Magistratura məRKƏZİ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə4/24
tarix02.01.2018
ölçüsü0,58 Mb.
#19110
1   2   3   4   5   6   7   8   9   ...   24

 

 

11 



fəaliyyətində  bir  fikrin  qayda,  hərəkət  və  nəticə  baxımından  faydaya  çevrilməsi  və 

bəlkə  də  məna  baxımından  çox  əhəmiyyətli  olmaqla  bu  faydanın  satışa  çıxarılan, 

konkret bir çıxdı ilə birlikdə olması. Bu səbəbdən, isə innovasiyadır sadə mənalı bir 

yenilənmə deyil, yenilənmənin nəzəri mərhələsindən başlayaraq yenilik məhsulunu də 

içinə alan və satıla bilən xüsusiyyətini qəbul edən bir müddətdir. 

Bu  qədər  geniş  bir  qayda,  hərəkət  və  çıxdı  müddətlərini  əhatə  edən  fəaliyyətin 

hər  ölkənin,  hər  bir  elmi  araşdırma  sahəsinin,  hər  sənaye  modulunun  öz 

xüsusiyyətlərinə  görə  meydana  gətirməsi  təbii  bir  gözləmə.  Yəni  innovasiyadır 

vəziyyətə  görə,  yerli  və  milli  xüsusiyyətləri  olan  bir  hadisə.  Ölkələr  milli 

öncelliklerine görə öz innovasiya strategiyaları çəkmək məcburiyyətində. Bu isə çox 

asan  deyil.  İqtidar,  beyin  gücü,  universitet,  planlaşdırma,  imkanlar,  sənaye, 

texnologiya,  sənaye  və  bazar  kimi  bütün  işçilər  inovasyonun  içində  iştirak  edən 

parçalar.  Demək  olar  ki,  bir  ölkənin  elm  və  texnologiyasının  bütün  işçilərini  içinə 

alması  lazım  olan  isə  innovasiyadır  fəaliyyətinin  gedə  əvvəlcə  cəmiyyətin  hər 

seqmentinin və iqtidar hakimiyyətinin hadisəni mənimsəməsi və dəstəkləməsi ilə gedə 

bilir. 


İnnovasiyaya  sosial  kateqoriya  kimi  ondan  ibarətdir  ki,  praktiki  olaraq  bütün 

ixtiralar  enerji  xərclərinin,  canlı  əməyin  azaldılmasına  istiqamətləndirilmişdir,  yeni 

məhsuldar  qüvvələrin  istehsala  cəlb  olunmasına  imkan  yaradır,  əməyin  və  istehsalın 

səmərəliliyini  yüksəldir, istehsal  olunan  məhsulların  keyfiyyətini  yüksəldir  ki, bu  da 

istehsal  və  istehlak  səviyyəsinin  artımına  gətirib  çıxarır,  həyatın  keyfiyyətinin 

yaxşılaşdırılmasına  kömək  edir,  məhsulun  keyfiyyətini  yüksəldərək,  xərcləri  aşağı 

salaraq  və  istehsalı  təkmilləşdirərək  tələb  və  təklif,  istehsal  və  istehlak  arasında 

nisbətlərin  qorunub  saxlanmasına  kömək  edir,  nnovasiyanın  işlənib  hazırlanması 

gedişində  və  istifadəsi  prosesində  insanın  inkişafı  prosesi-onun  intellektual 

qabiliyyətinin reallaşdırılması, gələcək yaradıcı artım üçün şərait yaradılması prosesi 

gedir. 



 

 

12 



İnnovasiya  praktiki  olaraq  bütün  ixtiralar  enerji  xərclərinin,  canlı  əməyin 

azaldılmasına  istiqamətləndirilmişdir,  yeni  məhsuldar  qüvvələrin  istehsala  cəlb 

olunmasına imkan yaradır, əməyin və istehsalın səmərəliliyini yüksəldir. 

İnnovativ  iqtisadiyyat  istehsal  olunan  məhsulların  keyfiyyətini  yüksəldir  ki,  bu 

da  istehsal  və  istehlak  səviyyəsinin  artımına  gətirib  çıxarır,  həyatın  keyfiyyətinin 

yaxşılaşdırılmasına kömək edir. 

Eyni  zamanda  məhsulun  keyfiyyətini  yüksəldərək,  xərcləri  aşağı  salaraq  və 

istehsalı  təkmilləşdirərək  tələb  və  təklif,  istehsal  və  istehlak  arasında  nisbətlərin 

qorunub saxlanmasına kömək edir. 

Yeni iqtisadi kateqoriya kimi ―innovasiya‖ terminini elmi dövriyyəyə XX əsrin 

ilk  onilliklərində  avstriya,  sonradan  amerika  alimi  Jozef  Şumpeter  daxil  etmişdir.  J. 

Şumpeter  özünün  ―İqtisadi  inkişaf  nəzəriyyəsi‖  (1911)  işində  ilk  dəfə  olaraq 

inkişafında  dəyişikliklərin  yeni  kombinasiyaları  məsələlərinə  (daha  doğrusu, 

innovasiya  məsələlərinə)  baxmış  və  innovasiya  prosesinin  tam  təsvirini  vermişdir 

(170). 

O,  istehsal  funksiyası  çərçivəsində  innovasiya  sahibkarlığının  mahiyyətinin 



tapmağa cəhd etmiş innovasiya prosesləri nəzəriyyəsinin əsaslarını tədqiq etmisdir. 

Yeniliyə texnologiyanın və idarəetmənin dəyişməsi kimi baxan alim, innovasiya 

prosesində  sahibkarın  rolunu  qeyd  etmiş  və  onu  ixtira  ilə  yenilik  arasında 

əlaqələndirici adlandırmısdır. 

J. Şumpeter inkişafda 5 dəyişikliyi ayırmışdır: 

1)  yeni  texnikanın,  texnoloji  proseslərin  istifadəsi  və  ya  istehsalın  yeni  bazar 

təminatı; 

2) yeni xassələrə malik məhsulların tətbiqi; 

3) yeni xammalın istifadəsi; 

4) istehsal dəyişikliyi və təşkili və onun maddi-texniki təchizatı; 

5) yeni satış bazarlarının meydana çıxması. 



 

 

13 



O  sübut  etdi  ki,  iqtisadiyyatda  mərkəzi  fiqur  novator-sahibkar  olacaqdır.  J. 

Şumpeterə  görə,  innovasiya-yeni  növ  istehlak  mallarının,  yeni  istehsal  və  nəqliyyat 

vasitələrinin, bazarların və sənayedə təşkilati formaların tətbiqi və istifadəsi məqsədilə 

baş verən dəyişiklikdir. 

J. Şumperter özünün ―Texniki inkişaf nəzəriyyəsi‖ əsərində innovasiyaya texniki 

dəyişikliyin  iqtisadi  təsiri  kimi  baxmışdır  (170,  s.18).  O,  istehsal  funksiyası 

çərçivəsində  innovasiya  sahibkarlığının  mahiyyətini  tapmağa  cəhd  etmiş  və 

innovasiya 

prosesləri 

nəzəriyyəsinin 

əsaslarını  tədqiq  etmişdir.  Yeniliyə 

texnologiyanın  və  idarəetmənin  dəyişməsi  kimi  baxan  alim  innovasiya  prosesində 

sahibkarın  rolunu  qeyd  etmiş  və  onu  ixtira  ili  yenilik  arasında  əlaqələndirici 

adlandırılmışdır.  Lakin  nədənsə  o,  innovasiyaya  verdiyi  tərifdə  imkanını,  kadrların 

kəmiyyət  və  keyfiyyət  tərkibində  dəyişiklik  aparılması  mümkünklüyünü  nəzərə 

almamış, effektiv yüksəldilməsi mütləqliyini göstərməmişdir. 

Xartman  Xauştaynın  1979-cu  ildə  Berlində  nəşr  olunan  ―Leiting  industrieller 

Forchung und Entwicklund‖ kitabında qeyd olunur ki, innovasiya-ideyanın, təklifin, 

elmi-tədqiqi  qərarın,  modelin  praktikada  tətbiqi,  həyata  keçirilməsi  və  istifadəsidir 

(168,  s.121).  Lakin  bu  tərifdə  də  ideyanın  bazara  qədər  hərəkəti  nəzərə  alınmır, 

istehsalın  təşkili  strukturunda,  kadrların  tərkibində  dəyişiklik  imkanına,  qəbul 

olunmuş ideyanın mütləq səmərəliliyinə baxılmır. 

Məşhur  eston  iqtisadçısı  V.H.  Lapinə  görə,  innovasiya-insanların  məlum 

tələbatını daha yaxşı ödəmək üçün yeni təcrübi vasitələrin yaradılmasına, yayılmasına 

və  istifadəsinə  yönəldilmiş  kompleks  prosesdir(118,  s.23).  Göründüyü  kimi,  burada 

innovasiya  konkret  obyekt  kimi  nəzərdən  keçirilmir,  təşkilati-idarəetmə,  sosial  və 

digər innovasiyalar nəzərə alınmır 

Müasir  dövrdə  sürətlə  dəyişən  rəqabət  mühitində  ayaqda  qala  bilmək  üçün 

şirkətlərimizin  məhsullarını,  xidmətlərini  və  istehsal  üsullarını  davamlı  olaraq 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə