MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə129/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   126   127   128   129   130   131   132   133   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

398 



mühitini formalaşdıraraq, siyasi kommunikasiyaların mühüm tərkib 

hissəsinə çevrilir. Qlobal şəbəkə siyasi partiyalar tərəfindən əhali ilə 

ünsiyyət  üçün  real  interaktiv  kanal,  elektorata  siyasi  təsir  vasitəsi 

kimi şıxış edir. 

 

Tarixən  müxtəlif  səviyyələrdə  mövcud  olan  və  fərqli  adlarla  ifadə 



edilən  sosial  şəbəkələr  İnternet  mühitinə  keçməklə  yeni  keyfiyyət 

mərhələsinə  yüksəldi.  İnternet-texnologiyalar  hesabına  ayrı-ayrı 

sosial  qruplar  virtual  məkanda  operativlik,  çeviklik,  mobillik, 

informativlik  kimi  imkanlar  əldə  etməklə  cəmiyyətdə  mühüm 

faktora  çevrilməkdədirlər.  Müxtəlif  maraqlar  ətrafında  birləşən 

insanların  yaratdığı  virtual  sosial  şəbəkələr  cəmiyyətin  ictimai-

siyasi, sosial-iqtisadi və mədəni həyatının mühüm komponenti kimi 

çıxış etməkdədir. 

 

İnternet  yer  kürəsini  əhatə  etməklə  yeni-yeni  şəbəkə  cəmiyyətləri 



meydana  gətirir.  Görkəmli  ispan  sosioloqu,  İC  tədqiqatçısı 

M.Kastels  hesab  edir  ki,  informasiya  əsrində  insanları,  təşkilatları 

və dövlətləri bir-biri ilə birləşdirən şəbəkələr mühüm rol oynayacaq. 

Onun  fikrincə,  informasiya  cəmiyyətində  iqtisadiyyat,  əmək, 

məşğulluq,  mədəniyyət,  siyasət,  dövlət  təsisatları,  son  nəticədə 

zaman və məkan amilləri transformasiyaya uğrayacaq. 

 

İnternetin sosial fəallığa təsir göstərən ən mühüm amillərindən biri 



insanlar  arasında  informasiya  mübadiləsi  üçün  yaratdığı  şəraitdir. 

Qlobal şəbəkənin köməyi ilə kompyuter kommunikasiyaları bu gün 

qarşılıqlı  informasiya  əlaqələrinin  yeni  sferasını  yaradır  ki,  bu  da 

ictimai  münasibətlərin  yeni  formasının  əsasını  qoyur.  İnternetin 

inkişafının  ilkin  mərhələsində  istifadəçilərə  veb-saytlar  vasitəsi  ilə 

birtərəfli  qaydada  məlumatlar  verilirdi  (web1.0).  Lakin  artıq 

istifadəçilər  web2.0  texnologiyası  vasitəsi  ilə  sosial  şəbəkələrdə, 

digər saytlarda əks tərəflə birbaşa interaktiv əlaqəyə girə bilirlər. Bu 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

399 


da  İnternetdə  insanlararası  ünsiyyətin  daha  çevik  və  maneəsiz 

həyata keçirilməsinə imkan verir. 

 

İnternet yeni ünsiyyət mərhələsidir. İnternetdə informasiya üçün heç 



bir  nəzarət  və  məhdudiyyət  yoxdur.  Müxtəlif  qitələrdən  olan 

insanlar  burada  sərbəst  ünsiyyət  qururlar.  İnternetdən  tədqiqat 

vasitəsi  kimi  istifadə  edilməsi  emprik  sosialogiya  (sosial  tədqiqat 

metodları,  metodikaları,  mexanizmlərindən  istifadə  etməklə  sosial 

məlumatların  yığılmasına  və  analizinə  yönələn  kompleks  sosial 

tədqiqat  sahəsi)  üçün  yeni  imkanlar  açır.  Amma  ənənəvi  üsullarla 

sosial  sorğuların  keçirilməsi  zamanı  respondentlərdən  keyfiyyətli 

informasiyanın yığılmasının bir çox çətinlikləri var. 

 

İnternetdən  sosioloji  tədqiqatların  aparılması  üçün  istifadəyə  dair 



təxminən              10  illik  dünya  təcrübəsi  mövcuddur.  Beynəlxalq 

təcrübə  göstərir  ki,  İnternet  sürətli  sosial  proseslərin  tədqiqi  üçün 

ilkin  sosioloji  informasiyanın  yığılması  prosesini  sürətləndirir. 

İnternet şəbəkəsindəki virtual mühitdə insanlar arasında informasiya 

mübadiləsi üçün keyfiyyət dəyişiklikləri sosioloqlarla respondentlər 

arasında ünsiyyətin yeni mərhələsinə keçməyə şərait yaradır. 

 

İnternetin  təsiri  ilə  həmçinin  dünyada  kollektiv  intellektin  (həm 



təbii, həm də süni) formalaşması prosesi sürətlənir. Bu mülahizələr 

akademik  N.Moiseyevin  irəli  sürdüyü  ―Kollektiv  beyin‖ 

konsepsiyasında  öz  əksini  tapıb.  O,  ―Kollektiv  beyin‖  dedikdə, 

insanları  informasiya  əlaqələri  ilə  birləşdirən  sistemi  nəzərdə 

tuturdu. Hesab edirdi ki, İT hesabına formalaşacaq kollektiv beyin 

kollektiv  qərarlar  çıxarmağa  imkan  verən,  tək  informasiyanı 

toplamaq və ötürmək yox, eyni zamanda analiz və nəticə çıxartmaq 

imkanlarına  malik  olan,  fərdi  intellektləri  xüsusi  bir  qaydada 

birləşdirən,  böhranların  yaxınlaşması  təhlükəsini  xəbər  verən  və 

alternativ  inkişaf  yolları  təklif  edən  kollektiv  tənzimləyici 

funksiyasını həyata keçirən bir sistem olacaq. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

400 



 

İnternet  inkişaf  etdikcə,  yeni  xidmətlər  təklif  etməyə  başlayır. 

İnternet  insanlararası  kommunikasiya  mühiti  yaradır,  insanların 

informasiya  tələbatını  ödəyir.  Son  zamanlar  İnternet  insanların 

hesablama  tələbatını  da  ödəməyə  başlayıb.  ―Hesablama  buludları‖ 

(―cloud  computing‖)  adlanan  texnologiyanın  hesabına  ən  müxtəlif 

qurğular vasitəsi ilə proqram təminatına, verilənlər bazalarına, digər 

xidmətlərə  çıxış  imkanı  əldə  edilir.  Hesablama  buludları  bir  sıra 

texniki,  iqtisadi  maneələri  aradan  qaldıraraq,  İT-nin  imkanlarını 

daha  da  genişləndirmək  iqtidarındadır.  Həmin  maneələrin  aradan 

qaldırılması  milyonlarla  mütəxəssislərin  İT  bazarına  yeni  töhfələr 

verməsinə, 

milyardlarla 

istifadəçilərin 

bu 

imkanlardan 



bəhrələnməsinə şərait yaradacaq. 

 

İnternet artıq səhiyyə sisteminə, tibb sahəsinə də geniş şəkildə nüfuz 



etməkdədir.  Səhiyyə  sisteminin  informasiyalaşdırılmasında,  tibbi 

problemlərin  həliində  İnternetin  imkanlarından  geniş  istifadə 

edilməsi İC quruculuğunun mühüm istiqamətlərindən biri kimi çıxış 

edir.  O  cümlədən  vətəndaşların  sağlamlığı  haqqında  məlumat 

sisteminin 

yaradılması, 

GİS-texnologiyaların 

köməyi 


ilə 

xəstəliklərin  coğrafiyasının  müəyyənləşdirilməsi,  monitorinqinin 

aparılması,  xəstəliklərin  diaqnostikası,  apteklər  və  dərmanlar 

haqqında  verilənlər  bazasının  yaradılması,  pasiyentlərə  on-layn 

tibbi xidmətlərin göstərilməsi, həkimlərin fəaliyyətinin kəmiyyət və 

keyfiyyət  göstəriciləri  haqqında  statistik  məlumatları,  xəstəliklərin 

müalicə  üsulları  və  vasitələri  haqqında  informasiyanı  əks  etdirən 

veb-portalların  yaradılması  və  s.  məsələlər  formalaşmaqda  olan 

elektron tibbin əsas komponentləridir. 

 

İnternetin  inkişafı  istiqamətində  növbəti  addım  kompyuter 



şəbəkələrindən  tədricən  əşyaların  şəbəkəsinə  (kitablardan  başlamış 

avtomobillərə,  elektrik  cihazlarından  başlamış  ərzaq  məhsullarına 

kimi)  keçmək,  Əşyaların  İnternetini  yaratmaqdır.  Əşyaların 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə