MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə128/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   124   125   126   127   128   129   130   131   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

395 


prinsipial  dəyişikliklər,  yeniliklər  meydana  gəlir,  əməyin 

informasiya tutumunun artması müşahidə olunur. 

 

Virtual əmək münasibətləri  şəraitində insanlar təkcə öz vəzifələrini 



deyil,  həm  də  şəxsi  maraqları  nəzərə  almaqla  fəaliyyətlərini  təşkil 

edə  bilərlər.  Əgər  insan  hər  gün  işə  getmək  zərurətini  aradan 

qaldırarsa və istənilən yerdə işləmək imkanı qazanarsa, onda onun 

üçün  daha  rahat  olan  yaşayış  yerini  seçə  bilər.  Avropanın  bəzi 

regionlarında artıq 200 ildən bəri davam edən kəndlilərin şəhərlərə 

axışması  prosesini  zəiflədib  və  hətta  hələ  zəif  də  olsa,  kəndə 

qayıtma  tendensiyası  müşahidə  olunmaqdadır.  Məhz  bu  fakta 

əsaslanaraq,  artıq  şəhər  sivilizasiyasının  dağılması  prosesinin 

başlandığı barədə də fikirlər səslənməkdədir. 

 

İnternetin  iqtisadi  sahəyə  də  təsiri  olduqca  böyükdür.  Bu  təsir 



nəticəsində  dünyanın  ənənəvi  iqtisadi-maliyyə  sistemi  ciddi 

dəyişikliklərə  məruz  qalır,    regional  və  qlobal  miqyaslı  böhranlar 

yaranır, ölkələrin iqtisadi təhlükəsizliyi ilə bağlı əsaslı narahatlıqlar 

yaranır. İnformasiya və biliklərə əsaslanan iqtisadiyyat formalaşır. 

 

İnternetin  meydana  gəlməsi  ilə  E.Tofflerin  vaxtilə  söylədiyi 



―kütləvi 

standartlaşdırılmış 

istehsal 

informatika 

və 

supertexnologiyaların  tətbiq  edildiyi  intellektual    fəaliyyətə 



əsaslanan yeni fərdiləşdirilmiş əmək sistemi ilə əvəz olunacaq‖ fikri 

özünü  doğrultmağa  başlayır.  O,  qeyd  edirdi  ki,  iqtisadiyyatda  iri 

korporasiyaların  hökmranlığının  əvəzinə  fərdi  və  qrup  şəklində 

yaradıcı  fəaliyyətin  hər  yerə  yayılması  və  onun  nəticələrinin 

İnternet  vasitəsilə  rasional  mübadiləsi  baş  verəcək.  Doğrudan  da, 

sosial  münasibətlərin  bu  cür  qurulması  daha  rasional,  ekvivalent 

sosial  mübadilə  imkanının  təmin  olunmasına  şərait  yaradır. 

Mübadilə  strukturu  nə  qədər  sadə  olarsa,  istehsalçılar  arasında 

münasibətlər  bir  o  qədər  aydın  və  şəffaf,  habelə  istehsalçıdan  son 

istifadəçiyə  qədər  məsafə  bir  o  qədər  qısa  olar.  Bu  zaman  artıq 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

396 



ənənəvi  ticarət  vasitəçilərinə  (brokerlərə,  maklerlərə)  ehtiyac 

qalmır,  bu  funksiyanı  İnternet  öz  üzərinə  götürür.  Öz  növbəsində, 

sosial  təşkilat  nə  qədər  böyük  və  mürəkkəb  olarsa,  o,  obyektiv 

analiz üçün bir o qədər çətindir. Bu situasiya həm də manipulyasiya 

üçün şərait yaradır. 

 

İnternet iqtisadiyyatında şəxsi kompyuter əsas istehsal alətinə, şəxsi 



sayt  isə  istehsal  edilən  intellektual  məhsulun  reallaşdırılması 

vasitəsinə çevrilir. Təbii ki, bu cür iqtisadiyyatda peşəkar fəaliyyətlə 

bağlı  olmayan,  sosial  dividentlər  əldə  etməyə  yönələn  özəl 

sahibkarlığa (manipulyativ fəaliyyət sahəsi kimi) yer olmayacaq. 

 

İnternetin  təsiri  nəticəsində  iqtisadi  fəaliyyətin  virtuallaşmasının 



mahiyyəti budur ki, insan müasir texniki vasitələrin köməyi ilə real 

obyektlərlə deyil, onların təsvirləri, simvolları ilə qarşılıqlı əlaqədə 

olur.  Virtual  münasibətlər  heç  də  indi  meydana  gəlməyib.  Bu 

münasibətlər  teleqrafın,  telefonun,  faksın  və  İnternetin  meydana 

gəlməsi  ardıcıllığı  ilə  təkamül  yolu  keçib.  Məhz  İnternet  təkcə 

gerçək  obyektləri  deyil,  həm  də  onların  real  zaman  rejimindəki 

fəaliyyətlərini  simulyasiya  edir.  İnternet  bazar  iştirakçıları  üçün 

vahid virtual mühit yaratmaqla,  ənənəvi iqtisadiyyat üçün tamamilə 

yeni situasiya formalaşdırır. 

 

İnternet  mühitində  dövlətin  idarə  olunmasının  xarakteri,  təbiəti 



dəyişir.  Elektron  dövlətin  yaradılması  hakimiyyət  strukturları 

tərəfindən  əhaliyə  və  biznes  sektoruna  göstərilən  xidmətlərin 

optimallaşdırılması,  bütün  vətəndaşların  ölkənin  idarə  edilməsi 

prosesində  iştirakı,  habelə  dövlət  idarəetməsinin  şəffaflığı,  dövlət 

orqanlarının vətəndaşlar qarşısında hesabatlılığı ilə əlaqədardır. Bu 

yeni  idarəetmə  konsepsiyasının  mahiyyəti  odur  ki,  onun  tətbiqi 

nəticəsində  idarəetmə  faəliyyəti  daha  yumşaq,  daha  yaxşı 

strukturlaşdırılmış,  məhdud  normativli  olacaq,  idarəetmə  şaquli 

deyil,  üfüqi  əlaqələrə  əsaslanacaq.  Elektron  dövlətin  daha  bir 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

397 


mühüm  əhəmiyyəti  dövlət  ehtiyacları  üçün  satınalmaların  və 

xidmətlərin  həyata  keçirilməsi  məqsədilə  e-ticarət  sisteminin 

kompleks tətbiq edilməsidir. 

 

İnternet-texnologiyaların  müasir  siyasi  proseslərdə  də  rolu  sürətlə 



artmaqdadır.  Müasir  informasiya  texnologiyaları,  xüsusən  İnternet 

siyasi partiyalara və siyasi liderlərə aktiv fəaliyyət göstərmək üçün 

yeni  imkanlar  açır.  İnternetdən  istifadə  səviyyəsinin  artması 

vətəndaşlara  və  qruplara  siyasi  qərarların  hazırlanmasında  və 

qəbulunda  daha fəal iştirak  etməyə  şərait  yaradır.  Siyasi  partiyalar 

İnternet  texnologiyalardan  həm  də  siyasi  kommunikasiya  vasitəsi 

kimi  istifadə  edirlər.  Artıq  siyasi  aktivlik  ənənəvi  fəaliyyət 

məkanından çıxaraq, virtual mühitə keçməkdədir. 

 

Cəmiyyət 



təmsilçi, 

nümayəndəli 

demokratiyadan 

birbaşa 


demokratiyaya, 

rəqəmsal 

demokratiyaya, 

həmçinin 

sərt 

demokratiyadan  çevik  demokratiyaya  (məsələn,  wiki-demokratiya 



və  s.)  keçid  mərhələsini  yaşayır.  Mütəxəssislər  hesab  edirlər  ki, 

ənənəvi  demokratiya  böhran  həddinə  gəlib  çatıb.  Yəni  demokratik 

prosesləri  ənənəvi  üsullarla  inkişaf  etdirmək  üçün  artıq  heç  bir 

potensial  qalmayıb.  Ona  görə  də  vəziyyətdən  çıxış  yolu  kimi 

―elektron demokratiya‖ ideyası irəli sürülür. Qeyd edilir ki, hazırkı 

qloballaşma  və  siyasi  transformasiyalar  şəraitində  İnternetin  siyasi 

proseslərə 

təsirini 

nəzərə 

almamaq 


olmaz. 

İnternetin 

demokratiyanın inkişafına göstərdiyi təsirlə bağlı iki məqama diqqət 

yetirilir:  birincisi,  informasiyanın  əlyetərliliyi,  ikincisi,  onu  analiz 

edərək, qərar qəbul etmək qabiliyyəti. Təbii ki, İnternet informasiya 

əldə  etmək  üçün  əvvəllər  mümkün  olmayan  unikal  imkanlar 

yaradır. 

 

İnternet  bilavasitə  ictimai  rəyə  yönələrək,  vətəndaş  cəmiyyətinin 



fəal hissəsinin davranışlarını formalaşdırır, ictimai şüura təsir edir. 

İnternet siyasi liderlərin və partiyaların fəaliyyətlərinin informasiya 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə