MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə125/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   121   122   123   124   125   126   127   128   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

386 



şəbəkələr  və  onlayn-resurslar  ―iş  axtarışı‖  anlayışını  dəyişdirdi. 

Onlayn  iş  təklifləri  əmək  bazarlarının  təhlili  üçün  yeni  imkanlar 

yaratmışdır.  İş  fəaliyyəti  ilə  məşğul  olan  insanlar  internet 

resurslarının köməyi ilə yeni iş yerləri tapmaq imkanı əldə etmişlər. 

 

Eyni zamanda, qeyd etmək lazımdır ki, işə götürənlər də potensial 



əməkdaşların  axtarışı  zamanı  informasiya  texnologiyalarından 

istifadə  etməyə  başlamışlar.  Yuxarıda  göstərilən  irəliləyişlərin 

nəticəsində  işə  götürənlər  vaxta  qənaət  etməklə  yanaşı,  daha 

ixtisaslı kadrlar tapmağa müvəffəq oldular. 

 

İnformasiya  texnologiyalarının  inkişafı  hesablama,  kompyuter 



texnologiyası,  internet,  internet  resursları,  veb  dizayn  və  digər 

texnologiya sahələrində də iş yerlərinin yaradılmasına təkan verdi. 

Eyni zamanda, maliyyə qurumları, bank sektoru, elektron hökumət 

layihələri və digər iqtisadi sektorlar bu inkişafdan faydalandılar. 

 

Azərbaycan  iqtisadiyyatı  da  öz  növbəsində  bu  inkişafdan 



bəhrələnmiş və öz iqtisadiyyatının elektron formata keçirilməsində 

mühüm addımlar atmışdır. Qeyd etmək lazımdır ki, Prezident İlham 

Əliyevin sərəncamları bu irəliləyişə böyük təkan verdi. Buna əlavə 

olaraq  bildirmək  istərdim  ki,  bir  çox  özəl  şirkətlər  öz  veb 

səhifələrində iş yerləri təkliflərini elan etməyə başlamışlar. Bundan 

başqa,  iş  təklifi  verən  müəssisələr  və  iş  axtaran  şəxsləri  bir  yerə 

toplayan xüsusi veb səhifələr də yaranmışdır. 

 

İnformasiya  texnologiyalarının  əmək  bazarına  tarixi  təsiri  mənə 



işsizlik probleminin azaldılması istiqamətində yeni yanaşma fikrini 

vermişdir. Mən bununla bağlı fikirlərimi sizinlə bölüşəcəyəm və siz 

mənim  təklifimin  mahiyyətini  anlayacaqsınız.  İcazə  verin, 

diqqətinizi  mühüm  bir  problem  olan  dünya  əhalisinin  artımına 

yönəldim. 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

387 


Son yüz il ərzində dünya əhalisi böyük sürətlə artmışdır. Bu artım 

1-2% arasında müşahidə olunub. 2009-cu ildə artımın ildə bir faizə 

qədər  azalmasına  baxmayaraq,  həmin  rəqəm  çox  əhəmiyyətlidir. 

Nəzərə  alsaq  ki,  bu  ayın  sonuna  dünyadakı  insanların  sayı  7 

milyarda  çatacaq,  bu,  hər  il  əhalinin  70  milyon  artması  deməkdir. 

Təsəvvür edin ki, hər il Türkiyə əhalisinin sayı qədər əhali artacaq. 

Mən  bu  problemin  yaradacağı  qidalanma,  siyasi  və  ya  ekoloji 

problemlərə  nəzər  salmayacağam.  Mən  sizin  diqqətinizi  əmək 

məsələsinə yönəltmək istərdim. 

 

Yer kürəsi əhalisinin 70 milyonluq artımı əlavə olaraq 30-35 milyon 



işçi qüvvəsi deməkdir. Bu nəticə dünya əmək bazarına böyük təsir 

göstərəcək.  Köhnə  biznes  mexanizmləri  ilə  35  milyon  yeni  iş 

yerinin 

yaradılması  mümkün  olmayacaq.  Bu  metodları 

genişləndirmək  və  yeni  iş  yerlərinin  yaradılmasında  müasir 

informasiya texnologiyalarından istifadə etmək lazımdır. 

 

Biz  artıq  ənənəvi  üsullardan  yeni  iş  yerlərinin  yaradılmasında 



səmərəli şəkildə istifadə edə bilmərik. Təbii ki, bizə həmişə bitkilər 

yetişdirmək  üçün  əkin  sahələri,  binalar  tikmək  üçün  inşaatçılar  və 

ya  bizim  siyasi  fikirlərimizi  təmsil  etmək  üçün  siyasətçilər  lazım 

olacaqdır. Artıq qeyri-ənənəvi işlərə üstünlük verməyin vaxtı çatıb. 

İnformasiya  texnologiyalarının  ənənəvi  iş  formalarına  əlavə 

edilməsi çox önəmlidir. Vakant iş yerləri haqqında virtual reklamlar 

əmək bazarının əsas diqqət mərkəzinə çevrilməlidir. Hökumət özəl 

sektorla birlikdə bu məsələ üzərində çalışmalıdır. Əmək qüvvəsinin 

məlumat  bazasının  yaradılması  bu  işdə  maraqlı  olan  tərəflər  üçün 

lazımi  əməkdaş  və  ən  yaxşı  iş  yeri  təklif  edən  sahibkar  tapmaqda 

faydalı  ola  bilər.  Bundan  əlavə,  informasiya  texnologiyalarının 

inkişafı öz növbəsində yeni əmək  imkanları yaradacaq. 

 

Biz  alimlərin  qarşısında  çox  vacib  vəzifələr  durur.  Apardığımız 



tədqiqatlar,  etdiyimiz  ixtiralar,  yürütdüyümüz  fikirlər  və  təklif 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

388 



etdiyimiz 

ideyalar 

texnologiyaların, 

xüsusilə 

informasiya 

texnologiyalarının sürətli inkişafını dəstəkləməli və ona yeni təkan 

verməlidir.  Əgər  bu  dəyişikliklər  tezliklə  baş  verməsə,  biz  təbii 

fəlakətlə  üzləşə  bilərik.  Təbii  ki,  yaranacaq  sosial  problemin  təsiri 

çox böyük gücə malik ola bilər. 

 

Yuxarıda qeyd olunanların əksinə, müasir texnologiyaların inkişafı  



çox zəhmət tələb edən işlərin texnoloji işlərə çevriləcəyi və nəticə 

olaraq,  məşğulluğun  azalmasına  gətirəcəyi  fikrini  formalaşdıra 

bilər. 

Buna 


baxmayaraq, 

innovativ 

texnologiyaların 

genişləndirilməsi  məşğulluq  səviyyəsini  şaquli  yox,  üfüqi 

istiqamətdə  artıracaq.  İrəli  sürdüyümüz  fikir  az  məşğulluqla 

müşayiət  olunan  işlərin  sayının  artmasına  səbəb  olacaq  və  çox 

sayda iş yerləri yaradacaq. Belə ki, iş yerlərinin sayı az məşğulluğu 

olan şirkətlərin kütləvi şəkildə artması nəticəsində baş verəcəkdir. 

 

Çıxışımın  əvvəlində  məşğulluğun  bizi  birləşdirən  əsas  amil 



olduğunu  qeyd  etmişdim.  Bu,  adi  nəticə  deyil.  Həyatımız  boyu 

göstərdiyimiz  bir  çox  fəaliyyət  istənilən  halda  işdir.  Pullu  və  ya 

pulsuz  olmağından  asılı  olmayaraq,  gördüyümüz  işlər  insan 

ideologiyasının  bir  hissəsidir.  İnsanlıq  işləmədən  fəaliyyət  göstərə 

bilməz.  Yer  kürəsinin  məhdudluğunu  nəzərə  alaraq  biz  əmək 

bazarının  sahələrini  genişləndirmək  məqsədilə  informasiya 

texnologiyalarından  istifadə  etməliyik.  Bu  transformasiyanı  həyata 

keçirmək biz alimlərin başlıca vəzifəsidir. 

 

Diqqətinizə görə təşəkkür edirəm! 



 

  

 



 

 

 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə