MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə131/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   126   127   128   129   130   131   132   133   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

404 



İnternetin  hamılıqla  qəbul  edilən  vahid  tənzimləmə  siyasətinin, 

prinsiplərinin, mexanizmlərinin müəyyənləşdirilməsinin çətinlikləri 

də  daha  çox  bu  amillərlə  bağlıdır.  Belə  ki,  hər  bir  dövlət,  millət 

virtual  məkanda  öz  milli-mənəvi  dəyərləri  ilə  birlikdə  təmsil 

olunmaq  istəyir.  İnternetdə  isə  bütün  tərəflərin  maraqlarının  təmin 

olunduğu ortaq nöqtələrin tapılması asan məsələ deyil. Ona görə də 

ənənəvi milli və beynəlxalq hüquq sistemləri də İnternetin gətirdiyi 

reallıqları tənzimləməkdə çətinlik çəkir. Onun tənzimlənməsi üçün 

beynəlxalq  səviyyədə  tədbirlərin  görülməsi  üçün  təşəbbüslər  irəli 

sürülür.  İnternet  coğrafi  sərhədlərə  əsaslanan  beynəlxalq  hüquq 

normalarını  və  milli  qanunları  gücsüz  vəziyyətə  gətirir.  İnternet 

texnologiyalarının 

imkanları 

hesabına 

formalaşan 

virtual 


münasibətləri  real  dünya  qanunları  ilə  idarə  etmək  xeyli  çətinləşir 

və  bəzi  hallarda  hətta  mümkün  olmur.  Virtual  münasibətlərin 

tənzimlənməsi  bu  mühitə  xas  olan  yeni  qanunların,  normaların 

yaradılmasını, tətbiq edilməsini zəruri edir. 

 

İnternetin  ən  böyük  təhlükəsi  isə  insan  amilinin  özünün 



deformasiyası  ilə  bağlıdır.  İT-nin,  xüsusən,  İnternetin  təsiri 

nəticəsində  insanın  sosial  və  bioloji  keyfiyyətlərində  ciddi 

dəyişikliklər müşahidə olunur. Bu dəyişikliklər nəticəsində insanın 

texnosferaya inteqrasiyası prosesi baş verir. 

 

İT-nin  inkişafı  və  şəhər  əhalisinin  sayının  sürətlə  artması 



nəticəsində  elmi  cəhətdən  inkişaf  etmiş  insan  təfəkkürü  və  elmi-

rasional  həyat  tərzi  formalaşır.  Sürətlə  sosiallaşan  insan  sonrakı 

sosial  yüksəlişi  və  cəmiyyətdə  layiqli  yer  tutması  naminə  özünün 

təbii, bioloji varlığını zərbə altında qoyur. 

 

Transformasiya  olunan  təkcə  insanın  fiziki  və  bioloji  parametrləri 



deyil,  həm  də  onun  maraq  və  tələbatlarıdır.  Bütövlükdə,  insanın 

transformasiyasının üç əsas istiqamətini fərqləndirmək olar: 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

405 


Bioloji.  İnsanın  təbii,  bioloji,  xüsusiyyətlərinin  itirilməsi, 

genefondun  dəyişməsi,  mutasiyanın,  ―sivilizasiya  xəstəliyi‖ 

adlandırılan  ürək-damar,  onkoloji,  immunoloji  (yoluxucu) 

xəstəliklərin  meydana  gəlməsi  prosesləri  baş  verir.  Nəticədə 

insanlar ―pinqvinləşir‖. 

 

Əxlaqi-psixoloji.  İnsan  psixikasında  kütləvi  pozğunluqlar,  bir  sıra 



patoloji  təsirlər,  ətraf  aləmin  düzgün  dərk  edilməməsi  halları  baş 

verir,  deviant  (cəmiyyətin  sosial  normalarına  uyğun  olmayan) 

davranışlar, sosial aqressiya, ümidsizlik, intihar halları və s. artır. 

 

Sosial-mədəni. 



Təfəkkürün,  təhsilin  və  peşə  sahələrinin 

keyfiyyətində  sürətli  inkişaf,  ətraf  mühitə  münasibətdə 

dəyişikliklərin  baş  verməsi,  texnoloji  sahəyə  marağın,  tələbatların 

sürətlə artması müşahidə olunur. 

 

Nəticə 


 

Qeyd etmək lazımdır ki, sivilizasiyanin inkişaf tarixi ərzində hər bir 

mütərəqqi  yenilik  özü  ilə  müəyyən  problemlər  gətirmişdir.  Lakin 

bəşəriyyət  həmişə  mütərəqqi  yeniliklərdən  lazımınca  bəhrələnmiş, 

onların  gətirdiyi  problemlərin  öhdəsindən  gəlməyi  bacarmışdır. 

Müasir İKT-nin əsasını təşkil edən İnternet bəşər tarixində analoqu 

olmayan,  heç  bir  vasitə  ilə  müqayisəyə  gəlməyən  bir  fenomendir. 

Yəni  heç  bir texnoloji  yenilik  bəşəriyyəti  İnternet  qədər  dəyişdirə, 

irəliyə  apara  bilməmişdir.  İnternetin  bəşəriyyətə  faydaları  geniş 

miqyaslı olduğu kimi, fəsadları da bütün sahələri əhatə edir. Lakin 

keçmiş  zəngin  təcrübə  və  bəşəriyyətin  indiki  səyləri  göstərir  ki, 

insanlar daha yaxşı  imkanlar, daha rahat həyat naminə İnternetin də 

fəsadlarını aradan qaldıra biləcəklər. 

 

  



 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

406 



Doktor Ergin Atalar, Bilkent Universiteti  

 

Müdaxiləçı Maqnit-Resonans Tomoqrafiya 



 

Xülasə:  Maqnit-rezonans  tomografiyanın  diaqnostika  sahəsində 

geniş istifadə edilən və çox güclü müşahidə etdirici diaqnostik alət 

olunmasına  baxmayaraq,  onun  müdaxilə  prosedurlarda  işlənməsi 

olduqca  məhduddur.  Əsas  məhdudiyyətlər  –  uzunmüddətli 

müşahidə, qurğunun müşahidə çətinlikləri və müdaxilə qurğularının 

güclü maqnit sahəsi ilə uyğunlaşmamasıdır. 

 

Bir  dəqiqə  ərzində  şəkli  əldə  edən  diaqnostik  müşahidə 



protokollarının  əvəzinə  yeni,  bir  saniyədən  də  az  vaxt  ərzində 

məlumat toplayan protokollar işlənib hazırlanmışdır. Qurğuları real 

zaman rejimində vizual müşahidə aparmağa imkan verən variantlar 

təklif  edilmişdir.  Müdaxilə  qurğuların  maqnit-rezonans  tomoqrafın 

yaratdığı  maqnit  sahəsi  ilə  qarşılıqlı  təsiri  öyrənilmiş,  qurğunun 

konstruksiyası  birgə  işlənmək  üçün  modernizə  olunmuşdur.  Bu 

məqalədə  maqnit-rezonans  tomoqrafiyanın  prostat  vəzisinə 

müdaxilə qurğusu vasitəsilə müayinəsinin yeni metodları müzakirə 

edilir. 

 

Maqnit-rezonans  tomoqrafiya  (MRT)  müayinə  metodu  diaqnostika 



sahəsində geniş istifadə olunur. Bu üsul bədənin istənilən hissəsinin 

dərin kontrastlı və yüksək dəqiqliyə malik olan şəklini əldə etməyə 

imkan  verir.  Həmin  metod  xüsusən  də  beynin  vizual  müşahidəsi 

üçün  yararlıdır,  lakin  onu  ürək,  böyrək,  süd  və  prostat  vəzilərinin 

vizual müşahidəsini aparmaq üçün geniş istifadə edirlər. 

 

Təqdim olunan əlyazmada MRT-ın müdaxilə proseduralarının idarə 



edilməsində  istifadəsində  diqqət  yetirilmişdir.  Bizim  qrup  həmin 

mövzu ətrafında araşdırmalar aparmışdır. Hazırda vizual müşahidə 

müdaxilə  proseduraların  idarə  etməsində  tez-tez  istifadə  olunur. 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə