Magistratura məRKƏZİ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə2/24
tarix02.01.2018
ölçüsü0,58 Mb.
#19110
1   2   3   4   5   6   7   8   9   ...   24

 

 



tutulmuşdur.  Bundan  başqa,  ―Azərbaycan  Respublikasında  2009-2015-ci  illərdə 

Elmin  inkişafı  üzrə  Milli  Strategiya‖  da  innovasiya  fəaliyyəti  infrastrukturunun 

inkişaf etdirilməsi, o cümlədən texnoparklar, texnoloji mərkəzlər, biznes inkubatorları 

şəbəkəsinin genişləndirilməsi bir vəzifə kimi qarşıya qoyulmuşdur 

Problemin  aktuallığını  şərtləndirən  digər  amil  qıt  olmayan  hətta  gedərək 

zənginləşən,  tükənməyən  hətta  yayıldıqca  dəyəri  artan  bilik,  qlobal  rəqabətdə 

ölkələrin  ehtiyac  duyduğu  ən  əhəmiyyətli  faktor  halına  gəlmişdir.  Bu  səbəblə 

ölkələrin  iqtisadi  inkişaflarında  məlumatın  istehsalı,  genişləndirməsi,  istifadəsi  və 

mübadiləsi kimi ünsürlər gedərək daha strateji rolları öhdəsinə götürməkdən. Qlobal 

rəqabət  gücünü  artırmaq  istəyən  ölkələr,  ixtisaslaşmış  əmək  yəni  bəşəri  sərmayə, 

araşdırma inkişaf etdirmə, informasiya və kommunikasiya texnologiyaları və onların 

təmin edilməsinə zəmin hazırlayan bir təşkilati quruluşa ehtiyac duymaqdadırlar. 

Bilik  iqtisadiyyatı,  ən  geniş  tərifiylə  bilik  cəmiyyətinin  iqtisadi  quruluşunu 

araşdıran  bir  iqtisadiyyat  sahəsidir.  Bu  bölmənin  alt  təbəqələrində  isə,  məlumatın 

çıxarılması,  istifadə  və  yayılmasını  təşviq  edən  bir  "ictimai  quruluş  (məlumat 

cəmiyyəti)"  ilə  "bəşəri  sərmayə"  və  araşdırma-inkişaf  etdirmə  fəaliyyətləri  ilə 

texnoloji inkişafın iqtisadi təsirlərini araşdıran və yeni böyümə modellərini də ehtiva 

edəcək şəkildə "texnologiya və yenilik iqtisadi "iştirak etməkdədir. 



Problemin  öyrənilmə  səviyyəsi.  Müasir  dövürdə  iqtisadi  inkişaf  üçün  elmi 

inkişaf və texnoloji dəyişiklik çox əhəmiyyətlidir. Son illərdə İqtisadi Əməkdaşlıq və 

İnkişaf  Təşkilatının  (OECD)  analizləri  göstərir  ki,  elm,  texnologiya  və  innovasiya 

iqtisadi  performansında  mühüm  rol  oynayır.  İnnovasiyalı  iqtisadiyyat  makroiqtisadi 

böyümənin  və  davamlı  iqtisadi  inkişafın  kilid  nöqtəsini  təşkil  edir.  İnkişaf  etmiş 

ölkələr  başda  olmaq  üzrə,  bir  çox  ölkələrdə  əhəmiyyəti  anlaşıldıqca  innovasiyalı 

iqtisadiyyat, dövlət siyasətinin mərkəzi halına gəlmişdir. Bu siyasətlər istiqamətində, 

innovasiya  üçün  lazım  olan  şərtlərin  təmin  edilməsi,  dövlətlərin  ən  əhəmiyyətli 

vəzifələrindən  biri  halını  almışdır.  Bu  iş,  ölkəmizdəki  yenilikçilik  profilini  Avropa 



 

 



Birliyi ölkələrindəki bu mövzudakı inkişafları əsas götürərək ortaya qoymağı və daha 

yaxşı olma istiqamətində yol xəritəsi göstərməyi məqsəd qoymaqdadır.  

Bir  çox  hökümətlər  iqtisadi  siyasətlərini  elm,  innovasiya  və  texnologiyanın 

önəminə  görə  formalaşdırmağa  çalışırlar.  Fransa,  Avstrya,  Yaponya,  Koreya, 

Portuqalya  və  İspanya  kimi  ölkələr  son  illərdə  öz  elmi,  texnoloji  və  innovativ 

siyasətləri böyük həcimdə genişləndirmişlər. 

Freeman  (1995)  texnologiyanın  yaradılmasında  üç  anlayışın  çox  əhəmiyyətli 

olduğunu  ifadə  etmişdir.  Bunlar;  ixtira,  innovasiya  və  yayılma.  Elm  və  texnologiya 

siyasəti  bütün  bunların  cəmidir.  Freeman'a  görə;  görüş  bir  fikir  və  prosesdir, 

innovasiya isə görüşün istifadəyə keçirilməsidir ki, bu bəlkə texnoloji dəyişmə bəlkə 

də  texnoloji  inkişafdır.  Yayılma  isə  icad  sonrası  innovasiyanın  bazarlarda  istifadəyə 

başlanmasını ifadə edir. 

Bunun  üçün  dövlət  hüquqi  bazanı  formalaşdırır  və  bu  məsələnin  həlli  üçün 

tədbirlər  planı  hazırlayıb  həyata  keçirir.  Müasir  dövürdə  müvəqqətiyətli  iqtisadi 

siyasətin  əsas  formalarından  biri  kimi  ortaya  çıxan  innovasiyalı  iqtisadiyyat  hər  bir 

hökümətin prioritet məsələlərindən biri olub. 



Tədqiqatın  məqsəd  və  vəzifələri.  Dissertasiya  işinin  məqsədi  innovasiyalı 

iqtisadiyyatın  formalaşmasında  və  inkişafında  dövlətin  üzərinə  düşən  çox  mühüm 

rolların  özünəməxsus  cəhətlərinin  öyrənilməsi  və  inkişaf  qanunauyğunluqlarını 

müəyyən  edən  amillərin  sistemli  təhlil  olunmasından  ibarətdir.  Tədqiqat  işinin 

gedişində  qarşıya  qoyulan  məqsədə  nail  olmaq  üçün  aşağıdakı  vəzifələrin  yerinə 

yetirilməsi müəyyən edilmişdir. 

 

Innovasiyalı  iqtisadiyyatın  formalaşması  və  inkişafında  dövlətin  iqtisadi 



rolunun  məzmunu,  forması  və  problemin  nəzəri-metodoloji  aspektlərinin 

araşdırılması; 

 

İnnovasiyalı iqtisadiyyatın inkişaf tarixi; 




 

 



 

Müasir  şəraitdə  innovasiyalı  iqtisadiyyatın  inkişafının  bəzi  səciyyəvi 



xüsusiyyətlərinin öyrənilməsi; 

 



Elmi, texniki innovasiyaların yeni iqtisadi sistemin formalaşmasındakı rolunun 

müəyyənləşdirilməsi; 

 

İqtisadi  rəqabətin  və  inkişafın  təmin  olunmasında  innovasiya  fəaliyyətinin 



xarakterik xüsusiyyətinin araşdırılması; 

 



İqtisadiyyatın  səmərəli  inkişafı  üçün  ənənəvi  inkişaf  modelindən  innovasiyalı 

modelə keçidi təmin edən amillərin müəyyənləşdirilməsi. 



Tədqiqatın  predmeti  və  obyekti.  Tədqiqatın  predmetini  müasir  dövrdə sürətlə 

dəyişən  rəqabət  mühitində  ayaqda  qala  bilmək  üçün  dövlətlərin  iqtisadi  fəaliyyətləri 

zamanı məhsullarını, xidmətlərini və istehsal üsullarını davamlı olaraq dəyişdirmələri 

və yeniləmələri, iqtisadi və ictimai fayda təmin edəcək yeni fikirlər, üsullar, məhsullar 

və s. inkişaf etdirmək və bunların tətbiq edilməsi probleminin araşdırılması təşkil edir. 

Tədqiqatın  obyekti  isə  müasir  dövrdə  rəqabət  mühitinin  möhkəmləndirilməsi  üçün 

innovasiyalı  iqtisadiyyatın  formalaşmasının  inkişaf  meylləri,  innovasiya  ilə  bağlı,  o 

cümlədən elmi, texniki inkişaf proseslərinin təkmilləşdirilməsi, institutların fəaliyyəti, 

dövlət və sahibkarlıq səviyyəsində innovativ inkişafın fəaliyyəti seçilmişdir. 

Tədqiqat  işinin  informasiya  bazasını  Azərbaycan  Respublikası  Dövlət 

Statistika  Komitəsinin  illik  məcmuələri,  qanun  və  digər  normativ  aktlar,  Dünya 

Bankının  və  Beynəlxalq  Valyuta  Fondunun  müvafiq  araşdırmaları  əhatə  edən 

topluları,  həmçinin  ixtisaslaşmış  aparıcı  elmi-tədqiqat  mərkəzlərinin  müvafiq 

materialları təşkil edir. 

Tədqiqatın elmi yeniliyi. Dissertasiyanın elmi yeniliyi aşağıdakılardan ibarətdir: 

 



İnnovasiyalı  iqtisadiyat  sahəsində  müxtəlif  dövrlərdə  formalaşan  nəzəri 

müddəalar ümumiləşdirilmişdir; 

 

İqtisadi  artımın  innovasiyalı  iqtisadiyyat  tərəfindən  təmin  edilməsinin  təhlili 



olmuşdur; 


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə