MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə126/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   122   123   124   125   126   127   128   129   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

389 


 

Rasim Əliquliyev, AMEA İnformasiya Texnologiyaları 

İnstitutunun direktoru, müxbir üzvü, texnika elmləri 

doktoru, professor 

 

İnformasiya inqlilabları sivilizasiyanın inkişafının 



hərəkətverici üvvəsidir 

 

Xülasə.  Məqalədə  sivilizasiyanın  inkişaf  tarixində  informasiya 



inqilablarının rolu tədqiq edilir. İnformasiya inqilabları nəticəsində 

yaranan  informasiya  bolluğunun  cəmiyyət  həyatına  göstərdiyi 

mütərəqqi təsiri göstərilir. Sonuncu informasiya inqilabının nəticəsi 

kimi  meydana  gələn  İnternetin  bəşəriyyətin  inkişafına  verdiyi 

töhfələr,  vəd  etdiyi  perspektivlər  araşdırılır.  İnternetin  tətbiqi 

nəticəsində  cəmiyyətin  bütün  sahələrində  baş  verən  dəyişikliklər, 

bir  sıra  ənənəvi  problemlərin  həlli  üçün  yaranan  imkanlar  analiz 

edilir, həmçinin narahatlıq doğuran tendensiyalar təhlil edilir. 

 

Bəşəriyyəti  informasiya  cəmiyyətinə  (İC)  gətirən  yolun  əsasında 



sivilizasiya tarixində baş verən informasiya inqilabları (İİ) dayanır. 

İnformasiya  cəmiyyətinin  əsasını  və  məqsədini  informasiya  və 

biliklər təşkil etdiyinə görə sivilizasiyanın bu yeni mərhələsinin əsl 

mahiyyətini  anlamaq  üçün  həmin  inqilabları  doğuran  səbəblərə, 

onların yaratdığı təzahürlərə və imkanlara diqqət yetirmək lazımdır. 

 

İİ  informasiyanın  qeydiyyatı,  yadda  saxlanması,  emalı  və 



ötürülməsi sahəsində tamamilə yeni texnologiyaların və vasitələrin 

meydana  çıxması  nəticəsində  cəmiyyətin  və  insan    fəaliyyətinin 

bütün  sferalarında  əvvəlki  dövrlərə  nisbətən  informasiya 

bolluğunun  yaranması  və  bunun  da  təsiri  ilə  ictimai-siyasi  və 

mədəni  həyatda  keyfiyyət  dəyişikliklərinin  baş  verməsi  və  yeni 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

390 



münasibətlərin  formalaşmasına  gətirib  çıxaran  mürəkkəb  bir 

prosesdir. 

 

Qeyd  etmək  lazımdır  ki,  İC-nin  əsas  fəlsəfəsi  zaman  və  məkan 



amillərinin  aradan  qalxması  ilə  bağlıdır.  Belə  ki,  insanlar  tarixən 

zaman  və  məkan  məhdudiyyətlərinin  yaratdığı  problemlərdən 

əziyyət  çəkmişlər.  Xüsusən,  bəşəriyyətin  inkişafında  həlledici  rol 

oynayan  informasiya  həmişə  zaman  və  məkanın  əsarəti  altında 

olmuşdur. Bu məhdudiyyətlərin nəticəsidir ki, sivilizasiya tarixində 

külli miqdarda informasiya – biliklər, müdrik sözlər, folklor inciləri 

və s. itib, yaddaşlardan silinibdir. Lakin informasiya texnologiyaları 

(İT) inkişaf etdikcə informasiya tədricən bu asılılıqdan azad olmağa 

başlamışdır. 

 

Artıq  İİ  arasındakı  zaman  məsafəsi  də  getdikcə  qısalır.  Buna 



əsaslanaraq demək olar ki, növbəti informasiya inqilabı daha tez baş 

verəcək.  Çünki  hələ  İnternet  mətn,  audio,  video,  qrafik  kimi 

materialların  virtual  məkanıdır.  Bu  o  deməkdir  ki,  İnternet  hələlik 

insanların  informasiya  tələbatını  ödəməyə  xidmət  edən  görmə, 

eşitmə,  iybilmə,  dadbilmə  və  lamisə  orqanları  vasitəsi  ilə  əldə 

edilən  informasiyanı  emal  edə  bilmir.  Digər  tərəfdən,  İnternet 

hələlik insanla danışa da bilmir. Başqa bir problem informasiyanın 

yadda  saxlanması  dəyərinin  kəskin  azalması,  amma  informasiya 

ötürülməsi  dəyərinin  hələ  də  yüksək  olmasıdır.    Bu  da 

informasiyanın  kütləvi  İnternet  resurslarına  çıxmasına  böyük 

maneələr  törədir.  Belə  bir  vəziyyət  informasiya  asimmetriyası 

yaradır.  Ona  görə  də  informasiyanın  daha  sürətlə  ötürülməsi  üçün 

yeni elmi-nəzəri əsaslar, yeni effektlər, qanunlar kəşf edilməlidir. 

 

XVII  əsrdə  elektrikin  kəşfi  nəticəsində  baş  verən  İİ  –  teleqraf, 



telefon  texnologiyalarının meydana  gəlməsi  informasiyanın  məkan 

üzrə  ötürülmə  problemini  qismən  həll  edə  bildi.  Amma 

informasiyanın  yadda  saxlanılması  texnologiyaları  olmadığından 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

391 


onun  zaman  problemi  həll  olunmamış  qalırdı.  Keçən  əsrin  40-cı 

illərində  kompyuterlərin,  60-cı  illərində  kommunikasiya  və 

kompyuter  texnologiyalarının  konvergensiyası  nəticəsində  hələlik 

sonuncu  olan  İİ  baş  verdi  –  İnternetin  əsası  qoyuldu.  İnternet 

şəbəkəsini yaratmaq ideyası görkəmli Amerika alimi C.Liklayderin 

adı  ilə  bağlıdır.    O,  1962-ci  ildə  yazdığı  ―Şəbəkə  Qalaktikası‖ 

konsepsiyasında bir-birləri ilə qarşılıqlı əlaqədə olan qlobal şəbəkə 

yaratmaq  ideyasını  irəli  sürürdü.  Müəllif  bu  şəbəkə  vasitəsilə  hər 

kəsin  istənilən  kompyuterdə  olan  verilənlərə  və  proqramlara  ani 

giriş  əldə  etməsinin  mümkünlüyünü  göstərirdi.  Öz  mahiyyətinə 

görə, həmin konsepsiya müasir İnternetin missiyasına çox yaxın idi. 

Məhz  bu  xidmətlərinə  görə  C.Liklayderi  haqlı  olaraq  ―İnternetin 

atası‖ adlandırırlar. 

 

Bu konvergensiya informasiyanın məkan üzrə yayılmasını daha da 



yüksək  sürətlə  təmin  etməklə,  onun  yadda  saxlanılmasını  həyata 

keçirməklə  zaman  problemini  də  həll  etdi.  İKT  inkişaf  etdikcə  bu 

imkanlar  daha  da  yüksək  sürətlə  artmağa  başladı.  Artıq  zaman  və 

məkan  məhdudiyyətlərindən  xilas  olan  hər  cür  informasiya 

İnternetə daxil edilir, hamı bu resurslardan istifadə edir. Artıq 500 

milyondan çox veb-sayt mövcuddur və onların sayı yüksək sürətlə 

artır.  İnternet  ümumdünya  informasiya  anbarına  (yaddaşına) 

çevrilir. 

 

Sonuncu  informasiya  inqilabı  bəşəriyyətin  sənaye  cəmiyyəti 



mərhələsindən  İC  mərhələsinə  keçidinin  əsasını  qoydu.  Minilliyin 

ideologiyası olan İC-nin əsas vəzifəsi yaşından, dinindən, dilindən, 

irqindən,  məkandan  və  zamandan  asılı  olmadan  bütün  insanların 

informasiya 

tələbatını 

ödəmək, 


onların 

arasında 

sosial 

kommunikasiya  mühiti  yaratmaq,  bilik  və  düşüncələrini 



ictimaiyyətə  çatdırmaqdır.  İC-nin  qarşısında  duran  bu  vəzifələri 

həyata  keçirməklə  insanlar  min  illərdən  bəri  miras  qalmış  qlobal 

sosial-iqtisadi  və  mənəvi  problemlərin  –  yoxsulluğun,  səfalətin, 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə