MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə13/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   9   10   11   12   13   14   15   16   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

41 


nifrəti,  düşmənçiliyi,  insanların  bir-birinə  qarşı  kinini  artırır. 

Cəmiyyətdə və bu cəmiyyətin güzgüsü olan (yaxud əksinə) KİV-də 

özbəklərə,  qırğızlara,  taciklərə,  ermənilərə,  azərbaycanlılara  qarşı 

bu  cür  fobiya  davam  edərsə,  keçmiş  SSRİ  ərazisində  Avrasiya 

İttifaqı  qurmağa  çalışan  Rusiya  bu  nəhəng  inteqrasiya  layihəsinin 

özülünə, çətin ki, bir kərpic qoya bilsin". 

 

"Qazaxıstan  vətəndaş  alyansı"  Hüquqi  Şəxslər  Birliyinin 



Beynəlxalq  Proqramlar  Komitəsinin  rəhbəri  Çingiz  Lepsibayev  də 

bu  fikirlərlə  tam  razıdır:  "Rusiyanın  inteqrasiya,  siyasi  ittifaq, 

ümumi beynəlmiləl keçmiş haqda danışdığı bir vaxtda millətçilik və 

ya  ksenofobiya  ilə  bağlı  istənilən  hərəkət,  ən  azı,  anlaşılmazlıq 

yaradır". 

 

Həqiqətən  də,  heç  kəs  multikulturalizm  cənnətinin  qurulacağına 



ümid  etmir.  Amma  heç  kəs  birgə  yaşayışdan  da  imtina  etmir. 

Miqrantlardan,  qloballaşmadan,  informasiya  texnologiyalarının 

inkişafından,  iqtisadi  birliklərin  yaradılması  cəhdlərindən, 

sərhədlərin daha çox şəffaflandırılmasından nə Rusiya, nə Avropa, 

nə  də  Amerika  qaça  bilər.  Bu  prosesdə  KİV,  əlbəttə  ki,  bitərəf 

müşahidəçi, sadəcə, xəbər və faktların yayıcısı kimi çıxış edə bilər. 

Belə  də  düşünmək  olar  ki,  jurnalistika  ən  tez  və  yaxşı  satılan 

məhsulun  satışı  ilə  məşğul  olan  biznesin  bir  hissəsidir.  Bu  halda 

suallar  və  iddialar  öz-özlüyündə  yox  olur.  Amma  məsələyə  fərqli 

baxış  da  var.  Bu  baxışa  görə,  müasir  jurnalistika  vətəndaş 

cəmiyyətinin  bir  hissəsi,  müxtəlif  sosial,  milli  qüvvələr  arasında 

dialoqu həm təmin edə, həm də poza bilən qüvvədir. 

 

Rusiyalı  jurnalist  Aleksey  Venediktovun  dediyi  kimi,  "peşəkar  və 



qeyri-peşəkar KİV var, redaksiya siyasəti və hər bir jurnalistin şəxsi 

seçimi var". 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

42 



"Biryulevoda  yaşananlar  tamamilə  məişət  hadisəsidir.  Amma  bu 

hadisədən  istifadə  edən  "küçə"  siyasətçiləri  də  tapılır.  Biz 

jurnalistlər bunu anlamalı, insanların bizə inanması üçün mübarizə 

aparmalıyıq", - deyə Venediktov qeyd edib. 

 

Bütün  bunların  fonunda  nə  etməli?  Vəziyyətin  qanunvericilik 



vasitəsilə  dəyişdirilməsinə  çalışmalı,  yoxsa  hər  şeyi  mənəvi  və 

peşəkar seçimə buraxmalı? Düzü, əsas məsələ bu deyil. Vacib olanı 

başqa  məqamdır  -  başa  düşmək  lazımdır  ki,  zaman-zaman  bütün 

pislikləri  üzərinə  atmaq  üçün  yaramaz  "gəlmələr"  obrazının 

yaradılması,  ilk  növbədə,  bu  stereotipləri  qondaranlar  və  onlardan 

istifadə  edənlər  üçün  zərərlidir.  Şərqşünas  professor  Edvard  Said 

bunu hələ 30 il əvvəl yazdığı "Şərqşünaslıq" paflet-traktatında qeyd 

edib.  Bu  əsər  ətrafında  mübahisələr  hələ  də  davam  edir.  Müxtəlif 

millətlərin  nümayəndələri  isə  şovinist  marginalların,  mühacirin 

həbsindən  şou  düzəldən  nazirlərin  və  "küçə"  siyasətçilərinin 

qurbanı olurlar... 

 

"Region Plyus" 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

43 


 

 

 



Yaşam fəlsəfəsi 

 

İctimai,  siyasi  və  iqtisadi  həyatda  geriqalma  və  onun  səbəbləri 



barədə  suallara  bir  əsrdir  ki,  İslam  dünyasının    alim  və  ziyalıları 

(Əhməd  Ağaoğlu,  Əli  bəy  Hüseynzadə,  M.Ə.Rəsulzadə...)    cavab 

axtarır.  Ancaq elmdə (həm də təhsildə) geriqalmanın səbəbləri son 

20-30  illərin  söhbətidir.  Təəssüf  ki,  biz  elmin  tarixini,  elmin 

fəlsəfəsini  öyrənməyə  zamanında  diqqət  yetirməmişik.  Yaxşı  ki, 

son  zamanlar  elmin  geri  qalmasını  bizim  filosof  alimlər  və 

araşdırmaçılarımız  (professorlar  S.Xəlilov,  H.Quliyev,  E.Əliyev, 

S.Əlisoy...) də tədqiq edirlər. 

 

Karl Yaspersə görə, ―bəşəriyyət eyni mənşəyə və ümumi  məqsədə 



malikdir‖.  Əgər  belədirsə, bəs  onda  səbəbi  nədir  ki, Şərq ilə  Qərb 

biri-birindən bu qədər fərqlənir?  Müasir dövrdə müsəlman Şərqinin 

elm və təhsildə geri qalmasının səbəbi nədir?  Bu yazıda bu suallara 

cavab axtarılır. 

 

Orta əsrlərdə İslam dünyasının  bəşər elminə böyük töhfələri olub. 



Ancaq  bu  töhfələr  obyektiv  dəyərləndirilməyib,  əksinə  bir  sıra 

səbəblərdən,  (o  cümlədən,  dini-siyasi)  gözdənsalma  təbliğatı 

aparılıb.  Müsəlman dünyasının özü də bu təpkilərə layiqincə cavab 

verə  bilməyib,  bugünkü  geriliyi  demək  olar  ki,  tarixi  gerilik  kimi 

qəbul edib. Bu cür mövqesizlik Sovet dönəminin ideologiyasına da 

uygun idi. 

 

İslam  dünyasındakı elmi   fəaliyyəti  düzgün  qiymətləndirmək  üçün 



15 əsrlik dövr iki yerə bölünür: 

 

1.Orta  əsrlər islam dünyasında  elm. 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə