Maddenin sirri indd



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə51/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   47   48   49   50   51   52   53   54   ...   63

XƏYALIN DİGƏR ADI: MADDƏ
198
Dostları ilə çəmənlikdə gəzən 
insan əslində beyninin içindəki 
çəmənlikdə, beyninin içində gördüyü 
dostları ilə gəzir, beyninin içindəki 
təmiz havanı qoxulayır. Çəmənlikdə 
gəzərkən çiçəkləri nəzərdən keçirən 
üç nəfərin zehnində üç ayrı çiçək 
görüntüsü əmələ gəlir. Bu, sözügedən 
çiçəklərin xarici aləmdəki əsillərini 
gördüklərinə dəlil kimi göstərilə 
bilməz.


Maddənin Həqiqəti Mövzusuna Gələn Etirazlara Cavablar
199
BİR STADİON DOLU İNSANIN HƏR BİRİ 
BEYNİNDƏKİ AYRI FUTBOL OYUNUNU SEYR EDİR
Bir futbol oyununu seyr etmək üçün 
stadiona daxil olan şəxs içəridəki 
minlərlə insan ilə eyni oyunu seyr 
edəcəyini zənn edir, əslində isə çox 
böyük səhv edir.
Çünki stadiondakı hər insan 
beynində ayrı futbol meydanı, ayrı 
futbolçular, ayrı tamaşaçılar, qısaca 
desək, ayrı görüntü zənn edir. Hətta 
evlərindəki televizorlarda bu oyunu 
seyr edən hər insanın da ekrandakı 
eyni oyunu seyr etdiyini zənn edirlər.
Əslində isə hər insanın beynində 
əslində ayırd edilməyəcək qədər 
eyni olan, tamaşaçı sayı qədər surət 
yaradılır. Nə stadionda oturanlar 
xarici aləmdəki görüntünü, nə də 
evlərindəki televizorun qarşısında 
oturanlar ekrandakı həqiqi 
görüntünü görə bilməzlər. Çünki 
heç bir insanın beyninin içindəki 
ekrandan çıxıb xarici aləmdəki 
görüntünün əsli ilə təmasda olması 
mümkün deyil. Bu insanların tək 
görə bildikləri şey beyinlərinə 
çatan məlumatların beyinlərindəki 
ekranda şərh edilməsidir. Görən 
ruhdur. Həm ruhu, həm əslinə 
eynilə bənzəyən görüntüləri üstəlik 
hər insan üçün ayrı-ayrı yaradan 
isə göylərin və yerin Rəbbi olan 
Allahdır.


XƏYALIN DİGƏR ADI: MADDƏ
200
Yolda  yeriyərkən  uçurumdan  yıxılmamağımız  isə  maddənin  xarici 
aləmdəki orijinalı ilə təmasda olmağımız demək deyil. Biz düz yolda yeriyərkən 
də  uçurumun  kənarına  çataraq  dayandıqda  da  beynimizin  içindəki  yolda 
yeriyir, beynimizin içindəki uçurumu görürük. Hətta bu uçurumdan yıxılsaq 
da,  beynimizdə  gördüyümüz  uçurumdan  yıxıldığımıza  dair  hissləri  də 
beynimizdə hiss edirik. Eyni ilə daha əvvəl izah etdiyimiz avtobus vurması, 
it dişləməsi və s. kimi nümunələrdə olduğu kimi. Uçurumdan yıxıldıqda baş 
verən yaralanma, sınıq və ya ağrı kimi hisslərin hamısı beynimizdə əmələ gələn 
görüntü və hisslərdir.
Etiraz:  “Allahın  bizə  bu  görüntüləri  seyr  etdirməsinin  məqsədi  bizi 
imtahan etməkdir. Ancaq onsuz da bəzi hərkətlərin yaradıcısı olan Allah 
nə üçün belə bir imtahan mühiti yaratmışdır?”
Cavab:  Əlbəttə,  insanların  davranışlarının  necə  olduğunu  görmək  üçün 
Allahın  onları  sınamağa  ehtiyacı  yoxdur.  Çünki  bütün  hadisələri,  zamanları 
və  məkanları  yaradan  Rəbbimizdir.  Allah  zamandan  və  məkandan  uzaqdır. 
Bizim  üçün  keçmiş  və  gələcək  hadisələr  Onun  qatında  tək  bir  an  içərisində 
yaşanıb sona çatmışdır. Ancaq Allah yaratdığı imtahan və səbəblər daxilində 
insanların  öz  davranışlarına  şahid  olmaları,  nə  üçün  cənnətə  və  ya  nə  üçün 
cəhənnəmə  getdiklərini  bilmələri  üçün  bizlərə  bunları  yaşadır.  Allahın  dost 
olduğunu, sonsuz ədalətli, mərhəmətli və şəfqətli olduğunu bilən insan Allahın 
bu yaratmasından razı olur.
Allah  bizlərə  Öz  qatında  olub-bitmiş  hadisələri  seyr  etdirir.  İnsana  isə 
bunları özü etdiyi hissini verir və bu hiss içində bizə Quran vasitəsilə bildirdiyi 
hər  şeyə  görə  məsuliyyət  daşıdığımızı  xəbər  verir.  Bizim  boynumuza  düşən 
vəzifə  Rəbbimizin  bizə  əmr  etdiklərini  yerinə  yetirməkdir.  Bundan  sonrasını 
isə ancaq Rəbbimiz istəsə, öyrənə bilərik. Bu sirri və hikməti Allah istəsə, bizə 
dünyada və ya axirətdə göstərə bilər və ya heç vaxt göstərməyə bilər. Allahın 
bir ayəsində bildirdiyi kimi: “...Allahın elmindən Onun Özünün istədiyindən 
başqa heç bir şey qavraya bilməzlər...” (Bəqərə surəsi, 255). Nə olarsa olsun, 
Allah  bizim  sahibimiz  və  dostumuzdur.  Elə  isə  bizim  üzərimizə  düşən  bizə 
sonsuz  nemətlər  bəxş  edən  Allaha  güvənmək,  Onun  hər  yaratdığından  razı 
olmaqdır.
Bəzi insanlar tarixən maddənin əsli mövzusunu qavramışlar, ancaq Allaha 
olan imanları və Quranı qavramaları zəif olduğu üçün təhrif edilmiş inanclar 
meydana gətirmişlər. “Hər şey necə də olsa, xəyaldır, onda ibadətlərə nə gərək 
var”, -deyənlər olmuşdur. Bunlar son dərəcə azğın və cahil fikirlərdir. Hər şeyin 
Allahın bizə göstərdiyi xəyallar olduğu doğrudur. Ancaq Allahın boynumuza 


Maddənin Həqiqəti Mövzusuna Gələn Etirazlara Cavablar
201
Qurandakı əmrlərə görə məsuliyyət qoyduğu da qəti həqiqətdir. Biz Allahın 
əmr və qadağalarına dəqiqliklə əməl etməliyik. 
Allah  Quranda  insana  ruh  ilə  bağlı  çox  az  məlumat  verildiyini  bildirir. 
Nəticədə, Allah bu imtahan görüntüsünü bir məqsədlə yaratmışdır. Allah bu 
məqsədi ayələrində belə bildirir:
Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul 
qıtlığı ilə imtahan edərik. Səbir edən şəxslərə müjdə ver! (Bəqərə surəsi, 
155)
Əlbəttə,  siz  malınız  və  canınızla  imtahan  ediləcəksiniz.  Sizdən  əvvəl 
kitab verilmiş kimsələrdən və şərik qoşanlardan bir çox əziyyətli sözlər 
eşidəcəksiniz. Əgər səbir edib Allahdan qorxsanız, əlbəttə, bu, məqsədə 
müvafiq işlərdəndir. (Ali-İmran surəsi, 186)
Bu imtahanın bir çox hikməti var. Bunlardan biri bizim sınanmağımız və 
buna  əsasən  sonsuz  həyatımızda  harada  olacağımızın  müəyyən  edilməsidir. 
Digər bir hikməti isə insanların öz etdiklərinə həyatları boyu şahid olmaları, 
əxlaqlarını axirət günündə Quran əxlaqı ilə müqayisə edilərək nə üçün cənnətə 
və  ya  nə  üçün  cəhənnəmə  layiq  görüldüklərini  görmələri  ola  bilər.  Ancaq 
bunun doğrusunu Allah bilər. Biz ancaq dua ilə Allahdan bizə elmini açmasını, 
göstərməsini istəyə bilərik. 
Etiraz: “Bu danışılanlardan başa düşdüyümüz kimi, ölümdən sonra da 
xəyallarla  təmasda  olacağıq.  Xəyallarla  təmasda  olmaq  sonsuza  qədər 
davam edəcək? Cənnət və cəhənnəm də görüntülərdən ibarətdir?”
Cavab:  Allah  dünyada  bütün  insanları  sadəcə  ruhlarına  seyr  etdirilən 
görüntüləri qavrayacaq şəkildə yaratmışdır. Yəni biz sadəcə zehnimizdə bizə 
göstərilənləri  görə  bilirik,  zehnimizdən  kənardakıları  görmək  və  ya  onlara 
toxunmaq  imkanımız  yoxdur.  Ancaq  Allah  ölümdən  sonra  insanı  başqa  bir 
yaradılışla  yaradacaqdır.  Bu  yaradılış  da  görüntü  çərçivəsində  olacaq,  yəni 
biz yenə cənnət görüntüsünü zehnimizdə görəcəyik. Bu yeni yaradılışın necə 
olacağını bilmirik. Ancaq bunu da unutmaq olmaz ki, cənnət və cəhənnəmin 
hiss kimi qavranılması nə cənnətdən alınacaq zövqü, nə də cəhənnəmdə olan 
əzabı azaltmayacaq. Hər hansı bir insan dünya həyatında, zehnində necə əlinin 
yandığının bütün əlamətlərini, ağrını hiss edirsə, bu hissin gerçəkliyi axirətdə 
də davam edəcəkdir.
Ağrı kimi hisslər də beyində hiss edilir. Ancaq bütün insanların bildiyi bu 
ağrı hissi bütün digər hisslərimiz kimi son dərəcə həqiqi yaradılır. Hətta bəzən 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə