Maddenin sirri indd


TOXUNMA HİSSİ DƏ BEYNİMİZDƏ ƏMƏLƏ GƏLİR



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə11/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   7   8   9   10   11   12   13   14   ...   63

46
TOXUNMA HİSSİ DƏ BEYNİMİZDƏ ƏMƏLƏ GƏLİR


Dünya Həyatının Beynimizdəki Əksi 
ilə Təmasda Olduğumuz Texniki Həqiqətdir
47
Bertrand Russell belə ifadə etmişdir: 
...  Barmaqlarımızla  stola  əl  vurduğumuz  andakı  toxunma  hissinə  gəlincə,  bu 
barmaq  uclarındakı  elektron  və  protonlar  üzərindəki  elektrik  təsiridir.  Müasir 
fizikaya görə, stoldakı elektron və protonların yaxınlığından meydana gəlmişdir. 
Əgər  barmaq  uclarımızdakı  eyni  təsir  başqa  yolla  ortaya  çıxsaydı,  heç  masa 
olmamasına baxmayaraq, eyni şeyi hiss edəcəkdik.
11
Russellin  diqqət  çəkdiyi  cəhət  son  dərəcə  əhəmiyyətlidir.  Həqiqətən  də 
əgər barmaq uclarımızda başqa bir yolla oyanma olsa, çox fərqli hissləri duya 
bilərik. Belə ki, sonrakı səhifələrdə ətraflı şəkildə görüləcəyi kimi, dövrümüzdə 
simulyatorlar  vasitəsilə  bu  edilir.  Ələ  taxılan  xüsusi  əlcək  ilə  insan  həmin 
mühitdə  olmadığı  halda  pişiyi  oxşadığını,  əl  verib  görüşdüyünü,  suyun 
altında əlini yuduğunu və ya bərk cismə toxunduğunu hiss edir. Əslində isə 
toxunduğunu hiss etdiyi bu varlıqların heç biri yoxdur. Bütün bunlar insanın 
həyatındakı bütün hissləri beynində qavradığının qəti dəlilidir.
Hal-hazırda oxuduğunuz kitabı 
əlinizdə hiss etməyiniz bu 
kitabın beyninizdə görməyiniz 
həqiqətini dəyişdirmir. Çünki 
kitabın görüntüsü kimi, kitaba 
toxunma hissi də beyninizdə 
əmələ gəlir.


XƏYALIN DİGƏR ADI: MADDƏ
48
Beynimizdə  əmələ  gələn  dünyanın  əsli  ilə  əsla  təmasda  ola 
bilmərik
Bura  qədər  izah  edilənlərdən  açıq  şəkildə  göründüyü  kimi,  həyatımız 
boyu yaşadığımız, gördüyümüz, hiss etdiyimiz hər şey beynimizdə meydana 
gəlir. Məsələn, kresloda oturaraq pəncərədən çölü seyr edən hər hansı bir insan 
kreslonun bərkliyini, döşəmənin sürüşkənliyini beynində hiss edir. Mətbəxdən 
gələn qəhvə qoxusu əslində mətbəxdə, yəni uzaqda deyil, beyninin içindədir. 
Pəncərədən  gördüyü  dəniz  mənzərəsi,  quşlar,  ağaclar  beynində  əmələ  gələn 
görüntülərdir.  Onu  qəhvəyə  qonaq  edən  dostu  və  qəhvənin  gözəl  dadı  da 
beynində  əmələ  gəlir.  Qısaca  desək,  evində  oturduğunu  və  pəncərədən  çölü 
seyr  etdiyini  zənn  edən  insan  əslində  beyninin  içindəki  ekrandan  salonunu, 
pəncərədən görünən mənzərəni seyr edir. Belə ki, insan beynindəki ekranda 
seyr etdiyi, mənalı şəkildə cəm edilən hisslərinin bütününə “həyatım” deyir 
və heç bir zaman beynindən kənara çıxa bilməz.
Seyr etdiyimiz bu ekrandan kənarda maddənin gerçəyi necədir, bunu heç 
vaxt  bilə  bilmərik.  Əsli  də  bizim  gördüyümüz  kimidirmi,  məsələn,  yarpağın 
yaşıl rəngi xarici aləmdə də belədirmi, bunu bilmirik. Yediyimiz konfetin dadı 
əslində bu cürdürmü, yoxsa beynimiz onu bu cür şərh edir, bunu öyrənmək 
imkanımız qətiyyən yoxdur. Məsələn, daha əvvəl gördüyünüz bir mənzərəni 
gözünüzdə  canlandırın.  Mənzərə  qarşınızda  deyil,  amma  onu  beyninizdə 
görürsünüz. Bununla bağlı elmi yazıçı Rita Carter belə deyir:
Bir üz və ya mənzərə gördükdə tam əslini görmürük, gördüyümüz orijinalının 
şərhi  və  ya  tamamilə  yenidən  işlənmiş  formasıdır...  Bunlar  nə  qədər  çox  yaxşı 
surətlər olsa da, orijinalından əksik və ya fərqlidir.
12
Eyni vəziyyət o mənzərəyə baxdığınız an üçün də aktualdır. Mənzərəni 
uzaq yerdən gözünüzdə canlandırmağınızla qarşısında durub ona baxmağınız 
arasında  əslində  heç  bir  fərq  yoxdur.  Dolayısilə  mənzərəni  seyr  edərkən  də 
əslində onun əslini deyil, beyninizdə işlənmiş formasını görürsünüz. Bu barədə 
bir az düşünən insan bu həqiqəti bütün aydınlığı ilə görəcəkdir. Bu insanlardan 
biri olan George Berkeley “İnsan məlumatının prinsipləri üzərində tədqiqat” 
adlı əsərində bu həqiqəti belə ifadə edir:
... Görmə yolu ilə işıq və rəng, onların müxtəlif dərəcələri və fərqləri düşüncəsinə 
malik oluram. Toxunma ilə yumşağı və bərki, istini və soyuğu qavrayıram... Qoxu 
alma mənə qoxuları, dadbilmə dadları, eşitmə isə səsləri öyrədir... Bu hisslərdən 
bəziləri birlikdə müşahidə olunduqları üçün onlara ortaq ad verilir və onlar bir şey 
hesab edilirlər. Beləliklə, məsələn, müəyyən nizamlama içərisində rəng, dad, qoxu, 
forma və bərklik birlikdə müşahidə edildikdə alma sözü ifadə edilən ayrı bir şey 
kimi qəbul edilir; digər hisslər cəmi ilə daş, ağac, kitab və digər hiss edilən şeyləri 
meydana gətirirlər...
13


Dünya Həyatının Beynimizdəki Əksi 
ilə Təmasda Olduğumuz Texniki Həqiqətdir
49
Mənzərəni seyr edən insan gözləri ilə gözünün önündəki mənzərəni seyr etdiyini 
zənn  edir.  Əslində  isə  onun  gördüyü  mənzərə  beyninin  arxasındakı  görmə 
mərkəzində əmələ gəli. Bu mənzərəni seyr edən və bu mənzərədən zövq alan zülal 
və yağdan ibarət beyin olmayacağına görə kimdir?


XƏYALIN DİGƏR ADI: MADDƏ
50
Berkeleyin  bu  sözlərində  ifadə  etdiyi  həqiqət  budur:  beynimizdə 
yaşadığımız  müxtəlif  duyğuların  cəmlənməsi  ilə  bir  cismi  tərif  edirik.  Bu 
misalda olduğu kimi, almanın dadı, qoxusu, bərkliyi, qırmızı rəngi, yuvarlaqlığı 
və digər xüsusiyyətləri ilə bağlı hisslər beynimizdə bütünlükdə qavranılır və 
biz  bu  bütünə  “alma”  deyirik. Amma  biz  heç  vaxt  almanın  əsli  ilə  təmasda 
ola bilmərik. Bizim tək görə bildiyimiz, qoxulaya bildiyimiz, dada bildiyimiz, 
toxuna bildiyimiz və ya hiss edə bildiyimiz beynimizdəki surətlərdir.
Buraya  qədər  izah  edilənləri  yenidən  düşündükdə  bu  həqiqət  bütün 
açıqlığı ilə ortaya çıxacaqdır. Məsələn,
- İşığın  olmadığı  beyində  rəngarəng  işıqlarla  bəzənmiş  prospekti,  bütün 
rəngləri, canlılığı və parlaqlığı ilə seyr edə biliriksə, onda bu prospektin, 
işıqlı  lövhələrin,  vitrinlərin,  küçə  işıqlarının,  avtomobillərin  işıqlarının 
beynimizdə elektrik siqnallarından ibarət surətlərini görürük.  
- Beynimizə heç bir səs girə bilmədiyi üçün biz heç bir zaman yaxınlarımızın 
səslərinin əslini eşidə bilmərik. Eşitdiklərimiz hər zaman surətidir.
- Biz heç vaxt dənizin sərinliyini, günəşin istiliyini hiss edə bilmərik. Biz 
daima beynimizdə onların surətlərini hiss edirik. 
- Eyni  şəkildə  bu  günə  qədər  heç  bir  insan  nanənin  əslinin  dadına 
baxmamışdır.  Nanə  kimi  hiss  etdiyi  dad  əslində  beynində  əmələ  gələn 
hissdir. Çünki nanənin əslinə nə toxuna bilər, nə onun əslini görə bilər, nə 
də əslinin qoxusunu və dadını ala bilər.
Beləliklə, biz həyatımız boyu bizə göstərilən surət qavrayışlarla yaşayırıq. 
Ancaq  bu  surətlər  o  qədər  həqiqidir  ki,  heç  vaxt  surətlərini  hiss  etdiyimizin 
fərqinə varmırıq. Məsələn, indi başınızı qaldırın və olduğunuz otaqda gözünüzü 
ətrafa  gəzdirin.  Özünüzü  içində  mebellər  olan  otağın  içində  görürsünüz. 
Oturduğunuz  kreslonun  qollarına  toxunduqda  sanki  həqiqətən  bu  qolların 
əslinə  toxunurmuş  kimi  bərkliyini  hiss  edirsiniz.  Göstərilən  görüntülərin 
həqiqiliyi, bu görüntülərin yaradılışındakı sənətin mükəmməlliyi sizi və sizin 
kimi milyardlarla insanı bunların “xarici aləmdəki maddənin gerçəyi” olduğuna 
inandırmaq  üçün  kifayətdir.  Hətta  insanlar  o  qədər  qəti  şəkildə  inanırlar  ki, 
kitabları  bu  həqiqətlə  dolu  olmasına  baxmayaraq,  bunların  beyinlərində  bir 
surətlə təmasda olduqlarına çətinliklə inana bilirlər. Bunun səbəbi görüntünün 
möhtəşəm sənətlə, son dərəcə həqiqi və qüsursuz şəkildə yaradılmasıdır.
Bu  günə  qədər  heç  bir  insan  beynindəki  hisslərdən  kənara  çıxa 
bilməmişdir.  Hər  insan  beynindəki  hüceyrənin  içində  yaşayır  və  hisslərinin 
ona  göstərdiklərindən  başqa  heç  bir  şey  hiss  edə  bilməz.  Ona  görə,  hissləri 
xaricindəki dünyada nələr olduğunu heç vaxt bilmir. Bu səbəbdən, “maddənin 
əslini bilirəm” demək səhv mühakimədir, çünki heç bir insanın buna dair dəlili 
yoxdur. İnsan sadəcə beynində əmələ gələn xəyal ilə təmasda olur. Məsələn, 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə