Maddenin sirri indd



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə49/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   45   46   47   48   49   50   51   52   ...   63

XƏYALIN DİGƏR ADI: MADDƏ
192
görüntüdür”,  -demək,  “maddə  yoxdur”,  -demək  deyil.  Maddi  kainat  vardır, 
amma biz əslini heç vaxt bilmərik. Biz sadəcə maddənin zehnimizdəki surətilə, 
yəni xəyalı ilə təmasda oluruq.
Maddənin xəyalı ilə təmasda olmağımız Allahın varlığının qəti dəlilidir. 
Çünki (eynilə ilə görüntü kimi) hiss və xəyal mərtəbəsində olan varlıq öz-özünə 
meydaya  gəlməyəcəyinə  görə,  bu,  bunu  var  edən  Yaradanın  olduğunu,  yəni 
üstün  güc  sahibi  Allahı  göstərir.  Ona  görə,  maddi  kainatın  görüntü  olması 
həqiqəti Allahın varlığının və birliyinin qəti dəlilidir. Bu səbəbdən, maddənin 
görüntüsü ilə təmasda olmağımız ilə varlıqların Allahın varlığına dəlil təşkil 
etməsi arasında heç bir ziddiyyət yoxdur, əksinə mübahisəsiz məntiq əlaqəsi 
var.
Allah  bütün  varlıqları  yaratmışdır,  ancaq  biz  bu  varlıqların  sadəcə 
zehnimizdəki  hisslərini,  görüntülərini  bilirik  və  bu  görüntü  varlıqlara 
aid  xüsusiyyətlərin  tədqiq  edilməsi,  araşdırılması,  Allahın  yaratmadakı 
üstünlüyünün, sənətinin və sonsuz ağlının dəlillərini göstərir. Beləliklə: “Maddə 
hisslər cəmidir”, -demək və sonra bu görüntülərə aid xüsusiyyətləri araşdıraraq 
Allahın ucalığını, böyüklüyünü və qüdrətini görmək əsla ziddiyyət deyil. 
Bundan əlavə, bunu da bildirmək lazımdır ki, bəzi şəxslər ancaq Allahı 
düşünən varlıqlar olduqda Allahın var olduğunu (Allahı tənzih edirik) hesab 
edir  və  bu  böyük  xətaya  görə,  bəzi  etirazlar  irəli  sürürlər.  Əslində  isə Allah 
istəsə,  yaratdığı  bütün  görüntüləri  silə  bilər,  bütün  varlıqları  yox  edə  bilər. 
Ancaq Allah yenə var olmaqda davam edər. Çünki O, əzəli və əbədidir, əvvəli 
və sonu yoxdur, Əvvəl və Axırdır. Allah istədiyini bir anda yox edə biləcəyinə 
bir çox ayəsində diqqət çəkir:
Ey insanlar! Əgər O istərsə, sizi yox edər, (yerinizə) başqalarını gətirər. 
Allah buna qadirdir! (Nisa surəsi, 133)
Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə  möhtac deyildir. O, şükrə 
layiqdir! Əgər istəsə, sizi yox edib (yerinizə) başqa bir məxluq gətirər. 
Bu, Allah üçün çətin deyildir!  (Fatir surəsi, 15-17)
Allah bütün varlıqları yaratmazdan əvvəl də vardır, bütün varlıqlar yox 
olsalar da, var olacaqdır. Rəbbimiz ayələrdə belə bildirir:
(Yer) üzündə olan hər kəs fanidir. Ancaq əzəmət və kərəm sahibi olan 
Rəbbinin zatı baqidir. (Rəhman surəsi, 26-27)
Etiraz:  “Bu  açıqlamalar  qəbul  edildikdə,    haram  və  halal  qavrayışları 
qalmır”.


Maddənin Həqiqəti Mövzusuna Gələn Etirazlara Cavablar
193
Cavab: Bu, tamamilə həqiqətdən kənar iddiadır. Çünki maddi dünyanın 
əsli  ilə  təmasda  olmamağımız  həqiqəti  imtahanın  sirrini  ortadan  qaldırmaz. 
Maddənin əslini heç vaxt bilməsək də, Allahın haram buyurduqları haram, halal 
buyurduqları  isə  halaldır.  Məsələn,  Allah  donuz  ətini  haram  buyurmuşdur. 
“Necə də olsa, donuzun xəyalı ilə təmasdayam”, -deyərək bu heyvanın ətini 
yeməyin böyük səmimiyyətsizllik və ağılsızlıq olacağı aydındır. “Qarşımdakı 
insanların  hamısının  sadəcə  zehnimdə  əmələ  gələn  görüntülərini  görürəm, 
onlara yalan söyləsəm, heç bir şey olmaz”, -demək də Allahdan qorxan və bu 
həqiqəti  lazımi  olduğu  kimi  qavrayan  insana  yaraşmaz.  Bu,  Allahın  bütün 
həddləri, əmr və qadağalarına da aiddir. Məsələn, bu həqiqət 5 vaxt namazımızı 
qılmağı,  zəkat  verməyi  ortadan  qaldırmaz.  Verdiyimiz  zəkatın  maddəsinin, 
bu  zəkatı  verdiyimiz  insanların  zehnimizdəki  xəyallar  olmaları  fərz  olan  bu 
ibadətin yerinə yetirilməsinə mane olmaz. Allah bütün dünyanı hisslər cəmi kimi 
yaratmışdır, ancaq bizlərin boynuna bu xəyallar içində Quranda bildirdiklərinə 
görə məsuliyyət qoyur.
Keçmişdə  bəzi  kütlələrin  bu  həqiqəti  təhrif  edərək  halal  və  haramları 
ortadan qaldırmağa çalışmışdır. Ancaq bu kütlələr onsuz da əsas inanc kimi 
Bir suitinə baxan insan bu canlını beynində görür. Beynində gördüyü bu canlının 
xüsusiyyətlərini də beyninin içində araşdırır və nəzərdən keçirir. Öyrəndikləri isə ona 
Allahın yaratmasındakı qüsursuzluğu, Onun elminin üstünlüyünü göstərir.


XƏYALIN DİGƏR ADI: MADDƏ
194
azğın anlayışa malik idilər və bu həqiqəti də nəfsləri və mənfəətləri üçün istifadə 
edə bilərlər. Ancaq bilmək lazımdır ki, onların gəldikləri bu nəticə doğru deyil, 
təhrif edilmişdir. 
Beləliklə, səmimi düşünən insan çox açıq şəkildə görəcəkdir ki, imtahan 
üçün  maddənin  əsli  ilə  təmasda  olmaq  şərt  deyil.  Allah  imtahan  mühitini 
görüntü aləmi içərisində yaratmışdır. Bir insanın namaz qılması, halala-harama 
diqqət etməsi üçün maddənin əslini bilməli olduğunu irəli sürənlərin heç bir 
əsası yoxdur. Bundan əlavə, əsas olan ruhdur. Axirətdə cəzalandırılan və ya 
cənnət  nemətləri  ilə  ruziləndirilən  də  ruhdur.  Allahın  imtahan  etdiyi  varlıq 
da  insanın  ruhudur.  Ona  görə,  maddənin  beynimizdəki  xəyalı  ilə  təmasda 
olmağımız həqiqəti halal və haramlara əməl edilməsinə və ibadətlərin yerinə 
yetirilməsinə əsla mane olmaz. 
Burada  bunu  da  bildirmək  lazımdır  ki,  görüntüyə  görə  məsuliyyət 
daşımayacaqlarını  iddia  edənlər  cəhənnəmə  girdikdə  də:  “Biz  buna  görə 
məsuliyyət  daşımayacağımızı  dedik,    ona  görə  də  buradayıq”,  -deyəcəklər. 
Amma bunu da unutmamalıdırlar ki, dünya həyatı kimi cəhənnəm də  görüntü 
olsa  da,  cəhənnəm  əzabı  sonsuzluğa  qədər  yaşanacaqdır.  Allah  bu  görüntü 
içində inkar edənlərə əzabı hər yönü ilə hiss etdirəcəkdir.
Etiraz: “Bütün insanlar hər hansı bir ağac gördükdə, onun yarpaqlarına 
yaşıl deyirlər. Hər kəs bu ağacı eyni cür tərif etdiyinə görə, deməli, bu 
ağac sadəcə mənim zehnimdə deyil”.
Cavab: Ətrafımızdakı insanların yaşıl dediyinə biz də yaşıl deyirik. Ancaq 
onların  yaşıl  adlandırdıqları  rəng  bizim  zehnimizdə  gördüyümüz  yaşıldır, 
yoxsa bizim mavi gördüyümüzə yaşıl deyirlər, buna öyrənmə imkanımız əsla 
yoxdur. Çünki daha əvvəl də bildirildiyi kimi, zehnimizdən kənarda rənglər 
yoxdur. Xarici aləmdə sadəcə işığın fərqli dalğa uzunluqları var və bu dalğa 
uzunluqlarını rənglərə çevirən beynimizdir. Ona görə, rənglər bizim daxilimizdə 
əmələ  gəlir  və  başqa  şəxsin  bizim  beynimizdə  əmələ  gələn  rəngi  görmək 
imkanı yoxdur. Bu mövzu bir çox filosof və elm adamı tərəfindən mübahisə 
edilən məsələdir və elm adamlarının ortaq qənaəti budur: “Biz, bizim qırmızı 
dediyimiz  gülü  yanımızdakı  şəxs  də  bizim  gördüyümüz  kimi  görür,  yoxsa 
o  bizim  mavi  dediyimizə  qırmızı  deyir,  bunu  heç  vaxt  bilmərik”.  Bu  sadəcə 
rənglər üçün deyil, bütün hisslərimizə də aiddir. Məsələn, Daniel Dennet bu 
mövzu haqqındakı düşüncələrini və marağını belə ifadə edir:
Cisimlərin görüntülərinin, səslərinin və qoxularının mənə gəlmə formaları var. 
Bu, açıqdır. Yenə də cisimlər digər insanlara da mənə göründüyü kimi görünüb-
görünmədiyi mənə maraqlıdır.


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə