,  regional  və  yerli  maraqlar  kontekstində 

təhlil  edilmiş,  xüsusilə  də  Azərbaycanın  regional  geoiqtisadi 

maraqları  elmi  analizlər  müstəvisinə  çıxarılmışdır.  Burada  Xəzər 

hövzəsi  və  Cənubi  Qafqazın  enerji  mənbələri  və  onların  bölgədə 

yaratdığı müasir geoiqtisadi vəziyyət dərin elmi təhlillər predmetinə 

çevrilmişdir. Xüsusilə də Xəzərin neft-qaz ehtiyatlarının Avropanın 

enerji  təhlükəsizliyində  oynadığı  mühüm  rol  təkzibedilməz 

dəlillərlə əsaslandırılmışdır. 

Apardığı dərin elmi-analitik təhlillərin nəticəsi olaraq professor Əli 

Həsənov  Xəzər  hövzəsindəki  düşərgələrarası  rəqabətin  əsas 

hədəflərini üzə çıxarmışdır. Onlar aşağıdakılardan ibarətdir: 

– Xəzər hövzəsinin enerji ehtiyatlarına yiyələnmək, yaxud onlardan 

istifadə sahəsində üstün mövqeyə sahib olmaq

–  hövzənin  enerji  resurslarının  istehsalı  və  dünya  bazarlarına 

çıxarılmasında iştirak; 

– eneji istehsalında istifadə olunan texnologiya və maliyyə vəsaitinə 

sahib, yaxud malik olmaq

– hasilatın pay bölgüsü

– bölgənin enerji ixracı marşrutlarının və nəqliyyat-kommunikasiya 

sistemlərinin seçiminə təsir və onların fəaliyyətinə nəzarət etmək; 

– neft-qaz istehsalı, istehlakı və ixracı sahəsindəki digər geoiqtisadi 

dividendlərə sahib olmaq və s. 

Əsərdə  Xəzərdə  transmilli  maraq  daşıyıcısı  hesab  olunan  əsas 

düşərgələr  sırasında,  ilk  növbədə,  Rusiya,  ABŞ  və  Avropa  İttifaqı 

ölkələrinin  adları  qeyd  olunur,  onların  enerji  təhlükəsizliyi 

problemlərini  həll  etmək  üçün  regionda  həyata  keçirdikləri 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə