Magistratura məRKƏZİ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə3/24
tarix02.01.2018
ölçüsü0,58 Mb.
#19110
1   2   3   4   5   6   7   8   9   ...   24

 

 



 

Əhalinin rifah halının yaxşılaşdırılmasında innovasiyalı iqtisadiyyatın rolunun 



zəruriliyinin təhlili aparılmışdır; 

 



İqtisadi  sistemdə  innovasiyalı  iqtisadiyyatın  özünəməxsus  xüsusiyyətlərin 

müəyyənləşdirilməsi və dövlətin iqtisadi rolunun zəruriliyi əsaslandırılmışdır.   



Dissertasiya  işinin  nəzəri  və  praktiki  əhəmiyyəti  dövlətin  innovativ  iqtisadi 

inkişafı elmi əsaslarla yeni texnologiyalar, yeni xidmət növləri və idarəetmənin təşkili 

sahəsindəki yeniliklərdən daha çox səmərəli istifadə edilməsinə əsaslanır. 

İşin strukturu və həcmi. Dissertasiya işi giriş, 3 fəsil, nəticə və istifadə olunmuş 

ədəbiyyat siyahısından ibarətdir.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 



I FƏSİL. İnnovasiyalı iqtisadiyyatın formalaşmasının nəzəri və metodoloji 

əsasları. 

 

1.1

 

İnnovasiyalı iqtisadiyyatın formalaşdırılmasının obyektiv zəruriliyi və 

səciyyəvi xüsusiyyətləri . 

 

İnnovasiya ictimai,  mədəni və inzibati mühitdə yeni üsulların istifadə edilməyə 

başlanmasıdır.  Azərbaycan  dilində  yenilik,  yeniləmə,  yenilikçilik  (gərçək  mənasını 

verə bilmir).  

İnnovasiya,  yeniliyin  özündən  çox  nəticəsini,  fərqliləşdirmək  və  dəyişdirməyə 

bağlı iqtisadi və ictimai bir sistemi ifadə edir. Məlumatın iqtisadi və ictimai faydaya 

çevrilməsi, dəyişməyə olan istək, yeniliyə açıqlıq və sahibkarlıq ruhu ilə qaynaşan bir 

mədəniyyətin məhsuludur. 

İnnovasiya  dedikdə,  yəni  əmtəə,  xidmət,  texnologiyalar,  təşkilati  forma, 

idarəetmə  metodu  şəklində  öz  praktiki  təcəssümünü  və  tətbiqini  tapmış  ideyaların 

reallaşdırılması üzrə yaradıcılıq prosesi başa düşülməlidir. 

 İnnovasiyanı  məhsul  inovasyonu,  xidmət  inovasyonu,  proses  inovasyonu, 

təşkilati  innovasiya,  marketinq  inovasyonu,  texnoloji  innovasiya,  ictimai  innovasiya 

və s. kateqoriyalara ayırmaq mümkündür. 

İnnovasiya  prosesi  təkrar  istehsal  tipini,  sosial-iqtisadi  münasibətlərin 

keyfiyyətini  dəyişməklə  və  özünəməxsus  yığım  forması,  xüsusi  sərvət  strukturu  və 

yığım  effektivliyinin  xüsusi  qiymətləndirmə  meyarları  kəsb  edən  yeni  innovasiya 

yönümlü iqtisadiyyatı yaratmaqla bütün təsərrüfatçılıq sisteminin fəaliyyətində hakim 

rol  oynamağa  başlayır.  Nəzəri  cəhətdən  hazırda  innovasiya  iqtisadiyyatının 

formalaşması  haqqında  danışmaq  olar.  Bu  zaman  iqtisadi  artım  kimi  istehsalın 

intellektləşdirilməsi  çıxış  edir,  yəni  ÜDM  artımı,  əsasən,  elmtutumlu  məhsul  və 

xidmətlərin buraxılışı və reallaşdırılması hesabına əldə edilir. 




 

 



Yenilik - fundamental, tətbiqi tədqiqatların və işləmələrin hər hansı bir fəaliyyət 

sferasına onun effektivliyinin yüksəldilməsi üzrə tərtib olunmuş nəticəsidir. Yenilik - 

elmi  və  texnikanın  nailiyyətlərinin  tətbiqi  və  bazar  istifadəsi  üzrə  fəaliyyətin  yalnız 

aralıq  yekunudur.  Yenilik  intellektual  məhsulun  növlərindən  biri  şəklində,  məsələn, 

kəşf,  anlayış,  elmi  yanaşma,  eyni  prinsip,  standart,  tövsiyə,  metodika,  yeni  və  ya 

təkmilləşdirilmiş  məhsula  sənədləşmə,  patent,  səmərələşdirici  təklif,  ixtira,  ―nou-

hau‖, marketinq tədqiqatlarının nəticələri və s. formada təsbit edilə və rəsmiləşdirilə 

bilər. Yenilik termininin sinonimi ―yenicə‖ anlayışı sayılır ki, bu da əvvəllər mövcud 

olmayan  hər  hansı  yeniliyi  özündə  əks  etdirir.  ―Yenilik‖  və  ―yenicə‖  anlayışları  ilə 

―tədqiqat‖, ―ixtira‖ və ―kəşf‖ anlayışları sıx əlaqədardır. 

Yaranma  səbəblərinə  görə  innovasiya  strateji  və  reaktiv  ola  bilər.  Strateji 

innovasiyalar  yeniliyin  tətbiqi  nəticəsində  rəqabət  üstünlüyünü  təmin  etmiş  olur  və 

onu  tətbiq  edən  firma  və  ya  dövlət  elmi-texniki  renta  qazanır. Reaktiv  innovasiyalar 

strateji innovasiyanı tətbiq edən rəqiblərinə çatmaq məqsədi ilə həyata keçirilir. 

İnnovasiya elm və texnologiyanın iqtisadi və ictimai fayda təmin edəcək şəkildə 

yenilənməsi  müddətidir.  Yəni  yaradıcılığın,  ticari  ustalıqla  birləşdirilməsidir. 

İnnovasiya  gələcəyi  yaratmaqla  və  davamlı  qazanclı  böyümə  təmin  etməklə 

əlaqədardır. 

İnnovasiyalar  istehsal,  iqtisadiyyat,  hüquq,  sosial,  elm,  mədəniyyət,  təhsil  və 

digər sahələri əhatə edə bilərlər. 

Yeniliyin səviyyəsinə görə innovasiyalar 3 növ olur: 

 



bazis innovasiyalar – yeni nəsil material, avadanlıq, prinsipcə yeni texnika və 

texnologiyaların yaranmasına yönələn investisiyalar

 

yaxşılaşdırılan,  təkmilləşdirilən  innovasiyalar  –  yeni  nəsil  texnika  və 



texnologiyaların  yayılması  və  təkmilləşdirilməsi,  istehsal  olunan  malların  və 

göstərilən xidmətlərin yaxşılaşdırılmasına yönələn investisiyalar; 




 

 

10 



 

yanlış innovasiyalar  – səmərə verməyən və ya mənfi effekt verən köhnəlmiş 



texnika və texnologiyanın yaxşılaşdırılmasına yönələn investisiyalar. 

Müasir  dünya  fəaliyyətlərinə  bir  yeniliyin  qatılması  şəklində  aydın 

inovasyonların  qaynaqları;  yeni  icadlar,  yeni  nəzəriyyələr,  yeni  anlayışlar  və  ya 

köhnədən  var  olan  məhsul  və  ya  üsulların  inkişaf  etdirilərək  yenidən  tətbiq 

olunmasıdır. 

İnnovasiya,  iqtisadi  və  ictimai  fayda  təmin  edəcək  yeni  fikirlər,  üsullar, 

məhsullar  inkişaf  etdirmək  və  bunları  tətbiq  etməkdir.  Beləcə,  daha  əvvəl  həll 

edilməmiş problemləri həll etmək və ya daha əvvəl qarşılanmayan ehtiyaclara cavab 

vermək məqsədiylə inkişaf etdirilə ya da onsuz da var olan bir çox məhsul və xidməti 

daha  gözəl,  daha  rahat,  daha  çox  insana  fayda  təmin  edəcək  hala  gətirməyi 

amaçlayabilir.  Bu  fikirlərin  həyata  keçirilməsi  və  ortaya  məhsul,  xidmət  və  ya 

üsulların  çıxarılmasıyla  və  ardından  bu  məhsul  və  xidmətlərin  satılmağa  və  ya 

üsullarının tətbiq başlanmasıyla innovasiya edilmiş olur. 

K.Frimen  innovasiya  fəaliyyətinin  institusional  kontekstinə  üstünlük  verərək 

qeyd  edirdi  ki,  milli  innovasiya  sistemi  (MİS)  -  iqtisadiyyatın  dövlət  və  özəl 

sektorlarında fəallığı və qarşılıqlı əlaqəsi yeni texnologiyaların diffuziyasını yaradan, 

dəyişdirən və kömək edən institusional struktur şəbəkəsindən ibarətdir. Bu institutlara 

həm  tədqiqatların  aparılmasına  cavabdeh  təşkilatlar,  həm  də  «müəssisə  və  milli 

səviyyədə  mövcud  ehtiyatların  təşkili  və  idarə  edilməsinə  kömək  edən  fəaliyyət 

surəti» daxildir 

İnnovasiya prosesi, məlumatın iqtisadi və ictimai faydaya çevrilməsi olaraq təyin 

olunur.  Bu  səbəblə  də  texniki,  iqtisadi  və  ictimai  proseslərin  meydana  gətirdiyi  bir 

bütündür.  Fərdlərdə  və  cəmiyyətdə  dəyişməyə  olan  istək,  yeniliyə  açıqlıq  və 

sahibkarlıq ruhu ilə qaynaşan bir mədəniyyət tələb edir. 

İnnovasiya öz başına ayrı bir hadisə deyil, elm və texnologiya fəaliyyətinin bütün 

proseslərini  əhatə  edir.  Ancaq  inovasyondan  gözlənilən,  elm  və  texnologiya 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə