MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə12/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   8   9   10   11   12   13   14   15   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

38 



gin 

ölkələrinə 

immiqrant 

axınının 

məhdudlaşdırılmasının 

vacibliyini  bəyan  edib.  O,  bunun  üçün,  hətta  Aİ-nin  "müqəddəs 

inəklərindən"  biri  olan  işçi  qüvvəsinin  hərəkət  azadlığına  qarşı 

çıxmaqdan  da  çəkinməyib.  Bundan  başqa,  Kemeron  milli  sosial 

proqramları əcnəbilərin üzünə bağlamağı da vacib sayır. 

 

Baş nazirin bu mövqeyi əvvəllər olduğu kimi, bu dəfə də Paris və 



Berlin tərəfindən dəstəklənib. 

 

"Multikulturalizm problemləri" hamıdan çox Rusiyaya əziyyət verir 



və bəzən bu özünü kifayət qədər radikal formada və mülahizələrlə 

göstərir. Təəssüf ki, bu, KİV-də də çox tez-tez tirajlanır. Məsələn, 

bu  yaxınlarda  "Rossiya-1"  telekanalının  "Qarşıdurma"  verilişində 

RLDP lideri Vladimir Jirinovski növbəti dəfə "fərqlənib". Bu dəfə 

o,  Şimali  Qafqazda  doğuş  sayını,  bu  regiondan  olan  insanların 

Rusiya  ərazisində  hərəkətini  məhdudlaşdırmağa  çağırıb.  Jirinovski 

bunun  yolunu  da  göstərib:  "Qafqaz  ərazisi  tikanlı  məftillərlə  əhatə 

olunmalıdır". 

 

Hazırda  Moskvanın  məşhur  Qərbi  Biryulevo  rayonunun  girişində 



RLDP-nin  reklamının  yer  aldığı  böyük  bir  plakatın  asılmasını 

anlamaq mümkündürsə, miqrasiya, millətçilik kimi ağrılı mövzulara 

həsr olunmuş bütün verilişlərə qalmaqallı Vladimir Volflviçin dəvət 

edilmə səbəbini isə başa düşmək çətindir. 

 

Əslində, əlbəttə ki, bu sualın cavabı kifayət qədər aydındır. Sadəcə 



bu  cavab  o  qədər  qorxuludur  ki,  adam  ona  inanmaq  istəmir.  Axı, 

əslində,  Kemeronla  Jirinovski  eyni  şeyi  deyirlər.  Fərq  sadəcə 

onların  danışıq  tonu  və  seçdikləri  sözlərdədir.  Demək,  bu  sözlərin 

effekti  də  fərqli  olacaq.  Yəni  artıq  bu  məqamda  səhnəyə  KİV-in 

qüdrəti 

çıxır. 


Burada 

söhbət 


yalnız 

radikal 


fikirlərin 

tirajlanmasından  yox,  həm  də  aksentlərin  necə  qoyulması,  başlığa 

hansı  fikrin  çıxarılmasından,  fotoların  seçilməsindən  də  gedir. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

39 


"Özbə-yin, 

tacikin, 

gürcünün, 

azərbaycanlının" 

cinayət 

törətdiklərinə  dair  çoxsaylı  xəbər  başlıqları  faktiki  olaraq,  şovinist 

ideyaları  irəli  sürən  -  kerosin  qarşısında  dayanan  şəxslərə  kibrit 

vermək deməkdir... 

 

Rusiya  Jurnalistlər  Birliyinin  sədri  Vsevold  Boqdanovun  sözlərinə 



görə,  "insanlar  arasında  düşmənçilik  toxumu  səpən  çirkin  siyasi 

texnoloqlar  gələcək  üçün  faciədirlər  və  onlara  müqavimət 

göstərməyi 

bacarmaq 

lazımdır". 

Boqdanov 

bunu 

VIII 


"Mədəniyyətlər  dialoqu"  media-forumunda  iştirak  etmək  üçün 

Moskvaya  gəlmiş  Avropa  və  Asiyadan  olan  gənc  jurnalistlərlə 

görüşündə  bildirib.  Görüş  iştirakçılarını  istisnasız  olaraq  ən  çox 

narahat edən məsələ millətçilik və  ksenofobiya olsa da, Boqdanov 

bu hallarla mübarizə formulları haqda heç nə deməyib. 

 

Həmkarını  Rusiya  Dövlət  Dumasının  deputatı,  ixtisasca  jurnalist 



olan  Boris  Reznik  də  dəstəkləyib.  O,  Rusiya  ictimaiyyətində 

ksenofob  və  marginalların  olduğundan  təəssüfləndiyini,  belə 

qüvvələrin  öz  faciələrini,  günahını  başqalarında  axtardıqlarını 

söyləyib.  Reznik  bildirib  ki,  hazırda  Rusiya  parlamentində  yeni 

qanun  layihəsi  müzakirə  olunmaqdadır.  Qanun  layihəsi  KİV-də 

cinayət  hadisəsinin  istənilən  iştirakçısının  -  müttəhim,  saxlanılan 

şəxs,  zərərçəkən  və  sair  -  milliyyəti  və  dininin  göstərilməsini 

qadağan edir. 

 

Əlbəttə  ki,  bu,  yaxşı  təşəbbüsdür.  Amma  məsələ  ondadır  ki,  bu 



sənəd  rusiyalı  parlamentarilər  tərəfindən...  2007-ci  ildən  müzakirə 

olunur. Sonuncu dəfə bu mövzuya maraq Moskva Şəhər Dumasının 

spikeri  Vladimir  Platonovun  təşəbbüsü  ilə  artmışdı.  Ümumilikdə 

Dövlət Dumasında qanun layihəsi deputatların ürəyincə olmayıb və 

onun  müzakirəsi  "sonraya  saxlanılıb".  İctimai  palata  da  sənədi 

mənfi  qiymətləndirib.  Dövlət  başçısı  Vladimir  Putinə  gəlincə,  o, 

məsələyə  müdaxilə  etməyəcəyinə  söz  versə  də,  sənədin  yekun 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

40 



variantının  ona  gedib  çatacağı  təqdirdə,  qanunu  dəstəkləyəcəyini 

söyləyib.  Deputatlar  (və  onları  dəstəkləyən  KİV  əməkdaşları  - 

belələrinin  sayı  heç  də  az  deyil)  isə  qanun  layihəsini 

dəstəkləməmələrini  belə  əsaslandırıblar:  "Jurnalistlər  onsuz  da 

istədiklərini  Ezop  dilinin  vasitəsilə  deyəcəklər.  Bu  halda  isə 

informasiyanın dəqiqliyinə və gerçəkliyinə ziyan dəyəcək". 

 

Amma  hansı  daha  pisdir:  səhv  informasiyanın  verilməsi,  yoxsa 



günahsız insanların zərər görməsi? 

 

Rusiya sərhədinin digər tərəfindən isə vəziyyət fərqli görünür. 



 

"Qoy  desinlər"  kimi  tok-şoularda  və  xəbər  buraxılışlarında  açıq-

aşkar görünür ki, hökumət milli məsələdən əsaslı və peşəkarcasına 

istifadə  edir.  "KamAZ"  sürücüsü  Qraç  Arutyunyanla  bağlı  məlum 

hadisə  zamanı  diqqət  birbaşa  onun  milliyyətinə  yönəldildi,  əsas 

diskussiyalar  məhz  bu  məqam  ətrafında  aparıldı.  Çox  sayda  digər 

nümunələr  də  var.  Bu  cür  ehtimal  olunan  cinayətkarlar  kimi  çox 

tez-tez  Mərkəzi  Asiya  təmsilçilərinin,  əsasən,  taciklərin  və 

özbəklərin  adları  çəkilir.  Bu,  əlbəttə  ki,  həmin  ölkələrin  əhalisi 

tərəfindən  mənfi  qarşılanır.  Bundan  başqa,  bu,  kini  artırır,  əmək 

miqrantlarının  onsuz  da  yaxşı  olmayan  vəziyyətlərini  daha  da 

ağırlaşdırır",  -  deyə  ATƏT-in  Bişkekdəki  (Qırğızıstan)  Araşdırma 

və  Treninq  Akademiyasının  koordinatoru  Svetlana  Dzardanova 

bildirir. 

 

Özbəkistandan  olan  jurnalist  Qaliya  İbrahimova:  "Hər  gün 



"Yandeks  -  Xəbərlər  -  Özbəkistan"  xəbər  lentinə  baxdıqda  adama 

elə gəlir ki, Rusiya dövlətinin bütün bəlalarının səbəbi özbəklərdir. 

Diqqəti cinayətkarın  hansı millətin təmsilçisi  olduğuna  yönəltmək, 

deyəsən,  keçmiş  qardaş  ölkələrdən  olan  miqrasiya  ilə  mübarizə 

vasitəsidir. Amma bu mübarizə ilə yanaşı, Rusiya KİV-də yer alan 

və diqqəti milliyyətə yönəldən bu cür "nifrət dərsləri" milli zəmində 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə