MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə123/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   119   120   121   122   123   124   125   126   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

380 



çatacaq.  Beləliklə,  elmdə  sxemlərin  tandemi  və  yaxud  çoxsaylı 

qovşaq sxemləri kimi tanınan müxtəlif planlar mövcuddur ki, bunlar 

da sxemin effektivliyinin təxminən 50 % olduğunu müəyyənləşdirir. 

 

Yüksək effektivliyə digər yanaşma sxemlərin tandemi ilə bağlı olsa 



da, əks qaydada işləyir. Burada müxtəlif materialların tək qovşaqlı 

sxemlərini müxtəlif dalğa uzunluqları ilə absorbsiya etmək əvəzinə, 

işıq  özü  süzülərək  təmizlənir.  Bu  işıq  lent  hissəcikləri  ilə 

qarşılaşdığında  daha  effektiv  absorbsiya  edilir.  Əvvəlcədən  qeyd 

olunan  qaynar  elektron da faydalı  şəkildə istifadə  edilə  bilər.  Belə 

ki,  lentin  istilik  keçirmə  qabiliyyətində  mövcud  olan  qaynar 

elektronlar  termallaşarkən  enerji  buraxır.  Əgər  bu  enerji  digər 

elektronla qarşılaşdırılma istiqamətində istifadə edilsəydi, onda biz 

iki elektronun ayrılması nəticəsində bir foton absorbsiyasının şahidi 

olardıq.  Lakin,  əlbəttə  ki,  bu,  mümkün  olan  bir  şey  deyil,  çünki, 

termallaşdırılmış  enerji  heç  zaman  lent  hissəciklərinin  enerjisinə 

bərabər  ola  bilməz;  bununla  belə,  sözügedən  hadisə  yalnız  yüksək 

təzyiq  səbəbi  ilə  yeni  enerjilərin  yaranması  nəticəsində  baş  verə 

bilər.  Termallaşdırılmış  enerji  bu  səviyyələrdə  elektronların 

ayrılmasına səbəb ola bilər və nəzəri cəhətdən bir fotondan yüzlərlə 

elektron əldə etmək olar. 

 

―Şokley-Quisser‖ həddinin istifadə edilməsi ilə bağlı bir sıra digər 



nanotexnoloji  sxemlər  də  mövcuddur,  lakin  texnoloji  cəhətdən 

onları  artırmaq  və  inkişaf  etdirmək  çox  çətindir.  Faktiki  olaraq, 

laboratoriya  səviyyəsində  yalnız  çoxsaylı  qovşaq  elementləri 

təcrübədən keçirilmiş, qalanları isə yalnız nəzəriyyədə qalmışdır. 

 

Daha  etibarlı  və  anlamlı  element  sxemlərindən  ikisi  isə 



nanomateriallara əsaslanır. Onlardan biri rəngli, işığa həssas günəş 

elementləri  (DSSC)  adlanır  və  bu  zaman  foton  absorbsiya  edilir, 

elektron  isə  ayrılaraq  nanomatrisə,  TiO2-yə  çevrilir.  Sonradan, 

sözügedən  elektron  özünə  uyğun  olan  elektroda  yaxınlaşır.  Bu 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

381 


texnologiyada boyaqlar zəif olduğundan, əsas diqqət daha möhkəm 

və  stabil  alternativlərin  aşkarlanmasına  yönəlir.  ―Ge‖  və  ―CdS‖ 

kimi nano elemntlər bu istiqamətdə uğurla istifadə edilir. Artıq 10 

ildir ki, bu effektivlikdəki artım 10 % ətrafındadır. 

 

Digər sxem isə, effektivliyi müasir dövrümüzdə 10  %-dən az olan 



təbii  günəş  elementləridir  (OSC).  DSSC  kimi  OSC  də  işığın 

absorbsiyasında  təbii  materiallara  əsaslanır.  Beləliklə,  burada 

ayrılmış  elektron  cütlüklər  parçalanır.  Qeyri-üzvi  materallarda 

konstanta  (sabit  kəmiyyət)  səbəbilə  elektronlar  effek­tivliklə 

izolyasiya olunurlar ki, burada elektron cütlükləri birləşdirən enerji 

çox az olur. Buna görə də, p-n qovşağının formalaşması nəticəsində 

ayrılmış  sahə  elektron  cütlükləri  birləşdirən  enerjiyə  üstün 

gəlməkdə  çətinliklə  üzləşmir.  Polimerlər  isə  aşağı  sabitliyə  malik 

olduqlarından onlarda elektronların parçalanması üçün əlavə sahəyə 

ehtiyac  duyulur.  Bu  sahə  əsasən  qeyri-orijinal  vasitələrdən  təmin 

edilir. Bu zaman elektron götürülərək özünə uyğun gələn elektrodun 

yanına  göndərilir.  Hal-hazırda  bu  sxemlərin  stabilliyi  ilə  bağlı 

məsələlər  daha  aktual  olduğundan  alimlər  nəzərlərini  sözügüdən 

problemin həllinə yönəltmişlər. 

 

Nəticədə,  bütün  bunlardan  belə  bir  qənaətə  gəlmək  olar  ki, 



texnologiya,  xüsusilə  də  nanotexnologiya  faydalı  qazıntıların  və 

yanacaq  ehtiyatlarının  tükənməsi  nəticəsində  yaranmış  boşluğu 

doldurmaq üçün həll yolları tapmaqdadır. Bununla belə, sözügedən 

həll  yolları  boşluğun  yalnız  müəyyən  bir  hissəsini  doldura  bilər. 

Qalan hissə isə bizim həyat səviyyəmizin dəyişməsindən, 60 %-dək 

daha az yanacaq işlətməyə uyğunlaşmamızdan asılıdır. 

 

  

 



 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

382 



 

Professor Mina Hacıyeva, Bakı Dövlət Universiteti 

 

İctimai inkişafda yeni texnologiyaların rolu 

 

Dünya sivilizasiyası İnsan təfəkkürünün nailiyyətinə çevrilən qlobal 



mədəniyyət  yaradır.  Varlığın  bütün  sistemləri  gəlir  və  keçir  və 

onların  hər  birindən  təfəkkür  mədəniyyətində  və  həyatda  müəyyən 

bilgilər  qalır.  Qlobal  mədəniyyətdə  müxtəlif  dövrlərin  və  yer 

üzündə  yaşayan  müxtəlif  xalqların  nailiyyətləri  bir-biri  ilə 

çulğalaşır. Ona görə də, ayrı-ayrı tarixi dövrlərdə yaşayan insanlar 

elmi fikir və maddi nemətlərin istehsalı praktikası da daxil olmaqla, 

müxtəlif fəaliyyət sahələrində həm dəqiq, həm də humanitar sahədə 

yaradıcı  əməklə  məşğul  olurlar.  Hər  şeyin  başlanğıcında  yaradıcı 

İnsan dayanır. 

 

Bizim dediklərimiz abstrakt mülahizələr yox, insan həyatının tarixi 



təcrübəsidir.  Bunun  üçün  məsələn,  Rusiya  və  Azərbaycan 

Prezidentlərinin  təşəbbüsü  ilə  keçirilən  indiki  Forum  kimi 

möhtəşəm  hadisələrin  baş  tutması  son  dərəcə  vacibdir.  Eyni 

zamanda,  ölkələrimizin  rəhbərliyi  tərəfindən  həyata  keçirilən 

beynəlxalq elmi, yaradıcılıq, idman və insanın rifahı naminə indiyə 

kimi əldə edilmiş ən yeni texnologiyaların müzakirə edildiyi bir sıra 

digər  dünyanın  bir  çox  xalqlarının  nümayəndələrinin  iştirakı  ilə 

keçirilən  görüşlər  həm  bizim  xalqın,  həm  də  dünyanın  başqa 

xalqlarının  təkcə  dəqiq  elmlər  sahəsində  deyil,  insan  fəaliyyətinin 

digər  sferalarında  da  intensiv  inkişaf  üçün  stimul  rolunu  oynayıb. 

Yeni  texnologiyaların  tətbiqi  və  onlardan  istifadə  edilməsi  üçün 

ölkənin  böyük  olması  vacib  şərt  deyildir.  Burada  əsas  amil  buna 

səylərin  və  potensialın  olmasıdır  ki,  bu  da  müasir  Azərbaycanda 

müşahidə edilməkdədir. 

 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə