Maddenin sirri indd



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə52/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   48   49   50   51   52   53   54   55   ...   63

XƏYALIN DİGƏR ADI: MADDƏ
202
insan hiss etdiyi ağrının şiddətindən huşunu itirir. Buna bənzər bəzi görüntülər 
də zehnimizdə bir hiss kimi yaradılmalarına baxmayaraq, çox həqiqi olduqları 
üçün  insana  bir  çox  cəhətdən  narahatlıqlar  verir.  Məsələn,  pis  görüntü,  pis 
qoxu, narahatlıq verən səs insanda böyük narahatlıq meydana gətirir. Bunların 
beyində qavranılması bu həqiqəti dəyişdirmir. Ona görə, cəhənnəmin insanların 
ruhuna xəyal kimi göstərilməsi inkar edənlərin sonsuza qədər çəkəcəkləri əzabı 
azaltmayacaq. Allah qüsursuz yaratması ilə dünya həyatını insanlara “mütləq 
həqiqət”  zənn  edəcəkləri  şəkildə  necə  aydın  və  inandırıcı  yaradırsa,  axirət 
həyatını  da  elə  yaratmağa  gücü  çatandır. Allah  bir  çox  ayəsində  cəhənnnəm 
əzabının dözülməz əzab olduğunu bildirir:
Eyni zamanda da əzabım da çox şiddətli əzabdır. (Hicr surəsi, 50)
Biz kafir olanlara mütləq şiddətli bir əzab daddıracaq, etdikləri əməllərin 
ən  şiddətli  cəzasını  verəcəyik!  Budur  Allahın  düşmənlərinin  cəzası  - 
cəhənnəm!  Ayələrimizi  inkar  etmələrinin  cəzası  olaraq  onların  əbədi 
məskəni oradadır! (Fussilət surəsi, 27-28)
Eyni vəziyyət cənnətə də aiddir. Bir insanın dünya həyatında zövq aldığı, 
xoşladığı,  gözəl  gördüyü  hər  şey  əslində  zehnində  meydana  gələn  hissdir. 
Məsələn, ən yaxın dostu ilə söhbət edən insan əslində zehnində əmələ gələn 
dostu  ilə  söhbət  edir.  Bir  şəlalənin  möhtəşəm  görüntüsünü,  gurultulu  səsini 
dinləyən  insan  əslində  zehnində  əmələ  gələn  şəlaləni  seyr  edir,  zehnində 
əmələ gələn səsini dinləyir. Bu, qəti həqiqətdir. Ancaq bu vəziyyət insanın bu 
görüntüdən zövq almasına mane olmur. Bu səbəbdən, Allah Quran ayələrində 
cənnətin  insanlar  üçün  böyük  qurtuluş  və  xoşbəxtlik  olacağını,  cənnətdə 
nəfslərinin xoşlayacağı hər şeyin mövcud olacağını belə bildirir:
Lakin öz Rəbbindən qorxanları altından çaylar axan cənnətlər gözləyir 
ki, onlar orada Allah qonağı kimi həmişəlik qalacaqlar. Allah yanında 
olan  nemətlər  yaxşı  əməl  sahibləri  üçün  daha  xeyirlidir.  (Ali-İmran 
surəsi, 198)
Rəbbi  onları  Özündən  bir  mərhəmət,  razılıq  və  içərisində  onlar  üçün 
tükənməz  nemətlər  olan  cənnətlərlə  müjdələr.  Onlar  orada  əbədi 
qalacaqlar. Böyük mükafat, həqiqətən, Allah yanındadır! (Tövbə surəsi, 
21-22)
Tərəzisi ağır gələn kimsə xoş güzəran içində olacaq! (Qariə surəsi, 6-7)
Bundan  başqa,  bütün  bu  gözəl  görüntüləri  ona  seyr  etdirənin  Allah 


Maddənin Həqiqəti Mövzusuna Gələn Etirazlara Cavablar
203
olduğunu bilən insan bundan daha çox zövq alır. Məsələn, dərdiyi almanın təzə 
və gözəl qoxusunu alan və bu qoxunu, meyvənin estetik görünüşünü, dadını 
və gözəlliyini onun üçün yaradan Allahı düşünən insan bu görüntüdən digər 
insanların aldıqlarından daha böyük zövq alır. Cənnətdə də Allah hər mömin 
üçün cənnət görüntüsünü ayrı-ayrı yaradacaq və hər möminə nəfsinin istədiyi 
hər şeyin ən gözəlini orada verəcəkdir. İnsan dünyada da axirətdə də tək dostu, 
vəlisi,  qoruyucusu  və  yaradıcısı  olan  Allah  ilə  bərabərdir.  İnsanın  cənnətdə 
yanında görəcəyi peyğəmbərlər, elçilər, saleh möminlər, hurilər və qılmanlar isə 
Allahın dostluğunu, sevgisini və yaxınlığını ən çox təzahür etdirdiyi varlıqlardır.
Allahın bütün həyatımızı hisslər cəmi kimi seyr etdirdiyi açıq həqiqətdir. 
Bu  həqiqəti  anlayan  səmimi  insan  Allahın  ədalətindən,  hər  şeyi  qüsursuz 
yaratmasından  və  Allahın  yaratdığı  hər  şeyin  ən  gözəli  və  ən  xeyirlisi 
olduğundan  heç  şübhələnməməlidir.  Allah  cənnəti  də,  cəhənnəmi  də  xəyal 
kimi görüntü  içərisində yaradacaq. Ancaq bu həqiqət Allahın Qurandakı vədini 
dəyişdirmir.  Cənnətdə  insana  ən  böyük  zövqlər  və  gözəlliklər  sonsuzluğa 
qədər  bəxş  edilərkən  inkar  edənlər  üçün  də  cəhənnəmdə  ən  şiddətli  əzablar 
sonsuzluğa qədər davam edəcəkdir. Allahın yaratması qüsursuzdur və Allah 
vədindən dönməz.
Belələri yaxşı əməllərini qəbul edəcəyimiz, günahlarından keçəcəyimiz 
və  onlara  verilmiş  doğru  vədə  görə  cənnət  əhli  içərisində  olacaq 
kimsələrdir! (Əhqaf surəsi, 16)
 Ayələrdə də bildirildiyi kimi, cənnət hal-hazırda Allah qatında mövcuddur. 
Allah cənnəti və cəhənnəmi yaratmışdır və hər ikisi də hər halı və anları ilə 
Allahın hifzində hal-hazırda durur. 
Etiraz:  “Heç  vaxt  mütləq  varlıqlar  ilə  üz-üzə  gəlməyəcəyik?  Davamlı 
olaraq xəyali mühitlə təmasda olduğumu bilmək məni narahat edir”.
Cavab: Tək mütləq varlıq Allahdır. Gördüyümüz digər varlıqlar Allahın 
təzahürləridir.  İnsanların  ümumi  qənaəti  daima  özlərinin  və  gördükləri 
digər varlıqların mütləq olmaları, Allahın isə radiodalğalar kimi onları əhatə 
etməsidir  (Allahı  tənzih  edirik).  Əslində  isə  tam  doğru  olan  bunun  əksidir. 
Yəni  var  olan  yalnız  Allahdır.  İnsanın  Allahın  Zatını  gözlərilə  görməməsi 
onu aldatmamalıdır. İnsan hara çevrilsə də, kimə baxsa da, əslində gördüyü, 
baxdığı hər yerdə Allahın təzahürləri vardır. Üstəlik bu, insanı narahat etməz, 
əksinə, Allaha iman gətirən insanın çox xoşuna gələcək həqiqətdir. Allahın tək 
mütləq  varlıq,  bizim  isə  xəyal  olmağımız  qul  üçün  şərəfdir.  Belə  bir  həqiqət 
insana sevinc verir. Rəbbimizə olan heyranlığımızı və Onun sonsuz qüdrətinə 
olan təslimiyyətimizi qat-qat artırır.


204
ALLAH CƏNNƏTİ SONSUZ ZÖVQ MƏNBƏYİ 
KİMİ YARADACAQ.


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə