MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə122/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   118   119   120   121   122   123   124   125   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

376 



investisiyaların yatırılması,  zəngin enerji resursları olan ölkəmizin 

gəlirlərinin  elmi  innovasiyalara  ayrılması,  digər  tərəfdən  isə 

dünyanın  müxtəlif  yerlərində  (Yaponiya,  Skandinaviya,  Avropa, 

ABŞ)  biofizika,  biokimya  və  molekulyar  biologiya  sahəsində 

xaricdə  çalışan  mütəxəssislərimizin  süni  fotosintez  problemlərini 

araşdıran elmi konsorsiumlar ilə ənənəvi sıx əməkdaşlıq etməsi və 

ən  əsası,  ölkəmizdə  fotosintez  sahəsində  yaranmış  məktəbimizin 

mövcudluğu ilə şərtlənəcək. 

 

  

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

377 


 

Professor S.İsmət Şah, Delaver Universiteti 

 

Gələcəyin enerji alternativləri 

 

Dünyada  faydalı  qazıntı  və  yanacaq  ehtiyatlarından  sonra  həyati 



əhəmiyyətli  olduqca  az  alternativ  enerji  mənbələri  mövcuddur  ki, 

bunların  da  çoxu  müəyyən  mənada  günəşlə  əlaqədardır.  Mənim 

məruzəm  qısaca  olaraq  nanotexnologiyanın  bizim  gələcək 

enerjimizi  necə  formalaşdıracağını  nəzərdən  keçirməklə,  aşağıdakı 

məsələləri əhatə edəcəkdir: 

 

a)      Cari enerji mənbələrinə və onların gələcəyinə baxış; 



 

b)     Gələcəyin enerji seçimləri, xüsusən də fotoqalvanizm

 

c)      Gələcək üçün fotoqalvanizmin yerinə yetirilmə mümkünlüyü; 



 

d)     Material və ehtiyatların qiymətləndirilməsi

 

e)      Yaxınlaşan enerji böhranının həllinə nail olunması; 



 

Bir sıra konfransların, tədqiq edilmiş materialların və dərc olunmuş 

məqalələrin  təhlilindən  sonra  belə  bir  qənaətə  gəlmək  olar  ki, 

yaxınlaşan  enerji  böhranı  ilə  bağlı  müzakirələrə  nəhayət  ki,  təkan 

verilmişdir.  Bununla  belə,  biz  hələ  də  verilməli  olan  düzgün  sualı 

tapa  bilməmişik.  2008-ci  ildə  dünya  15  teravatt  dəyərində  enerji 

istehlak etmişdir (1). Neft, kömür və qaz ehtiyatları bir çox nüvə və 

yenilənmiş  enerji  mənbələrinə  istehlak  cədvəlində  yalnız  səs-küy 

yaratmağa  imkan  verir.  Ənənəvi  sual  isə  ondan  ibarətdir  ki,  biz 

yenilənmiş  enerji  ehtiyatları  vasitəsilə  15  teravattlıq  enerjiyə 

bərabər    enerjini  necə  istehsal  edəcəyik?!  Diaqramlar  isə  sadəcə 

olaraq, insanları inandırmağa çalışır ki, Yer kürəsində kifayət qədər 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

378 



günəş  enerjisi  ehtiyatı  mövcuddur  və  yeganə  problem  bu  enerjini 

faydalı  elektrik  və  istilik  enerjisinə  çevirməkdən  ibarətdir.  Bu 

yanaşma  tamamilə  yanlışdır.  Belə  ki,  bir  çox  analitiklər  qeyd 

etmişlər ki, bir çox xalqlar, məsələn alman xalqı yenilənmiş enerji 

ehtiyatlarına  malikdir,  lakin  cari  istehlak  cədvəlini  nəzərdən 

keçirdikdə aydınlıqla görmək olar ki, Almaniya üçün mümkün olan 

bütün  yenilənmiş  enerji  ehtiyatları  bu  ölkənin  enerji  tələbatının 

yalnız 40 %-ni ödəyir. Bəs, qalan enerji mənbəyi haradan gələcək?! 

Bu  ehtiyatları  harada  və  necə  tapmaq  olar?!  Bu  çox  texnoloji 

yanaşmadır  və  burada  mütləq  bir  cavab  olmalıdır. Texnologiya  ən 

azı 200 ildir ki, istər bizim qidaya ehtiyacımız olanda, istər kosmosu 

tədqiq  edəndə,  istərsə  də,  silahlanma  və  s.  zamanı  bizə  bələdçilik 

edir.  Onda  niyə  cari  enerji  böhranının  həllində  texnologiya  bizə 

yardım edə bilməsin?! Onu da qeyd edək ki, elmdə qeyri-texnoloji 

vasitələrdənsə,  daha  çox  texnologiyanın  həlli  yollarına  etimad 

göstərilir.  Belə  ki,  elə  sahələr  vardır  ki,  onları  texnologiya  və 

texnoloqlardan  başqa  heç  bir  alternativ  vasitə  dərk  etməyə  qadir 

deyildir. 

 

Heç  kəs  cəngəlliklərə  qayıtmağı  təbliğ  etmir.  Texnologiya  həll 



yoludur,  lakin  yeganə  həll  vasitəsi  deyildir.  Beləlliklə  də,  biz 

texnologiya  ilə  yanaşı,  aşağıdakı  məsələləri  də  nəzərdən 

keçirməliyik: 

 

Cari proseslərin fəaliyyəti və yüksək effektivliyi; 



Yenilənmiş enerjinin hazırlanması və yığılması üçün yeni planlar

Artıq xərcləri azaltmaq və s.; 

Lakin biz daha da dərinə getməliyik. Belə ki, insani davranışlar və 

həyat  səviyyəsi  dəyişməyə  məhkum  olduğu  kimi,  yeni  yaşayış 

paradiqmaları  da  təcrübədən  keçirilməlidir.  Bu  təcrübələr 

özlüyündə  texnoloji  yeniliklərin  dəstəklənməsinə  köməklik 

göstərəcək,  çünki  əks  halda  bunlarsız  biz  həmişə  qarmaqda 

olacağıq. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

379 


 

Gələcək  nəsil  elektrik  enerjisinin  günəş  enerjisindən  alınması 

istiqamətində  aparılan  cari  texnoloji  təcrübələr  üçün  hədd 

mövcuddur.  Alimlər  artıq  cari  texnologiyadan  daha  sanballı  olan 

fotoqlavanizm texnologiyasından birinci faza üçün istifadə edilməli 

olması  haqqında  müzakirələrə  başlamışlar.  Onlar  hətta  buradan 

fotoqalvanizm texnologiyasının ikinci və üçüncü fazasına keçidi də 

nəzərdə  tutmuşlar.  Si  qovşağı  adlanan  və  transformasiya 

effektivliyinə malik olan hədd ―Şokley-Quisser‖ həddi kimi tanınır. 

Sözügedən  hədd  bu  fakta  əsaslanır  ki,  tək  qovşaq  və  tək  günəş 

sxemi  üçün  müxtəlif  mexanizmlər  mövcuddur.  Birincisi,  əgər  işıq 

dalğasının uzunluğu materialın lent hissələrindən az olarsa, (burada 

Si)  işıq  tamamilə  absorbsiya  edilməyəcəkdir.  Əgər  işıq  dalğasının 

uzunluğu  bərabərdirsə,  elektronlar  ayrılacaq,  lakin  tezliklə  onların 

böyük əksəriyyəti yenidən birləşəcəkdir. Üçüncüsü, əgər sözügedən 

işığın  enerjisi  materialın  lent  hissəciklərindən  dəfələrlə  yüksək 

olarsa, 

zaman 



elektron 

lentin 


elektrik 

keçirmə 


qabiliyyətindən/xassəsindən  dəfələrlə  yüksəyə  qalxacaqdır.  Bu, 

qeyri-stabil  vəziyyətdir.  Belə  ki,  bu  zaman  elektron  lentin  istilik 

keçirmə xassəsini termallaşdıracaq. Buradan çıxan enerji isə istilik 

qismində sərf ediləcək. Qeyd olunan bu mülahizələr günəş sxemi və 

yeganə  qovşaq  üçün  30%-ə  yaxın  transformasiya  effektivliyinə 

malik olan həddi təqdim edir. 

 

Sxemə əsasən, ikinci faza ―Şokley-Quisser‖ modelinin effektivliyin 



artırılması  istiqamətində  istifadəsini  nəzərdə  tutur.  Belə  ki,  bu 

nümunədə  tək  qovşaq  həddinə  son  qoyulur.  Beləliklə  də,  müxtəlif 

materialların çoxsaylı qovşaqlarını lent hissəciklərinin enerjiləri ilə 

dəyişməklə  və  yeniləməklə  daha  yüksək  effektivlik  əldə  etmək 

mümkündür.  Nəzəri  cəhətdən  bunun  sayəsində  effektivlik  tək 

qovşaqlılarda  30  %-dən  sonsuz  sayda  qovşaqlarda  68  %-ə  qədər 

qalxa  bilər.  Bu  baxımdan,  əgər  günəş  işığının  illüminasiyasına 

nəzərlər  cəmlənsə,  sonsuz  sayda  qovşaqların  effektivliyi  90  %-ə 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə