Magistratura məRKƏZİ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə7/24
tarix02.01.2018
ölçüsü0,58 Mb.
#19110
1   2   3   4   5   6   7   8   9   10   ...   24

 

 

20 



 

innovasiyalı inkişaf planının hazırlanması; 



 

innovasiyalı inkişaf planının reallaşdırılması. 



İqtisadiyyatın elmi  əsaslarla innovativ inkişafı  yeni texnologiyalar, yeni xidmət 

növləri və idarəetmənin təşkili sahəsindəki yeniliklərdən daha çox və səmərəli istifadə 

edilməsinə  əsaslanır.  İstənilən  dövlətin  iqtisadi  inkişafı  elmin  və  texnologiyanın 

inkişafı,  eləcə  də  onların  tətbiqi  ilə  birbaşa  qarşılıqlı  surətdə  əlaqəlidir.  Odur  ki, 

qabaqcıl ölkələrdə iqtisadiyyatın inkişafında innovasiya siyasətinin formalaşması əsas 

məsələlərdən biri hesab olunur. 



 

1.2

 

Elmi, texniki innovasiyaların yeni iqtisadiyyatdakı rolu. 

 

Dünya inkişafının yeni mərhələsinin səciyyəvi xüsusiyyəti insan sivilizasiyasının 



sənaye cəmiyyətindən postsənaye cəmiyyətinə keçid sayılır. Bu isə, hər şeydən əvvəl 

tüxnika  və  elmin  cəmiyyət  həyatının  bütün  tərəflərinə  daha  da  güclənməkdə  olan 

təsirinin  qlobal  xarakteri  ilə,  irimiqyaslı  sosialiqtisadi  və  tarixi  dəyişikliklərə  aparan 

elmi texnoloji irəliləyişlərə əlaqədardır. 

XX  əsrin  sonlarından  müasir  dövrümüzə  qədər  insan  cəmiyyətində  çox  sürətli 

dəyişikliklər  getmişdir.  Bütün  bu  dəyişikliklərin  əsası  innovasiya  ilə  əlaqədardır. 

Elektronika, 

radiofizika, 

optoelektronika, 

lazer 


texnologiyaları, 

müasir 


materialşünaslıq,  kimya  və  kataliz,  müasir  aviasiya  və  kosmonavtika  sahələrində 

müəyyən  edilən,  bir  sıra  texnoloji  və  fundamental  ixtiralar  və  kəşflər,  müasir 

informasiya  texnologiyalarından  istifadə  edilməsi,  mikro  və  makroelektronika 

sahələrindəki  alınmış  nəticələr,  habelə,  nanotexnologiyalar  elmtutumlu  məhsulların 

yaranmasına  səbəb  oldu.  Belə  məhsulların  alınmasını  təmin  edən  texnologiyalar 

elmtutumlu texnologiyalar adlandırıldı. 

Nəticə  etibarı  ilə  elmtutumlu  texnologiyalardan  istifadə  edilməsi  iqtisadi 

inkişafın yeni bir istiqamətinin ―innovasiya yönümlü iqtisadi inkişafın‖ yaranmasına 




 

 

21 



səbəb  oldu.  İnnovasiya  yönümlü  iqtisadi  inkişaf  modeli  öz  yüksək 

səmərəliliyini  dünyanın inkişaf etmiş ölkələrinin timsalında sübuta yetirdi. 

XX  əsrin  sonlarından  ―bilik  iqtisadiyyatı‖  və  ya  ―biliyə  əsaslanan  iqtisadiyyat‖ 

terminləri elmdə geniş yayılmağa başlamışdır. Yeni növ iqtisadiyyatı ona qədər olan 

aqrar  və  sənaye  iqtisadiyyatından  fərqləndirən,  onun  əsas  amilinin  bilik  və  insan 

kapitalı olmasıdır. Bu gün inkişaf etmiş ölkələrdə məhz bilik istehsalı iqtisadi artımın 

əsas mənbəyidir. 

Dünya  Bankının  araşdırmalarının  nəticələrinə  görə:  ―...cəmiyyətin  biliyi 

yaratmaq,  seçmək,  uyğunlaşdırmaq,  gəlir  mənbəyinə  cevirmək  qabiliyyəti  sabit 

iqtisadi  inkişaf  və  əhalinin  həyat  səviyyəsinin  yaxşılaşdırılması  üçün  həlledici 

əhəmiyyətə  malikdir‖.  Dünya  Bankının  mütəxəssislərinin  fikrinə  görə,  bilik 

iqtisadiyyatı - öz şəxsi inkişafını sürətləndirən və rəqabət qabiliyyətini artırmaq üçün 

biliyi yaradan, yayan və istifadə edən iqtisadiyyatdır. 

Elmlə  istehsalın  qarşılıqlı  təsiri  sayəsində  yeni  rəqabət  forması  yaranmağa 

başladı.  Hal-hazırda  yeni  elmtutumlu  texnologiyaları  istehsalda  mənimsəməyən 

müəssisələr  dünya  bazarlarında  rəqabət  apara  bilməz.  Deməli,  müəssisələrin  inkişaf 

strategiyasının  işlənilməsində  nəzərə  alınacaq    ən  vacib  şərt  –  elmi  yeniliklərin  və 

elmtutumlu texnologiyaların istehsala tətbiqi olmalıdır. 

İnnovasiyalı  iqtisadiyyatın  hər  bir  ölkənin  inkişafındakı  yerini  anlamaq  üçün 

P.Drukerin dediyi bir kəlamı xatırlamaq kifayətdir: ―Gələcəkdə dünyada varlı yaxud 

kasıb  ölkələr  anlayışı  olmayacaqdır.  İnnovasiyaya  üstünlük  verən  ölkələr  və  ona 

diqqət  yetirməyən  ―inamsız‖  ölkələr  olacaqdır‖.  İqtisadiyyatın  innovasiya  yönümlü 

inkişafı ilə yaxından tanış olmaq üçün:   innovasiya, onun sürətləndirilməsində xüsusi 

rol  oynayan  elmi  parklar  (texniki  parklar,  kiçik  biznes  inkubatorları,  texnopolislər), 

―fundamental  elmi  –  tətbiqi,  elm  –  istehsal  əlaqələrinin  müasir  təşkili  formaları  və 

başqa bu kimi anlayışlarla və məfhumlarla tanış olmağı vacib hesab etmək olar. 




 

 

22 



Hal-hazırda dünyanın inkişaf etmiş ölkələrində ÜDM-in artımının böyük hissəsi 

elmtutumlu  malların  və  texnologiyaların  payına  düşür.  Son  illərdə  ABŞ,  Qərbi 

Avropa, Yaponiya, Hindistan, Çin həmçinin Cənubi Koreya, Sinqapur və s. kimi yeni 

industrial  ölkələrin  iqtisadi  artımı  əsasən  innovasiya  infrastrukturlarının  inkişafı  ilə 

əlaqədardır. 

Biz  yeni  iqtisadiyyat  haqqında  son  zamanlar  çox  eşidirik.  Yeni  iqtisadiyyat 

əsasən 1990-cı  ildən  yüksək  texnolji  inkişaf  nəticəsində  internetin  və  yüksək  sürətli 

komputerlərin  inkişafı  və  yayılması  səbəb  olmuşdur.  Yeni  iqtisadi  dövr  informasiya 

dövrüdür. 

Yeni İqtisadiyyat,  yeni çıxan texnologiyaların davam edən iqtisadiyyata təsirini 

təsvir edən bir sözdür. Tekstil ağırlıqlı sənaye istehsalın geniş olduğu  1800-cü illərin 

sonlarında  avtomobil,  elektrik  enerjisi  və  sonradan  radio,  telefon  və  TV  kimi  yeni 

ixtiraların çıxması ilə başlayan dövrü təsvir edir. 

Müasir  dövrün  yeni  iqtisadiyyatı,  informasiya  cəmiyyəti,  informasiya  istehsalı, 

yaradıcılıq, informasiya kimi anlayışlarla  əlaqələndirilir. Yeni iqtisadiyyat həqiqətən 

də  informasiya  və  biliyin  məhsulu  yeni  texnologiyaları  istifadə  edir  və  bu  yeni 

texnologiyalar iqtisadiyyatın hər sahəsində səmərə artırır. 

  Bundan başqa, yeni iqtisadiyyat inkişaf etmiş ölkələrin güzəştli vəziyyətini daha 

da  inkişaf  etdirmələrini  asanlaşdırdığı  üçün,  inkişaf  etməkdə  olan  ölkələrə  eyni 

dərəcədə töhfə vermədiyi də düşünülməkdədir. 

Yeni  iqtisadiyyat  informasiya  iqtisadiyyatıdır.  Yeni  iqtisadiyyatda  informasiya 

həm  keyfiyyət,  həm  də  kəmiyyət  baxımından  daha  əvvəlki  dövrdə  istifadə  edilən 

daxilolmalardan daha əhəmiyyətli hala gəlir. Məlumat, sanki əmək və kapitaldan daha 

əhəmiyyətli  yeganə  istehsal  faktoru  halına  gəlir.  Bu  səbəblə  yeni  iqtisadiyyatın  ən 

mühüm xüsusiyyətlərindən biri bütün iqtisadi fəaliyyətlərə informasiyanın inteqrasiya 

edilməsi,  başqa  sözlə  iqtisadi  fəaliyyətlərdə  məlumat  intensivliyinin  nisbi  olaraq 

əhəmiyyətli  dərəcədə  artmasıdır.  İnformasiya  ticarəti  və  informasiya  mal  və 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə