Magistratura məRKƏZİ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə8/24
tarix02.01.2018
ölçüsü0,58 Mb.
#19110
1   ...   4   5   6   7   8   9   10   11   ...   24

 

 

23 



xidmətlərin  ticarəti  xeyli  dərəcədə  artdığı  üçün  günümüzdə  informasiya  bir  məhsul 

olaraq  çox  daha  əhəmiyyətli  hala  gəlmişdir.  İnformasiya  texnologiyaları  bir 

iqtisadiyyatın 

informasiya 

əsaslı  olmasına  imkan  yaradır.  İnformasiya 

iqtisadiyyatında  biliyin  yaradılması  həm  informasiya  işçilərinə,  həm  də  informasiya 

istehlakçılarına  yəni  insanlara  aiddir.  İnformasiya  iqtisadiyyatında  təşkilatların  ən 

mühüm  mənbələri  klassik  istehsal  amilləri  deyil,  bilik  və  bəşəri  sərmayədir. 

İnformasiyanın  istehsalı  və  mal  kimi  istifadə  edilməsi,  innovasiya  və  ixtiralar  yeni 

iqtisadiyyatda  sərvət  və  rifahın  yaranmasında  əsas  həll  edici  rol  oynayır.  Məlumat, 

istehsalın səmərəliliyini, istehsal və paylama prosesinin səmərəliliyini və məhsulların 

keyfiyyət  və  miqdarını  və  istehsalçı  və  istehlakçılar  üçün  mal  və  xidmətlər  arasında 

seçimdə  olma  imkanını  artırmada  ən  əsas  vasitədir.  Firma  və  sənayelərin  uğurlu 

olması  yenilik  və  icadda  olmalarına,  yeni  məhsullar  inkişaf  etdirmələrinə,  yeni 

xidmətlər təqdim etmələrinə və məhsul və mallarında məlumat sıxlığını artırmalarına 

bağlıdır.  Yeni  iqtisadiyyat  rəqəmli  iqtisadiyyatdır.  Yeni  iqtisadiyyatda  hər  növ 

məlumat,  səs,  yazı,  görüntü,  hərəkətli  obyekt  və  s.  kompüter  şəbəkələri  tərəfindən 

çatdırır.  Böyük  miqdarlarda  məlumat  son  dərəcə  sürətli,  ucuz  və  etibarlı  bir  şəkildə 

alıcılarına ötürülür. 

Dünya  iqtisadiyyatında  mühüm  yerə  malik  olan  ölkələrdə  informasiya 

iqtisadiyyatı  getdikcə  əhəmiyyətini  artırır.  Bilik,  həyat  standartını  müəyyən  edən  ən 

mühüm  amildir  və  hazırda  texnoloji  baxımdan  ən  yüksək  səviyyədə  olan 

iqtisadiyyatlar biliyə əsaslanan iqtisadiyyatdır. Beynəlxalq rəqabət qabiliyyəti, yekun 

mənada  vətəndaşlarına  ən  yüksək  həyat  standartını  davamlı  bir  çərçivədə  təmin  edə 

bilmə  davranışı  kimi  bilindiyindən  güclü  biliyə  əsaslanan  iqtisadiyyata  malik  olan 

ölkələr rəqabətə davamlı bir üstünlüyə də malik olurlar. Məlumatın, yaradıcılığın və 

bacarıqların getdikcə daha çox  əhəmiyyət qazanması firmaların rəqabət tərzlərini və 

ölkələr  arası  müqayisəli  üstünlüyün  mənbələrini  dəyişdirir.  Məlumata  əsaslanan 

iqtisadiyyatların  əhəmiyyətinin  artması  bir  tərəfdən  böyümə  üzərində  təsirli  olan 



 

 

24 



amillər,  istehsalın  təşkili,  məşğulluq  və  yüksək  səviyyəli  kadr  ehtiyacını  üzərində 

mühüm təsirlərə yol açır, digər tərəfdən, rəqabət və sənaye ilə bağlı siyasətlərdə yeni 

tətbiq etmələri zəruri edir. 

Elmin  əhəmiyyəti  və  dəyəri  gedərək  artmaqda,  yenilikçilik  və  fərqlilik  yaratma 

ən  əhəmiyyətli  rəqabət  ünsürlərindən  biri  halına  gəlməkdədir.  Önümüzdəki  dövrdə, 

elm  və  texnologiya  sahəsindəki  inkişaflar  ilə  elmə  söykənən  istehsal,  böyümənin 

təməl təyin edici gücü olmağa davam edəcək. Bu səbəblə bəzi texnoloji investisiyalar 

və  araşdırma-inkişaf  etdirmə  fəaliyyəti  yalnız  sərbəst  bazar  mexanizmi  deyil, 

cəmiyyətin  istiqamətləndirici, tənzimləyici  və  dəstəkləyici  yaklaşımlarıyla  da inkişaf 

etdirilməkdədir. Bununla birlikdə, bir çox araşdırma-inkişaf çalışması isə beynəlxalq 

xüsusiyyət  daşımaqda  və  əksəriyyətlə  böyük  qlobal  şirkətlər  tərəfindən  həyata 

keçirilir. 

İnkişaf  etmiş  iqtisadiyyatlar  araşdırma-inkişaf  və  innovasiya  mərkəzi  olaraq 

yüksək əlavə dəyərli bir çox sektorda liderliyini qoruyarkən, əmək xərclərinə həssas 

sektorlarda nisbi olaraq rəqabət üstünlüyünü itirməkdədir. Xüsusilə Çin, Hindistan və 

Braziliya  başda  olmaq  üzrə  inkişaf  etməkdə  olan  ölkələr  də  elmə  söykənən  istehsal 

mövzusunda atılam içərisindədir. 

Yeni  fikir  və  layihələr,  sahibkarlıq  olmadan  inovasyona,  bu  səbəbdən  rəqabət 

üstünlüyünə  çevrilə  bilməz.  İnnovasiya  girişimciliklə  bir  yerə  gələrsə  iqtisadi  dəyər 

yaradır.  Artıq  dünyada  məşğulluğu  və  əlavə  dəyəri,  böyük  firmalardan  çox 

inovasyonu əsas məqsəd kimi seçmiş sahibkarların qurduğu gənc və dinamik kiçik və 

orta sahibkarlar yaradır. Dünyada sürətli və yavaş böyüyən iqtisadiyyatlar arasındakı 

fərqin iyirmi beş faizi sahibkarlıqdan qaynaqlanır. İnovasyonu siyasətinin mərkəzinə 

oturtmuş  ölkələrdə  inovasyona  söykənən  sahibkarlıq  mövzusuna  böyük  əhəmiyyət 

verilər.  İptidai  məktəbindən  etibarən  yaradıcılığa,  dəyişməyə,  yeniliyə  açıq;  risk 

almağa  uyğun  nəsil  yetişdirmək,  mühəndis  və  elm  sahələrində  sahibkarlıq  dərsləri 

tədrisin ayrılmaz bir parçası olmalıdır. Misal olaraq ABŞ-Stanford Universitetində hər 



 

 

25 



il  3000  şagird  sahibkarlıq  təhsili  alır,  bu  da  özəl  sektora  texnologiya  transferini 

sürətləndirir. 

Akademik  personal  və  araşdırma  müəssisələrinin  işçilərinin  araşdırma 

nəticələrini ticariləşdirmək üçün öz firmalarını qurmalarına təşviq etmək lazımdır. Ən 

təsirli  üsul,  universitetlərdə  qurulmuş  işi  inkişaf  etdirmə  mərkəzləri-inkubator  və 

maliyyə  təşkilatları  tərəfindən  təminatının  dəsdəklənməsidir.  Sahibkarların  maliyyə 

və  infrastruktur  ehtiyaclarının  qarşılanması,  şirkət  quraşdırılması,  rəhbərliyi  və  fikri 

hüquqların  qorunması  və  s.  məsləhət  və  dəstək  xidməti  təmin  olunmalıdır.  Yeni 

sərmayə,  təcrübələrindən  faydalanacaqları  müvəffəqiyyətli  sahibkarlarla  əlaqələri 

təmin  edəcək  bir  "yol  göstəricilər  şəbəkəsi"  qurmaq  bu  sahənin  inkişafı  üçün  ən 

məhsuldar  yollardan  biridir.  Buna  misal  olaraq  Türkiyə  Respublikasında 

formalaşdırılmış  TÜBİTAK  və  TTGV  araşdırma  və  inkişaf  mərkəzləri  innovasiyalı 

iqtisadiyyata böyük dəstək verir. 

Bu sahədə Hindistan misalınada diqqəti çəkmək faydalı olardı. 

1940-cı  illərdə  qurulan  güclü  ictimai  araşdırma  təşkilatları,  dinamik,  rəqabətçi 

özəl  sektor,  aralarındakı  əməkdaşlıq,  dünya  standartlarında  təhsil  almış  texniki  və 

inzibati  insan  qaynağı,  xüsusiyyətli  ixtisaslaşmış  işçi  qüvvəsinin  mövcudluğ  çox 

əhəmiyyət kəsb edir. Elm, texnologiya və innovasiya inkişafı ilə Hindistan dünyada 

dərman  istehsalıda  20%  paya  sahibdir.  Araşdırma  və  inkişaf  mərkəzləri 

müvəffəqiyyət  nümunəsidir.  Hər  il  180  patent,  ABŞ-da  alınan  patentin  40%-ı 

Hindistana  aiddir,  gəlirin  40%-ı  tədqiqatçılara  verilir  (www.uspto.gov).  Çoxmillətli 

şirkətlərdə  çalışan  Hindlilərin  qurduğu  şirkətlər  son  beş  ildir  artır,  100-dən  çox 

çoxmillətli  firmanın  araşdırma  və  inkişaf  mərkəzi  Hindistanda  fəaliyyət  göstərir. 

General  Elektrik,  Cisco,  Texas  İnstruments,  Intel,  IBM  kimi  böyük  şirkətlər 

patentlərini Hindistandakı araşdırma və inkişaf mərkəzlərinin işlərindən alınır. 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə