Maddenin sirri indd



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə48/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   44   45   46   47   48   49   50   51   ...   63

XƏYALIN DİGƏR ADI: MADDƏ
188
Etiraz: “Kainatın hisslərin cəmi olması nəticəsinə gəlmək kainatın necə 
işlədiyini araşdırmağı, yəni elmi tərk etməyə gətirib çıxarır”.
Cavab: Bu, daha çox materialistlərin irəli sürdüyü və bu böyük həqiqəti, 
elmi yox edəcək mövzu kimi göstərmək üçün dilə gətirdikləri etiraz formasıdır. 
Bu etirazın əsassızlığı və məntiqsizliyi isə açıqdır.
Allah  bizə  yaşadığımız  görüntüləri  səbəb-nəticə  əlaqəsi  içində  bəzi 
qanunlara bağlı kimi göstərir. Məsələn, gecə ilə gündüz bizim beynimizdə əmələ 
gələn görüntülərdir və biz gecə ilə gündüzün Günəşə və Yerin hərəkətlərinə 
bağlı şəkildə dəyişdiyini hiss edirik. Məsələn, beynimizin içindəki görüntüdə 
Günəş  ən  təpədə  ikən,  günorta  saatı  olduğunu  bilirik  və  Günəş  batarkən  də 
havanın  qaraldığına  şahid  oluruq.  Allah  kainata  aid  hissləri  yaradarkən  bu 
səbəb-nəticə  əlaqəsi  ilə  birlikdə  yaratmışdır.  Heç  vaxt  Günəş  batdığı  halda 
gündüzü yaşamırıq. Elə Allahın zehnimizdə yaratdığı bu səbəb-nəticə əlaqəsinin 
müşahidə edilməsi və araşdırılması elmdir.
Başqa  bir  nümunə  də  verək:  beynimizin  içindəki  xəyalda  əlimizdən 
buraxdığımız qələm həmişə yerə düşür. Buna səbəb olan səbəb-nəticə əlaqəsinin 
araşdırılması nəticəsində “yerin cazibə qüvvəsi qanununu” kəşf edirik. Allah 
ruhumuza  seyr  etdirdiyi  görüntüləri  müəyyən  səbəblərə  və  qanunlara  bağlı 
şəkildə  göstərir.  Bu  səbəblərin  və  qanunların  yaradılmasının  səbəbi  həyatın 
imtahan  üçün  yaradılmasıdır.  Bu  qanunların  və  “kainat”  adı  verilən  hisslər 
cəminin necə bir nizam içində işlədiyinin araşdırılması isə elmi əmələ gətirir. 
Ona görə, elm Allahın yaratdığı qeyri-adi görüntülərin əlaqəli kimi göründükləri 
qanunları anlamaq üçün vacibdir.
Beləliklə, materialistlərin iddia etdikləri kimi, maddənin əsli ilə təmasda 
İnsan beyninə kənardan verilən süni 
oyanmalar ilə toxluq hissini əmələ 
gətirmək mümkündür. Bir insan yemək 
yeməsə də, süni oyanmalarla özünü tox 
hiss edə bilər.


Maddənin Həqiqəti Mövzusuna Gələn Etirazlara Cavablar
189
olmadığımız həqiqətini qəbul etmək elmi inkar etməyə gətirib çıxarmır. Əksinə, 
bu həqiqəti səmimi niyyətlə qəbul edənlər elmi bu hisslərin cəmi kimi anlamaq, 
bu cəmdəki sirrləri qavramaq üçün vacib yol kimi görürlər.
Bu  elm  anlayışı  ilə  materialist  elm  anlayışı  arasında  isə  böyük  fərq  var. 
Sözügedən hisslər cəminin müşahidə edərək kəşf etdiyimiz təbiət qanunları bu 
cəmi yaratmış Allahın qanunlarıdır. Maddəni mütləq varlıq zənn edən, təbiət 
qanunlarının maddənin özündən qaynaqlandığını düşünən, onları yaradanın 
da təbiət qanunları olduğu xətasına düşən materialistlərin elm anlayışı isə bu 
həqiqətlə birlikdə çökür.
Bunu  da  unutmaq  olmaz  ki, Allah  bütün  bu  hissləri  heç  bir  qanuna  və 
səbəbə ehtiyac hiss etmədən yaratmağa gücü çatandır. Məsələn, Allah toxum 
olmadan  gülü  yarada  bilər,  bulud  olmadan  yağış  yağdıra  bilər  və  ya  Günəş 
olmadan kölgəni, gecəni və gündüzü yarada bilər. Allah bir ayəsində bu həqiqəti 
belə bildirir:
Məgər Rəbbinin kölgəni necə uzatdığını görmürsənmi? Əgər istəsəydi, 
onu daim öz yerində saxlayardı. Sonra Biz günəşi bir əlamət etdik. Sonra 
Günəşin doğması da, batması da insanın beynində meydana gələn görüntülərdir. İnsan 
beyninin içindəki Günəşin batmasını seyr edir və bu görüntüdən həzz alan isə ruhudur.


XƏYALIN DİGƏR ADI: MADDƏ
190
onu yavaş-yavaş Özümüzə tərəf çəkdik. Sizin üçün gecəni örtük, yuxunu 
rahatlıq yaradan, gündüzü də  həyat yaradan Odur. (Furqan surəsi, 45-
47)
Ayədə  də  göründüyü  kimi, Allah  əvvəlcə  kölgəni  yaratdığını,  sonra  da 
Günəşi ona dəlil etdiyini bidirir. Yuxularımız bu yaradılışı daha yaxşı qavraya 
biməyimiz üçün nümunədir. Yuxuda Günəşin maddi qarşılığı olmadığı halda, 
Günəşin  verdiyi  işığı,  istiliyi,  aydınlığı  eynilə  gerçək  həyatdakı  kimi  hiss 
edirik. Bu cəhətlərilə yuxular Allahın Günəş olmadan da Günəşə aid hissləri 
zehnimizdə yarada biləcəyinin göstəricilərindən biridir.
Ancaq Allah yaratdığı imtahan mühitində insanlar üçün hər şeyin səbəbini 
də  yaratmışdır.  Gündüzün  səbəbi  Günəşdir,  yağışın  səbəbi  isə  buluddur. 
Bunların hamısı beynimizdə Allahın ayrı-ayrı var etdiyi görüntülərdir. Səbəbin 
nəticədən  əvvəl  yaradılması  ilə  də  Allah  bu  imtahan  mühitində  hər  şeyin 
Allah yaratdığı 
görüntüləri müəyyən 
səbəblərə bağlı 
şəkildə göstərir. 
Məsələn, alma 
budağından 
qopduqda həmişə 
yerə düşür, heç vaxt 
göyə qalxmaz və ya 
havada asılı qalmaz. 
Allahın yaratdığı 
bu səbəblərin 
və qanunların 
araşdırılması isə 
elmin mövzularını 
əmələ gətirir. 
Beləliklə, bütün 
kainatın xəyallar 
cəmi olması nə 
elmi, nə də elm 
üçün aparılan 
araşdırılmaları 
əsassız etmir, aradan 
qaldırmır.


Maddənin Həqiqəti Mövzusuna Gələn Etirazlara Cavablar
191
müəyyən  qanunlarla  işldəyini  də  düşünməyimizi  və  bu  yolla  elmi  tədqiqat 
aparmağımızı təmin edir.
Etiraz:  Bir  tərəfdən  Allahı  iman  həqiqətləri  ilə  açıqlayarkən,  digər 
tərəfdən  Onun  varlıq  dəlili  kimi  təqdim  etdiyi  “varlıq  aləmi”nin  yox 
olduğunu demək ziddiyyət deyilmi?
Cavab:  Maddənin  əsli  ilə  bağlı  izahları  tam  qavraya  bilməyən  bəzi 
insanlar “maddi dünyanın əsli ilə təmasda ola bilmərik, sadəcə zehnimizdəki 
xəyali görüntülərilə təmasda oluruq” ifadəsini “heç bir şey yoxdur” kimi səhv 
anlayırlar. Əslində isə: “Maddə hisslər cəmidir və ya beynimizdə gördüyümüz 
Allah səbəb olmadan da nəticəni 
yaratmağa gücü çatandır. Məsələn, 
yuxuda Günəş olmadığı halda 
Günəşin işıqları ilə isindiyini hiss 
edən insan bunun dəlilidir.


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə