MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə17/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   13   14   15   16   17   18   19   20   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

53 


məhz  geosiyasi  mühitin  inkişafında  növbəti    mərhələni  meydana 

gətirdi.  Ölkənin  yerləşdiyi  məkan  və  məkan  üzərindəki  strukturlar 

və  elementlər  geosiyasi  mühitin  əsaslarını  təşkil  etməyə  başladı. 

Dövlətin daxilən güclənməsi, onun iqtisadi və siyasi strukturlarının 

inkişafı  geosiyasi  nüvənin  əsaslarını  zənginləşdirdi.  Azərbaycan 

regionda  radiuslu  dalğalar  üzrə  öz  geosiyasi  məkanını  böyütməyə 

başladı.  Bu  proseslər  artıq  XXI  əsrin  başlanğıcından  bu  yana  baş 

verməkdədir. 

 

Bu  baxımdan  dəyərli tədqiqatçı, professor    Əli  Həsənovun  2015-ci 



ildə  işıq  üzü  görmüş  ―Azərbaycanın  geosiyasəti‖  adlı  əsəri  də 

xüsusi elmi-fundamental əhəmiyyətə malikdir. 

 

 Əsərin  ―Azərbaycanın  geosiyasi  inkişaf  tarixi  və  xarakteristikası, 



müasir  milli  inkişaf  siyasətinin  əsasları‖  adlanan  I  bölməsində   

Azərbaycanın ayrı-ayrı mərhələlər və dövrlər üzrə  geosiyasi inkişaf 

tarixi,  həmçinin  müasir  inkişaf  siyasəti,  onun  xarakteristikası, 

parametrləri,  xarici siyasətin  əsas vəzifələri və tələbləri, eləcə də 

ölkəmizin  müasir  geosiyasi  statusu  ilə  bağlı  məsələlər  elmi 

araşdırmalar predmetinə çevrilmişdir. 

 

Əsər  Azərbaycanın  qədim  zamanlarda    geosiyasi  statusunun 



formalaşmasının  elmi  əsaslarının  yığcam  təhlili    ilə  başlayır.  

Birinci  Dünya  müharibəsinə  qədərki  geosiyasi  vəziyyəti  konkret 

faktlar,  bu  baxımdan  cərəyan  edən    siyasi  hadisələr  əsasında  elmi 

təhlillər  süzgəcindən  keçirilmişdir.  Belə  qənaətə  gəlinir  ki,  qədim 

Azərbaycan dövlətlərinin xarici siyasətlərinin formalaşması əsasları 

onların  artıq  subyektlər  kimi  mövcudluqlarından  irəli  gəlmişdir. 

Burada artıq tarixi ardıcıllıq əsasında Azərbaycanın dəyişən və artan 

geosiyasi  vəziyyətləri  təhlil  obyektinə  çevrilir.  Orta  əsrlərin 

geosiyasi  xarakteristikası  verilir  və  ölkənin  regionun  əsas 

oyunçularının  –Rusiya,  İran,  Türkiyə  (Osmanlı  imperiyası)nin 

rəqabət  obyektinə  çevrilməsinin  əsasları  şərh  olunur.  Burada 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

54 



professor  Əli  Həsənov  Azərbaycanı  regional  strateji  subyekt  kimi 

təhlil obyektinə cəlb edir və ölkənin böyük dövlətlərin maraqlarını 

cəzb  edən obyekt kimi parametrlərini əks etdirir. Bununla da tarixi 

aspektdən  geosiyasi  bütövlüyü ortaya qoya bilir. Tədqiatçı siyasi  

prosesləri  Birinci  Dünya  müharibəsinə  qədər  zaman  kriteriyası  ilə 

bağlayır, həmçinin siyasi nəticələr ardıcıllığını da kompleksləşdirir. 

Bununla  da  tarixi  dövrlərin  birləşmiş  geosiyasətini  elmi  baxımdan 

açır. 


 

  XX  əsrin  əvvəllərində  Cənubi  Qafqazın  geosiyasi  mühitinin 

formalaşması  cəhətləri  elmin  predmetinə  çevrilir.  Burada 

Azərbaycanın  müstəqillik  qazanması  və  müstəqil  geosiyasət 

subyektinə çevrilməsinin tarixi-siyasi əsasları şərh olunur. ADR-in 

xarici  siyasəti,  diplomatik  manevrləri  və  uğursuzluqları  elmin 

tələbləri ilə  analiz edilir.  

 

Əsərin  Azərbaycanın beynəlxalq aləmlə geosiyasi münasibətlərinə 



həsr edilmiş ikinci bölməsi daha çox  Avrasiyanın ümumi geosiyasi 

xarakteristikası  və  müasir  vəziyyətinin    təhlili  ilə  səciyyələnir.  

Avrasiyanın  planetar  və  regional  geosiyasi  vəziyyətinə  təsir 

göstərən  fərqli  maraqlar  sistemi,  transmilli,  regional  və  milli 

hədəflər  göstərilir.    ABŞ-ın,  Türkiyənin,  Rusiyanın,  Avropa 

İttifaqının    və  digər  aparıcı  dünya  dövlətlərinin  və  birliklərinin  

Avrasiya  siyasəti  və  Azərbaycanla  geosiyasi  münasibətlərinin 

xarakteristikası  verilir.  Bu  bölmədə  Avrasiyanın  ümumi  geosiyasi 

müstəvisinin  formalaşması  komponentləri  və  onların  qarşılıqlı 

strukturunun əsasları elmin obyektinə çevrilir. 

 

 Ümumiyyətlə,  professor  Əli  Həsənovun  əsərlərində  bu  kimi 



məsələlər,  geosiyasi  aspektlər  tədqiqat  üçün      obyekt  və  predmet 

mövzusunu təşkil edir: 

 

  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

55 


 

-SSRİ-nin  dağılmasından  sonrakı  dövrdə  Avrasiyada  baş  verən  

geosiyasi prosesləri,  MDB-nin yaradılması və bu qurum daxilində 

baş verən iqtisadi, siyasi, mədəni inteqrasiya prosesləri

 

-Böyük  dövlətlərin  XX  sərdə  Avrasiyada  formalaşan  yeni 



maraqlarının əsasları; 

 

-Avrasiyanın  yeni  geosiyasi  mühitinin  meydana  gəlməsi  və  yeni 



iqtisadi, 

siyasi 


subyektlərin 

maraqlarının 

formalaşması 

istiqamətləri; 

 

-Avrasiya  geosiyasətinin  yeni  parametrləri  və  materikin  regionları, 



xüsusilə, Xəzər, Qara dəniz və Cənubi Qafqaz üzrə yeni geosiyasi 

mühitin formalaşması; 

 

-Avrasiyanın geosiyasi müstəvisinin yeni kompleks tərkibi



 

-Avrasiyanın  geosiyasi  mühtini formalaşdıran  komponentlərin  yeni 

axarı; 

 

-Avrasiyanın  geosiyasi  mühitində  ABŞ  kimi  nəhəng  dövlətin 



maraqlarının  formalaşması  əsasları  və  yeni  müstəqil  siyasi 

regionlarla 

bu  dövlətin  yeni  maraqlarının  formalaşması 

istiqamətləri; 

 

-Avrasiyada  meydana  gələn  yeni  bloklaşmalar  və  yeni  regionların 



hərbi-siyasi  və  iqtisadi    parametlər  üzrə  geosiyasi  statuslarının 

formalaşması; 

 

-Avrasiyanın təhlükəsizlik sistemi; 



 


Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə