MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə14/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   10   11   12   13   14   15   16   17   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

44 



 

2. Müasir islam dünyasında elm. 

 

Məsələyə  bu  cür  yanaşma  bir  tərəfdən  bizə  obyektiv  nəticə 



çıxarmağa, ikinci tərəfdən gənclərimizə bugünkü geriliyin səbəbini 

izah etməyə imkan verir.  

 

ORTA ƏSRLƏR İSLAM DÜNYASINDA  ELM 



 

―Qüvvət elmdədir başqa cür heç kəs 

Heç kəsə üstünlük eyləyə bilməz!‖ 

 

Nizami Gəncəvi 



 

Bu  beytdən  də  görünür  ki,  zamanında  islam  dünyasında  elmin 

böyük gücə malik olduğunu biliblər. Böyük Nizami bu misralarla o 

zamankı ictimai şüuru bədii formada ifadə edib.  Orta əsr müsəlman 

elminin  bəşər  elminə  töhfəsi  professor    Həsən  Quliyev  tərəfindən 

kifayət  qədər  geniş  araşdırılıb.  Ona  Allahdan  rəhmət  diləyərək  bu 

məqalədə onun bəzi fikirlərindən geniş istifadə edəcəyik. 

 

Müsəlman  mədəniyyətinin  təşəkkülünün  obyektiv  və  tarixi 



səbəbləri  olmuş  və  bu  inkişaf    bir  sıra  hadisələrin  mürəkkəb 

qarşılıqlı  təsiri  zəminində  baş  vermişdir.  Bunlardan  biri:    489-cu 

ildə  Bizans  imperatoru  Zenonun  fərmanı  ilə  məşhur  Edesa 

təbiətşünaslıq  və  fəlsəfə  məktəbi  bağlanır  və  onun  bütün 

nümayəndələri  təqiblərdən  qaçaraq,  Sasanilər  İranına  köçür  və 

Yunanıstandakı akademiya kimi yeni bir akademiya yaradırlar. 529-

cu  ildə  digər  Bizans  imperatoru  Yustinyan  Afina  akademiyasının 

fəaliyyətini  qadağan  edir  və  bu  akademiya  da  Sasanilər  şəhəri 

Gündəşapura  köçür. Bu regionun başqa şəhərlərində də buna oxşar 

elmi  məktəblər  fəaliyyət  göstərir.  Beləliklə,  V  əsrdən  başlayaraq  

bugünkü  müsəlman  coğrafiyasında    yunan  elmi  ənənələrinin  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

45 


möhkəm bünövrəsi qoyulur. Buna paralel olaraq elə həmin dövrdə 

Bizans  və  Hind  mədəniyyətlərinin  yayılması  prosesi  də  baş  verir. 

Bununla    bərabər  ―yerli‖  ənənəvi  intellektual  mədəniyyətin 

(islamdan  əvvəlki  ərəb  idrakı  dəyərləri,  zərdüştlük  və  s.)  inkişafı 

prosesi də müşahidə olunur. 

 

Nəticədə VIII əsrdən başlayaraq müsəlman elmi ənənəsinin intensiv 



formalaşması  prosesi  başlayır.  Müsəlman  aləmi    özgünlüyünü 

saxlayaraq  tədricən  dünya  elminin  mərkəzinə  çevrilir.  Bir  çox 

xəlifələr  hədiyyə  olaraq  ləl-cəvahir  deyil,  məhz  kitab  qəbul 

edirdilər.  Kitab  kultu  cəmiyyətin  yeni    idealı,  and  yeri    olur. 

Təsadüfi  deyildi  ki,  artıq  ilk  xəlifələr  messenat  olur,  ―müdriklik 

evləri‖,  şəxsi  kitabxanalar  yaradır  və  alimləri  öz  ətrafına  cəlb 

edirlər.  İnsanın  ictimai  vəziyyəti,  şəxsiyyətin  nüfuz  və  elitaya 

mənsub olması şəxsi bilik fondunun nə dərəcədə zəngin olması ilə 

müəyyənləşdirilir.  Bilikli  insan  bir  növ  mədəni  örnəyə,  nümunə 

götürmək  üçün  etalona  çevrilir.    İstər  ictimai,  istərsə  də  şəxsi 

kitabxanalar Qərbdə yox, ilk dəfə Şərqdə yaranmışdı. 

 

Müsəlman  elmi  ənənəsində    obrazlı  (humanitar)  və  məntiqi 



(rasional)  idrak  formaları  arasında  həmişə  dinamik  tarazlıq 

saxlanılırdı.  Rasional  və 

ya  humanitar  elmi  ənənəyə 

səmtləşməsindən  asılı  ol-mayaraq,  müsəlman  alimi  bu  və  ya  digər 

dərəcədə aralıq hadisəsini də əxz etmişdir. Alim həm də şair idi və 

tərsinə.  Alimin  elmi  maraqlar  spektri  bəzən  onlarla  elmi  əhatə 

edirdi:    riyaziyyat,  fizika,  astronomiya,  məntiq,  fəlsəfə,  təbabət, 

poetika, musiqi və şeir yazmaq nəzəriyyəsi, qrammatika, teologiya, 

əlkimya  və  s.  İslam  dünyasında    elmin  və  alimin  özgürlüyü  baza 

prinsipi  bu idi.  Humanitar alimlərin  marginallığı  bundan  ibarət  idi 

ki,  onlar  hər  bir  halda  rasional  təfəkkürə  öz  münasibətlərini 

müəyyənləşdirməyə məcbur idilər. 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

46 



Alimliyin  və  ya  elmiliyin  Qərb  modelində  adətən  poetiklik  ilə 

məntiqliyin  eyni zamanda bir adama xas olmasını istisna edirdi bu 

səbəbdən də ―fiziklər və liriklər‖ bölgüsü mövcud idi. 

 

Qərb  universtlərində  tələbənin  hazırlığı  üçün  kollektiv  məsuliyyət 



daşıyan  alimlər  korporasiyasına,  təkmilləşmiş  ierarxiyaya  malik 

orta  əsr  Avropa  universitet  olduğu  halda, 

müsəlman 

universitetlərinə ümumkorporativ cavabdehlik xas deyildi. 

 

Müəllim və alim arxetipi 



 

Müsəlman  dünyasında    müəllim  şagird  (mürşüd  -mürüd)  

münasibətləri  nüfuz,  təqlid,  isnad  və  başqa  prinsiplər  əsasında 

fəaliyyət göstərirdi. Müəllim şəxsiyyəti ilə canlı ünsiyyət bu tərbiyə 

sistemində  əsas  amil  idi.Bir  çox  alimlər  (V.  Sementsov)  hesab 

edirlər  ki,  ənənəvi  Şərq  tərbiyə  sistemində    şagirdlə  müəllim 

arasındakı  canlı  ünsiyyət  Şərq  mədəniyyəti  üçün  fundamental 

əhəmiyyət kəsb edir. 

 

Müsəlman  alimliyi    kitab  mədəniyyəti  mühitində    formalaşırdı. 



Savad  və  ensiklopedizm  kultu  həm  də  müsəlman  elmi  ənənəsi 

özgünlüyünü  səciyyələndirir.  Özgür  alim  şəxsiyyət    tipi 

formalaşmışdı:  alimdən,  hər  şeydən  əvvəl,  qədimdən  qalan 

sərvətlərə və dinin normalarına bələd olmaq, müstəsna təxəyyül və 

hafizə, obrazlı və assosiativ təfəkkür tələb olunurdu. 

 

Öz müəlliminin yaradıcı surətdə hər şeydə təqlid edərək onun həyatı 



ilə yaşayan zaman, gələcək alim kimi şagirddə tədricən müəlliminin 

―örnəyi‖  (arxetipi)  formalaşır.  Müəllimi  ilə  birlikdə  şagird 

yaradıcılığın  sirlərinə  yiyələnir,  lakin  bu  zaman  o,  yaradıcılığın 

hansısa universal bir modelini deyil, öz müəlliminin özgün, orijinal 

yaradıcılıq  laboratoriyasını  dərk  edir.  Bəhmənyar  maraqlı  fikir 

söyləmişdir:  ―Əqli  elmləri  dərk  edərək  onların  daşıyıcılarının 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə