MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə20/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   16   17   18   19   20   21   22   23   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

63 


zaman dayandırmamışdır. Xalq öz maddi-mənəvi dəyərlərini, dilini, 

milli varlığını qoruyub saxlamış və inkişaf etdirmişdir. 

 

—  Elə  bu  inkişafın  nəticəsində  Azərbaycanda  Avropadan  daha 



əvvəl-XV əsrin sonlarından etibarən yerli Səfəvilərin mərkəzləşmiş 

milli dövlət hərəkatı başlanmışdır. 

 

—  Mərkəzləşmiş  milli  dövlət  hərəkatının  meydana  gəlməsi  üçün 



zəruri əlverişli zəmin əvvəlki dövrlərdə-Atabəylər dövləti (XII-XIII 

əsrlər),  Qaraqoyunlu,  Ağqoyunlu  dövlətləri  (XV  əsr),  Şirvanşahlar 

dövləti (XV-XVI əsrlər) və s. zamanlarda yaşanan siyasi proseslərin 

nəticəsi kimi meydana gəlmişdir. 

 

– Səfəvilər dövləti özünün bütün parametrləri (vahid ərazi, kompakt 



yaşayan  əhali  (xalq),  əhalinin  de-fakto  idarə  olunması,  başqa 

dövlətlər  tərəfindən  tanınma  və  s.)  ilə  mərkəzləşmiş  milli  dövlət 

olmuş və Vestfal prosesinin prinsiplərinə cavab vermişdir. 

 

Məlum olduğu kimi, I Şah İsmayılın dövründə (1501-1524-cü illər) 



Səfəvilər dövləti bütün tarixi Azərbaycan torpaqlarını vahid mərkəz 

ətrafında  birləşdirməyə  nail  olmuş,  habelə  vaxtilə  müxtəlif 

imperiyalar tərəfindən zəbt olunmuş digər əraziləri geri qaytarmaq 

uğrunda qanlı müharibələr aparmışdır. Bu kontekstdə müəllif haqlı 

olaraq  qeyd  edir  ki,  Avropa  ölkələri  və  Rusiya  tərəfindən 

qızışdırılan  osmanlı-səfəvi  müharibələri  hər  iki  dövləti,  xüsusən 

Səfəviləri  tədricən  zəiflətmişdir.  Əsərdə  göstərilir  ki,  1590-cı  ildə 

İstanbulda  imzalanmış  Səfəvi-Osmanlı  sülh  sazişinə  görə, 

Azərbaycan  torpaqları  iki  hissəyə  bölünmüşdür.  Azərbaycanın 

Şirvan,  Qarabağ,  Təbriz,  Sərab,  Marağa  və  ondan  qərbdə  yerləşən 

bütün əraziləri Osmanlı dövlətinə keçmiş, Xalxal, Ərdəbil, Qaradağ, 

Talış, Zəncan və Sultaniyə torpaqları Səfəvilərdə qalmışdır. Sonrakı 

tarixi dövrlərdə də sərhəd dəyişikliyinin yaratdığı gərginlik Səfəvi-

Osmanlı qarşıdurmasının səngiməsinə imkan verməmiş və əslində, 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

64 



bu  iki  imperiya  arasında  müharibə  vəziyyəti  XVII  əsrin  birinci 

yarısınadək  davam  etmişdir.  1612-ci  il  Sərab  və  1639-cu  il  Qəsri-

Şirin sülhünün şərtlərinə görə, bu iki imperiya arasında müvəqqəti 

etimad  mühiti  yaransa  da,  o,  XVIII  əsrin  əvvəllərində  yenidən 

pozulmuşdur. 

 

Əsərdə həmin dövrün geosiyasi reallıqları, xüsusilə də 1700-1721-ci 



illərdə Skandinaviya ölkələri ilə Şimal müharibəsindən qalib çıxan 

Rusiyanın  Xəzərsahili  ərazilərə  iddiaları  və  onun  Osmanlı 

dövlətinin  regional  maraqları  ilə  həm  toqquşması,  həm  də 

kəsişməsi,  habelə  bu  reallıqlar  fonunda  Səfəvi  dövlətinin  daha  da 

zəifləməsi  gerçəkliyi  kifayət  qədər  dərin  və  ətraflı  tədqiq 

olunmuşdur. 

 

Burada  müəllif  xüsusi  olaraq  diqqəti  Azərbaycan  dövlətçiliyi 



tarixində  mühüm  iz  buraxmış  1724-cü  ildə  Osmanlı  və  Rusiya 

arasında  imzalanmış  İstanbul  və  1735-ci  ildə  Səfəvilər  dövləti  ilə 

Rusiya  arsında  bağlanmış  Gəncə  müqavilələrinə  cəlb  edir.  Birinci 

müqaviləyə görə, Türkiyə Səfəvi şahlarının ―Rusiyaya güzəşt etdiyi 

Xəzərsahili‖ Şimali Azərbaycan torpaqlarının yeni statusunu təsdiq 

etdi. Bunun əvəzində isə Rusiya Şirvan istisna olmaqla, Səfəvilərə 

məxsus digər Qərbi Azərbaycan ərazilərinin və Cənubi Qafqazın bir 

hissəsinin  (Azərbaycanlılar  yaşayan  Borçalı  və  digər  vilayətlərin, 

Batumun,  Krımın  və  s.  Osmanlı  dövləti  tərəfindən  tutulmasına 

etiraz etməyəcəyinə təminat verdi. 

 

Uzağa  gedən  geosiyasi  nəticələrə  səbəb  olacaq  həmin  hadisələrin 



dərin  analizini  aparan  müəllif  aşağıdakı  qənaətini  belə  ifadə 

edir:"Rusiya və Osmanlı dövlətləri bir qisim Azərbaycan ərazilərini 

öz  aralarında  bölüşmək  barədə  razılığa  gəldilər  ki,  bu  da,  bir 

tərəfdən,  Azərbaycanın  siyasi  coğrafiyasında  və  geosiyasi 

xəritəsində yeni dəyişiklik əmələ gətirdi, digər tərəfdənsə, bölgədə 

tamamilə yeni geosiyasi vəziyət yaratdı". Əsərdə həmin vəziyyətin 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

65 


məzmununu müəllif ―Bakı‖ və ―Azərbaycan‖ ifadələrini öz istilası 

altında  olan  Şimali  Azərbaycan  torpaqlarına  aid  edərək  bu 

torpaqlara rus əyaləti kimi baxmağa başladılar‖ cümləsi ilə lakonik 

şəkildə ifadə edə bilmişdir. 

 

Hadisələrin  sonrakı  gedişi  göstərdi  ki,  strateji  əhəmiyyətli  tarixi 



Azərbaycan torpaqları uğrunda regional güclər olan Rusiya, Türkiyə 

və İranın mübarizəsi XIX əsrin birinci və ikinci onilliyində yeni və 

həlledici mərhələyə daxil olmuşdur. Rusiya-İran, Rusiya-Türkiyə və 

Türkiyə-İran  arasında  aparılan  qanlı  müharibələr  nəticəsində 

Qafqazda, o cümlədən Azərbaycanda büsbütün yeni geosiyasi şərait 

formalaşmışdır.  Əsərdə  bu  dövrün  geosiyasi  mənzərəsini  təsvir  və 

təhlil  edən  professor  Əli  Həsənov  1804-1813-cü  və  1826-1828-ci 

illərdəki  Rusiya-İran,  1806-1812-ci  və  1828-1829-cu  illərdəki 

Rusiya-Türkiyə  müharibələri  nəticəsində  Səfəvi  imperiyasının  bir 

yerə  topladığı  Azərbaycan  ərazilərinin  3  yerə  bölüşdürüldüyünü, 

lakin  bu  reallıq  fonunda  da  belə,  Azərbaycanın  uzun  tarixi  dövr 

ərzində  böyük  dövlətlərin  arasında  maraqların  toqquşduğu  əsas 

geosiyasi məkan olaraq qaldığını və geosiyasi ədəbiyyatda ―Şimali 

Azərbaycan‖,  ―Cənubi  Azərbaycan‖,  ―Qərbi  Azərbaycan‖  və  s. 

ifadələrin yarandığını xüsusi olaraq vurğulayır. 

 

Yuxarıda  qeyd  edilən  dərin  geosiyasi  proseslərə  qiymət  verən  Əli 



Həsənov mövcud reallıqlar fonunda Azərbaycanın Cənub, Şimal və 

Qərb  qonşularının  inkişaf  istiqamətləri  və  onun  səviyyəsi,  habelə 

azərbaycanlıların milli kimliyinin formalaşması gerçəkliyi ilə bağlı 

olduqca  maraqlı  və  diqqətçəkən  mülahizələr  irəli  sürmüşdür. 

Müəllif  yazır:  ―Avropa  dövlətlərindən  mədəni  inkişafına  görə  geri 

qalsa da, o dövrdə Rusiya imperiyası İrandan və Osmanlıdan daha 

sürətlə  inkişaf  edirdi.  Odur  ki,  onun  tərkibinə  keçən  Şimali 

Azərbaycan  və  Qərbi  Azərbaycanın  bir  hissəsi  rus  dili  və 

mədəniyyəti  vasitəsilə  yavaş-yavaş  özünün  məxsusi  təhsilini,  elm 

və  mədəniyyətini  inkişaf  etdirməyə  başladı.  Düzdür,  çarizm  bu 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə