MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə11/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   7   8   9   10   11   12   13   14   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

35 


Qarabağ  uğrunda  döyüşlərdə  azərbaycanlılarla  yanaşı  digər 

xalqların  da  övladları  erməni  işğalçılarına  qarşı  qəhrəmanlıqla 

döyüşmüşlər. Aydındır ki. onlar Azərbaycanı Vətən seçdikləri üçün 

onun  uğrunda  da  vuruşmuş,  şəhid  olmuşlar.  Təbii  ki,  xalqımızın 

digər  millətləri  özündən  ayırmaması,  tolerantlığı,  dözümlülüyü, 

onlara Azərbaycana həqiqi vətən məhəbbəti bəxş etmişdir. Bu birlik 

hazırkı  gərgin  beynəlxalq  şəraitdə  dünyaya  sivilizasiyalararası 

dialoq  sahəsində  münasibətlərə  nümunə  olacaq  bir  mesajdır. 

Azərbaycan  dövlətinin  bu  gün  də  öz  vətəndaşlarına  təlqin  etdiyi 

humanizm və multikulturalizm yüksək, müasir dünyamız üçün çox 

vacib  olan  bəşəri  keyfiyyət  olmaqla  yanaşı  həm  də  dünyada  və 

ölkədə  sosial-siyasi  sabitliyin  və  iqtisadi  inkişafın  da  ən  mühüm 

amillərindəndir.  Bu  bəşəri  dəyərin  mövcudluğu  və  möhkəmliyi, 

Azərbaycan  xalqının  birliyi  ölkənin  bügünkü  sürətli  və  davamlı 

hərtərəfli inkişafında özünü əyani surətdə göstərir. Dövlət başçısı öz 

nitqində  iqtisadiyyatla  humanitar  məsələnin  qarşılıqlı  təsiri  barədə 

deyib:  ―Forumun  mövzularından  biri  iqtisadi  inkişafın  humanitar 

aspektləridir...  Yenə  də  Azərbaycanın  təcrübəsi  maraqlı  ola  bilər. 

Çünki  baxmayaraq  ki  biz  etnik  təmizləməyə  məruz  qalmışıq  və 

torpaqlarımız işğal algtındadır, bir milyondan artıq qaçqın, köçkün 

vardır  və  dövlət  onlara  maliyyə  yardımı,  qayğı  göstərir.  Bizim 

iqtisadi  inkişafımız  son  10  il  ərzində  dünya  miqyasında  ən  sürətli 

olmuşdur.  Son  10  il  ərzində  aparılan  islahatlar  nəticəsində  ölkə 

iqtisadiyyatı 3,4 dəfə artmışdır. Bu, əgər belə demək mümkündürsə 

dünya rekordudur... On il bundan əvvəl Azərbaycanda yoxsulluğun 

səviyyəsi 49 faiz idi. Aparılmış islahatlar nəticəsində bu gün cəmi 

5,5 faizdir. Aparılan islahatlar nəticəsində 10 ildə Azərbaycanda bir 

milyon  200  min  iş  yeri  açılmışdır.  Hazırda  Azərbaycanda  işsizlik 

4,8  faizdir.  Bütün  bu  məsələlər  əlbəttə  ki  iqtisadi  islahatların 

nəticəsidir. Eyni zamanda bütün bu məsələlərin bilavasitə humanitar 

sahəyə  dəxli  vardır.  Çünki  Azərbaycan  siyasətinin  təməlində  və 

mərkəzində  Azərbaycan  vətəndaşı,  onun  problemləri,  qayğıları, 

təhlükəsizliyi və rifahı dayanır‖. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

36 



Bilirik ki, tarixən hər bir dövlətin qüdrətinin əsasında iqtisadi güc, 

siyasi nüfuz dayanır. Lakin ölkədə milli birlik, bunun əsasını təşkil 

edən  humanitar  problemlərin  xalqın  da  qəbul  etdiyi  kimi  həlli 

olmadan  qüdrətli  səviyyə  mümkün  deyildir.  Sosial-siyasi  sabitlik 

iqtisadi gücün ən əsas lokomotivlərindəndir, onun da kökündə təbii 

ki,  humanitar  məsələlərin  vaxtında,  operativ  həlli  durur.  Əgər 

humanitar  məsələ  və  problemlər  vaxtında  və  həm  də  beynəlxalq 

normalara  uyğun  həll  olunmasa  gec-tez  ölkədə  bu  zəmində  çox 

ciddi  böhran  yaşana  bilər.  Bu  da  öz  növbəsində  iqtisadi  və  siyasi 

proseslərə  çox  mənfi  təsir  göstərər.  Bundan  başqa  hər  bir  insan 

müəyyən  intellekt  sahibidir.  Ölkədə  müxəlif  dini,  milli  dəyərlərə 

məxsus  insanların  siyasi  və  hüquqi  bərabərliyinin  təmin  olunması, 

etnik  azlıqların  milli-mədəni  inkişafına  qanunla  əsas  yaradılması, 

cəmiyyətin də bu prosesə adi normal yaşayış qaydası kimi baxması 

ölkədə birliyin sarsılmazlığını təmin edir. Bu gün ölkəmizdə sağlam 

tarixi  köklərə  malik  multikulturalizm  dövlət  rəhbərliyinin 

düşünülmüş siyasəti ilə daha da inkişaf edir, yeni pozitiv çalarlarla 

zənginləşir.  

Dövlət  başçısı  Azərbaycanda  multikulturalizmə  münasibət  barədə 

deyib:  ―Multikulturalizm  Azərbaycanda  dövlət  siyasətidir.  Qeyd 

etməliyəm  ki,  artıq  tarixi  keçmişimiz  də  bunu  diktə  edir.  Eyni 

zamanda  multikulturalizm  Azərbaycanda  həyat  tərzidir.  Biz 

gündəlik həyatımızda bu prinsiplər əsasında fəaliyyət göstəririk. Bu 

prinsiplər  cəmiyyətin  mütləq  əksəriyyəti  tərəfindən  dəstəklənir, 

müdafiə edilir‖. 

 

Ataş CƏBRAYILOV 

 

 

 



 

 

 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

37 


 

 

 



 

 

 



Multikultiralizm nədən başlayır? 

 

Yaxud millətçi əhvalın qızışdırılmasında KİV-in məsuliyyəti 

 

Sovet  dönəminin  məşhur  mahnısını  bir  qədər  dəyişsək,  meydana 



kifayət  qədər  aktual  məsələ  çıxar:  "Multikulturalizm  nədən 

başlayır?"  Yaxşı  və  sadiq  qonşulardan,  "sənin  əlifbandakı" 

şəkillərdən?  Yoxsa  qəzet  və  ya  televizordakı  mənzərədən?  İlk 

baxışdan hər şey kifayət qədər bəsitdir. Multikulturalizmin əsasında 

müxtəlif  millətlərdən  olan  insanların  hər  bir  şəxsiyyətə  hörmət 

qoyaraq, qanunlar əsasında birgə yaşaması ideyası dayanır. Amma 

bu  zaman  mədəni,  dini,  dil,  etnik  və  digər  xüsusiyyətlərə  zərər 

dəyməməlidir. Əsl multikulturalizmin hökm sürdüyü cəmiyyətə nail 

olmağın  alətləri  də  gözəl  və  dəqiqdir  -  tolerantlıq,  qanunlara,  bir-

birinin azadlığına hörmət. 

 

Amma  bütün  bunların  həyata  keçirilməsi  üçün  birincisi,  bu  və  ya 



digər  cəmiyyətin  üzvləri  buna  qadir  olmalı,  ikincisi  maddi 

durumlarına, imkanlarına görə eyni vəziyyətdə yaşamalıdırlar. Yəni 

faktiki  olaraq,  əsl  multikulturalizm  yalnız  cənnətdə  ola  bilər  - 

əlbəttə  ki,  siz  oraya  düşə  biləcəksinizsə.  Avropanın  ən  güclü 

dövlətləri  olan  Almaniya  və  Böyük  Britaniyaya  multikulturalizm 

haqda  şövqlə  nümayiş  etdirilən  həmrəyliyi  bədbin  etirafların 

əvəzləməsi  üçün,  təxminən,  on  il  kifayət  etdi.  Britaniyanın  baş 

naziri  Devid  Kemeron  bu  günlərdə  "Financial  Times"  qəzeti 

vasitəsilə Şərqi və Cənubi Avropadan Avropa İttifaqının daha zən-



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə