MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə30/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   26   27   28   29   30   31   32   33   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

93 


quruluş prinsiplərinin yanlışlığı ucbatından təbiilik xassəsinə malik 

empirik nəticələr kimi ortalığa çıxır.  

    Müasir  dünya  prosesi  olan  qloballaşmada  xalqlar  unifikasiya 

cəhdlərində  öz  milli  identikliyi  üçün  təhlükə  görür  və  daha  sərt 

müqavimət  göstərirlər.  Unifikasiya  istehsalın  seriyalılığının 

yüksəldilməsinə,  yüksək  məhsuldar  və  avtomatlaşdırılmış  vasitələr 

və  onları  hazırlayan  mütərəqqi  texnologiyalar  tətbiq  edilməsinə, 

istehsalın 

ixtisaslaşdırılması 

və 


kooperativləşdirilməsinin 

dərinləşməsinə səbəb olur. Unifikasiya nəticəsində əmək və maddi 

ehtiyatlara  qənaət  edilir,  yeni  məhsul  növlərinin  işlənilməsi  və 

mənimsənilməsi  vaxtının  və  onun  hazırlanmasının  istehsal 

dövrünün  müddəti  qısaldılır,  əmək  məhsuldarlığı,  məhsulun 

keyfiyyəti və istehsalın səmərəliliyi yüksəldilir. Bu proseslər yalnız 

bəşəriyyətin  vahid  və  standart  model  üzrə  inkişafı  fonunda  həyata 

keçə bilər. Bəşəriyyətin vahid və standart model üzrə inkişaf etməsi 

çətin məsələdir və unifikasiyaya aid fikirlərin perspektivsizliyi artıq 

heç kimdə şübhə doğurmur.  

    İdentikliyin  formalaşması  prosesində  mühüm  rol  oynayan 

insanlararası  canlı  ünsiyyəti  isə  informasiya  cəmiyyətində  ənənəvi 

olan  sosial-identik  təşkilatlanma  fəaliyyətdə  olduğumuz  məkanı 

surroqat  ünsiyyət  forması  ilə  əvəzləyir,  yəni  alternativ  qrup 

identikliyi  formalarını  yaradır.  Həmin  bu  dəyişiklik  inkişaf  etmiş 

ölkələrdə asudə vaxtın artması və iş vaxtının azalmaması ilə həyata 

keçir.  Yaranan  həmin  dəyişiklik  -  bütövlükdə  həyat  tərzinin  və 

davranış  modellərinin  radikal  transformasiyası  -  adekvat  identiklik 

mexanizmlərinin  zəiflədir,  əhalinin  rəqəmsal  asimmetriyası 

nəticəsində  qütbləmə  yaranır.  Bu  vəziyyət  də,  öz  növbəsində, 

dünyagörüşlərinin və müxtəlif identiklik formalarının toqquşmasına 

gətirib çıxarır.  

    Biz Avropa Birliyində bir-birinə rəqib olan siyasi, dini dəyərlərin 

və 


layihələrin 

mübarizə 

meydanına 

çevrildiyi 

ərəfənin 

müasirləriyik. 

Dünyada 

identiklik 

böhranı  normal 

hala 


çevrilməkdədir. Avropa isə kəskin identiklik böhranını yaşayır. Bu 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

94 



məkanda üç əsas layihə: sekulyar-liberal, konservativ və panislamist 

layihələr  hökm  sürür.  Həmin  layihələr  Avropa  dövlətlərinin 

müstəqilliyini  və  xalqların  özlərinin  maddi  güzəranını  çətin 

vəziyyətə salır. Məsələn, bu gün "Böyük Venetsiyaya" tənəzzül edir 

və şəhər-muzeyə çevrilir.  

    Hər  hansı  bir  etnosun  ölkə  daxilində  xüsusi  diqqətlə 

möhkəmlənməsinə  rəğbət  bəsləyən  və  vətəndaş  millətçiliyini, 

dövlətçiliyi  arxa  plana  çəkən  multikulturalizm  ziyanlı  prosesdir. 

Bütün dünyada gedən bu proses Azərbaycandan da yan keçmir, ona 

hazır  olmaq,  onun  ziyanlı  təsirlərini  azaltmaq  üçün  dövlətin  aktiv 

fəaliyyəti  lazımdır.  10-11  oktyabr  2011-ci  ildə  Bakıda  keçirilmiş 

Beynəlxalq Humanitar Forumun açılışında İlham Əliyev dedmişdir:  

    -  Multikulturalizmin  alternativi  özünütəcriddir.  Mən  inanmıram 

ki,  iyirmi  birinci  əsrdə,  qloballaşan  dünyada  hər  hansı  bir  siyasi 

qüvvə  özünütəcrid  siyasətini  aparmağa  cəhd  etsin.  Bu  yol  heç  bir 

yerə 


aparmır. 

Multikulturalizmin 

dəyərləri, 

əsasları 

möhkəmləndirilməlidir. 

Multikulturalizm 

başqa 

xalqın 


nümayəndəsinə  hörmət,  başqa  dinə  hörmətdir.  Öz  dininə  hörmət 

başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol 

vermir,  əksinə  bütün  xalqları  birləşdirir.  Eyni  zamanda,  hər  bir 

ölkənin  öz  qaydaları,  öz  ənənələri  vardır.  Hər  bir  insan  -  həm 

ölkənin vətəndaşı, həm ölkəyə gələn qonaq, əlbəttə ki, o qaydalara, 

o  ənənələrə  hörmətlə  yanaşmalıdır.  Mən  əminəm  ki,  bu  amillərin 

sintezi  nəticəsində  bu  gün  müxtəlif  dairələrdə  multikulturalizmlə 

bağlı səslənən bədbin fikirlər aradan götürüləcəkdir. Bizim bu gün 

keçirdiyimiz 

Forum 


multikulturalizmin 

təsdiqidir, 

onun 

təntənəsidir.  



    Multikulturalizm  etnik  özəlliyi  qabartdığı  üçün  narahatlıq 

doğurur və narahatçılığa səbəblərdən biri kimi, "aqressiv azlıqların" 

azadlıq  və  hüquqlardan  istifadə  edərək  mühüm  mövqeləri  ələ 

keçirməsi və sonra öz məqsədləri üçün bundan sui-istifadə etməsi, 

yaşadıqları dövlətə öz şərtlərini diktə etməsini göstərmək olar. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

95 


    Bu  fakt  inkaredilməzdir  ki,  identikliyin  ənənəvi  meyarlarının 

hüdudları sezilməz olmuş – gözdən itmişdir. Qütüblənmiş dünyanın 

qütblərin  birində  kosmopolitik  dünya  vətəndaşlığı,  digərində  isə 

alternativ  qismdə  olan  fundamentalist  etnik-dini,  konfessional, 

sivilizasion  identiklik  seçimləri  durur  bə  bunlar  qarşı-qarşıyadır. 

Belə bir şəraitdə hər bir dövlətin öz vətəndaşları üçün təmin etdiyi 

identiklik  məkanına  iki  tərəfli  təzyiq  yaranmışdır.  Bu  təzyiqlərdən 

biri  mədəni  hegemoniya  və  informasiya  qlobalizminin  unifikasiya 

meyillərinin  təzyiqidir,  digəri  isə  etnik-dini  və  s.  birliklərin 

təzyiqidir.  

    Məlumdur  ki,  "neqativ  (mənfi)  identiklik"  nisbətən  az  təhlil 

olunmuş  baxışdır  və  neqativ  identiklik  -  "biz  onlar  kimi  deyilik" 

kimi "biz-onlar" məntiqinin total qarşıdurmasına əsaslanır. Neqativ 

identikliyin  müəyyən  hədləri  aşmaması  üçün  onun  elementlərinin 

pozitiv məzmunla tamamlanmasına cəhd göstərilməsi çox vacibdir. 

Əks  təqdirdə,  neqativ  identiklik  qrup  həmrəyliyindən  başlayaraq, 

şovinist  separatizmə,  vətəndaş  cəmiyyətinin  böhranına  qədər  yol 

aça  bilən  təhdidə  çevrilir.  Bu  proseslərin  nəticələrini  hələ  də 

Azərbaycan yaşamaqdadır. Belə ki, tarixi yaddaşı tamamilə neqativ 

identikliklə  zəhərlənən  erməni  identikliyi  milli  quruculuq 

proseslərini  mütləq  başqa  xalqın  təmsilçilərinin  qaralanması  və 

pislənməsi, düşmən obrazının yaradılması zəmini üzərində qurmağa 

səy  göstərir,  erməni  elitası  siyasi  məqsədlərə  nail  olmaq  üçün 

səfərbəredici məqam kimi "düşmən ölkə" ritorikasından sui-istifadə 

edir.  Lakin  bu  yol  yanlış  olduğu  üçün  onun  gələcəyi  yoxdur. 

İnkişafın fundamental resursu rolunu oynadığı üçün identiklik məhz 

bu məqamlarda özünü daha aydın büruzə verir.  

    Müasir  etnopolitoloji  elm  birmənalı  şəkildə  sübut  edir  ki, 

şovinizm,  milli  müstəsnalıq,  separatizm  meyilləri  arxaik 

düşüncənin,  mili  inkişafın  primitiv  səviyyələrinə  müvafiq  olan 

etnopsixoloji  fenomendir.  Bu  elmi  qənaət  Ermənistan  və 

bunabənzər  dövlətlərin  ideoloji  dayaqlarının  hansı  səviyyədə 

olmasının  bariz  sübutudur.  Universalizm,  bəşəri  humanizm,  sülh 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə