MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə124/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   120   121   122   123   124   125   126   127   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

383 


Məlum  olduğu  kimi,  yeni  texnologiyalar,  yeni  elmi  tədqiqatlar, 

alimin  fikri  ilə  bərabər  cəmiyyətdə  onların  tətbiqi  ilə  əlamətdardır 

ki,  bu  da  külli  miqdarda  material  sərfini  tələb  edir.  Ciddi 

addımlardan  biri  böyük  dəyəri  olan  avadanlığın  əldə  edilməsi 

olmuşdur.  Bunun  nəticəsində  Bakı  Dövlət  Universitetinin  kimya 

fakültəsində  yeni  texnoloji  araşdırmaların  tətbiqi  üçün  yeni 

imkanlar 

açılmışdır. 

Azərbaycanda 

nanotexnologiyaların 

banilərindən  biri  akademik  Abel  Məhərrəmovdur.  Bu  istiqamətdə 

fundamental  elmi  araşdırmalar  aparılmış  və  ciddi  nəticələr  əldə 

edilmişdir. 

 

Müasir  cəmiyyətdə  sosial  texnologiyalar  xüsusi  maraq  doğurur. 



Onların  arasında  Human-Resurs-texnologiyası,  sosial  menecment 

texnologiyası,  ―Assessement  sentr‖  texnologiyası,  HR-menecment 

texnologiyası  və  korporativ  informasiya  şəbəkələri  texnologiyasını 

misal gətirmək olar. Sosial sferada yeni texnologiyaların çoxluğuna 

baxmayaraq,  hər  şeydən  öncə  İNSAN  özünə  böyük  diqqətin 

olmasına möhtacdır. 

 

Yeni  texnologiyalardan  bəhs  etdikdə,  aydındır  ki,  onlar  insan 



fəaliyyətinin  bütün  sahələrinə  aiddir.  Cəmiyyətin  mənəvi 

sahəsindən  bir  nümunə  gətirmək  istərdim.  Dahi  Üzeyir  Hacıbəyov 

Azərbaycanda professional musiqiyə yeni texnologiyalar gətirdi və 

böyük  əziyyətlər  hesabına,  onları  təhsil  sisteminə  tətbiq  etməklə 

bununla ictimai şüuru kardinal şəkildə dəyişdirdi. Qara Qarayev XX 

əsrin  ortalarında  bəstəkar  yaradıcılığının  yeni  texnologiyaları 

sahəsində inanılmaz sıçrayış etdi. O, bədii təfəkkürün fəlsəfi-estetik 

sərhədlərini  genişləndirdi.  Unikal  düha  kimi  o,  milli  musiqi 

mədəniyyətini Arnold Şenberqin 12 tonlu sistemi ilə birləşdirməyə 

nail  oldu.    Bu  halda,  o,  ümumdünya  mədəniyyətində  öz  dövrünün 

şah əsərləri kimi tanınan və qəbul edilən ―Yeddi gözəl‖ və ―İldırımlı 

yollarla‖,  ―Üçüncü  simfoniya‖  və  skripka  üçün  konserti    kimi 

şedevrlər yaratmaqla böyük bir missiyanı yerinə yetirdi. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

384 



 

Bizə məlumdur ki, insan düşüncəsi quru bir həqiqət deyildir. Qara 

Qarayevin  ardıcılları  –  Arif  Məlikov  və  bir  sıra  digər  bəstəkarlar 

bütün dünyada tanınan əsərlər yaratdılar. Bu isə faktiki olaraq, milli 

düşüncənin dünya səviyyəsinə çıxması anlamına gəlir. 

 

Bu  məqamda  biz  ictimai  təfəkkürün  elm,  sosial  sfera  və  mənəvi 



aləm kimi üç sahəsindən nümunələr gətirdik. Bu isə o deməkdir ki, 

XXI  əsrin  əvvəlləri  özünün  yeni  texnoloji  tətbiqini  insan 

fəaliyyətinin müxtəlif sahələrində tapmışdır. Bununla belə, istənilən 

texnologiya  birbaşa  təhsil  prosesi  ilə  sıx  bağlıdır.  Gənclərin  yeni 

nailiyyətlərə  can  atması,  biliklərin  sərhədlərinin  genişlənməsi  təbii 

olaraq  təhsil  sferasında  gerçəkləşir.  Bu  məqamda  hesabatımızın 

əvvəlinə  qayıtmalı  və  idrak  mədəniyyəti  və  qloballaşma  haqqında 

düşüncələri  əsaslandırmalı  olacağıq.  İdrak  mədəniyyəti  olmadan 

insanın  mənəvi  aləminin  intellektuallaşdırılması  mümkün  deyildir. 

Bu məqamlar bilik əldə edilməsi prosesində qarşılıqlı əlaqədə olan 

faktorlardır.  Bu  günün  dünyası  maraqlar  dünyasını  idrak 

mədəniyyəti  dünyası  ilə  birləşdirən  yeni  texnologiyalar  üçün 

açıqdır.  Bizim  alimlər,  müxtəlif  sahələrin,  yaradıcı  ziyalıların  və 

idmanın  nümayəndələri  dünya  məkanında  qlobal  səviyyədə  gedən 

inkişafa öz töhfələrini verirlər. 

 

Hesab  edirəm  ki,  indiki  möhtəşəm  hadisələr  Azərbaycan  xalqının 



intellektual 

səviyyəsinin 

yüksəlməsinə 

səbəb 


olacaqdır. 

Ümumdünya  cəmiyyətinin  harmonik  inkişafı  məhz  bu  faktorla 

müəyyənləşir. 

 

  



 

 

 



 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

385 


 

Eyyubov K.Y., Bakı Dövlət Universiteti 

 

İnformasiya texnologiyalarının əmək bazarına 



təsiri 

 

Hörmətli  həmkarlarım,  görkəmli  elm  xadimləri,  fəxri  professorlar 



və dəyərli tələbələr! 

 

Biz  paytaxtımız  Bakı  şəhərində  iki  dolğun  elmi  müzakirə  günü 



keçirdik.  Bu  beynəlxalq  forumda  biz  elmin  müxtəlif  aspektlərini 

müzakirə  etdik.  Müzakirələrin  də  əsas  mövzusu  ―human‖  (insan) 

olmuşdur.  Bu forumda    iştirak  etmək  və  humanitar məsələlər  üzrə 

fikirlərimi sizinlə bölüşmək mənim üçün böyük şərəfdir. Müzakirə 

etmək istədiyim mövzu insan həyatının spesifik sahəsi kimi görünsə 

də, hesab edirəm ki, bizi birləşdirdiyi üçün çox aktualdır. 

 

2008-ci  ilin  maliyyə  böhranı  dünyanın  bir  çox  yerində  məşğulluq 



problemini  yenidən  aktuallaşdırdı.  Bu  böhranın  sonunda  bir  çox 

ölkələr  daha  kəskin  formada  işsizlik  problemi  və  əhalinin  yeni  iş 

imkanları  tapa  bilməməsi  ilə  üzləşdi.  Nəticədə  əmək  bazarında 

mövcud  olan  problemlər  iqtisadi  tədqiqatların  əsas  obyekti  oldu. 

İcazənizlə,  istərdim  ki,  dünyadakı  işsizlik  probleminin  həll 

olunmasında  öz  təkliflərimi  irəli  sürməzdən  əvvəl  əmək  bazarının 

qısa tarixi xülasəsini sizə təqdim edim və eyni zamanda, diqqətinizi  

informasiya texnologiyalarının əmək bazarına təsirinə cəlb edim. 

 

İkinci  Dünya  müharibəsindən  sonra  informasiya  texnologiyaları 



əmək  bazarının  strukturunu,  xüsusilə  iş  yeri  axtarışını  əhəmiyyətli 

dərəcədə  dəyişdi.  Əgər XX  əsrin  birinci  yarısında  əmək  bazarında 

fiziki iştirak vacib idisə, əsrin ikinci yarısından etibarən iş axtarışı 

virtual  yollarla  mümkün  olmuşdur.  İnternet,  kompyuterlər,  mobil 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə