MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə127/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   123   124   125   126   127   128   129   130   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

392 



savadsızlığın  aradan  qaldırılması,  sağlamlığın  qorunması, 

demokratiyanın inkişafı, insan haqlarının və digər bəşəri dəyərlərin 

təmin  olunması  üçün  fövqəl  və  fenomenal  imkanlara  malik  bir 

vasitəyə nail olacaqlar. 

 

İC  konsepsiyasının  müəlliflərindən  biri,  görkəmli  Amerika 



sosioloqu  E.Toffler  ―Üçüncü  dalğa‖  əsərində  sivilizasiyanın 

inkişafına  təsir  edən  inqilabi  dəyişikliklərin  istiqamətlərini  təhlil 

edir.  O,  cəmiyyətin    inkişaf  mərhələlərini  3  dalğaya  bölür  –  aqrar 

cəmiyyət, sənaye cəmiyyəti və informasiya cəmiyyəti. E.Toffler İC 

şəraitində  informasiya  və  bilik  mübadiləsinin  rolunun  artdığını, 

ənənəvi  istehsal  amillərinin  –  əmək,  torpaq,  xammal  və  kapitalın 

əhəmiyyətinin  azaldığını,  ənənəvi  pulların  əvəzinə  elektron 

informasiyanın  əsas  mübadilə  vasitəsinə  çevriləcəyini,  əmtəə  və 

xidmət  standartlarının  əks  olunduğu  informasiya  uğrunda 

müharibələrin baş verəcəyini qeyd edir. 

 

Sonuncu  İİ-nin  əsasını  təşkil  edən  İnternet  texnoloji  yenilik  kimi 



meydana  gəlsə  də,  sivilizasiyanın  tarixi  boyu  formalaşmış 

informasiya  dünyasının  daxilində  ―zəlzələ‖  yaratdı.  İnternet  bəşər 

tarixində analoqu olmayan, heç bir vasitə ilə müqayisəyə gəlməyən, 

inkişafını, 

perspektivlərini, 

təsirlərini, 

təhlükələrini 

dəqiq 


proqnozlaşdırmaq  mümkün  olmayan  bir  fenomendir.  Bu  qlobal 

şəbəkənin  yaratdığı  geniş  imkanlar  insanların  düşüncə  tərzində, 

ünsiyyətində,  fəaliyyətində  və  sosial  münasibətlərində  böyük 

dəyişikliklərə səbəb olur. 

 

İnternet  bütün  dünyanın  ―toplaşdığı‖  bir  virtual  məkana 



çevrilməkdədir.  Bu  gün  dünya  əhalisinin  30%-dən  çoxu  virtual 

dünyanın sakinləridir. ―Ümumdünya  hörümçək  toru‖nda olan  veb-

resursların  sayı  500  milyonu  keçib,  sosial  şəbəkə  istifadəçilərinin 

sayı isə 1 milyarddan çoxdur. 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

393 


İnternetin təsiri ilə dünyada qloballaşma prosesi daha da sürətlənir. 

Bu  rəqəmsal  texnologiya  nəhəng  informasiya,  bilik  potensialını 

özündə  əks  etdirir,  bəşəriyyətin  milli-mədəni  sərhədləri  aşaraq, 

vahid  qlobal  cəmiyyətdə  birləşməsinə  gətirib  çıxarır.  Qlobal 

İnternet  şəbəkəsinin  yaratdığı  geniş  imkanlar  insanların  düşüncə 

tərzində,  iş  üsulunda,  ünsiyyətində  və  sosial  fəaliyyətində  böyük 

dəyişikliklərə  səbəb  olur.  Ötən  əsrin  ikinci  yarısında  radio, 

televiziya  ölkədaxili,  dil,  mədəni,  folklor  və  s.  fərqliliyi  qismən 

aradan  qaldırmışdısa,  İnternet  bu  fərqliliyə  tamamilə  son  qoymaq 

üzrədir. 

 

İnternet 



həmçinin 

sivilizasiyanın 

tarixi 

boyu 


yaranmış 

informasiyanın  asimmetrik  paylanması  problemlərinin  həlli  üçün 

yeni  imkanlar  açır,  ölkələr,  xalqlararası  pərdələr,  sərhədlər  aradan 

qalxır.  Kommunikasiyaların  zəif  olduğu  dövrlərdə  dünyanın 

müxtəlif  regionları,  dövlətləri,  xalqları  arasında  informasiya,  bilik 

mübadiləsi  prosesi  çox  ləng  gedirdi.  Ona  görə  də  dünya  ölkələri 

arasında informasiya asimmetriyasına əsaslanan fərqliliklər qabarıq 

şəkildə  özünü  göstərirdi.  Amma  bu  gün  müasir  İKT-nin,  o 

cümlədən İnternetin yaratdığı imkanlar hesabına ölkələr arasındakı 

informasiya, bilik mübadiləsi imkanları genişlənir.  İnternet vasitəsi 

ilə  dünyanın  müxtəlif  yerlərində  yaşayan  insanlar  arasında  ailə 

quranların  sayı  artır,  nəticədə  yeni  insan  nəsli  (qarışıq  millətlər) 

meydana gəlir. Bunun nəticəsində insanlar arasında tarixən mövcud 

olan irsi xəstəliklərin sayının azalması gözlənilir. 

 

İnternetin  təsiri  ilə  dünyada  real  varlıqların  elektron  əkizləri 



meydana gəlir: ənənəvi təhsil elektron təhsillə, ənənəvi elm elektron 

elmlə,  vətəndaş  elektron  vətəndaşla  və  s.  əvəz  olunur.  Beləliklə, 

dünya bu əkizlərin vəhdəti nəticəsində bütövləşir, keçmişdən miras 

qalan natamamlıqlar (problemlər) aradan qalxır. 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

394 



İnternet,  kompyuter  sənaye  cəmiyyətinin  bir  sıra  mühüm 

atributlarını, o cümlədən  kinoteatrları, kitab mağazalarını, ənənəvi 

ticarət,  kommunikasiya  sistemlərini  aradan  qaldırır.  Xüsusən, 

elektron  kommersiyanın,  elektron  bank  sisteminin  inkişafı  və 

hərtərəfli  istifadəsi  nəticəsində  şəhərlərin  simasının  əhəmiyyətli 

dərəcədə dəyişəcəyi gözlənilir. Elektron kommersiya mühitində adi 

kənd  mağazası  belə  məhdud  çərçivədən  çıxaraq,  artıq  bir  yaşayış 

məntəqəsinin  ehtiyaclarını  ödəmə  vasitəsinə  deyil,  qlobal  bir 

mağazaya  çevrilir.  Çünki  dünyanın  istənilən  nöqtəsindən  həmin 

mağazanın veb-saytına daxil olmaqla təklif edilən məhsullarla tanış 

olmaq  və  əldə  etmək  mümkün  olur.  Həmçinin  virtual  mağazanın 

bağlanması  anlayışı  yoxdur.  24  saat  ərzində  günün  istənilən 

vaxtında həmin mağaza alıcının xidmətində dayanır. 

 

Elektron  kommersiyanın  meydana  çıxması  bəşəriyyətin  indiyə 



qədər  qarşısında  duran  ciddi  problemlərdən  birinin  həllinə  kömək 

edir.  Bu,  bazarlarda  informasiya  assimmetriyası  problemidir.  Yəni 

satıcı  məhsulunun  kimə  satılması  barədə  əvvəlcədən  məlumata 

malik  olmadığı  kimi,  alıcı  da  konkret  olaraq  kimdən  məhsulu 

alacağı  barədə  məlumatsızlıq  problemi  ilə  üzləşir.  Belə  ki,  

informasiya 

balansının 

pozulması 

həmişə 

kommersiya 



münasibətlərinin əsas özəyini təşkil edib. Elektron kommersiya isə 

informasiyanın assimmetrikliyini simmetrikliyə doğru aparıb çıxarır 

ki, bunun nəticəsində də satıcı ilə alıcı arasında informasiya bolluğu 

yaradılır. 

 

Kompyuterin,  İnternetin  meydana  gəlməsi  insanlar  arasındakı 



ənənəvi  münasibətlərin  əvəzinə  virtual  münasibətlər  gətirir, 

intellektual  əməyi  ön  plana  çıxarır.  İnformasiyanın  təsiri  ilə  bütün 

bazar  növləri,  o  cümlədən  əmək  bazarı  transformasiyaya  uğrayır. 

Bunun  nəticəsində  ictimai  əmək  bölgüsündə,  məşğulluq  və  peşə 

strukturunda, əməyin xarakterində, işəgötürən-işçi münasibətlərində 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə