MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə10/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   6   7   8   9   10   11   12   13   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

32 



 

 

 



 

 

Multikulturalizm Azərbaycanın dövlət siyasəti



cəmiyyətin həyat tərzidir 

 

Azərbaycan  dünyanın  humanitar  kataklizmlər  baş  verməyən  nadir 



ölkələrindəndir. Humanitar məsələ bu gün özündə mədəniyyətlərin, 

sivilizasiyaların,  konfessiyaların  qarşılıqlı  münasibətlərini  ehtiva 

etməkdədir.  Ölkəmizdə  tarixən  bu  sahəyə  ən  pozitiv  mövqe 

sərgiləndiyi  üçün  bu  gün  Azərbaycan  dünyanın  humanitar 

əməkdaşlıq mərkəzinə çevrilib. İlk Forum 2010-cu ilin yanvarında 

Bakıda keçirildi. Bu tədbir geniş rezonansa səbəb oldu və effektiv 

nəticələr  verən  ənənəyə  çevrildi.  Bu il  Heydər  Əliyev  Mərkəzində 

keçirilən  növbəti  Üçüncü  Beynəlxalq  Forum  öz  işində  humanitar 

əməkdaşlığın  aktual  məsələlərini  müzakirə  edib.  Tədbirdə  70 

ölkədən  800-ə  yaxın  qonaq  iştirak  edib.  Onların  arasında  nüfuzlu 

ictimai-siyasi  xadimlər,  sabiq  dövlət  başçıları,  Nobel  mükafatı 

laureatları və başqaları iştirak ediblər. İki günlük Forumda olduqca 

mühüm, dövrün çağırışlarına cavab verən mövzular səkkiz dəyirmi 

masada müzakirə obyekti olub: ―Texnologiyaların konvergensiyası 

və  gələcəyin  konturları:‖XXI  əsrin  çağırışları‖,  ―İqtisadi  inkişafın 

humanitar  aspektləri‖,  ―Elmi  innovasiyalar  və  onların  təhsil 

mühitinə  transferi‖,  ―Multikulturalizm  və  özgünlük:  cəmiyyətdə 

dəyər  konsensusu  axtarışında‖,  ―Postmodern  dövründə  milli 

özünüdərk‖, ―Davamlı inkişaf və ekoloji sivilizasiya‖, ―Molekulyar 

biologiya  və  biotexnologiyanın  nailiyyətləri:  nəzəriyyədən 

təcrübəyə‖,  ―Qloballaşan  informasiya  məkanında  medianın  aktual 

məsələləri‖.  Azərbaycan  Prezidenti  açılış  mərasimindəki  nitqində 

Azərbaycanda  son  illərdə  müxtəlif  mövzularla  bağlı  mötəbər 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

33 


beynəlxalq  tədbirlər,  konfranslar,  sammitlər  keçirildiyini,  Bakının 

bir  növ  beynəlxalq  əməkdaşlıq  mərkəzinə  çevrildiyini,  Humanitar 

Forumun  da  bu  sırada  öz  yeri  olduğunu  vurğulamışdır:  ―Bu  il 

Cənubi Qafqazda və Mərkəzi Asiyada ilk dəfə olaraq Bakıda Davos 

Ümumdünya  İqtisadi  Forumu,  Madrid  Klubunun  toplantısı 

keçirilmişdir.  Artıq  iki  dəfə  Mədəniyyətlərarası  Dialoq  Forumu 

keçirilmişdir.  Bakı  Humanitar  Forumunun  da  bu  sırada  öz  yeri 

vardır.  Əminəm  ki,  Forum  çərçivəsində  aparılacaq  diskussiyalar, 

fikir  mübadiləsi  beynəlxalq  humanitar  əməkdaşlığa  öz  töhfəsini 

verəcəkdir.  Belə  tədbirin  Azərbaycanda  keçirilməsi  yəqin  ki, 

təbiidir.  Çünki  bütün  dövrlərdə  Azərbaycanda  bütün  millətlərin, 

dinlərin  nümayəndələri  sülh,  əmin-amanlıq,  qardaşlıq  şəraitində 

yaşamışlar.  Azərbaycanda  hökm  sürən  ictimai-siyasi  quruluşdan 

asılı  olmayaraq  bütün  dövrlərdə  Azərbaycan  dözümlülük, 

tolerantlıq  məkanı  olmuşdur.  Bu  gün  müstəqil  Azərbaycan  öz 

siyasətini  bu  təməl  üzərində  qurur‖.  Yaşadığımız  XXI  əsrin 

xarakterik  xüsusiyyəti  bütün  dövlətlərin  istər  iqtisadi,  istər  siyasi 

arenasına,  istərsə  də  sosial  həyatına  qloballaşma  prosesinin 

təsirlərini gətirməsidir. Yer kürəsində əhalinin sayı 6 milyardı ötür 

və  daim  artır  .  Bir  çox  ölkələrdə  iqtisadiyyat  zəifdir,  əhalinin 

tələbini  ödəmir.  Nəticədə  milyonlarla  insan  aclıq  çəkir,  ehtiyac 

içindədir. Buna görə də digər ölkələrə kütləvi axın başlayır. Bundan 

başqa, hər bir ölkənin sosial tələbi vardır. Bu tələbat iqtisadiyyatın 

da  qarşısına  daim  yeniləşmək,  müasirləşmək  və  verilən  sosial 

sifarişi  ödəmək  tələbi  qoyur.  Bu  tələb  ilk  növbədə  öz  əhlisinin 

sosial ehtiyaclarını ödəməklə bağlıdır. Bu tələbin öhdəsindən gələn 

dövlətlər digər kasıb ölkələr üçün cəlbedici olurlar. Həmin dövlətlər 

miqrantlar  üçün  də  iş  və  dolanışıq  yeri  kimi  maraqlı  görünürlər. 

Nəticədə qanuni və qeyri-qanuni miqrasiya başlayır. Həmin ölkələrə 

miqrasiya  nə  qədər  güclü  olarsa  o  qədər  də  iqtsadi,  sosial  və 

nəhayət, siyasi balansda tarazlıq pozula bilər. Buna görə də hazırda 

qloballaşma prosesinin qarşısında duran ən mühüm vəzifələrdən biri 

və  önəmlisi  beynəlxalq  iqtisadi  inteqrasiyanı  sürətlə  və  səmərəli 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

34 



həyata  keçirməkdən  ibarətdir.  Bu  inteqrasiya  nəticəsində  bəzi 

ölkələr tranzit dövlətlərə çevrilir, bəziləri müxtəlif iqtisadi birliklər 

yaradır,  bəziləri  də  ərazilərində  azad  iqtisadi  zonalar  təşkil  edir. 

İnteqrasiya prosesində də təbii və qeyri-təbii miqrasiya baş verir. Bu 

zaman  da  humanitar  məsələ  aktual  problem  kimi  öz  həllini  tələb 

edir.  Buna  görə  də  humanitar  məsələ  beynəlxalq  problem  və 

dövlətlərarası sazişlərlə, beynəlxalq normalarla öz həllini tələb edir. 

Dövlət  başçısı  humanitar  problemlərin  mühüm  əhəmiyyət 

daşıdığını,  bu  forumun  artıq  beynəlxalq  əməkdaşlıqda  öz  müsbət 

rolunu  oynadığını  qeyd  etmişdir.  Bu  gün  humanitar  problemlərin 

həlli  dünya  miqyasında  mühüm  əhəmiyyət  daşıyır.  Dünyanın 

müxtəlif  regionlarında  baş  verən  siyasi,  ictimai  kataklizmlər, 

üstəgəl  ekoloji  dəyişikliklərin  yaratdığı  fəlakətlər  nəticəsində 

insanlar çox böyük faciə və məhrumiyyətlərlə qarşılaşırlar. Bundan 

başqa  diqqət  etdikdə  bu  kataklizmlərin  əsasında  milli-dini 

anlaşılmazlıqların  da  böyük  rol  oynadığını  aydın  görmək  olar. 

Azərbaycan  isə  bu  gün  dünyanın  ən  sabit,  multikulturalizmi 

yaşadan,  qoruyan  ölkələrindəndir.  Azərbaycanda  tarixən  bütün 

etnoslar qardaş kimi yaşayıb, milli-dini zəmində qarşıdurma heç bir 

vaxt  baş  verməyib  və  bir  vətən  üçün  çalışıb  yaşayıblar.  Bu 

keyfiyyət  xalqımızın  qədimdən-qədim  özünəməxsus  dövlətçilik 

ənənəsini  yaşatması  və  inkişaf  etdirməsi  ilə  bağlıdır  və  hazırkı 

qlobalizm  prosesində  çox  pozitiv  və  nümunəvi  bir  yaşam 

təcrübəsidir. Azərbaycanda millətlərarası, dinlərarası münasibətlərin 

sağlam  zəmində  qurulması  və  dövlətin  siyasi,  iqtisadi  və  sosial 

həyatında  müsbət  nəticələrlə  müşayiət  olunması  bu  gün  çox 

xarakterik  və  artıq  dünyada  da  təsdiq  və  təqdir  olunan  bir 

göstəricidir. Belə ki, hər bir azərbaycanlı ölkəmizdə tarixən yaşayan 

bu  adi  insani  birgəyaşayış  normasını  xalqımızın  milli-mənəvi 

dəyərinin  ayrılmaz  hissəsi  sayır,  dövlətçilik  ənənəmizdə 

multikulturalizmi təqdir edir. Digər tərəfdən bu xarakterik keyfiyyət 

təbii  ki,  xalqımızın  qədimdən  milli  eqoizmdən  uzaq,  bəşəri 

dəyərlərin  daşıyıcısı  olduğunun  təsdiqidir.  Təsadüfi  deyil  ki, 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə