MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə16/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   12   13   14   15   16   17   18   19   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

50 



da, vəsiyyətlərində də alimi yada salıblar. Əmir Teymur dünyasını 

dəyişəndə  vəsiyyət  edir  ki,  məni  Seyid  Bərkənin  ayaq  tərəfində 

basdırın...  

 

Müsəlman  rasionalist  fikrinin  görkəmli  nümayəndələri  İbn  Sina, 



Fərabi,  Biruni,  Tusi  və  digərləri  dünya  təbiətşünaslıq  və  fəlsəfi 

biliklər  sisteminin  inkişafına  əhəmiyyətli  dərəcədə  təsir 

göstərmişlər. 

 

Əl-Qəzali hesab edirdi ki, həqiqət meyarı haqda məsələdə ―ürəkdə 



inam‖  kimi  başa  düşülən  din  mövqeyində  durmaq  lazımdır  və 

―biliyin həqiqiliyi‖ meyarı din əsl bilik, hər bir əsl bilik isə dindir. 

 

 

 



Şahlar Əsgərov 

Professor, əməkdar elm xadimi 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

51 


 

 

Azərbaycan geosiyasətini elmə təqdim edən ilk 



fundamental əsər 

  

Azərbaycan  Prezidentinin  ictimai-siyasi  məsələlər  üzrə  köməkçisi, 



Prezident  Administrasiyasının  İctimai-siyasi  əlaqələr  şöbəsinin 

müdiri,  tarix  elmləri  doktoru,    professor  Əli  Həsənovun 

―Azərbaycanın  geosiyasəti‖  adlanan  fundamental  tədqiqat  əsərinin 

elmi dəyərləri  haqqında 

 

  

Geosiyasət  daha  çox  regionları  əhatə  edir,  eləcə  də  geosiyasi 



regionlar arasında ―geosiyasi zolaqlar‖ da formalaşa bilir. Məsələn, 

Azərbaycan  həm  Qafqaz  geosiyasi  regionunun  elementidir 

(mərkəzləşdirici subyekt kimi), həm də Avropa ilə Asiya arasındakı 

―geosiyasi  zolağın‖  komponentidir  (birləşdirici  subyekt  kimi).    

Digər  dövlətlərlə  əlaqələr  geosiyasətin  formalaşması  proseslərini  

təbii  olaraq  şərtləndirir.  Qarşılıqlı  təsirlər  fonunda  dövlətlərin 

geosiyasi  gücləri  yaranır.  Dövlətin  ümumən  geosiyasi  gücü  onun 

daxili  və  beynəlxalq  gücünə  söykənir.  Daxili  gücü  onun  geosiyasi 

nüvəsini  təşkil  edir.  Geosiyasi  məkanı  mərkəzdən  ətraflara  doğru 

genişləndirir.  Böyük  dövlətlərin  başqa  regionlarda  geosiyasi 

maraqlarının  genişlənməsi  də  həmin  dövlətlərin  geosiyasi 

(beynəlxalq münasibətlər üzrə) nüvələrini meydana gətirir. Buradan 

da  xarici  siyasətin  şəbəkələşmiş  mərkəzləri  formalaşmış  olur. 

Burada dövlətin daxili siyasəti xarici siyasətini, xarici siyasəti də öz 

növbəsində  daxili  siyasətini    tamamlayır.  Tamamlama  sayəsində 

dövlətin  daxildən  xaricinə  doğru  və  əksinə  istiqamətdə  geosiyasi 

maraqları meydana gəlir və geosiyasi maraqların sferası onu təşkil 

edən elementlərin  hərəkət sferasının formalaşmasına  səbəb olur. 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

52 



Dövlət digər dövlətin geosiyasi məkanına (burada geosiyasi məkan 

həm  dövlətdaxili  məkan,  həm  də  dövlət  sərhədlərinin  kənarındakı 

dövlət  maraqlarının  əks  olunduğu  məkanlar  aid  oluna  bilər)  daxil 

olur.    Bu  istiqmat  baza  olaraq    iki  hissədən  ibarət  olur:  birincisi, 

dövlət özünün milli vasitələri ilə başqa dövlətin geosiyasi məkanına 

-ölkədaxili  məkanına  daxil  olur,  təsir  edir  (hətta  bir  çox  hallarda 

geosiyasi ―eksterritoriallıq‖  yaranır, yəni, başqa ərazilərdə  imtiyaz 

və  immunitetlər  daha  çox  olur);  ikincisi,    öz  ərazisində  digər 

dövlətin  mövcud  olduğu  məkan  (xarici  ölkələrin  resurslarının 

yaratdığı  məkan  nəzərdə  tutulur)    üzrə  təsir  edir.  Öz  məkanında 

yerləşən digər dövlətin geosiyasi maraqları üzərində təsirlər etməyə 

çalışır.  Dövlətlər  həmçinin  üçüncü  və  ya  dördüncü  dövlətlərin 

ərazilərində  də  təsirlər  etməyə  çalışırlar.  Bu  baxımdan  da 

geosiyasətin  təsir  şəbəkəsi  meydana  gəlir.  Bu  təsir  şəbəkəsi 

dövlətləri beynəlxalq münasibətlərin fərqli fəal üzvlərinə çevirir və 

eləcə də yaylı formalı münasibətləri meydana gətirir. Yaylı (tarazlı) 

münasibətlər və əlaqələr inkişafa və təhlükəsizliyə, sülh və sabitliyə 

xidmət  edir.    Fərqli  güclərə  görə  geosiyasət  amili  dünyanın 

piramidal idarəetməsi formasını meydana gətirir. 

 

Azərbaycan  da  dünyanın  digər  dövlətləri  kimi  geosiyasətin  aktiv 



üzvlərindən  biridir.  Azərbaycanın  geosiyasəti  özünün  təkamül  və 

inkişaf  mərhələsini  yaşayıb  və  bu  gün  də  həmin  proseslər  davam 

etməkdədir. Ölkənin  XX əsrin sonlarını əhatə edən   geosiyasətinin 

formalaşmasının  başlanğıcı    müstəqillik  qazandıqdan  sonra 

qoyulub.  Xarici  siyasətin  ilkin  aktları,  bu  baxımdan  ölkə 

müstəqilliyinin  defacto  və  dejure  (SSRİ-dən  ayrıldığı  faktiki 

əraziləri  üzrə  hüquqi  baxımdan  )    tanınması  və    dövlətlərarası 

diplomatik  münasibətlər,  sahələr  üzrə    əlaqələrin    qurulması  

geosiyasətin  başlanğıcı  üçün  əsasları  meydana  gətirmiş  oldu. 

Sonrakı  mərhələlərdə  (1994-cü  ildən  başlayaraq)  isə  xarici 

sərmayələrin  ölkə  iqtisadiyyatına  cəlb  olunması  və  çoxsahəli 

əlaqələr,  o  cümlədən  geosiyasət  elementlərinin  sayının  çoxalması 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə