Magistratura məRKƏZİ” Əlyazması hüququnda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/32
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36650
1   ...   24   25   26   27   28   29   30   31   32

86 
 
ildən  “Dünya  Vəhşi  Təbiət  Fondu”  tərəfindən  Avstraliyada  başlamışdır. 
Layihə  qaydalarına  əsasən  hər  il  mart  ayının  son  şənbə  günü  dünyada 
məşhur  binaların  fasad  işıqları  yerli  vaxtla  saat  20.30-da  bir  saatlıq 
söndürülür.  Azərbaycanda  kompaniyanın  rəsmi  koordinatorluğu  “Dünya 
Vəhşi  Təbiət  Fondu”  tərəfindən  “İDEA  İctimai  Birliyi”-nə  verilmişdir. 
Kompaniya ilk dəfə 28 Mart 2015-ci ildə “Qız Qalası”-nın fasad işıqlarının 
söndürülməsi ilə Azərbaycanda keçirildi. Hazırda isə 162 ölkənin 7.000-dən 
çox şəhəri, 1 milyarda yaxın insan bu kompaniyaya qoşulub.
87
 
       Bundan  başqa,  bugün  “İDEA  İctimai  Birliyi”  yalnız  regional  və  beynəlxalq 
layihələr  keçirməklə  yanaşı,  öz  fəaliyyət  istiqamətini  bir  çox  beynəlxalq  ekoloji 
təşkilatlarla əməkdaşlıqla da inkişaf etdirir. “Təbiətin Mühafizəsi üzrə Beynəlxalq 
Birlik” ilə  əməkdaşlıq bu konteksdə  atılmış ən uğurlu  addımlardandır.  İki  qurum 
arasında  əməkdaşlıq  17  noyabr  2014-cü  ildə  birgə  müqavilənin  imzalanması, 
“İDEA İctimai Birliyi”-nin təşkilata üzv seçilməsi ilə başladı.  
       “İDEA İctimai Birliyi”-nin əməkdaşlıq etdiyi digər beynəlxalq təşkilat “BMT-
nin  Ətraf  Mühit  Proqramı  (UNEP)”-dır.  Birlik  BMT-nin  UNEP  proqramına 
akkreditə  olunub  və  bu  təşkilat  nəzdində  müşahidəçi  statusu  alıb.
  M
üşahidəçilik 
statusu  isə  “İDEA  İctimai  Birliyi”-nə  UNEP-in  hər  il  keçirilən  regional 
müşavirələrində,  eləcə  də  sessiyaları  zamanı  tamtərkibli  komitənin  plenar 
iclaslarında  və  nazirlər  səviyyəsində  məsləhətləşmələrdə  iştirak,  UNEP  katibliyi 
vasitəsilə  hökumətlərə  məlumatlandırıcı  sənəd  formasında  yazılı  hesabatlar 
göndərmək,  UNEP-in  müzakirələri  zamanı  şifahi  bəyanatlar  vermək  və  s. 
səlahiyyətlər verir. 
88
 
         
 
 
 
                                                 
87
http://ideacampaign.org/az/idea_%E2%80%9Cyer_saat%C4%B1%E2%80%9D_kampaniyas%C4%B1n%C4%B1
n_az%C9%99rbaycan_%C3%BCzr%C9%99_r%C9%99smi_%C3%B6lk%C9%99_koordinatoru_statusunu_alm%
C4%B1%C5%9Fd%C4%B1r.html#.VWfY_M_tmko 
(son baxılma tarixi:08.03.2015)
 
88
 
http://az.trend.az/azerbaijan/society/2277549.html (son baxılma tarixi:09.03.2015 )
 


87 
 
                                              NƏTİCƏ VƏ TƏKLİFLƏR 
       Tədqiqat  işinin  sonunda  belə  nəticəyə  gəlmək  mümkündür  ki,  təbiətlə 
cəmiyyət  arasında  qarşılıqlı  münasibətlərin  ziddiyyətlərindən  yaranan  qlobal 
iqtisadi  böhranlar  təkcə,  keçmiş  və  indiki  dövrdə  deyil,  gələcəkdə  də  aktual 
problem olaraq qalacaqdır. İqtisadi potensialın inkişafını təbiətin istismarı hesabına 
aradan qaldırmaq strategiyası isə meşələrin kütləvi qırılması, səhralaşma, torpağın 
eroziyası  və  bununla  bağlı  yaranan  ərzaq  qıtlığı,  su  resurslarının  çirkləndirilməsi, 
təbii  ehtiyatların  tükənməsi,  ozon  qatının  deşilməsi,  qlobal  istiləşmə  kimi  qlobal 
ekoloji  problemlərin  yaranmasına  səbəb  olmuşdur.  Hər  iki  sahədə  yaranmış 
problemlər  isə  cəmiyyətin  müasir  dövrdə  həll  etməli  olduğu  ən  təxirəsalınmaz 
qlobal  problemlərdir.  Məsələnin  həlli  istiqamətində  irəli  sürülən  təkliflər  isə 
aşağıdakılardır: 
1.
 
İndi  dünyada  bəşəriyyətin  qarşısında  duran  əsas  vəzifə  maliyyə 
böhranlarının  qarşısını  almaq  və  gələcəkdə  baş  verəcək  maliyyə 
böhranlarının baş vermə ehtimalını minimuma endirmək  məqsədi ilə vahid 
konsepsiyanın işlənməsidir. Bunun üçün dünya dövlətləri arasında komleks 
proqlamların işlənib hazırlanması həyati zərurətə çevrilməlidir. 
2.
 
Cəmiyyətin məhsuldar qüvvələri ilə istehsal münasibətləri arasında ziddiyət 
aradan qaldırılmalıdır.
 
3.
 
İnflyasiya  səviyyəsinin  stabilləşdirilməli  və  valyuta  kursunun  sabit 
saxlanılmalı,  istehlak  bazarı  və  iqtisadi  proseslər  tənzimlənməli,  kütləvi 
narazılıqların qarşısı alınmalı, iqtisadi tarazlıq qorunmalıdır.
 
4.
 
Anti-böhran  tədbirləri  siyahısında  qeyri-sabit  vəziyyətin  sabitləşdirilməsi, 
itkilərin  və  itirilmiş  imkanların  minimallaşdırılması,  qərarların  qəbul 
olunması  və  icra  edilməsi  prosesləri  nizamlanması,  maliyyə  ehtiyatları 
yaradılması  və  məqsədyönlü  istifadəsi  üçün  müvəffəqiyyətli  idarəetmə 
sisteminin yaradılması məsələlərinə daha çox diqqət yetirilməlidir.
 
5.
 
Hər  bir  ölkənin  bank  sistemində  çevik  tənzimləyici  maliyyə  sistemi 
yaradılmalıdır. 


88 
 
6.
 
Qlobal  maliyyə  böhranının  nəticələrini  aradan  qaldırmaq  məqsədi  ilə 
dövlətlər  tərəfindən  banklar  və  digər  maliyyə  institutları  dəstəklənməli, 
onların  iflasa  uğramasına  yol  verilməməsi  üçün  vaxtında  mövcud 
imkanlardan  istifadə  etməklə  likvidlik
29
 problemlərinin  həll  edilməsinə 
köməklik  göstərməlidir.  Buna  səbəb  isə  bank  sistemi  iqtisadiyyatın  bütün 
sahələri  ilə  zəncirvari  şəkildə  əlaqədə  olduğundan  banklarda  baş  verə 
biləcək likvidlik böhranı bankların strateji tərəfdaşlarına da ani sürətdə təsir 
göstərməsidir. 
7.
 
Hər iki qlobal böhranların dərinləşdiyi indiki şəraitdə informasiya qıtlığının 
psixoloji  fəsadlarının  aradan  qaldırılması  üçün  ölkənin  kütləvi  informasiya 
vasitələrində  böhrana  dair  informasiya  xarakterli  silsilə  verlişlər-
teledebatlar, dəyirmi masalar və s. təşkil edilməli və dəstəklənməlidir, çünki 
fəaliyyətin  sosial-psixoloji  yönümdən  inkişaf  etdirilməsi  müsbət  nəticənin 
əldə olunması ilə birbaşa bağlıdır
.
 
8.
 
Qlobal  ekoloji  problemlərlə  bağlı  qəbul  edilmiş  öhdəlikləri  yerinə 
yetirilməlidir
.
 
9.
 
 
Təbii  sərvətlərin  qorunub  saxlanılması  və  onlardan  səmərəli  istifadə 
edilməsi,  havanı  və  suyu  çirkləndirən,  torpağa  və  onun  sakinlərinə  ziyan 
vuran  maddələrin  azaldılması  və  məhvi,  tullantıları  azaldılması  və  məhvi 
kimi  məsələlərdə  cəmiyyət  və  şəxsiyyətin  ekoloji  mədəniyyətinin  inkişaf 
etdirilməlidir. 
10.
 
Təhlükəsiz  texnologiyalar  tətbiqi,  istehsalı  düzgün  təşkil  edilməsi  ilə 
vətəndaşların sağlamlığının və torpağın təhlükəsizliyi qorunmalıdır. 
 
 
 
 
 
                                                 
29
 
Likvidlik biznesdə, iqtisadiyyatda yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli 
qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir.
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə