Magistratura məRKƏZİ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə14/24
tarix02.01.2018
ölçüsü0,58 Mb.
#19110
1   ...   10   11   12   13   14   15   16   17   ...   24

 

 

42 



Dünya  praktikasında  görsəndiyi  kimi  innovasiya  siyasətinə  sistemli  yanaşma 

konsepsiyasını həyata keçirən ölkələr qısa müddət ərzində dövlətlərin qarşılıqlı təsir 

mexanizmini,  biznesi,  elmi,  təhsili  və  ÜDM-də  ümumi  elmtutumluğunu  artırmağa 

imkan verən səmərəli Milli innovasiya sistemi (MİS) yarada biliblər. 

İnnovativ  inkişaf  yoluna  keçidin  mümkünlüyü  MİS  yaradılması  hesabına 

mümkün  olmuşdur.  ABŞ-da  aparılan  tədqiqatlara  görə  MİS  XX  əsrin  mühim 

nailiyyətidir.  Sənaye  inkişafının  əsasını  təşkil  edən  inkişaf  etmiş  ölkələrdə  MİS 

institutların  fəaliyyəti  sistemi,  texnoloji  irəliləyişi  və  iqtisadiyyatlarının  ən  yüksək 

səviyyədə rəqabətədavamlılığını təmin etməyə imkan verir. 

İnnovativ siyasətin yaratdığı səmərəli təsiri innovasiya prosesini işə salmaq üçün 

kifayət  qədər  intellektual  və  texnoloji  potensialın  olması,  innovasiya  şəbəkəsinin 

iştirakçılarının  sayının  daim  artması,  həmçinin  yeni  sosial  qrupların  cəlb  edilməsi, 

innovasiya  inkişafına  istiqamətlənən  institusional  sistemin  yaradılması  (formal  və 

qeyri-formal  elementlər  daxil  olmaqla),  təssərrüfatçı  subyekt,  fiziki  şəxslərin 

əksəriyyəti  tərəfindən  innovasiyaya,  MİS-ə  tələbin  tam  olması,  innovasiya  sistemini 

maliyyələşdirməyə imkan verən iqtisadi inkişafın səviyyəsi (adambaşına düşən ÜDM 

həcmi) şərtləri daxilində mümkündür. 

İqtisadi  inkişafı  və  rəqabətliliyi  təmin  etmək  məqsədi  ilə  yeni  ideyaların,  elmi 

biliklərin, texnologiya və məhsulların müxtəlif istehsal və idarəetmə sahələrinə geniş 

tətbiq  edilməsi  ilə  xarakterizə  olunan  və  dinamik  inkişaf  edən  ölkələrin  təcrübəsi 

göstərir ki, iqtisadi tərəqqi səmərəli milli innovasiya sisteminin elmi əsaslar üzərində 

yaradılmasını tələb edir. 

Hal-hazırda  iqtisadi  inkişaf  səmərəli  milli  innovasiya  sisteminin  elmi  əsaslar 

üzərində  qurulmasını  tələb  edir.  Bu  prosesin  formalaşmasına  müxtəlif  yanaşmalar 

mövcuddur və onların reallaşdırılmasını çətinləşdirən bir sıra amillər mövcuddur. Bu 

işdə  qabaqcıl  ölkələrin  təcrübəsindən  yararlanmaq  məqsədəuyğundur.  Aşkara 

çıxarılmış  problemlərin  həll  instrumentarilərdən  istifadə  etməklə  həmin  sahədə 



 

 

43 



səmərəliliyin  yüksəldilməsinə  nail  olmaq  olar.  Ona  görə  də  hesab  edirik  ki, 

innovasiya  işləmələrinin  müvafiq  mərhələ  və  proseslərində  qeyd  olunan  amillərin, 

təklif  və  tövsiyələrin  nəzərə  alınması  həmin  proseslərin  səmərəliliyinə  müsbət  təsir 

göstərəcəkdir. 

Dövlətin  apardığı  innovasiya  siyasəti  innovasiya  fəaliyyətinin  inkişafına  və 

stimullaşdırılmasına  yönəldilmiş  sosial-iqtisadi  siyasətin  tərkib  hissəsi  olub,  elmi 

tədqiqatlardan,  işləmələrdən,  təcrübi  konstruktor  işlərindən,  və  ya  digər  elmi-texniki 

nailiyyətlərdən  istifadə  etməklə  iqtisadi  dövriyyədə  reallaşdırılan  yeni  və  ya 

təkmilləşdirilmiş  məhsulların,  habelə  texnoloji  prosesin  yaradılması  deməkdir.  Bu 

siyasət  yerli  məhsulların  rəqabət  qabiliyyətinin  yüksəldilməsi,  dayanıqlı  iqtisadi 

artımın  təmin  olunması,  əhalinin  həyat  səviyyəsi  və  keyfiyyətinin,  ölkənin  müdafiə 

texnoloji  və  ekoloji  təhlükəsizliyinin  təmin  edilməsi  üçün  innovasiya  fəaliyyəti 

prioritetliyi razılaşdırılmaqla formalaşdırılır və həyata keçirilir. 

Dövlətin  innovasiya  siyasətinin  əsas  məqsədləri  yerli  məhsulların 

rəqabətqabiliyyətliliyinin  artımını  təmin  edən  innovasiya  fəaliyyəti  üçün  iqtisadi, 

hüquqi  və  təşkilati  şəraitin  yaradılması,  elmi-texniki  nəticələrin  effektiv  ifadəsi, 

sosial-iqtisadi  məsələlərinin  həlli,  elmi-texniki  potensialın  inkişafı  səmərəli 

yerləşdirilməsi  və  effektiv  istifadəsi  onun  strukturunun  formalaşdırılması,  ölkənin 

müdafiə  qabiliyyətinin  və  şəxsiyyət,  cəmiyyət  və  dövlət  təhlükəsizliyinin 

möhkəmləndirilməsi və elm və texnikanın ölkə iqtisadiyyatının inkişafına, ən mühüm 

sosial  vəzifələrin  reallaşdırılmasına,  maddi  istehsal  sferasında  mütərəqqi  struktur 

dəyişikliklərinin  təmin  olunmasına  təsirinin  artırılması,  onun  effektivliyinin  və 

rəqabətqabiliyyətinin  yüksəldilməsidir.  Məqsədə  nail  olmaq  üçün  isə  innovasiya 

siyasəti  prioritetlərinin  müəyyən  edilməsi  və  reallaşdırılması,  iqtisadiyyatda 

mütərəqqi  struktur  dəyişikliklərinin  təmin  edilməsi,  innovasiya  fəaliyyəti 

infrastrukturunun  yaradılması  və  inkişafı,  beynəlxalq  bazarda  yerli  innovasiya 

məhsullarının  qorunması  və  xarici  iqtisadi  innovasiya  fəaliyyətinin  inkişafı  üzrə 



 

 

44 



tədbirlərin həyata keçirilməsi, innovasiya fəaliyyətinin inkişafında elm, təhsil, istehsal 

və maliyyə- kredit sferalarının qarşılıqlı təsirinin təmin edilməsi və xalq təsərrüfatının 

inkişafı strategiyasını, temp və proporsiyalarını müəyyən edən başlıca istiqamətlərdə 

iqtisadiyyatın  inkişafının  stabilləşdirilməsi  üçün  elmi-texniki  potensialın  effektiv 

istifadəsinin və onun strukur tarazlığının təmin olunması. 

Dövlətin  innovasiya  siyasətinin  əsas  prinsiplərini  ölkənin  sosial-iqtisadi 

problemlərinin  həllinə  yönəldilən  innovasiya  proqramlarının  və  layihələrinin 

maliyyələşdirilməsi, innovasiya infrastrukturunun formalaşması və innovasiya sahəsi 

üçün kadr hazırlığı təşkil edir. 

İnnovasiya  fəaliyyətinin  inkişafını  təmin  etmək  məqsədi  ilə  münbit  şərait 

yaradan  hüquqi  bazanı  formalaşdırmadan  ölkə  iqtisadiyyatını  innovasiyalı  inkişaf 

yoluna çıxarmaq mümkün deyildir. Bunun əsasını isə innovasiya fəaliyyəti haqqında 

qanun təşkil edə bilər.  

Dövlət  orqanlarının  innovasiya  sferasında  əsas  funksiyaları  innovasiya 

siyasətinin  formalaşdırılması, innovasiya  proseslərinin hüquqi bazasının  yaradılması, 

xüsusilə innovatorların müəlliflik hüquqlarının qorunması və intellektual mülkiyyətin 

mühafizəsi,  bu  sferada  innovasiyanın,  rəqabətin  stimullaşdırılması,  innovasiya 

risklərinin  sığortası,  köhnəlmiş  məhsulların  buraxılışına  görə  dövlət  sanksiyasının 

tətbiqi, innovasiyanın  sosial  və  ekoloji  yönümlüyü  təmin  olunmaqla  elm,  texnika  və 

texnologiyanın  prioritet  istiqamətlərinin  müəyyən  edilməsi,  innovasiya  sferası 

infrastrukturunun  formalaşdırılmasında  iştirak,  innovasiya  və  elmi-texniki  fəaliyyət 

ilə məşğul olan şəxslərin ictimai statusunun yüksəldilməsi və innovasiya proseslərinin 

beynəlxalq aspektlərinin tənzimlənməsidir. 

İnnovasiya  siyasətinin  ən  mühüm  prinsipləri  elmi  yaradıcılıq  azadlığı,  elmi 

sferanın  ardıcıl  demokratikləşdirilməsi,  elmi  siyasətin  formalaşması  və  reallaşması 

zamanı  açıqlıq  və  aşkarlıq,  milli  elmi  potensiala  dayaq  olmaq,  fundamental  elmi 

tədqiqatların  inkişafının  stimullaşdırılması,  elm  və  təhsilin  inteqrasiyası,  bütün 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə