MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə130/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   126   127   128   129   130   131   132   133   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

401 


İnterneti sisteminin tətbiq edilməsi ilə cəmiyyətdəki bir sıra mühüm 

problemlərin  həlli  gözlənilir.  Yəni  Əşyaların  İnterneti  insanların 

həyat şəraitinin, sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına, yeni və 

daha əlverişli iş yerlərinin açılmasına, biznes üçün yeni imkanların 

yaranmasına,  istehsalda  məhsuldarlığın  və  rəqabətədavamlılığın 

artmasına,  nəqliyyat  sisteminin  daha  optimal  idarə  edilməsinə, 

ekoloji monitorinqin etibarlılığının artırılmasına, təbiətdə baş verən 

proseslərin nəzarətdə saxlanmasına və s. gətirib çıxaracaq. 

 

Qlobal İnternet şəbəkəsinin davamlı və etibarlı fəaliyyət göstərməsi 



üçün  onun  təhlükəsizliyinin  təmin  edilməsi  olduqca  mühüm 

məsələdir.  İnternet  mühitində  informasiya  təhlükəsizliyi  əsas 

faktora çevrilir. İnternet kəşfiyyat, təxribat, terror, protest fəaliyyəti 

üçün  əlverişli  meydandır.  Qlobal  şəbəkə  çoxşaxəli  arxitektura 

malikdir  ki,  burada  da  böyük  həcmdə  elmi-texniki,  hərbi,  sosial-

iqtisadi  və  siyasi  xarakterli  məlumatlar  dövr  edir.  İnformasiya 

təhlükəsizliyinə təhdidlər nəticəsində ölkələrin siyasi, iqtisadi, hərbi 

və digər sahələrdəki fəaliyyətinə olduqca ciddi zərbə vurula bilər ki, 

bunun da nəticəsində ayrı-ayrı vətəndaşlar və bütövlükdə, cəmiyyət 

mühüm sosial-iqtisadi zərərlə üzləşə bilər. 

 

Amerika  ekspertlərinin  hesablamalarına  görə,  dövlət  idarəetmə 



sistemlərində  və  bank  strukturlarında  istifadə  edilən  kompyuter 

şəbəkələrinin işinin pozulması bu ölkəyə qarşı tətbiq ediləcək nüvə 

silahının törədəcəyi fəsadlar qədər təhlükəlidir. 

 

Artıq  İnternetdən  geniş  istifadə  edilən  ölkələrdə  kompyuter 



sistemləri  və  İnternetlə  bağlı  cinayət  əməlləri  ümumi  hüquq 

pozuntuları  sırasında  mühüm  yer  tutur.  İnternet  mühitində 

cinayətkarlıq  hallarının  sürətlə  artması,  ilk  növbədə,  bu  qlobal 

şəbəkənin xüsusiyyətləri – açıqlığı, hamı üçün əlyetərli olması, heç 

bir  dövlətin  və  ya  təşkilatın  nəzarətində  olmaması  ilə  bağlıdır. 

Həmçinin İnternetin fəaliyyəti ilə bağlı effektli hüquqi tənzimləmə 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

402 



mexanizmlərinin olmaması, yurisdikasiya probleminin mövcudluğu

eləcə  də  hüquq-mühafizə  orqanlarının  hələ  bu  sahədə  peşəkar 

olmamaları  kiberməkanda  cinayət  əməllərinin  sayının  artmasına 

şərait yaradır. 

 

Qlobal  İnternet  şəbəkəsinin  təhlükəsizliyinin  möhkəmləndirilməsi, 



kibercinayətkarlıqla  milli  və  beynəlxalq  miqyasda  daha  effektli 

mübarizə  aparılması,  elektron  kommersiyanın  etibarlı  fəaliyyəti, 

kiberməkanda insan hüquqlarının yüksək səviyyədə təmin edilməsi 

baxımından  biometrik  texnologiyalara  əsaslanan  Biometrik 

İnternetin yaradılmasını zəruri edir. Biometrik İnternetin köməyi ilə 

hakerlərlə,  spammerlərlə,  digər  kibercinayətkarlarla  daha  səmərəli 

mübarizə aparmaq mümkün olacaq. 

 

İnternetin  normal,  davamlı  fəaliyyət  göstərməsi  üçün  zəruri  olan 



amillərdən  biri  də  enerji  təhlükəsizliyidir.  Müasir  şəraitdə  elektrik 

enerjisinin  kəsilməsi  nəticəsində  dövlət  və  özəl  korporativ 

kompyuter  şəbəkələrinin,  avtomatlaşdırılmış  istehsal  və  xidmət 

müəssisələrinin  fəaliyyəti  iflic  vəziyyətə  düşə,  böyük  həcmdə 

maliyyə  itkiləri  baş  verə  bilər.  Mütəxəssislər  hesab  edirlər  ki, 

İnternetin  imkanlarına  əsaslanan  İC-də  fasiləsiz,  dayanıqlı  enerji 

təminatı  xüsusi  aktuallıq  kəsb  edir.  Ona  görə  də  mövcud  enerji 

mənbələrinin  bərpası  və  alternativ  mənbələrin  tapılması  bəşəriyyət 

qarşısında ən vacib məsələlərdən biri kimi dayanır. 

 

İnternetin  yaratdığı  mühüm  problemlərdən  biri  də  cəmiyyətdə 



informasiya 

bolluğunun 

yaranmasının 

fəsadlarıdır. 

İnsan 

informasiyadan,  kompyuterdən,  İnternetdən  həddən  artıq  istifadə 



etməsi  nəticəsində  onlardan  asılı  vəziyyətə  düşür.  Bu  sosial-

psixoloji  vəziyyət  ―eskapizm‖  adlanır.  Müasir  cəmiyyətdə 

televiziya,  kompyuter,  İnternet,  mobil  telefon  kimi  informasiya 

mənbələri  insanların  vaxtını  ―acgözlüklə  udur‖  və  əsas  həyat 

prioritetlərinə  çevrilir.  Müasir  dövrün  insanının  2  həftə  ərzində 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

403 


qəbul  etdiyi  informasiyanın  həcmi  orta  əsrlərdə  bir  insanın  ömür 

boyu  qəbul  etdiyi  informasiyanın  həcminə  bərabərdir.  E.Toffler 

texnologiyaların  təsiri  ilə  cəmiyyətdə  baş  verən  sürətli,  radikal 

dəyişikliklərə  insanın  psixoloji  reaksiyasını  ―futuroşok‖,  yəni 

―gələcəyin  şoku‖  adlandırır.  Onun  fikrincə,  şok  vəziyyətinə 

düşməyin  səbəbi  insanın  texnologiyanın  gətirdiyi  yeni  reallıqlara 

çevik  reaksiya  verə  bilməməsi,  yeni  situasiyaya  adaptasiya  oluna 

bilməməsidir. 

 

İnformasiya,  İnternet  asılılığı  problemi  təkcə  şəxsiyyət  üçün  deyil, 



bütövlükdə,  cəmiyyət  üçün  təhlükə  mənbəyidir.  İnformasiya 

mənbələrindən, İnternetdən asılı vəziyyətə düşməmək üçün insanın 

informasiya  mədəniyyətinə  malik  olması,  informasiya  ilə  davranış 

normalarını öyrənməsi vacibdir. 

 

İnternet,  sosial  şəbəkələr  yeni  nəsil  müharibə  texnologiyalarının  – 



informasiya  müharibəsinin  meydana  gəlməsinə  səbəb  olur.  Artıq 

qabaqcıl  ölkələr  bu  sahəyə  milli  təhlükəsizliyin  mühüm 

istiqamətlərindən  biri  kimi  baxırlar.  İnformasiya  fəzasının 

təhlükəsizliyi dövlətin quru, su və hava məkanının təhlükəsizliyi ilə 

eyni  səviyyədə  nəzərdən  keçirilir.  İnformasiya  fəzasının 

təhlükəsizliyinin  təmin  edilməsi  dövlətin  hərbi  vəzifələri  sırasına 

aid edilir. 

 

İnternet  həm  də  dünya  xalqlarının,  millətlərinin  adət-ənənələrinin, 



dillərinin, mədəniyyətinin, dinlərinin toqquşduğu bir məkandır. Bu 

virtual  məkanda  iqtisadi,  texnoloji  imkanları,  beynəlxalq  işçi 

dillərdə  kontentləri,  ideoloji  resursları  zəngin  olan  ölkələr  digər 

ölkələrin  milli-mənəvi  varlığına  ciddi  təhlükədir.  Artıq  bu  sahədə 

itkilər  az  da  deyil.  Araşdırmalar  göstərir  ki,  İnternetin  təsiri 

nəticəsində  yaxın  gələcəkdə  bir  sıra  dilləri  yox  olmaq  təhlükəsi 

gözləyir. 

 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə