MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə19/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   15   16   17   18   19   20   21   22   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

60 



 

Azərbaycanda geosiyasət elminin əsasını qoyan 

fundamental tədqiqat 

 

  



Qloballaşan  dünyanın  tərkib  hissəsi  olan,  həm  də  onun  nüfuzlu 

aktorlarının  kəsişən  və  toqquşan  maraqlarının  ünvanlandığı 

coğrafiyada  yerləşən  Azərbaycan  Respublikasında  müasir 

dovrümüzün mürəkkəb geosiyasi və geoiqtisadi proseslərindən baş 

çıxarmaq,  milli,  regional  və  beynəlxalq  səviyyələrdə  strateji 

hədəfləri  müəyyən  etmək,  ölkənin  milli  təhlükəsizliyini  daxili  və 

xarici  təhdidlərdən  qorumaq  və  dinamik  inkişaf  strategiyasını 

həyata keçirmək üçün kreativ ideyaların hasil olunduğu dərin elmi-

analitik  tədqiqatların  aparılması  informasiya  əsri  olan  XXI 

yüzilliyin tələbinə çevrilmişdir. 

 

Bu  reallıqlar  kontekstində  2014-cü  ilin  iyul  ayının  sonu,  avqust 



ayının  əvvəlində  Ermənistan-Azərbaycan  dövlət  sərhədində  və 

qoşunların  təmas  xəttində  müşahidə  olunan  gərginlik  cəlb 

olunduğumuz münaqişənin real vəziyyəti və həlli perspektivləri ilə 

bağlı  dərin  elmi-analitik  təhlillərin  aparılmasını,  bu  prosesdə 

geosiyasi  və  geoiqtisadi  vəziyyətin,  beynəlxalq  konyukturanın  və 

dünyada  güc  balansının  köklü  olaraq  nəzərə  alınmasını,  atılması 

mümkün  olan  diplomatik  və  hərbi-siyasi  addımların  risk  və 

faydalılıq  əmsalının  dəqiq  hesablanmasını,  xüsusilə  informasiya 

təhlükəsizliyi  sahəsində  mövcud  durumun  əlahiddə  olaraq 

qiymətləndirilməsini zəruri etmişdir. 

 

Bu, bir həqiqətdir ki, müasir münaqişə və müharibələrdə ilkin zəfər 



meydanı kimi ―hərbi cəbhə‖ deyil, ―informasiya cəbhəsi‖ çıxış edir. 

İkincidə  qalib  gələn,  elə  birincidə  də  ―zəfər  çələngi‖nı  boynuna 

taxır.  Bu,  artıq  müasir  dünyamızın  təkzibedilməz  aksiomuna 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

61 


çevrilmişdir.  Bu  baxımdan  Almaniya  politoloji  fikrinin 

daşıyıcılarının  aşağıdakı  mühakiməsi  kifayət  qədər  məntiqli  və 

ibrətamizdir: ―Vacib informasiyaya malik olmaq hakimiyyətə malik 

olmaq  deməkdir.  Vacib  informasiyanı  qeyri-vacib  informasiyadan 

ayırmağı  bacarmaq  ikiqat  hakimiyyətə  malik  olmaq  deməkdir. 

Vacib informasiyanı yaymaq və ya yaymamaq qabiliyyəti isə üçqat 

hakimiyyətə malik olmaq deməkdir.‖ Deməli, istənilən situasiyanın, 

xüsusilə də hərbi münaqişə vəziyyətinin qalibi statusuna yüksəlmək 

üçün  informasiya  məkanında  son  dərəcə  tədbirli,  çevik,  ağıllı, 

məsuliiyyətli  və  peşəkar  olmaq  lazımdır.  Bu  reallığa  məhəl 

qoymayan  tərəfin  üzləşdiyi  situasiyanın  məğlubu  statusuna  enişi 

qaçılmaz  olur.  Bu  məsələlər  Prezident  İlham  Əliyevin  təsdiqlədiyi 

―Azərbaycan  2020:  gələcəyə  baxış‖  İnkişaf  Konsepsiyasınından 

irəli gələn vəzifələr kontekstində xüsusi aktuallıq və əhəmiyyət kəsb 

edir. 

 

Sadalanan  həqiqətlər  kontekstində  Azərbaycan  Respublikası 



Prezidentinin  ictimai-siyasi  məsələlər  üzrə  köməkçisi,  görkəmli 

dövlət xadimi, tarix elmləri doktoru, professor Əli Həsənovun dərin 

zəka, iti fəhm, analitik və innovativ düşüncə tərzi və sistemli analiz 

qabiliyyətinin  məhsulu  olan  ―Azərbaycanın  geosiyasəti‖  adlı 

fundamental  tədqiqat  əsəri  tarixi  keçmişi  nəzərə  almaqla  müasir 

beynəlxalq  koordinatlar  sistemində  baş  verən  mürəkkəb  geosiyasi 

proseslərin məntiq və dialektikasını anlamaq, bu prosesdə ayrı-ayrı 

beynəlxalq  aktorların  davranış  tərzini  izləmək  böyük  əhəmiyyət 

kəsb  edir.  Müəllif  bu  dəyərli  tədqiqatında  Xəzər-Qara  dəniz 

hövzəsi,  Mərkəzi  Asiya  və  Cənubi  Qafqaz  regionuna  potensial  və 

real təsir imkanlarını qiymətləndirmək, bu regionda transmilli enerji 

və  nəqliyyat-kommunikasiya  sisteminin  formalaşması  siyasətinin 

forma və məzmun xarakteristikasını dəyərləndirmək, Azərbaycanın 

xarici aləmlə geosiyasi, geoiqtisadi və hərbi-təhlükəsizlik sahəsində 

münasibətlərini  şərtləndirən  amilləri  üzə  çıxarmaq,  Ermənistan-

Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsini  Cənubi  Qafqazın  əsas 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

62 



təhlükəsizlik  problemi  kimi  əsaslandırmaq  və  onun  həlli  yollarını 

təhlil etməklə dövlətimizin informasiya təhlükəsizliyinin təminatına 

mühüm töhfə verir və müasir elmimizdə ―geosiyasət‖ adlanan yeni 

bir istiqamətin möhkəm bünövrəsini qoyur. 

 

Əsərin  ―Azərbaycanın  geosiyasi  inkişaf  tarixi  və  xarakteristikası, 



müasir  milli  inkişaf  siyasətinin  əsasları‖  adlanan  I  bölməsində  3 

fəsil,  11  yarımfəsil  çərçivəsində  müvafiq  olaraq  Azərbaycanın 

geosiyasi  inkişaf  tarixi,  müasir  inkişaf  siyasəti,  onun 

xarakteristikası, əsas vəzifələri və tələbləri, habelə ölkəmizin müasir 

geosiyasi  statusu  ilə  bağlı  məsələlər  elmi  araşdırmalar  predmetinə 

çevrilmişdir. 

 

Əsərdə ilk olaraq Azərbaycanın qədim zamanlardan Birinci Dünya 



müharibəsinə  qədərki  geosiyasi  vəziyyəti  konkret  faktlar  və 

arqumentlər  əsasında  elmi  təhlillər  süzgəcindən  keçirilmişdir. 

Burada  ilk  növbədə  Azərbaycan  ərazisində  Manna,  Atropatena  və 

Albaniya  dövlətlərinin  qədim  dövrün  geosiyasi  reallıqları 

çərçivəsində  müəyyən  tarixi  zamanlarda  həm  güclü  subyektlərə, 

həm  də  xarici  aləmin  təzyiq  obyektlərinə  çevrilməsi  və  onun 

nəticələri  ilə  bağlı  elmi  mülahizələr  əks  olunmuşdur.  Daha  dəqiq 

desək,  eramızdan  əvvəl  Azərbaycanın  uzun  tarixi  dövrdə  Midiya, 

Əhəmənilər  və  Sasani  imperiyaları  tərkibində  qalması,  VII  əsrdən 

Ərəb  xilafəti  altına  düşməsi,  sonrakı  tarixi  mərhələlərdə,  daha 

doğrusu,  IX-XI  əsrlərdə  isə  bu  arealda  feodal  Sacilər,  Salarilər, 

Rəvvadilər,  Şirvanşahlar  və  Şəddadilər  dövlətləri  yaranması  və 

onarın  geosiyasi  davranış  xüsusiyyətləri  ilə  bağlı  məsələlərə 

toxunulmuşdur. Bu dövrün təhlilini aparan müəllifin aşağıdakı elmi 

nəticələri kifayət qədər əsaslandırılmış, dolğun və ibrətamizdir: 

 

–  Azərbaycan  uzun  müdət  ərzində  yadelli  işğalçıların  hökmranlığı 



altında  yaşamağa  məcbur  edilsə  də,  xalq  öz  milli  inkişafını  heç 


Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə