MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə15/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   11   12   13   14   15   16   17   18   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

47 


keyfiyyətlərini 

mənimsəməyənlər 

elmlərin 

mahiyyətindən 

məlumatsız olaraq qalırlar, bağda yazın nişanələri göründüyü kimi, 

alimin  hərəkətlərindən  də  onun  müəllimlərinin  müdrikliyi  özünü 

göstərir‖. 

 

Nobel  mükafatına  layiq  görülmüş  pakistanlı  fizik  Əbdüs  Səlam 



―İdeallar  və  gerçəkliklər‖  kitabında  yazır:    ―Orta  əsrlərdə  elmin 

ağırlıq mərkəzi İslam dünyasında idi... Quranın yeddi yüz əlli ayəsi 

-təxminən  səkkizdə  biri  inananları  təbiəti  araşdırmağa,  həqiqət 

axtarışında  ağıllarını  ən  yaxşı  şəkildə  istifadə  etməyə,  bilik  əldə 

etməni  və  elmi  düşüncəni  ictimai  həyatın  bir  parçası  halına 

gətirməyə sövq edir‖. 

 

Belə  tədris  metodunun  uğuru  ilə  bərabər  qüsuru  da  var  idi.  İslam 



alimləri  bu  qüsuru  görmüş  və  tənqid  etmişlər.  Misal  üçün,  Əl-

Məarri  korkoranə  nüfuz  sahibinə  inanan  tədris  metodunu  ,  qədim 

örnəkləri  qeyri-yaradıcı  tərzdə  təqlid  edən  ənənəvi  alimliyi  kəskin 

tənqid etmişdi. 

 

İslam  elm  və  təhsilin  əsaslandığı    prinsiplər:  nüfuz,  təqlid,  isnad, 



müxtəliflik prinsipi, canlı ünsiyyət, məhsuldar mükalimə (seminar). 

 

Maraqlıdır  ki,  müsəlman  alim  hazırlama  sistemində  də  şəxsi  amil 



aparıcıdır.  Alimi  obyektivləşdirilmiş  intellektual  mühit  deyil 

(şəxsizləşdirilmiş  mətnlər  və  ya  alimlərin  korporasiyaları),  

tələbənin  bilavasitə  müəllimlə  ünsiyyəti  formalaşdırır.  Tələbəyə 

təkcə  müəllimin  ona  verdiyi  obyektivləşdirilmiş  bilik  fondu  deyil, 

həm  də  müəllimin  həyat  tərzi,  düşüncə  üslubu  və  xüsusilə  onun 

şəxsiyyəti təsir göstərir. 

 

Müsəlman  şəxsiyyət  tərbiyəsi  sistemində  təhsil  metodunun  xüsusi 



bir  müxtəliflik  prinsipi    işləyirdi.  Tədris  üsullarının  fəlsəfi 

dərkindən bəhs edərkən İbn Xəldun göstərirdi ki, ənənəvi müsəlman 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

48 



tərbiyəsi  elmilik  xüsusiyyətlərindən  məhrumdur,  çünki  o,  vahid 

şəklə salınmamışdır.  İbn Xəldun yazır ki, ―bilik öyrənmək sənətdir 

ki,  tədris  üsulları  arasındakı  mövcud  fərqlər  də  buna  şəhadət  edir. 

Hər  bir  məşhur  müəllimin  özünün  tədris  üsulu  və  əvvəlcədən 

müəyyən  edilmiş  tədris  qaydası  vardır:  bu,  ümumiyyətlə,  bütün 

sənət  növlərinə  xas  olan  cəhət,  məhz  onu  göstərir  ki,  belə  tədris 

üsulu elmə aid deyil, zira, əgər o, elmə aid olsa idi, onla-rın hamısı 

üçün  vahid  olardı.  Sən  elmin  hər  bir  sahəsinin  tədrisi  üsullarında 

fərqlərə  rast  gələ  bilərsən  və  bu  onu  göstərir  ki,  hər  üsul  bir 

sənətdir: axı elm vahid və ziddiyyətsizdir‖. 

 

İslam  dünyasında  alimlərə  hörmət  böyük  idi  və  bu  İslam 



mədəniyyətindən  gəlirdi.  ―Alimlər  bu  dünyanın  işığı,  axirətin 

nurudur‖  paradiqma  səviyyəsinə  qalxmışdır.  Padşahlar,  şahlar, 

sərkərdər  zaman-zaman  alimləri  ziyarət  edir  və  bu  hadisələr  geniş 

yayılırdi  və  nəticədə  gənc  nəslin  elm  dalınca  getmələrini 

stimullaşdırırdı. Tarixdən məlum olan bir neçə hadisəni yada salaq. 

 

Əbu Reyhan əl Biruni 



 

Əbu  Reyhan  Biruni  ömrünün  son  saatlarını  yaşayanda  bir  tələbəsi 

onu ziyarət edir. Tələbə onu salamlayanda səsindən tanıyır və deyir: 

- Sən filankəs deyilsən? Tələbə: - Bəli, - deyir. ―Mənə deyilənə görə 

sən  İslamın  miras  hüququnda  dolaşıq  bir  məsələnin  cavabını 

tapmısan,  belədirmi?  Tələbə:  ―Ya  Əbu  Reyhan,  indi  sağlamlıq 

haqda  düşünmək...‖.  Əbu  Reyhan  onun  sözünü  kəsir:  ―Bunu 

bilmədən ölməkdənsə, bilib ölmək daha xeyirli deyilmi, səncə?‖   

 

Zünnun əl Misri  



 

Sufiliyi, vəlayəti ( mürşid -mürid  bağlarını) və sufi vəllərini orda-

burda inkar edən bir dəliqanlı gənci ədəbə dəvət etmək üçün böyük 

ustad Zünnun əl Misrinin (796 -859) yanına gətirirlər.  Moizələrində 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

49 


uca  Yaradanı    ―insan  oğlunun  Tək  və  Mütləq  Dostu,  Sevgilisi‖ 

adlandıran  bu  sufi  ustadı  barmağındakı  qiymətli  daşa  malik 

üzüyünü çıxarıb, həmin gəncə uzadır və deyir: - Bunu adi bazara (I 

bazar) aparıb, bir altun sikkəyə sat. 

 

Bazarda  heç  kəs  bu  üzüyə  heç  gümüş  sikkə  də  vermədi.  Çarəsiz 



gənc Zünnunun yanına qayıdıb durumu ona söyləyir. 

 

Bu səfər Zünnun ona deyir ki, üzüyü mücəvhərlər (II bazar) satılan 



bazara  çıxarsın.    Qızıl-zinət  əşyaları  satılan  bazarın  sərrafları  min 

altun  sikkə  təklif  edirlər.  Eyni  mala  iki  müxtəlif    bazarda    fərqli 

qiymətlərin qoyulması təcrübəsi gənci çaşdırır. Gənc böyük sufinin 

yanına qayıdır və olanları danışır. Zünnun ona belə deyir: - Sufiliyin 

və o yolu tutub gedənlərin dəyəri ondan anlayanlara yaxşı bəllidir. 

Arif olmayanların aşağalaması ilə onlardan heç nə əskilməz. Sənin 

onlara  verdiyin  dəyər  isə  elminin  və  idrakının  dayazlığından 

qaynaqlanır. Elə buna görə də o qara bazarda bu nadir üzüyə verilən 

qiymətdən zərrəcə fərqlənmir. 

 

Çingiz xan 



 

Çingiz  xan  Buxaranı  fəth  edəndə  atını  şah  sarayının  pilləkəninə 

sürür.  Bütün  bəylər,  zadəganlar,  tacirlər  gəlib  səmənd  atın 

ayağından öpürlər. Əllərini qurşağına qoyan 5-6 nəfər isə başları ilə 

fatehi  salamlayırlar  və  gəlib  atın  ayağından  öpmürlər.  Çingiz  xan 

soruşur:  ―Bəs  onlar  niyə  gəlib  atı  öpmədilər?‖  Cavab  verirlər  ki, 

onlar da olar - alimlərdir. 

 

Əmir Teymurun vəsiyyəti 



 

İslam  mədəniyyətində  alimin  və  müəllimin  nüfuzu  çox  böyük  idi. 

Bir  çox  padşahlar,  sultanlar  zaman-zaman  nüfuzlu  alimləri  ziyarət 

ediblər. Bu insanlar dünyasını dəyişəndə, həyatlarının son anlarında 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə